Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-776/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçının Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və əmlakların çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və əmlakların çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçı qeyd olunan iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir (halbuki, iddiaçı iddia ərizəsində keçmiş həyat yoldaşı ilə yanaşı birgə nikahdan olan uşaqlarının da mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsini, eyni zamanda tərəflərin birgə nikah dövründə birlikdə yaşadıqları mənzildə birgə istifadədə olmuş əşyaların mənzildən çıxarılmasını tələb etdiyindən, mübahisənin ailə hüquq münasibətlərindən irəli gəldiyi və mediasiya qaydasında həllinin mümkün olduğu nəzərə alınmalıdır). Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci, 26.1.3-cü və 26.1.5-ci maddələrinə əsasən, ailə münasibətlərindən irəli gələn (o cümlədən uşağın yaşayış yerinin müəyyən edilməsi, ailə münasibətlərindən irəli gələn digər) mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçının Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və əmlakların çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-776/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-776/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver