Məhkəmə qərarları › İş №2(002)-480/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-480/2023

29.03.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-480/2023 29.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydi bərpa edilməklə, ata qrafasında “X9”, ana qrafasında X4”, X1 xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmağına dair yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmuşdur. X2 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olmuşdur. Hal-hazırda Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayır. Anası- Bayramova(Əhmədova) Şahsənəm Şaban qızı 1949-cu il də Gürcüstan Respublikasının Marnuli rayonu Sadaxlı kəndində anadan olmuşdur. 02 may 2008-ci ildə Qaradağ rayonu Lökbatan qəsəbəsində dəfn edilib. Valıdeynləri, həm atası, həm anası illiyətcə azərbaycanlıdırlar. Məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçmüşdülər. O vaxtdan bu günədək Bakı şəhərində yaşayırlar. O, 26 noyabr 1991–ci idə X5 ilə ailə həyatı qurmuş və bu nikahdan iki uşaqları var.Hazırda doğum haqqında şəhadətnamə ona müəyyən sənəndləşmələr aparmaq üçün lazımdır. Onun doğum haqqında şəhadətnaməsi köçkünlük vaxtı itdiyinə görə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin o, şəhadətnaməni ala bilmir.Maraqlı şəxs onam əktub ilə bildirmişdir ki, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümükün olmadıqda, məhkəməyə müraciət etməsinin məsləhət görmüşdülər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Təsdiq edir ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmuşdur. Ermənistan Respublikasından məcburi köçkün düşərkən doğum haqqında aktı itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Təsdiq edir ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmuşdur. Ermənistan Respublikasından məcburi köçkün düşərkən doğum haqqında aktı itmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-cı il təvəllüdlü Ərizəçi doğulduğu yeri Ermənistan Respublikası qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-1278/62 saylı məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, VVAQ qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Ərizəçi doğum qeydinin Ermənistan Respublikasında aparıldığına görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ailə məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 474482 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1970-cı il təvəllüdlü tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmuş Ərizəçi ilə X5 arasında xx.xx.1991-ci il tarixdə Maraqlı şəxsndə 576 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.1970-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 250729 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində qeydiyyat şöbəsində 8 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 287749 seriyalı Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 211 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İİ-СЛ seriyalı 421155 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X6 Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulmuş, X2, anası X3r. Milliyyəti azərbaycanlıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçi ondan asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Doğum haqqında şəhadətnaməsi ərizəçidən asılı olmayan səbəblərdən itmişdir. Hal-hazırkı vəziyyətdə ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx.xx.1970-cı il tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulması, atasının “X9”, anasının “X4” olması barədə doğum akt qeydinin mövcud olması, onun itməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədlər, şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1970-cı il tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində doğulması, atasının “X9”, anasının “X4” olması, milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-cı il tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri- atası qrafasında “X9”, anası qrafasında “X4” milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-cı il tarixdə Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kəndində anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası qrafasında “X9”, anası qrafasında “X4”, milliyyəti qrafasında “azərbaycanlı” qeyd edilsin. Ödənilən 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar