Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-57/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 Ə.C.Əmirov adına Neft-Qazçıxarma idarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1 Ə.C.Əmirov adına Neft-Qazçıxarma idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Ə.C.Əmirov adına Neft-Qazçıxarma idarəsinin onun mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyünün vurulması ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində daşınar əmlakına vurulmuş 3400 manat maddi ziyanın və mənəvi ziyan olaraq 70.000 evro pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə işə mahiyyəti üzrə baxılması mümkün olmadığından məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh X1 Ə.C.Əmirov adına Neft-Qazçıxarma idarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-57/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-57/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver