Məhkəmə qərarları › İş №2(002)-80/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-80/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-80/2021 16.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X2 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx“ ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx ” ASCnin xeyrinə 450 manat məbləğində ziyanın və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1254/2020 saylı, 12.06.2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx» ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddianın icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lada 212140 markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi, Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 12.06.2018-ci il tarixdən 12.06.2019-cu il tarixədək icbari sığorta ilə sığortalanmışdır. Cavabdeh 02.03.2019-cu il tarixdə saat 12:30-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət məscidi istiqaməti ilə idarə etdiyi Lada 212140 markalı, 90ZA026 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə Mercedes Benz E 200 cdi markalı DD309CD qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə 450 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə Səbail RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh barəsində İXM-nin 332.1-ci və 327.6-cı maddələri ilə nəzərədə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə olunmuşdur. Mercedes Benz E 220 cdi markalı, DD309CD qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği İlqar Zeynalov tərəfindən 450 manat müəyyən edilmişdir. xxxx ASC tərəfindən həmin zərəçəkənin hesabına 450 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini müdafiə edərək, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan 12.06.2018-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 90-ZA026 dövlət qeydiyyat nişanlı Lada 212140 markalı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə olunmuş 19.03.2019-cu il tarixli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən DD309CD dövlət qeydiyyat nişanlı “Mersedes Benz “ avtonəqliyyat vasitəsinə dəymiş zərər üçün 450 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 28.06.2019-cu il tarixli İddiaçı “xxxx» ASC tərəfindən Cavabdeh göndərilmiş məktubun məzmunundan görünür ki, DD309CD dövlət qeydiyyat nişanlı Mersedes Benz markalı markalı avtonəqliyyat vasitəsinə vurulmuş zərərin ödənişi ilə bağlı iddiaçının cavabdehə subraqasiya hüququnun yarandığı bildirilmişdir. İş materiallarında olan 08.10.2018-ci il tarixli zərər aktından görünür ki, DD309CD qeydiyyat nişanlı Mersedes Benz markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 450 manat təşkil etmişdir. İş materiallarında olan arayışdan görünür ki. 02.03.2019-cu il tarixində saat 12.30-da Cavabdeh idarə etdiyi LADA 212140 markali 90-ZA026 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə X1 idarə etdiyi DD309CD qeydiyyat nişanlı Mersedes Benz E220 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat cərimə olunmuşdur. İş materiallarına əlavə eidlmiş avtonəqliyyat vasitələrinin texniki ekspertizasına dair rəyin məzmunundan aydın olur ki, `Merseds Benz E 220 cdi markalı, DD309CD dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 30 manat, işçilik xidmətləri isə 420 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 450 manat təşkil edir. İş materiallarından görünür ki, 90ZA026 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarından görünür ki, 02.03.2019-cu il taridə saat 12:30-da yol nəqliyyat hadisəsi baş vermişdir və hadisə nəticəsində Lada 212140 markalı 90ZA026 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh nəticəsində DD309CD Mercedes Benz cdi markalı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə zərər vurulması müəyyən edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9\762 № li rəyinin məzmunundan aydın olur ki, Mersedes Benz E 220 markalı DD309Cd dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 450 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, **-ZA-*** dövlət qeydiyyat nişanlı Lada 212140 markalı avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Mercedes Benz E220 cdi markalı, DD309CD qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz E220 cdi markalı, DD309CD qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 450 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, hadisə yerindən yayınmışdır. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmış olan cavabdehdə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iş materiallarından görünür iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş sığorta ödənişinin məbləği müstəqil ekspert tərəfindən deyil, onun özü tərəfindən tərtib edilmiş hesablama aktı əsasında müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz E220 cdi markalı, DD309CD qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 450 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən avtomobilə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsinə dair hər hansı mötəbər, təkzib olunmaz sübutlar təqdim edilmədiyindən, habelə avtomobilə vurulmuş ziyanın məbləğinin onun özünün tərtib etdiyi hesablama aktı əsasında müəyyən edildiyindən, həmin qiymətlərin real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, bu halda həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və sığorta ödənişinin əsası olan vurulmuş ziyanın məbləği bu rəylə müəyyən edilmiş 450 manat məbləğində müəyyən olunmalı, iddia tələbi təmin olunmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 450 manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 450 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz ) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar