Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-998/2020 10.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydində ata adının düzgün olmaması müəyyən edilməsi və onun ata adının “X7” olması faktı müəyyən edilməklə həmin akt qeydində müvafiq düzəliş edilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası X7, anası X10 olmaqla atası ilə anası xx xxxx 1966-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. O doğum şəhadətnaməsi əsasında xx.xx.2012-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Onun bütün sənədlərində ata adı Əlisahib kimi qeyd edilmişdir. Hazırda doğum haqqında şəhadətnaməm itməklə yeni doğum haqqında şəhadətnamə almaq istəyərkən ona bildirmişlər ki, onun doğum akt qeydində atasının adı Əlisahib Həmid oğlu əvəzinə anasının adı ilə “Şirvan Lazım” oğlu kimi yazılmışdır. Ata adının düzəliş edilməsi barədə qeydiyyat şöbəsinə müraciət etsə də şöbədən düzəlişdən imtina edilmişdir Hazırda doğum akt qeydində ata adının "Şirvan Lazını oğlu” kimi yazılması və sənədlərində olan bu uyğunsuzluq ona bir sıra problemlər yaradır. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra Ərizəçi məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək bildirmişdir ki, onun, yəni xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydində ata adının düzgün olmaması müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, onun doğum haqqında şəhadətnaməsində yanlışlıqla anasının adı olan “Şirvan Lazım” ata qrafasında da yazılmış, bununla da sənədlərində uyğunsuzluq yaranır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Onların anasının adı Şirvan Lazım qızı, atasının adı Əlisahib Həmid oğludur. Lakin qardaşının doğum akt qeydində anasının adı olan “Şirvan Lazım” ata qrafasında da yazılmışdır. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçinin bacısıdır. Onların anasının adı Şirvan Lazım qızı, atasının adı Əlisahib Həmid oğludur. Lakin qardaşının doğum akt qeydində anasının adı olan “Şirvan Lazım” ata qrafasında da yazılmışdır. Lakin onun özünün doğum haqqında şəhadətnaməsində ata və anasının adları düzgün yazılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 05/Q-369/62 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq bildirilmişdir ki, doğum akt qeydində dəyişiklik edilməsi barədə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.1966-cı il tarixdə verilmiş İ-İE seriyalı 429062 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X11 arasında nikah xx.xx.1966-cı il tarixdə 124 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Şəfiyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 05435388 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X2 rayonu, Həmyə kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 05435392 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X1 rayonu, Çabanlı kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-JQ seriyalı 412697 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 atasının adı X7, X6r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 003309 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X12 arasında nikah xx.xx.2004-cü il tarixdə Şamaxı RİHB-nin Həmyəli kənd üzrə nümayəndəliyində 26 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Şəfiyeva soyadı verilmişdir. İş materiallarına əlavə və məhkəmə iclasında tədqiq edilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi Bakı şəhərində doğulmuşdur. Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçi doğumu haqqında doğum akt qeydləri kitabında qeydiyyat aparılmış, lakin onun “ata adı” qrafasında da anasının adı “Şirvan Lazım oğlu” yanlışlıqla yazılmış,hüquq haqqında mübahisə olmasa da, müvafiq icra hakimiyyəti orqanı edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə hüquq haqqında mübahisə olmamasını, müvafiq düzəlişin edilməsinə müvafiq icra hakimiyyəti tərəfindən imtina olunduğunu, həmçinin iş üzrə tədqiq edilmiş bütün sübutlar, şahid ifadələri və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydinin ata adının düzgün olmaması müəyyən edilməlidir. Qətnamə xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydinin atası qrafasında “X7” yazılaraq düzəliş edilməsi üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydinin ata adının düzgün olmaması müəyyən edilsin. Qətnamə xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi doğum haqqında akt qeydinin atası qrafasında “X7” yazılaraq düzəliş edilməsi üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-998/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-998/2020
10.08.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver