Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-896/2020 17.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, ərizəçi Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızının iştirakı ilə, ərizəçi Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızınun maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1988ci il tarixdən hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçi Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızı izahatında göstərdi ki, o, xx xxxxxxxx 1970-ci il tarixdə Ermənistanın Krasnoselsk rayonunda doğulmuşdur. Doğum faktı Krasnoselsk rayonunda qeyd edilməklə xx xxxx 1987-ci ildə ona Krasnoselsk rayon Daxili işlər şöbəsi tərəfindən X-SL seriyalı 745065 saylı pasport (keşmiş SSRİ pasportu) verilmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində məlum hadisələrlə əlaqədar xx.xx.1988-ci ildən Ermənistandan qaçqın düşməklə Bakı şəhərində məskunlaşmışdır. Belə ki, 1988-ci ildən 2015-ci ilədək Xətai rayonu ərazisində, 2015-ci ildən hal-hazıradək Qaradağ rayonu ərazisində daimi yaşamışdır. O, qaçqın düşdükdən sonra sovet pasportu ilə xx xxxxxxxx 1989-cu ildə Bakı şəhəri “Səadət sarayı”nda həmyerlisi X8 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1990-cu il təvəllüdlü Afət və xx.xx.1993-cü il təvəllüdlü Bəxtiyar adlı iki uşaqları doğulmuşdur. Uşaqlara doğum haqqında şəhadətnamə alarkən onun müvafiq pasportundan istifadə edilmişdir. Həmin dövrdən sonra ehtiyac olmadığından şəxsiyyət vəsiqəsi almamışdır. Bütün ailə üzvlərinin şəxsiyyət vəsiqəsi vardır. Hazırda o, şəxsiyyət vəsiqəsi almaq istərkən ona xx.xx.1988-ci il tarixdən hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmədiyindən şəxsiyyət vəsiqəsi verilə bilməyəcəyi bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Hazırda ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla yanaşı, xx.xx.2020ci il tarixli məhkəmə iclasında iştirak etmiş nümayəndə X28 ərizəçinin xx.xx.1988-ci il tarixdən hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə ərizə tələbi ilə məhkəməyə müraciət etməsinin qanunauyğun olduğunu və yaşayış yerləri barədə müvafiq sübutlar təqdim edəcəyi təqdirdə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 172, 185-ci maddələrinə əsasən, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, o, ərizəçinin həm həmyerlisi, həm də qohumudur. Ərizəçi ilə bir yerdə böyümüşdür. Məlum hadisələrdən sonra qaçqın düşmüşlər. Ərizəçi 1988-ci ildən 2015-ci ilə qədər Xətai rayonunda, daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşamışdır. Ərizəçi faktiki olaraq sovet pasportu ilə hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşamış, qeydiyyata düşə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi almamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, o, ərizəçinin həmyerlisidir. Ərizəçi ilə 1988-ci ildə Ermənistandan birlikdə gəlmişlər və 2015-ci ilə qədər Xətai rayonunda qonşu olmuşlar, daha sonra ərizəçi ailəsi ilə birlikdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşmışdır. Ərizəçi faktiki olaraq sovet pasportu ilə hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşamış, qeydiyyata düşə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi almamışdır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ZJ seriyalı No 071364 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxxxx 1970-ci ildə Ermənistan SSR Krasnoselsk rayonu Cil kəndində anadan olmuşdur. Atası X18, anası X16r, hər iki valideyni azərbaycanlıdır. İş materiallarında olan Ermənistan SSR Krasnoselsk rayon Daxili işlər şöbəsi tərəfindən verilmiş X–SL seriyalı No 745065 saylı SSRİ vətəndaşının pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxxxx 1970-ci ildə Ermənistan SSR Krasnoselsk rayonu Cil kəndində anadan olmuşdur. İş materiallarında olan V-JQ seriyalı, 314576 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X8 xx.xx.1989-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Bakı şəhəri Səadət sarayı tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan XV-JQ seriyalı No 262042 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx xxxxxx 1990-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası X3r. İş materiallarında olan XVİİİ-JQ seriyalı No 256250 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası X3r. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 46 nömrəli arayışdan görünür ki, X2 rayonu, Müşfiqabad qəsəbəsi, Müşfiq küçəsi, ev 21 (könhə ünvan: İ massiv, 27-ci küçə, ev 21) ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızının xx.xx.1988-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşması faktı məhkəmə qaydasında tanındıqdan sonra sözügedən məsələ ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə yenidən müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 131 nömrəli arayışdan görünür ki, X1 Bələdiyyəsinin inzibati ərazisi olan Müşfiqabad qəsəbəsi, YYM-1, küçə 27, ev 21 ünvanında qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan X5 qonşuları X11 (AZE 18637869), Adıgözəlov Nəsib Absaddar oğlu (AZE 08860520), X12 (AZE 14438573) tərəfindən təsdiq edilmiş aktdan görünür ki, X9 üç nəfər ailə tərkibi ilə (X8, X10, X4) birlikdə 2015-ci ildən Müşfiqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 27-ci küçə, 21 saylı evdə yaşayır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş, X14, X7, X15 tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktiki olaraq 1988-ci ildən 2015-ci ilə qədər qeydiyyatsız olaraq yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 466 saylı arayışdan görünür ki, Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində faktiki olaraq 1988-ci ildən 2015-ci ilə qədər qeydiyyatsız olaraq yaşamışdır. Beləliklə, mülki iş üzrə sübutlara, o cümlədən ərizəçinin izahatına, şahidlərin ifadələrinə, doğum və nikah haqqında şəhadətnamələrə, SSRİ pasportunun surətinə, yaşayış yerləri barədə akt və arayışlara əsasən, Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızının xx.xx.1988-ci il tarixdən hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktı öz təsdiqini tapır. Həmin faktın həqiqətə uyğunluğu iş üzrə sübutlarla təsdiq olunur və tərəflər arasında mübahisə doğurmur. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Aslanova (Ələkbərova) Firəngiz Ənvər qızının xx.xx.1988-ci il tarixdən hər hansı dövlətin vətəndaşlığına mənsub olmadan Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-896/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-896/2020
17.08.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver