Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-64/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Bakıqaztikintihissə” zavodunun (Бакгазстройдеталь) həmkarlar ittifaqı komitəsinin birgə iclasının 10 noyabr 1992-ci il tarixli, 36 nömrəli protokoluna əsasən, ünvan 1 ünvanında yerləşən, 37,2 m2 sahədən ibarət 3 otaqlı mənzilin İddiaçı Gülalı qızına verilməsi qərara alınmışdır.
2. Qaradağ Rayon Xalq Məhkəməsinin 2-197-1994 nömrəli, xx.xx.1994-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, 13 saylı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir.
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1005, ev 1, 13 saylı mənzil xüsusi mülkiyyət formasında İddiaçı adına xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Qaradağ Rayon Məhkəməsinin 2-279/2004 nömrəli, 11 avqust 2004-cü il tarixli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, Cavabdeh pasport qeydiyyatında olduğu Bakı şəhəri, Lökbatan qəsəbəsi, 1005-ci keçid, ev 1, 13 saylı mənzildə yaşaması üçün 3 yaşayış otağından biri olan, yəni mənzilin giriş qapısından sağ tərəfdə ikinci olan 10,24 m2 sahəyə malik təcrid olunmuş otaq müəyyən edilmiş, həmin mənzilin dəhlizi, hamamı, tualeti və mətbəxinin ümumi istifadədəd saxlanılmış, X4 mənzilə köçürmə və mənzilin bölgüsünə dair iddiasının təmin olunmamış, qarşılıqlı iddia təmin edilərək X4 qeyd edilən mənzilə pasport qeydiyatı və mənzilə olan hüququ ləğv edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDKX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Cavabdeh və X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 125 saylı Mənzil-Kommunal İstismar Birliyi tərəfindən təsdiq edilmiş akta əsasən, qonşular Yüzbaşızadə Pərviz Mətləb oğlu, Yüzbaşva Əminə Azad qızı, X11, Vəkil1 Vahid qızı və X8 bu aktı ona görə tərtib etmişlər ki, həqiqətən Cavabdeh 10 ildən çoxdur ki, Bakı şəhəri, ünvan 2ədov küçəsi,ev 1, 13 saylı mənzildə yaşamır.
7. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 125 saylı Mənzil-Kommunal İstismar Birliyinin 304 nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzil ünvanında qeydiyyatındadır və qonşuların aktına əsasən 10 ildən çoxdur ki, mənzildə yaşamır.
8. Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının X28 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1408 nömrəli arayışa əsasən Cavabdeh Qobu qəsəbəsi, Yeni məhəllə küçəsi nömrəsiz evdə qeydiyyatsız yaşayır. Qəsəbə kommunal xərcləri (qaz, işıq, su) ödəyir.
9. Azərbaycan Respublikası Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının X28 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-29/4/2-65 №-li məktubundan görünür ki, Yeni məhəllədəki ev Qobu qəsəbəsi, Məmmədyarov küçəsi 41A ünvanında yerləşir. Vətəndaşların verdiyi məlumata əsasən, qeyd olunan ev 2014-cü ildə Cavabdeh tərəfindən tikilmişdir. Həmin evdə Cavabdeh öz ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır. Ailə üzvləri - X9-həyat yoldaşı, X18 - oğlu, X15 - qızı.
10. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2-4/2- 1948/2023 №-li məktub və ona əlavə edilmiş abonent saldosundan görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi üzrə Cavabdeh məxsus **********04559 nömrəli istehlakçı hesabı açılaraq X2 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə **********8 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 144602 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan AZE ********, FİN 12XL9ES istehlakçı Cavabdeh qazla təmin edir.
11. "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-9881/2023 nömrəli məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış üzrə abonent olaraq 23 iyul 2023-cü il tarixə **********03052 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Qeyd olunan fərdi yaşayış evi 16 sentyabr 2014-cü il tarixdə elektrik enerjisi ilə təchiz edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh adına Bakı şəhəri 8 və 43 saylı notariat ofislərində əmlak ilə bağlı etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur.
13. Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu Nəcəfova V.M tərəfindən təsdiq edilmiş, AR-İ 317677 №-li, 07 mart 2014-cü il tarixli etibarnamədən görünür ki, X3 Fuad Fərhad oğluna Puta bələdiyyəsi üzvləri yığıncağının 14-1 saylı, 23 noyabr 2007-ci il tarixli protokolundan çıxarışa əsasən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış Puta qəsəbəsi ərazisində yerləşən 600.0 m2 torpaq sahəsini özəlləşdirməyi, buna dair idarə və təşkillatlarda Az.Resp.RİH-də Az.Resp.ƏMDK yanında DƏDRX-in ərazi idarəsində nümayəndə olmağı, lazımi sənədləri verməyi, almağı, adına sərəncam, katastr planı almağı, çıxarış, texniki pasport və s. sənədlər almağı, buna dair ərizə verməyi, imza etməyi, bundan sonra forma 1, forma 2 arayışları almaqla 300 m2 torpaq sahəsinin və evin üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, tikintinin özəlləşdirilməyi, tikintiyə dair bütün sənədləşmə işlərini aparmağı, çıxarış və texniki pasport almaqla satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, dəyişməyi, pulu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək etibar ediltmişdir. Etibarnamə xx.xx.2093-cü ilədək qüvvədədir.
14. Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, AR-İ 337916 №-li, 16 may 2014-cü il tarixli etibarnamədən görünür ki, X1 Fuad Fərhad oğluna Az. Resp Toröaın mülkiyyət verilməsinə dair xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini və üzərində tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqavilənin imzalanması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaəqdar adından ərizə vermək və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarlılıq müddəti xx.xx.2094-cü ilədək. İddia tələbi
15. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzilin istifadə hüquqları itirilmiş hesab olunması, həmin qətnamənin Cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzilində qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə xahiş etmişdir.
16. İşin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin evi o işlədiyi hərbi zavoddan növbə əsasında almışdır. Cavabdeh onun oğludur, o öz istəyi ilə onun razılığı olmadan ailə qurmuşdur. Cavabdeh ailəsi ilə birlikdə 10 ildən çoxdur ki, Qobu qəsəbəsində yaşayır. Torpaq sahəsini ona onun bacısı Gülnarə Abbasova tərəfindən verilmiş, o isə öz vəsaiti hesabına ona həmin torpaq sahəsinin üzərində ev tikdirmişdir. 10 ildən çoxdur ki, onun evində yaşamır, ailə qurduğu gündən mübahisəli mənzildən çıxıb getmiş, ilk vaxtlar qaynanasının yanında yaşamış, sonra isə öz ailəsi ilə birlikdə öz evində yaşayır, uşaqları da həmin qəsəbədə məktəbə gedirlər. Cavabdehin mübahisəli mənzildə yaşamaması barədə qonşular tərəfindən akt tərtib olunmuşdur. Eyni zamanda Abşeron RİHB-in Qobu qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1408 nömrəli arayışından görünür ki, Cavabdeh Qobu qəsəbəsi, Yeni məhəllədə yaşayır və qəsəbədə kommunal xərcləri ödəyir. Cavabdeh onun evində pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
18. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2-ci maddələrinə, istinad etmişdir. İddia tələbinə etiraz
19. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
20. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı onun anasıdır. Anasının mülkiyyetində olan və faktiki qeydiyyatda olduğu mənzil isə atası tərəfindən alınmışdır. Sonradan atası və anası arasında olan münasibətlər pozulmuş və birgə nikaha xitam verilmişdir. Anası isə hansısa üsullardan istifadə edərək atasının mənzildən qeydiyyatdan çıxarılmasını təmin etmişdir. O bir neçə il öncəyə kimi sözü gedən mənzildə yaşamış və mənzilin cari təmir işlərində yaxından iştirak etmişdir .Ailə həyatı qurduqdan sonra isə anası sözü gedən mənzildən istifadə hüququna əsaslı maneələr yaratmışdır. Buna əsasən məcburi olaraq sözü gedən mənzildən istifadə hüququnu müvəqqəti dayandırmışdır. Hazırda qeydiyyatda olduğu mənzildən istifadə etməməyinə səbəb iddiaçı tərəfindən yaradılmış maneədir. Bundan əlavə iddiaçı iddia verən zaman mənzildən istifade hüququma xitam verilməsini tələb etsədə yaxın ailə üzvü olaraq kompensasiya olunma hissəsinə toxunmuşdur. Halbu ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (eri), habelə onun uşaqları və valideynləri aid edilir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir. Bundan əlavə 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianır predmetinə daxil deyil, məhkəmə iddia ərizesinde kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Görünənlər onu deməyə əsas verir ki, iddiaçı kompensasiya ödəmədən mənzildən istifadə hüququma xitam vermək istəyir. Bu isə Konstitusiyanın tələblərinə zidd olmaqla yanaşı ədalətli yanaşma deyil və qəbul olunmazdır. Mənzildən istifadə hüququna xitam verilməli deyil. İstifadə hüququna xitam verildiyi halda isə qanunvericiliyin tələbinə uyğun olaraq bazar qiymətinə uyğun şəkildə kompensasiya olunmalıdır. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq və münaqişələrin həlli yolu ilə ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə içtimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin teminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar.Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında Akimova Azərbaycana qarşı 27 sentyabr 2007-ci il; Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; X23rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir:Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyidə aydın görünməlidir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
21. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdeh onun oğludur, mübahisəli mənzil ona 1992-ci ildə işlədiyi zavoddan verilmişdir, daha sonra o yoldaşı Fərhad Sadıqovdan rəsmi boşanmış və məhkəmə qətnaməsi əsasında keçmiş ərinin həmin mənzillə bağlı hüquqlarına xitam verilmiş, oğlu Cavabdeh isə mənzilin bir otağına yaşamaq hüququ tanınmışdır. Hazırda cavabdeh 16 ildir ki, ona məxsus mübahisəli mənzildə yaşamır. Cavabdeh bir oğul kimi onun ehtiyacları ilə maraqlanmır, özü onkoloji xəstə olsa da oğlu ona baş çəkmir, mənəvi bağlılıqları yoxdur. Belə ki, oğlu gəlinini qaçırmış, həmin vaxt o bu evliliyə etiraz etsə də, sonradan barışmışlar. Həmin vaxt oğlu Cavabdeh və gəlini kirayədə yaşamış, Fuad xalasına müraciət edərək kömək istəmiş, xalası Gülnarə ona torpaq sahəsi vermişdir. Belə ki, işdə olan eitbarnamədə adı olan Abbasov Mehman bacısı oğludur, X31 qəsəbəsində yerləşən torpaq sahəsini verib, Fuad Puta qəsəbəsindəki həmin torpağı sataraq, həmin pulla və əlavə olaraq özünün Fuada verdiyi 7000 manatla Qobuda yeni torpaq sahəsi almışdır. Cavabdehin Qobu qəsəbəsində hazırda üzərində ev tikib yaşadığı torpağı 2014-cü ildə almışdır. O özü oğluna kömək edərək Qobu qəsəbəsindəki evin tikinisi üçün 33.000 manat pul xərcləmiş, evin pərdələrinə, kombisinə qədər alıb yerləşdirmişdir. Cavabdeh 2014-cü ildən Qobu qəsəbəsində həmin özbaşına tikilidə yaşayır. Evin rəsmi sənədləri olmasa da, hər kəs bilir ki, Fuadın evi ordadır, uşaqları o evdə yaşayır və həmin ərazidə məktəbə gedirlər. Cavabdehin Qobu qəsəbəsində tikidirib yaşadığı həmin evin şəraiti hazırkı mübahisə predmeti olan mənzildən qat-qat yaxşıdır, bunu işə əlavə etdiyi oğlunun yaşadığı evdə və evin həyətində çəkdirilən şəkillərdən görmək olar. İddiaçı qeyd etdi ki, cavabdehin onun mülkiyyətində olan evə aidiyyəti yoxdur, başqa evdə doğulub, ailə qurmamışdan öncə mübahisəli evdə yaşamışdır, lakin 16 ildir həmin evdə yaşamır. İddiaçı eyni zamanda bildirmişdir ki, cavabdehi nə mübahisəli mənzildən qovmamış, nə də onun yaşamasına mane olmamışdır. Əksinə cavabdeh ailə qurduqdan sonra özü ailəsi ilə birlikdə köçüb başqa yerlərdə kirayə yaşamış, sonradan Qobu qəsəbəsindəki evi tikib orada yaşamışdır. O özü oğlunun qurduğu ailəyə əvvəl etiraz etsə də sonradan qəbul etmiş, hətta evlərinin tikilməsinə 33.000 manat pul xərcləmişdir. Oğlu Fuad çəkdiyi zəhmətə baxmayaraq nadir hallarda ona baş çəkdiyinə, xəstələnəndə maraqlanmadığına və cavabdehin özünə aid ayrıca evi olduğuna görə onun mübahisəli mənzildən istifadə hüququna son qoyulması üçün kompensasiya verməyə razı deyildir və cavabdehin istifadə hüquqlarının saxlanmasının onun mülkiyyətçi kimi hüquqlarını pozur.
23. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, ev iddiaçının mülkiyyətindədir, qeydiyyat vəsiqəsi vardır. Cavabdeh iddiaçının oğludur, iddiaçı cavabdehi evləndirib, hazırda cavabdeh başqa evdə yaşayır, uzun illərdir mübahisəli evdə yaşamır, mübahisəli evə ehtiyacı qalmayıb, anasının vəziyyəti ilə maraqlanmır, bu faktı qonşular və yerli icra nümayəndəliyi də təsdiq etmişdir. Bundan əlavə, onun verdiyi sorğulara əsasən əldə edilmiş və işə əlavə edilmiş sübutlardan görünür ki, Cavabdeh Qobu qəsəbəsində özünün tikdiyi özbaşına tikilidə yaşamaqlar qaz, işıq və su istehlakçısı olmaqla 2014-cü ildən özünə aid mənzildə kommunal xərcləri ödəyir. Müvafiq istehlakçı müqaviləsi, abonentə dair saldo iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən tərəfin evə ehtiyacının olub-olmaması müəyyən edilməlidir, əgər tərəfin ehtiyacı yoxdursa evlə bağlı kompensasiya tələbi təmin edilmir. Cavabdehin yaşadığı ev özbaşına tikilidir, evlə bağlı sərəncam var. Hazırkı iş üzrə kommunal xidmət göstərilməsi ilə bağlı sorğuların cavabından görünür ki, Qobu qəsəbəsindəki ev cavabdehə məxsusdur və orada yaşayır. İsayeva Xuraman torpaq sahəsini 50 illik müddətinə cavabdehə verib, alqı-satqı müqaviləsi bağlanmayıb, lakin etibarnamə yolu ilə evin yerləşdiyi torpaq sahəsi cavabdehə satılmışdır. Şahidlər də təsdiq edir ki, cavabdeh Qobu qəsəbəsində aldığı torpaq üzərində tikdirdiyi özbaşına tikili olan yaşayış sahəsində yaşayır. Həmin yaşayış sahəsinin hər cür şəraiti vardır, hətta iddiaçının mülkiyyətində olan mübahisə predmeti evdən daha böyük və raaht evdir. İddiaçının vəkili göstərilənlərə əsasən, cavabdehin uzun illər mübahisəli mənzildə yaşamaması və ysaşayış sahəsinə ehtiyacının aradan qalxmasının işin hallarından sübuta yetirilməsini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi.
24. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etməmiş, iddiaya etirazı müdafiə edərək bildirmişdir ki, mübahisəli evin mülkiyyətçisi atası olmuş, anası həmin evdən atasını da çıxartdırmışdır. Onun mübahisəli mənzildən istifadə hüququ vardır, bununla bağlı 2004-cü ildən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi vardır. O özü hazırda anasına məxsus Lökbatan qəsəbəsindəki mübahisə predmeti olan mənzildə yaşamasa da, başqa yaşayış sahəsi də yoxdur. O və həyat yoldaşı uşaqları hazırda qayınanasına aid evdə yaşayırlar. Onun mülkiyyətində hər hansı əmlak yoxdur, başqa evinin olmadığı üçün mübahisəli evdən qeydiyyatdan sadəcə kompensasiya ilə çıxmağa razıdır. Mübahisəli mənzili də iddiaçı ona evdə yaşamağa imkan vermədiyi üçün tərk etmişdir. Belə ki, evləndikdən sonra həyat yoldaşı ilə evdə yaşamağa icazə verməmişdir. Cavabdeh 2014-cü ildə ailə həyatı qurduğunu, anasının evinə gedib-gəldiyini, hazırda Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə adlanan yerdə həyat yoldaşı, qaynanası, qaynatası və uşaqlarla birlikdə yaşadığını, torpaq sahəsinin özünün olsa da, yaşadığı evin sənədsiz olsa da evin qaynatasının olduğunu bildirmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsini və kompensasiya ödənilmədən evdən istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirmişdir.
25. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddia təlbinə etiraz etmiş və bildirmişdir ki, Bakı şəhəri, ünvan 2ədov küçəsi,ev 1, 13 saylı mənzil orderli olub, evi cavabdeh təmir etmişdir. Cavabdeh evdə yaşamaq istəsə də, anası icazə vermir. Tərəflər arasında həmişə mübahisə olmayıb, bir müddət barışıq olub. Cavabdeh hazırda öz ailəsi ilə birlikdə qaynanasının evində yaşayır, özünün evi yoxdur. İddiaçı cavabdehin uzun illərdir evə gəlmədiyini bildirir, amma bu belə deyil, cavabdeh keçən ad günündə evdə olub, onların ad günü ilə bağlı şəkilləri var, son dövrlərə qədər tərəflərin münasibəti müsbət olub, mübahisəli evin mülkiyyətçisi iddiaçıdır, cavabdeh evdən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinə razı deyildir. İşə əlavə edilmiş etibarnamələrlə bağlı bildirir ki, torpaq sahəsi ilə bağlı mülkiyyətçi tərəfindən cavabdehə etibarnamə verilmiş, orada cavabdehin etibarnaməyə uyğun hərəkət etdiyi bildirmişdir, hesab edir ki, göstərilənlər cavabdehin yaşayış sahəsinin olmasını təsdiq edən sübut deyildir. Prosesin digər iştirakçılarının ifadələri
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, iddiaçı onun bacısı, cavabdeh bacısı oğludur. Cavabdeh ailə həyatı quran zaman iddiaçı cavabdehin ailə həyatı quracağı xanıma razı olmamış, lakin sonradan oğlunun fikri dəyişmədiyindən onlara ev almaq üçün kömək etmişdir. Cavabdeh iddiaçıya məxsus Lökbatan rayonundakı mənzildə artıq 16 ildir yaşamır, evlənəndən sonra bir müddət kirayədə qalırdı, bundan sonra ondan kömək istədi. Şahid Qaradağ rayonu, Puta qəsəbəsində iki torpaq sahəsinin olduğunu, birini Fuada verdiyini, Fuadın da həmin torpağı satıb əlavə də pul qoyub Qobu qəsəbəsində indi yaşadığı evi tikdiyi torpağı aldığını bildirmişdir. Bundan sonra, cavabdeh anası ilə barışmaq istədiyini ona demiş, o da onları barışdırmış, bundan sonra iddiaçı həmin torpaq sahəsində ev tikmişdir, anası Firəngiz həmin evin tikintisinə xeyli pul xərcləmişdir. Hazırda cavabdeh özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır, iddiaçının evinə ehtiyacı yoxdur. Fuad sadəcə iddiaçının evini satdırmaq istəyir, ilk gələn gündən gəlini iddiaçıya evini satmasını bildirmişdir. Cavabdehin indi yaşadığı evlə bağlı bütün xərclərini bacısı çəkib, qızın cehizini iddiaçı alıb. Cavabdeh illərdir evə gəlmir, anasının vəziyyəti ilə maraqlanmır. Belə ki, bir bacı kimi iddiaçının evinə azı ayda bir dəfə gedir, heç vaxt cavabdehin evdə olduğunu görməmiş, nə də bu barədə eşitməmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
27. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29. İ və İİ. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”sinin
29. Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası
30. 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
32. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
35. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
43. İddia əsaslıdır.
44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 2mədov küçəsi ev 1, 13 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehin həmin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halıdır.
45. Məhkəmə hesab edir ki, cavabdehin mənzilə dair istifadə hüququ mövcud olduğundan, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinin mümkünlüyü barədə məsələyə hüquqi qiymət verilməlidir.
46. Məhkəmə bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
47. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
49. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı).
50. Həmin Qərarda qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
51. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
52. Məhkəmə qeyd edilən halları araşdıraraq müəyyən etmişdir ki, cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi ev 1, 13 saylı mənzildə uzun müddətdir yaşamır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə araşdırması izahatında bildirmişdir ki, cavabdeh uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan evdə yaşamamaqla kirayədə yaşayır. Cavabdehin kirayədə yaşamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
53. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan aydın olur ki, cavabdeh Sadıqov X17 rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən tikilidə yaşayır. İşə əlavə edilmiş müvafiq arayışa əsasən cavabdehin yaşadığı ev Qobu qəsəbəsi, Yeni məhəllə, Məmmədyarov küçəsi 41A ünvanında yerləşir və həmin ev 2014-cü ildə Cavabdeh tərəfindən tikilməklə Cavabdeh orada öz ailə üzvləri (həyat yoldaşı, oğlu və qızı) ilə birlikdə qeydiyyatsız yaşayır.
54. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonunda yerləşən tikiliyə dair elektrik, su və qaz sayğacı Cavabdeh adına qeydiyyatdan keçmişdir və cavabdeh həmin evdə yaşayır. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə araşdırması zamanı təqdim etdiyi sənədlərdə də cavabdehin mübahisəli ünvanda “Azəriqaz” İB tərəfindən qazdan, eyni zamanda su sayğacından istifadə üzrə istehlakçı kimi qeydiyyatdan keçdiyi müəyyən edilmişdir.
55. Bununla yanaşı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətə əsasən əldə edilmiş sübutlardan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh adına Bakı şəhəri 8 və 43 saylı notariat ofislərində əmlak ilə bağlı etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur.
56. Belə ki, Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, AR-İ 317677 №-li, 07 mart 2014-cü il tarixli etibarnamədən görünür ki, X3 Fuad Fərhad oğluna Puta qəsəbəsi ərazisində yerləşən 600.0 m2 torpaq sahəsini özəlləşdirməyi etibar etmiş, Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, AR-İ 337916 №-li, 16 may 2014-cü il tarixli etibarnamədən isə görünür ki, X1 Fuad Fərhad oğluna Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini və üzərində tikilini özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, notariat kontorunda alqısatqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqavilənin imzalanması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetirilməsilə əlaəqdar adından ərizə vermək və digər hərəkətlər etməyi xx.xx.2094-cü ilədək etibar etmişdir.
57. Məhkəmə araşdırması zamanı ifadə vermiş şahid ifadəsindən görünür ki, Mehman Abbasov cavabdehin xalası oğlu olmaqla Puta qəsəbəsində yerləşən torpaq sahəsini Cavabdeh ev tikməsi üçün etibarnamə əsasında vermişdir. Göstərilən fakt Cavabdeh tərəfindən inkar edilməmişdir, belə ki, məhkəmə iclasında verdiyi izahatında cavabdeh Puta qəsəbəsində yerləşən torpaq sahəsini xalasının ona verdiyini, bundan sonra özünün də Qobu qəsəbəsindən 0,03 ha torpaq sahəsi aldığını bildirmişdir. İddiaçı tərəfin mövqeyinə əsasən, Cavabdeh həmin torpaq sahəsini sataraq, əldə edilmiş pulun üzərinə vəsait əlavə edərək Xuraman İsayeva tərəfindən verilmiş torpaq sahəsini əldə etmiş və üzərində hazırda yaşadığı yaşayış sahəsini inşa etmişdir, eyni zamanda, iddiaçı tərəfindən cavabdehin yaşadığı evin fotoşəkillərini təqdim edilmişdir.
58. Məhkəmə Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının X28 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən cavabdehin yaşadığı və özü tərəfindən inşa edilmiş tikilinin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşməsi, Xuraman İsayeva tərəfindən məhz Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı etibarnamənin verilməsi və həmin etibarnamənin 2094-cü ilədək qüvvəsinin olması ilə bağlı işin hallarını birlikdə nəzərə alaraq cavabdehin Qobu qəsəbəsində torpaq sahəsini məhz hazırda yaşadığı tikilini inşa etmək məqsədilə əldə etməsini ağlabatan hesab edir.
59. Məhkəmə hazırkı iş üzrə cavabdehin yaşadığı evin özbaşına tikili olmasına münasibət bildirərək qeyd edir ki, həmin ev cavabdeh tərəfindən öz vəsaiti hesabına inşa olunmaqla onun daimi yaşayış yeri olduğundan geniş mənada onun həmin evə dair əmlak hüquqları mövcuddur.
60. Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
61. Göstərilənlərdən aydın olur ki, cavabdehin öz vəsaiti hesabına inşa etdirdiyi, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən yaşayış sahəsində yaşaması məhkəmə araşdırması nəticəsində sübut edilmişdir. Cavabdehin yaşayış sahəsinə ehtiyacının olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, qeyd edilən tikiliyə dair elektrik və qaz sayğacı cavabdehin adına qeydiyyatdan keçmiş, cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır.
62. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
63. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: - güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; - sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; - bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; - bu sübutlar birlikdə dəyərləndirilməlidir.
64. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq hesab edir ki, cavabdehin istifadə hüququnun olduğu mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmaqla orada on ildən artıq müddət ərzində yaşamaması, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə bağlı işin faktiki halları məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, etirazın dəlillərinə dair isə sübutlar təqdim edilmədiyindən cavabdehin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədə iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə
67. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, ünvan 2mədov küçəsi, ev 1, 13 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova