Məhkəmə qərarları › İş №2(002)-544/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-544/2024

23.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-544/2024 23.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5onun azyaşlı uşaqları X4 və X3 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahl qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil Qaradağ rayon məhkəməsinin 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qaradağ rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sifarişlə hərraca çıxarılmış və 14 iyul 2023-cü il tarixli “Açıq Hərracın yekunları barədə” 1167/23 saylı protokola əsasən həmin mənzili hərracdan o, almışdır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin köhnə sakinləri olmaqla hazırda onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır, yaşayırlar və evdən çıxmaq istəmirlər. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, o,mülkiyətində olan evdə yaşayıb istifadə edə bilmir. Cavabdehlər onun qanunla qorunan hüquqlarımı pozaraq, mənzil hüquqlarımızı məhdudlaşdırırlar. O, mülkiyətndə olan mənzildə yaşaya bilmir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna (azyaşlılar X5 və X3 ilə birlikdə) mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və Həsənov Hüseyn T amerlan oğlu ilə birlikdə ) ünvan 1ənzilindən mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki, mübahisə obyekti olan əmlak cavabdehlər arasında paylı mülkiyyət idi və məhkəmə qətnaməsi acıq hərracdan satılaraq əldə olunmuş vəsaitin tərflər arasında bölünməsinə qətnamə qəbuı edilmişdir. Məhz həmin qətnamənin icra vərəqəsinə əsasən əmlak acıq hərraca çıxarılmış və iddia tərəfindən satın alınmışdır. Hazırda iddiaçı əmlak üzərində mülkiyyətçidir və buna çıxarış da əldə etmişdir. Cavabdeh4 ata, Cavabdeh5-ana, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə uşaqlarıdır. Cavabdeh2 isə Cavabdeh3 qızıdır. Cavabdeh4 vəfat etdiyindən iddia tələbinin həcminin azaldılmasına sair ərizə də təqdim etdmişdir. Mübahisəli olan əmlak Cavabdeh5 və Cavabdeh3 arasında hərəsinə 1\2 olmaqla paylı mülkiyyətlərində olmuşdur.Hazırda cavabdehlər evin köhnə sakinləridir. İddiaçının mülkiyyətində qeydiyyatda olmaqla bərabər həmçinin həmin mənzildə faktiki olaraq yaşayırlar və onların çıxarılması və isitfadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etdi . Göründüyü kimi, Cavabdeh5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda həmin şikayət 2(103)-5943/2024 saylı,xx.xx.2024-cü il tarixli qərdad ilə ləğv edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından və tərəflər arasında mübahisələndirilmədiyindən iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1ənzil qeydiyyatında olan Cavabdeh3 və Cavabdeh2 harada yaşamaları barədə məlumat yoxdur, Cavabdeh4 vəfat etmişdir, Cavabdeh5 və Cavabdeh1 isə qeyd olunana evdə yaşayırlar və məhkəmə bildirirşi Cavabdeh1 təqdim olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, ünvan 1ənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna, X5 və X3 ünvan 1ənzil ünvanında qeydiyyatdadırlar. İş materiallarında əlavə olunmuş “X1” nəzdində "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Açıq Hərracın yekunları barədə” 1167/23 saylı protokola əsasən Cavabdeh3 məxsus ½ hissədə və Cavabdeh5 Abdulovnaya məxsus ½ hissədə ünvan 1ənzil təkrar hərracdan alıq qıyməti 51550 manat olmaqla İddiaçı tərəfində əldə olunmuş və bu protokol İddiaçı müvafi mənzil üzərində tam mülkiyyət hüquqi ilə yeni mülkiyyətçi kimi dövlət reyestrinə daxil edilməsi üçün əsasdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzil açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 1/2 (ikidə bir) hissədə Cavabdeh5, 1/2 (ikidə bir) hissədə Cavabdeh3 verilməsi, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin ilkin satış qiyməti 56700(əlli altı min yeddi yüz) manat müəyyən olunması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi,iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh5ndan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh5 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)- 106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ötürülmüş müddət bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 2(002)-106/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh5 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Hazırki mülki iş üzrə məhkəmə mülki işin materiallarını araşdırıraq qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı mübahisənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Lakin evin köhnə sakinləri olan cavabdehlər qeydiyyatdan və mənzildən çıxmamışdırlar. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi cavabdehlərin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması olmaqla üçi hissədən ibarətdir. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı olaraq qeyd edir ki, cavabdehlər evin köhnə sakinləri olmaqla mənzil artıq iddiaçının xeyrinə özgəninkiləşdirilmiş və hazırda cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının heç bir qanuni əsasları mövcud deyildir. Beləliklə, hazırki vəziyyətdə cavabdehlər özgənin mülkiyyətindən istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuş olurlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli və cavabdehlərin mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməklə mənzildən çıxarılmalıdırlar. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bundan başqa məhkəmə cavabdehlərin mənzildən çıxarılması ilə bağlı qeyd edir ki, mülkiyyəçinin hüquqları qanunla qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1ənzil qeydiyyatında olan Cavabdeh3 və Cavabdeh2 harada yaşamaları barədə məlumat yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh3 mənzilin əvvəlki mülkiyyətçisi olub, eyni zamanda Cavabdeh2 da həmin mənzildə yaşadığından, onların harada yaşaması barədə məlumatın olmaması barədə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbə inzibati nümayəndəliyindən daxil olmuş məktub heç də o demək deyil ki, onlar həmin mənzili birdəfəlik tərk ediblər. Belə olan halda onlara da münasibətdə iddia tələbi təmin olunmalı, çünki məhkəmə qətnaməsinin qət etdi hissəsi qeyri müəyyənlik yaratmamalıdır. Bundan başqa həmçinin həmin mənzilin boşaldılması barədə tələbə münasibətdə də məhkəmə bildirir ki, həmin tələbə aydınlıq məhkəmə iclasında müəyyən olunmuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı mənzili alsa da heç vaxt həmin mənzildə yaşamamışdır, iddiaçının hər hansı bir əmlakı da həmin mənzildə yoxdur v əiddiaçının həmin mənzildə hər hansı bir əşyaya iddiası da yoxur. Cavabdehlərin isə hansı əmlaklarının olması onlarada bəlli deyil. Çünki evin daxilində hansı əmlakların olması onlara da bəlli deyil. Bu səbəbdən də cavabdehlərə məxsus əmlaklar yalnız icra mərhələsində təmin oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzili aldıqdan sonra ora daxil ola bilməməsini nəzərə alaraq hesab edir ki, mənzildə yerləşən əmlaklar məhkəməyə məlum olmasa da, eləcə də cavabdehlər məhkəmə iclası barədə məlumatlı olmalarına baxmayaraq məhkəməyə gəlməyərək həmin əmlaklara aydınlıq gətirməmələri ona əsas vermir ki, iddiaçının öz mənzilindən istifadə etməyə maneə yaransın. Bu səbəbdən də iddia həmin hissədə də təmin olunaraq cavabdehlərə məxsus əmlaklar həmin mənzildən boşaldılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X3 ilə birlikdə) istifadə hüququnun olmaması müəyyən edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovnanın (azyaşlılar X5 və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Abdulovna (azyaşlılar X5 və X3 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar