Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-987/2023 01.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı xx.xx.2005-ci il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun oğlu X1 həyat yoldaşı olmuşdur. Onlar arasında nikah 2002-ci ildə bağlanmış, cavabdeh iddiaçının mülkiyyətində olan 43 saylı mənzilə gəlin gəlmiş, lakin 2004-cü ildən oğlu ilə birlikdə mənzildən köçərək getmiş və bir müddət kirayədə yaşamış, 2006-cı ildən isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. Bir daha qeyd edir ki, cavabdeh 2004-cü ildən ona məxsus mənzilə heç vaxt gəlməmiş və həmin mənzildə yaşamamışdır. Hətta 2008-ci ildə cavabdehin mənzilə köçürülməsi barədə qətnamə olsa da, cavabdeh həmin qətnamənin icrasından özü imtina etmiş və mənzilə heç vaxt gəlməmişdir. Daha sonra cavabdehlə oğlu arasında münasibətlər pisləşmiş və onların nikahları 2017-ci ildə pozulmuşdur. Cavabdeh qızı Günayla birlikdə bir müddət başqa ünvanda yaşamış, lakin sonradan məhkəmə qətnaməsinə əsasən qızı Günayla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Göründüyü kimi, cavabdeh onun ailə üzvü deyildir, 2004-cü ildən ona məxsus mənzildə yaşamır, iyirmi ilə yaxındır öz yaşayışını başqa ünvanda təmin edir, hətta məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə başqa evə köçürülmüşdür. Lakin hələ də formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması barədə polisə və inzibati məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh onun keçmiş gəlini olduğundan ərizəyə inzibati məhkəmədə baxıla bilməyəcəyi izah edilmişdir. Ona görə də iddia tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135, 185-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, İddiaçı oğlu X6 ilə 27 noyabr 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, el adəti ilə toyları olduqdan sonra ünvan 2 ünvanına gəlin gəlmişdir, cehiz əşyaları həmin mənzildədir. Hətta bir müddət sonra münasibətləri normal olduğundan həmin mənzilin təmirinə görə ona 10000 (on min) manat pul xərclədiblər. İddiaçının oğlu ilə birgə nikahlarından 10 aprel 2003-cü ildə X12 və 17 dekabr 2005-ci ildə X9 adlı iki övladları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da. sonradan iddiaçının, keçmiş qaynanasının və keçmiş həyat yoldaşının əsassız olaraq mübahisələr yaratması səbəbindən ailə münasibətləri korlanmış, hər gün evdə sözsöhbət, mübahisələr yaşanmışdır. İddiaçı, həyat yoldaşı və oğlu dəfələrlə onu azyaşlı uşaqlarının gözü qarşısında təhqir etmiş, evdə səbəbsiz yerə münaqişələr yaradaraq onu uşaqları ilə birlikdə evdən qovmuşlar. Həmin zamandan etibarən münaqişəli ailə olaraq Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsində qeydiyyatdadırlar. Sonradan iddiaçının oğlu ilə xasiyyətləri uyğun gəlmədiyindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. ünvan 2 ünvanına onu uşaqları ilə birlikdə mənzildən qovduqlarına, mənzilin qıfıllarını dəyişdirdiklərinə və mənzilə daxil ola bilmədiklərinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdikdən sonra 19 fevral 2008-ci il tarixli 2- 147/2008 saylı qətnamə ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 35 saylı evin, 43 saylı mənzilinə qeydiyyata düşmüşlər. Mənzildə ona məxsus cehiz əşyaları qalmaqdadır, keçmiş qaynatası və qaynanası evin açarlarını dəyişdirərək onu və nəvələrini mənzilə buraxmamışdır. İddia ərizəsində iddiaçı guya onun və azyaşlı qızının istifadə hüquqlarının itirilməsi ilə bağlı polisə və inzibati məhkəməyə müraciət etdiyini yazsa da, əlavə olaraq qeyd edir ki, polis və digər dövlət orqanları iddiaçının nə tip, hansı əqidəli insan olduğunu və keçmiş gəlini olaraq ona və azyaşlı nəvəsinə qarşı bu cür dona girərək yalan, şər uydurmasını və böhtanlar atmasını artıq gözəl başa düşür və bilirlər. Qeyd olunanlara əsasən, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, iddiaçı ilə 1984-cü ildən qonşudurlar. Cavabdeh 2002-ci ildə iddiaçıya məxsus 35 saylı mənzilə gəlin gəlmişdir. Həmin mənzildə təxminən bir il yaşadıqdan sonra iddiaçının oğlu ilə birlikdə mənzildən çıxıb gemişlər. O vaxtdan sonra cavabdehin 35 saylı mənzilə gəldiyini görməmişdir. Cavabdehin iddiaçının oğlu ilə həyət evində yaşadığını bilmişdir. Sonradan eşitmişdir ki, cavabdeh iddiaçının oğlundan boşanmış, bir müddət sonra isə məhkəmə qaydasında həmin həyət evinə köçürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 35 saylı binada anadan olduğu vaxtdan yaşayır. İddiaçı və onun ailə üzvlərini yaxşı tanıyır. Cavabdeh iddiaçının gəlini olmuş, təxminən bir il həmin binada yaşadıqdan sonra iddiaçının oğlu ilə birlikdə Sahil qəsəbəsində yerləşən həyət evinə köçmüşdür. Cavabdeh təxminən 20 ildir ki, yəni çıxıb getdiyi vaxtdan indiyə kimi Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən 35 saylı binaya gəlməmiş və iddiaçıya məxsus mənzildə yaşamamışdır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İV-JQ seriyalı, 265065 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şahmarov Rasimin atası İddiaçıdur. İş materiallarında olan AZ-İ seriyalı, 294557 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında nikahın ləğv edilməsi 12 yanvar 2017-ci il tarixində qeydiyyata alınmışdır. Nikahın ləğvindən sonra qadına Şahbazova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 061999 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/171526 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Şükürova Xuraman, Rəhimov Xudadat, Annenkova Nadejda və Baxşıyeva Mehriban tərəfindən tərtib edilmiş və 109 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzildə yaşayan İddiaçı gəlini Cavabdeh və nəvəsi X9 2002-ci ildən göstərilən ünvanda yaşamırlar. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 373 saylı, xx.xx.2023-cü il tarixli Forma-2 üzrə arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzildə yaşayır. Həmin mənzildə onun özü, həyat yoldaşı X10, oğlu X6, keçmiş gəlini Cavabdeh, nəvələri X12 və X9 qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı, 817685 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şahmarova Günayın atası X6, anası X5r. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-147/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 İddiaçı qarşı mənzilə köçürmə və mənzilə yaşayış hüququnun tanınmasına dair iddiasının təmin edilməsi, X4 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzilə köçürülməsi və həmin mənzilə istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinin rəisi A.Qocayevin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2008-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-147/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, X8 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzilə köçürülməlidir. İcra dəfələrlə təyin edilmiş və bu barədə xx.xx.2008-ci il tarixli, xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli aktlar tərtib olunmuşdur. Rəsmi icra təyin etmə məktubunun göndərilməsinə baxmyaraq tələbkar icra yerinə gəlməmişdir. Bununla da tələbkar öz hərəkətsizliyi ilə icra sənədinin icrasına mane olmuşdur. Ona görə də MQİH Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən icra sənədi geri qaytarılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-825/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülməsi qət edilmiş, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan A.Allahverdiyev, S.Əhmədzadə, Ş.Aynurə, Ş.Rasim, N.Lalə və T.Rövşən tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2023-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixdə icra sənədində qeyd olunan ünvana getmişlər. Ünvanda onları X6 qarşılamışdır. Hər iki tərəfə icra sənədində qeyd olunan evlə bağlı birgə yaşamaq, birgə istifadə etmək hüquqları ətraflı şəkildə izah olunmuşdur. Beləliklə, tələbkara evin giriş qapısının açarı təqdim olunmaqla övladı 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülmüşlər. İş materiallarından olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, o, 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Yeni massiv 5 ünvanına köçürülməlidir. O, övladı ilə birlikdə qeyd olunan ünvana köçürülmüşdür. Köçürülmə zamanı heç bir insident baş verməmişdir. Heç bir şikayəti və etirazı yoxdur. Qeyd olunan icra sənədinin icrasına AR İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş edir. İş materiallarında olan Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraat xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Qərarda həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən müəyyən edir ki, cavabdeh uzun müddətdən bəri öz yaşayış hüququnu başqa ünvanda təmin etməklə, onun iddiaçıya məxsus mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, hazırda onun iddiaçıya məxsus mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, mülki iş üzrə sübutlar, o cümlədən şahidlərin ifadələri, 109 saylı MKİS tərəfindən tərtib edilmiş akt, Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinin rəisi A.Qocayevin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2008-ci il tarixli məktub, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-825/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, cavabdehin özü tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizənin surəti, Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə birmənalı olaraq müəyyən edilir ki, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-147/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə tanınmış istifadə hüququnu öz hərəkətsizliyi ilə ümumiyyətlə reallaşdırmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1518/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə isə onun 17 dekabr 2005-ci il təvəllüdlü X9 ilə birlikdə başqa ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, həmin qətnamə icra olunaraq icra sənədi üzrə icraata xitam verilmiş, beləliklə mənzilə istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı qeyd olunan sübutlarla tam təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşağı xx.xx.2005-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 35, 43 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-987/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-987/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver