Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-629/2024 19.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X9, X2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 azyaşlı uşaqları 2007-ci il təvəllüdlü X4, 2013-cü il təvəllüdlü X6, 2012-ci il təvəllüdlü X3 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 25 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X7 və X1 azyaşlı uşaqları 2007-ci il təvəllüdlü X4, 2013-cü il təvəllüdlü X6, 2012-ci il təvəllüdlü X3, 2009-cu il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X10 və 2018-ci il təvəllüdlü X14 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 25 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 25 saylı evin 14 saylı mənzili xx.xx.2011-ci il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Ev mülkiyyət hüququ əsasında ona məxsus olsa da, hazırda ona məlum olmuşdur ki, evdə onun tanımadığı kənar şəxslər qeydiyyatdadırlar. Həmin şəxsləri tanımır və onları mənzilə qeydiyyata salmamışdır. Bu barədə polis idarəsinə müraciət etsə də, imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizədə əlavə olaraq qeyd etmişdir ki, ona məxsus mənzildə X15, X5 azyaşlı uşaqları - 2009-cu il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X10 və 2018-ci il təvəllüdlü X14 ilə birlikdə qeydiyyatdadırlar. Lakin ona məxsus mənzildə yaşamırlar. Eyni zamanda, ona məxsus evdən qeydiyyatdan çıxmağa razıdırlar. Odur ki, sonucuların da ona məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istəyir. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qızıl Daş qəsəbəsi 25 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 126 saylı MKİS tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli 2 saylı Forma tipli arayışdan görünür ki, cavabdehlər və onların azyaşlı ailə üzvləri iddiaçının mülkiyyətində olan mənzilin ünvanı üzrə qeydiyyatdadırlar. Qonşular tərəfindən tərtib olunmuş, MKİS-in möhürü ilə təsdiq edilmiş 25 dekabr 2023-cü il tarixli aktdan görünür ki, cavabdehlər və onların yetkinlik yaşına çatmamış ailə üzvləri iddiaçının mülkiyyətində olan mənzilin ünvanı üzrə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar və yaşamayıblar. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 21 dekabr 2023-cü il tarixli 3-13-48/2-N- 25220/2023 saylı məktubdan görünür ki, iddiaçının cavabdehlərin və onların azyaşlı ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması barədə ərizəsinə RPİ-də baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar iddiaçıya izah edilərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 12 yanvar 2024-cü il tarixli ərizələrdən görünür ki, X15 və X5 qeydiyyatda olduqları, iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, iddiaçı cavabdehlərin azyaşlı ailə üzvləri ilə birlikdə iddianın predmeti olan mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmələrini xahiş etmişdir. Toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, yuxarıda qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. İş üzrə cavabdehlər azyaşlı ailə üzvləri ilə həmin mənzildə pasport qeydiyyatında olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün hazırki mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürülməmiş, bununla əlaqədar tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Bu səbəbdən, cavabdehlərin azyaşlı ailə üzvləri ilə birlikdə həmin mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X7 və X1 azyaşlı uşaqları 2007-ci il təvəllüdlü X4, 2013-cü il təvəllüdlü X6, 2012-ci il təvəllüdlü X3, 2009-cu il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X10 və 2018-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 25 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırkı qətnamə cavabdehlərin və azyaşlı ailə üzvlərinin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X7 və X1 azyaşlı uşaqları 2007-ci il təvəllüdlü X4, 2013-cü il təvəllüdlü X6, 2012-ci il təvəllüdlü X3, 2009-cu il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X10 və 2018-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 25 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə cavabdehlərin və azyaşlı ailə üzvlərinin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-629/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-629/2024
19.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver