Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-368/2021 19.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında düzəliş edilərək, qızı X1 doğulduğu yerin Bakı şəhəri, Qaradağ rayonu kimi yazılmaqla,akt qeydində düzəliş edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə 17 mart 1995-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 14 may 2004-cü il tarixdə ev şəraitində X3 qızı adlı bir uşaqları olmuşdur. Qaradağ Rayon Məhkəməsinin 2(002)- 560/2009 saylı, 22 may 2009-cu il tarixli qətnaməsinə əsasən uşağa doğum haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnamə əsasında uşaq üçün şəxsiyyət vəsiqəsi də almışlar və orada doğum yeri kimi Bakı şəhəri göstərilmişdir. Lakin sonradan uşaq üçün yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün ASAN xidmətə müraciət etmişlər. Həmin qətnamədə uşağın doğum yeri göstərilmədiyindən, onun doğum haqqında şəhadətnaməsində də doğum yeri göstərilməmişdir. Ona görə də onlar yeni şəxsiyyət vəsiqəsi ala bilmirlər. Bu barədə Qeydiyyat şöbəsinə müraciət etsələr də qətnamədə uşağın doğum yeri göstərilmədiyindən, doğum akt qeydiyində düzəliş edilməsindən imtina etmişlər. Sonradan Ərizəçi məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, X1 Bakı şəhərində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi qayınanasıdır. Həqiqətən nəvəsi X3 14 may 2004-cü il tarixdə ünvan 1 ünvanında ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi baldızıdır. Həqiqətən bibisi olduğu X3 14 may 2004-cü il tarixdə ünvan 1 ünvanında ev şəraitində doğulmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Maraqlı şəxs 19 noyabr 2020-ci il tarixli 05/Q-274/62 №-li məktubundan görünür ki, X2 ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 152 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, əlavə, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas Müddəallara müvafiq olaraq qızının doğum yerinin əlavə edilməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 25 iyun 2009-cu il tarixli, AZll seriyalı, 277173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 may 2004-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Qaradağ rayon polis idarəsi tərəfindən verilmiş 28 aprel 2016-ci il tarixli, AZE seriyalı, 12631137 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 14 may 2004-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-560/2009 saylı, 22 may 2009-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizəsi təmin edilərək, 14 may 2004-cü il tarixdə bir qız övladı doğması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ərizəçi 14 may 2004-cü il tarixdə X7 ilə birgə nikahından ev şəraitində bir qız övladı doğmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-560/2009 saylı, 22 may 2009-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizəsi təmin edilərək, onun 14 may 2004-cü il tarixdə bir qız övladı doğması faktı müəyyən olunmuşdur, lakin həmin uşağın harada doğulması faktı həmin məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 14 may 2004-cü il tarixdə doğulmuş X3 Bakı şəhərində doğulması iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və doğumun qeyd edilmə faktının müəyyən edilməsi ərizəçiyə doğumun qeyd edilməsi üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-368/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-368/2021
19.02.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver