Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-445/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və Müslimova İradə Şamil qızının nümayəndəsi və vəkili Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Poladova Aytən Esman qızının iştirakı ilə, İddiaçılar Rzaxanova Oğlangərək Qurban qızının və Müslimova İradə Şamil qızının cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar Rzaxanova Oğlangərək Qurban qızı və Müslimova İradə Şamil qızı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum 16.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Rzaxanov Şamil Nurəddin oğlundan miras qalmış əmlakın qəbu edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin Rzaxanova Oğlangərək Qurban qızı və Müslimova İradə Şamil qızı tərəfindən buraxılması üzürlü hesab olunmaqla, müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Rzaxanova Oğlangərək Qurban qızı və Müslimova İradə Şamil qızı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciıt edərək, mərhum 16.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Rzaxanov Şamil Nurəddin oğlundan miras qalmış əmlakın qəbu edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin İddiaçı1 və İddiaçı2 tərəfindən buraxılması üzürlü hesab olunmaqla, müddətin 6 ay müddətinə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və Müslimova İradə Şamil qızının nümayəndəsi və vəkili Poladova Aytən Esman qızı iddia tələbini müdafiə edərək, bildirdi ki, iddiaçı İddiaçı1 02 noyabr 1967-ci ildə Rzaxanov Şamil Nurəddin oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından X8, X14, Rzaxanova ( nikaha daxil olduqdan sonra Müslimova) İradə Şamil qızı, X15, Rzaxanova (nikaha daxil olduqdan sonra Allahverdiyeva) Mələkxanım Şamilyevna adlı 5 uşaqları anadan olmuşdur. X7 16.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Birgə nikahlarından olan X8 05.12.2020-ci il tarixdə, X14 26.08.2020-ci il tarixdə vəfat etmişdir. Birgə nikahdan olan uşaqları X16, Rzaxanova (Allahverdiyeva) X6 rayonu 1 saylı Notariat Ofisinə müraciət edərək, ataları Rzaxanov Şamil Nurəddin oğlundan miras qalmış əmlakdakı paylarından imtina etmişlər. Lakin, X2 qanun üzrə birinci növbəli vərəsələri Rzaxanov Oğlangərək Qurban qızı və Müslimova İradə Şamil qızı miras əmlak hesab olunan Bakı şəhəri, Qaradağ rayonu, İ.Nəbiyev küçəsi 37 saylı evin, 54 saylı mənzilindən onlara çatası payı miras əmlak kimi qəbul etmək məqsədilə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət etmişlər. Lakin, Bakı şəhəri 8 saylı Notariat Ofisinin 10.11.2021-ci il tarixli, 2732 saylı imtina məktubu ilə bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün məhkəməyə müraciət edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddətində notariat ofisinə müraciət etməmələrinin səbəbi hüquqi savadları olmadığından, eyni zamanda miras qoyan X2 vəfatından sonra övladları X20 oölunun və X9 da vəfat etməsi, X9 adına verilməli olan ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Bİnəqədi rayon Məhkəməsinə müraciət etmələri, pandemiya ilə əlaqədar isə məhkəmə proseslərinin 1 ildən artıq müddətə uzanması olmuşdur. Bu səbəbdən, vaxtında notariat kontoruna müraciət edə bilməmişlər. Miras əmlak Bakı şəhəri, Qaradağ rayonu, İ.Nəbiyev küçəsi 37 saylı evin, 54 saylı mənzilindən ibarətdir. Göstərilənlərə əsasən, 16.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Rzaxanov Şamil Nurəddin oğlundan miras qalmış əmlakın qəbu edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin İddiaçı1 və İddiaçı2 tərəfindən buraxılması üzürlü hesab olunmaqla, müddətin 6 ay müddətinə uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Müslimova İradə Şamil qızı iddia tələbini müdafiə edərək, nümayəndəsi və vəkilinin dediklərini təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərə görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin 10.11.2021-ci il tarixli 2732 saylı məktubundan görünür ki, 16 avqust 2018-ci il tarixdə ölmüş X2 ölümündən sonra miras qalmış X2 ölümündən sonra miras qalmış əmlakla bağlı Bakı şəhəri 8 saylı Notariat Ofiisnə müraciət daxil olmuş və 230/2021 saylı vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yalama İcra nümayəndəliyi tərəfindən 13.04.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16.08.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 02 noyabr 1967-ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Rzaxanova soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 19.04.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05.12.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26.08.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X15 və Allahverdiyeva (Rzaxanova) Mələkxanım Şamilyevna Xaçmaz Notariat Ofisinə ünvanlanmış ərizələrdən görünür ki, X15 və Allahverdiyeva (Rzaxanova) Mələkxanım Şamilyevna ataları 16.08.2018-ci il tarixdə vəfat etmiş ataları X1 miras qalmış əmlaka dair vərəsəliyi faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etməmişlər, qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddət ötürülmüş, hərəkətsizliyinin nəticəsi izah edilmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan ÖM seriyalı, 236744 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, İ.Nəbiyev küçəsi 37 saylı evin, 54 saylı mənzili X2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı1 birgə nikahlarından xx xxxxxxxx 1971-ci il təvəllüdlü Rzaxanova İradə Şamil qızı anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rzaxanova İradə Şamil qızı ilə Müsimov Rəfi Müslim oğlu nikaha daxil olmuş və nikahdan sonra arvada Müslimova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, mərhum X7 ilə Bakı şəhəri, Qaradağ rayonu, İ.Nəbiyev küçəsi 37 saylı binada qonşuluqda yaşamış, mərhumu və onun ailə üzvlərini tanımışdır. Rzaxanova Oğlangərək Qurban qızı mərhumun arvadı, İradə isə qızıdır. X7 2018-ci ildə vəfat etmiş və onun ölümündən sonra oğlu X22 oğlu, bir neçə ay sonra digər oğlu X8 vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əlibalayeva Raisa Musayevna bildirmişdir ki, mərhum X7 ilə Bakı şəhəri, Qaradağ rayonu, İ.Nəbiyev küçəsi 37 saylı binada qonşuluqda yaşamış, Rzaxanova Oğlangərək Qurban qızı mərhumun arvadı, İradə isə qızı kimi tanımışdır. X7 2018-ci ildə vəfat etmiş və onun ölümündən sonra oğlu X22 oğlu, bir neçə ay sonra digər oğlu X8 vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən üç ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar Rzaxanova Oğlangərək Qurban qızı və Müslimova İradə Şamil qızı mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən buraxdığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü sayılmalı və müddət 3 ay müddətinə uzadılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və Müslimova İradə Şamil qızının 16.08.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş Rzaxanov Şamil Nurəddin oğlundan miras qalmış əmlakın qəbu edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət 3 ay müddətinə uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-445/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-445/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver