Məhkəmə qərarları › İş №2(002)-413/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-413/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-413/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeha qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun sağlamlığına vurduyğu zərərə görə maddi ziyanın əvəzi qismində 3.000 (üç) min, mənəvi zərərin əvəzi qismində 3.000 (üç) min manat məbləğində pul vəsaitinin tutularaq ona və cavabdehdən işin məhkəmə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumun tutularaq ona ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzinin “Sabit Mühafizə Xidməti”ndə mühafizəçi vəzifəsində işləyirəm. Əsas vəzifəm mənə təhkim olunmuş ərazi üzrə mühafizəni təmin etməkdir. Hamıya bəlli olduğu kimi xx.xx.2019-cu il tarixdə ticarət mərkəzinin təsərrüfat yolu ərazisində yanğın baş vermişdir. Bu səbəbdən də onlar istirahət vaxtı müəyyən edilmədən xidmətdə olmuşlar. Xidmətdə olarkən adəti üzrə xidməti geyim forması da üzərində olmuşdur. Yanğının baş verdiyi gün xidmətdə olmuş, yalnız gecə saatlarında gördükləri işlərlə bağlı xidməti geyim forması çirkləndiyi üçün o evə getmiş və onları təmizləmək üçün evdə qoymuşdur. Vaxt məhdudiyyəti ilə əlaqədar olaraq forması təmizlənmədiyi üçün, xx.xx.2019-cu il tarixdə işə gələrkən mülki geyimdə olmuşdur. Yanğınla əlaqədar olaraq səalhiyyətli qurumlar tərəfindən yanğından zərər görmüş, hərəkət üçün təhlükəli ərazilərə giriş qadağan edilmiş, həmin ərazilə lentlə sərhədlənmiş, insan və bütün nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdur. Yanğın baş vermiş ərazinin bir hissəsi “Kral” inşaat mağazı və “Mutlusan electric” mağazalarının yerləşdiyi ərazidə xidmət aparmaq da ona həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində əvəllər tanımadığı lakin sonradan polis bölməsində şəxsiyyəti ona məlum olan Cavabdeh xidmət apatrdığı ərazidə giriş qadağan olunaraq lentlənmiş sahəyə lenti qıraraq “Niva” markalı, **-DT-*** dövlət qeydiyyat nömrəli maşınla daxil olmuşdur. Bu zaman o avtomobilin sürücüsünə yaxınlaşaarq özünü təqdim edərək, qadağan olunmuş yerdən çıxmasını bildirmişdir. Lakin Asif ona kobud cavab verərək “işiylə məşğul olmağı”sını söyləmişdir. Bu zaman da o Asifə demişəm ki, elə “işimlə məşğulam”. Lakin Asif onun qanuni tələblərinin əvəzində onu döyməklə hədələmiş, maşından düşərək onun ünvanına nalayiq söyüş və təhqirlər demişdir. Həmin zaman yoldan keçən vətəndaşlar mübahisə yerinə yaxınlaşaraq Asifin təhqir və söyüşlərinin şahidi olmuşlar. Asif qanuni tələbini yerinə yetirmədiyi kimi mübahisə zamanı yumruq zərbəsi ilə 1 dəfə qarın nahiyəsinə təpik zərbəsi endirmiş, 1 dəfə ayağıma zərbə vurmuş və hər iki əli ilə həm sağ, həm də sol qulağıma ağrıdıcı zərbələr endirmişdir. O həmin zaman yalnız özünü müdafiə etmişdir. Asifə heç bir zərbə vurmamış, onu təhqir etməmişdir. Bütün bunların səbəbi isə ondan ibarətdir ki, o həmin an xidməti borcunu yerinə yetirirdi və iş başında idi. Hadisədən dərhal sonra Asif hadisə yerindən kənarlaşmışdır. Onun isə fiziki vəziyyəti pisləşməyə başlamış, yalnız iş yoldaşlarının köməyi ilə özünə gəlmişdir. Daha sonra hadisə ilə bağlı polis bölməsinə müraciət etmiş, təqsirkarın idarə etdiyi avtomobilin nömrəsini yadımda saxladığımdan polis əməkdaşlarına bununla bağlı məlumat vermişdir. Bölməyə gedərkən də onun üstü başı qan içində idi və sağ qulağından dayanmadan qan axırdı. İş üzrə keçirilən məhkəmə tibbi ekspretizasının xx.xx.2019-cu il tarixli 41/612 nömrəli rəyindən də görünür ki, İddiaçı bədəni üzərində olan xəsarətlər sağ qulaqarxası nahiyənin qançırı ilə müşayiət olunan sağ qulaq pərdəsinin travmatik cırılması müəyyən edilmişdir. Xəarətlər 1 zərbədən əmələ gəlmişdir, bər küt əşya təsirindən törənməklə, qərarda da göstərildiyi kimi xx.xx.2019-cu il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli Rəyində göstərilir ki, onda “sağ qulaqda travmatik dəy iş iklilər təyin edilmişdir”. Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1 (002)-332/2019 saylı Hökmü ilə zərərçəkmiş şəxs qismində iştirak etdiyi cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh AR Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnəərk aylıq qazancından hər ay dövlət nəfmə 10 (on) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Hazırda o hələ də həmin hadisə ilə bağlı yaranan sağlamlıq problemləri yaşayır. İşdə olarkən, habelə adi zamanlarda sağ qulağımdan dayandırılması mümkün olmayan qan axır. O qanaxmanı dayandırmaq üçün müxtəlif dərmanlardan istifadə edir, bir sözlə dərmanlardan asılı vəziyyətdə yaşayır. Bu hal onun işinə təsir edir. O məcburiyyət qarşısında qalıb tibbi yardım almaq üçün işdən tez-tez icazə almalı olur. Habelə işlədiyi yer coğrafi baxımından soyuq və şaxtalı olduğu üçün sağ beyin nahiyəsində mütəmadi olaraq dəhşətli ağrılardan əziyyət çəkir. İndi bununla bağlı müalicə alır. Sonuncu dəfə müraciət etdiyi tibb mərkəzi “EuroMed” Tibb Mərkəzinin baş həkimi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 1386 nömrəli Arayışda da görünür ki, o xx.xx.2019-cu il tarixdə travma almış və bu travma nəticəsində Ə.D.Məlikov adına 6 saylı BŞX-da “sağ tərəfli posttravmatik perforasiya, orta otit” diaqnozu qoyulmuşdur. Hazırda həkimlər ona məsləhət görür ki, mütəmadi qanaxmalar və ağrıların dayanması üçün onun təcili əməliyyata ehtiyacı vardır. Əməliyyatın xərcləri isə ölkədə 2.500-3000 manat civarında, habelə dərman, müayinə-müalicə xərcləri, tibb müəssisəsinə gediş-gəliş xərcləri və vurulmuş mənəvi-psixoloji zərərin ümumi məbləği 6.000 (altı min) manata yaxındır. O isə ailəllidir, övladı var. Aldığı əmək haqqı sosial-məişət xərclərini ödəməyə kifayət etmir, qaldıki əməliyyat oluna bilsin. Bu səbəbdən də həmin xərcin onun sağlamlığına vurduğu zərərin əvəzi qismində cavabdehdən ödənilməsini tələb edir. Habelə cavabdeh onu söymüş, təhqir etmişdir, iş yerimdə hər kəs bu qanunsuzluğun şahidi olmuşdur. İş yoldaşlarının dediyinə görə, cavabdeh polis işçisidir. Buna baxmayaraq, o nə polis işçisi kimi birbaşa özü qanunu pozmuşdur. O işini daim vicdanla verinə yetirən, öz şərəf və ləyaqətimi uca tutan insandır. Cavabdehin onu hər kəsin gözünün qarşısında döyməsi, təhqir etməsi şərəf və ləyaqətinə ləkə gətirmişdir. Hadisənin baş verdiyi gündən bügünəcən mən həm fiziki ağrılar keçirir, həm də iztirab çəkir. Bu səbəbdən cavabdeh ona maddi zərər vurmaqla yanaşı, bundan irəli gələrək mənəvi zərər də vurmuşdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin qanunsuz hərəkətlərindən dolayı onun sağlamlığına zərər yetirildiyini, təqdim etdiyi sənədlərdəki xəsarətlərin məhz cavabdeh tərəfindən ona yetirildiyini, cavabdehin onun sağlamlığını pozması nəticəsində əməliyyat olunmasının zəruri olduğunu, həmin əməliyyat üçün 3000 manat xərcin tələb edildiyini, müvafiq mübahisədən əvvəl tam sağlam olduğunu bildirərək, əməliyyatın keçirilməsinin zəruriliyi barədə həkim arayışın olmadığını, habelə vurulmuş ziyanın məbləği ilə bağlı heç bir qəbzinin olmadığını bilidrərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehdəki xəsarətlərin müvafiq mübahisədən əvvəl də mövcud olduğunu, bu mübahisə vaxtı iddiaçıya sözügedən xəsarətləri yetirmədiyini, onun sağlamlığına hər hansı ziyan yetirmədiyini, iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə onun heç bir əlaəqsinin olmadığını, ona heç bir maddi və mənəvi ziyan yetirmədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlətin nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilməsi qət edilmişdir. İş materiallarında olan EuroMed Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1386 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində travma almış, xx.xx.2019-cu il tarixdə EuroMed Tibb Mərkəzinin həkim-otolarinqoloqun qəbulunda olmuş və müayinədən keçmiş, “ona sağ tərəfli orta otit, sağ qulağın travması; pasientə 1%-li dioksidin 4 damcı 3 dəfə, 14 gün; amoksiklav 1000 X 2 dəfə təyin edilmişdir” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərələt və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh barəsində onun tərəfindən İddiaçı qarşı sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyətinə cəlb edilərək, müvafiq məhkəmə hökmü ilə cəza təyin edilmişdir. İddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığının pozulduğunu, bunun nəticəsində onun sağlamlığnın bərpa edilməsi, müalicə olunması üçün zəruri xərclər çəkdiyini, bundan əlavə əməliyyata ehtiyacın olduğunu, həm müalicə, həm əməliyyat olunması üçün ümumilikdə 3000 manat xərcin tələb olunduğunu əsas gətiərərək, cavabdehə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin təqsirli qanunsuz hərəkətləri nəticəsində ona 3000 manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının məhkəmə iclasında veridyi izahatından aydın olur ki, o cavabdehin hərəkətləri nətiəcsində sağlamlığının pozulduğunu, onun bərpası üçün əməliyyat olunmasının zəruri olduğunu, həmin əməliyyat xərcinin 3000 manat olduğunu bildirmişdir. Lakin həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdehin təqsirlii qanunsuz hərəkətləri nəticəsində iddiaçıya qeyd olunan məbləğdə maddi ziyanın vurulması, cavabdehin hərəkətləri ilə ona vurulmuş maddi ziyanın arasında səbəbli əlaəqinin olması halını, haelə məhz cavabdehin hərəkətləri nəticəsində onun pozulmuş sağlamlığının bərpası üçün əməliyyat olunmasının zərurirliyini müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsassız olmaqa təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 3000 manat məbləğində vurulmuş mənəvi ziyanı ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 3000 manat məbləğində pul vəsaitinin cavbdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassız olmaqla, təmin olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin dilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd olunan mülki prosessual qanunvericiliyin normalarını əhbər tutaraq, habelə iddia tələbinin rədd olunmasını əsas götürərək, hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli və iddia tələbi dövlət rüsumunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X5 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeha qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeha qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar