Məhkəmə qərarları › İş №2(002)-541/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-541/2025

10.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-541/2025 10.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Səadət qızının Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səadət qızı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 24, 28 saylı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və ödənilmiş 101 manat məbləğində dövlət rüsumnun cavabdehdən onun xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səadət qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 fevral 2023-cü il tarixli, AN-11115369 saylı, daşınmaz əmlakı alqı-satqı müqaviləsinə əsasən, iş üzrə cavabdeh əvvəl birgə mülkiyyətində olan daha sonra ünvan 1 ünvanında yerləşən yaşayış evini ona, yəni İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 24, 28 saylı mənzil onun tam mülkiyyətindədir. (çıxarış qoşmaya əlavə edilmişdir) Mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh mənzili ona satdıqdan sonra qeydiyyatdan çıxacağını bildirsə də, lakin əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır, bu da mülkiyyətçi kimi bir sıra hüquqlarının kobudcasma məhdudlaşdırılmasma gətirib çıxarmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, mənzilin əvvəlki birgə mülkiyyətçisi, iş üzrə Cavabdeh bu günə kimi ünvan 2 ünvanında qeydiyyatdadır və uzun müddətdir ki, faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçı Səadət qızı məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin edilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. 1980-ci ildə evlənmişdilər. Mübahisəli olan evi də 1992-ci ildə əldə etmişdirlər. 2011-ci ildə onlar boşanandan sonra ev məhkəmə yolu ilə onlar arasında bölünmüşdür ki, ona həmin evin 1/3 pay ayrılmışdır. Bina evidir. Sonradan o özününü 1/3 hissəsini iddiaçıya alqı-satqı müqaviləsi ilə satmışdır. Əvəzində özünə başqa yerdən ev almışdır, sadəcə hazırda sənədləri düz deyil deyə ora qeydiyyata düşə bilmir. İddia tələbinə etiraz etmir, sadəcə müəyyən qədər vaxt verilməsini istəyir ki, o, öz evinə qeydiyyata düşə bilsin. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı Səadət qızının adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixdə bağlanmış nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evinin ona düşən 1/3 pay hissəsini İddiaçı Səadət qızına satmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 101489 saylı nikahın pozulması haqqından şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Səadət qızı arasından nikah xx.xx.2011-ci il tarixsə ləğv edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş **********51 saylı qəbzdən görünür ki, İddiaçı Səadət qızı tərəfindən təyinatı Qaradağ rayon məhkəməsi olmaqla, 100 manat dövlət rüsumu dövlət hesabına ödənilmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 372 saylı arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında 1994-cü il tarixdən qeydiyyatdadır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır, amma həmin evdə yaşamır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin satıcı alqı-satqı müqaviləyə görə qeydiyyatdan çıxmağı öhdələrinə götürsə də qeydiyyatdan çıxmamışdır. Cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüququnu itirmişdir və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamaması və ev iddiaçıya satılarkən qeydiyyatdan çıxmanı öhdəsinə götürməsi işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin satıcı alqı-satqı müqaviləyə görə qeydiyyatdan çıxmağı öhdələrinə götürsə də qeydiyyatdan çıxmamışdır. Cavabdeh mənzildə yaşamadıqları üçün həmin mənzilə istifadə hüququnu itirmişdir və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və cavabdehin iddia tələbini etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən 101 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 24 saylı evin 28 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 24 saylı evin 28 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 101(yüz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Səadət qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar