Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-437/2023 01.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduğu maddi ziyanla bağlı avtomaşına dəymiş ziyan 10,500 manat, 4680 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 135,54 manat dövlət rüsumu olmaqla cəmi 15315,54 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Belə ki, xx.xx.2022-ci il tarixdə saat 04.26da Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Toyota" markalı **-LY- *** dövlət qeydiyyat nişanlı avtomobillə mülkiyyətində olan "Honda" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı qeyd edir ki, Nərimanov rayonu, Z.Bünyadov küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişməsində olan "Toyota" markalı **- LY-*** dövlət qeydiyyat nişanlı avtomobil beton yol ayırıcısını aşaraq Ə.Rəcəbli küçəsində hərəktdə olan etibarnamə ilə X3 idarə etdiyi "Honda" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə sürücü Razim Yusifov və hər iki avtomobildə olan sərnişinlər X4 və X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışlar. Qəza nəticəsində mülkiyyətindəki "Honda" markalı 10GY-912 dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 10.500 (on min beş yüz) manat ziyan dəymişdir. "xxxx" MMC tərəfindən 22 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə "nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi"-nə dair qiymətləndirici qarşısında qoyulmuş birinci suala uyğun olaraq buraxılışı 2010-cu il olan "Honda İnsigna" minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hüquqi sənədləri təhlil edilmiş, avtomobilə kompleks texniki vizual baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin üzərinə digər minik avtomobilinin çevrilməsi nəticəsində maşının arxa, sağ və arxa sağ tərəfinə əsaslı ziyan dəymişdir. Qəza nəticəsində qiymətləndirilən avtomobilin korpusu tamamilə zədələnmişdir. Nəqliyyat vasitəsi hazırki vəziyyətdə istismara yararsızdır. 2-ci sual üzrə nəticə isə dəymiş zərərin həcmini və dəyərini müəyyən etmək üçün mütəxəssislər tərəfindən avtosalonlar və ikinci əl avtomobil satışı bazarları üzrə monitorinq aparılmışdır. İnternet resurslarına (avtomobil.az, turbo.az, tap.az və s.) avtomobil bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, həmçinin etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Qeyd edir ki, həmin il həmin komplektasiyal ilə olan "Honda İnsigna" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti 14.900 (on dörd min doqquz yüz) manat 15.300 (on beş min üç yüz) manat aralığında vəziyyətinə görə dəyişir. Bakı şəhər Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis moyoru Sərraf Cəfərov tərəfindən etibarnamə ilə "Toyota" markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hadisə ilə bağlı mülkiyyətindəki "Honda İnsigna" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyandan "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Lakin avtomobilinə dəymiş ziyanla bağlı "Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 nə də ki, etibarnamə ilə avtomobili idarə edən Cavabdeh2 avtomobilə dəymiş ziyanı ödəmirlər.Dəfələrlə bununla bağlı tərəflərlə danışmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki məhkəmənin diqqətinə çatdırır ki, avtomobilin cavabdehlərin məsuliyyətsizliyi ucbatından tam yararsız hala düşməsi nəticəsində o, gündəlik gəlirindən məhrum olmuşdur. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur, UBERBOLT və YANDEX şirkətlərinə qoşulmaqla gündəlik taksi kimi sifarişləri icra edir. Maddi ziyanla bağlı qeyd edir ki, cavabdehlərin maddi ziyanı ödəməməsi nəticəsində ona avtomaşına aid hissədə 10.500 (on min beş yüz) manat, avtomaşının işləməməsi nəticəsində isə sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat məbləğində əldən çıxmış fayda ümumilkdə isə 15.180 (on beş min yüz səksən) manat ziyan dəymişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq təsdiqlədi ki, hadisə zamanı Cavabdeh1 məxsus “Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 etibarnamə əsasında idarə edirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək,məhkəmə iclaslarının onu iştirakı olmadan keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol nəqliyyatı hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Cavabdeh2 Serbiya oğlunun hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi, sürücü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü materialların inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsindən ötrü Narimanov RPİ-nin DYPŞ-na göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra Cavabdeh2 AR İXM-nin 327.8-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 164/22 saylı Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin mütəxəsis rəyindən görünür ki , qiymətləndirici qarşısında qoyulmuş birinci suala uyğun olaraq buraxıliş ili 2010-cu il olan, "Honda İnsight minik markalı ** GY *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsinin hüquqi sənədləri təhlil edilmiş, avtomobilə kompleks texniki vizual baxiş keçirilmişdir. Müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin üzərinə digər minik avtomobilinin çevrilmesi nəticəsində maşınin arxa, sağ və arxa sağ tərəfinə əsaslı ziyan dəymişdir. Qəza nəticəsində qiymətləndirilən avtomobilin korpusu tamamilə zədələnmişdir. Nəgliyyat vasitəsi hazırki vəziyyətdə istismara yararsızdır. Dəymiş zərərin həcmini və dəyərini müəyyən etmək üçün mütəxəsislər tərəfindən avtosalonlar və ikinci əl avtomobil satişı bazarları üzrə monitoring aparılmışdir. Aparılmiş monitorinqin nəticələrinə əsasen bu sahədə fəaliyyət göstərən internet resurslarına (www.avtomobil.az, www.turbo.az, www.tap.az və s.), avtomobil bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, həmçinin etimad doğuran açıq mənbələrdən alinan məlumatlara istinad olunmuşdur.Nəqliyyat vasitəsinin istismara yararlı olmadığını və təmir-bərpasının rentabelli hesab edilmədiyini nəzərə alaraq buraxılış ili 2010-cu il olan, "Honda İnsigna” minik markalı ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği -13500(bazar dəyəri)- 3000(mövcud vəziyyətdə dəyəri)= 10500 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsindən və AZEMİS Elektron Məhkəmə Sistemində edilmiş sorğulardan görünür ki, buraxılış ili 2010-cu il olan, "Honda İnsigna” minik markalı ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1981 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan sənədlər və eləcə də "xxxx" MMC-nin 22 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 2010-cu il buraxılışlı "Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı olmadığını və təmir-bərpasının rentabelli hesab edilmədiyini nəzərə alaraq avtomobilə dəymiş ziyanın məbləği 10500,0 manat (13500,0 bazar dəyəri 3000,0 mövcud vəziyyətdə dəyəri) müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarına fotoşəkillər də əlavə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən etibarnamə ilə idarə olunan “Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 tərəfindən “Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə idarə etməsi mülki işin mübahisəsiz hallarındandır.Hazırda iddiaçı hadisə nəticəsində onun maşına dəymiş maddi ziyanı və əldən çıxmış fayda və mənəvi zərər olaraq cavabdehlərdən geri tələb edir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş mütəxəsis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1981 nömrəli rəyindən ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləği 10500 manat müəyyən edilmiş və iddia tələbi 10500 manat məbləğində maddi ziyanın avtomobilə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 onun xeyrinə tutulması hissəsində təmin edilməlidir, iddia digər hissələrdə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olsa da, Cavabdeh2 həmin avtomobili idarə etmək hüququ Cavabdeh1 tərəfindən etibarnamə verildiyini və avtomobilə faktiki sahiblik edən şəxsin və nəqliyyat hadiəsisində təqsirli şəxsin Cavabdeh2 olduğunu və nəzərə alaraq, Mülki Məcəllənin 1108-ci, iddiaçının hazırki halda yalnız Cavabdeh2 qarşı vurulmuş ziyanı tələb etmək hüququ yarandığından iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 ekspertiza rəyi ilə müəyyən edilən 10500 manat məbləğdə maddi ziyan tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, 4680 manat məbləğində əldən çıxmış fayda və mənəvi zərər hissəsində iddia tələbi rədd edilməli, beləki, qeyd edilən hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135,54 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (10500 manat) mütənasib olaraq 121,5 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10500 manat və 121,5 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, 50 manat ekspertiza xərci Cavabdeh2 oğlundan tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10500(on min beş yüz) manat və 121(yüz iyirmi bir) manat 50(əlli) qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. 50(əlli) manat ekspertiza xərci Cavabdeh2 tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-437/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-437/2023
01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver