Məhkəmə qərarları › İş №2(003)-1020/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1020/2022

07.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1020/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yüksək gərginlikli hava xəttinin ona məxsus bağ sahəsindən çıxarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xəttlərinin çıxarılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 280 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətində ********** nömrəli çıxarışla mülkiyyət hüquqları ilə onun adına qeydiyyata alınmışdır. Onu da qeyd edir ki, həmin bağ sahəsi 1966-cı il tarixdə hüquqmüəyyənedici sənədlər əsasında onların istifadəsinə verilib. Mülkiyyət hüquqları ilə ona məxsus olan bağ sahəsinə elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılması tələbi ilə müraciət etdi. Cavabdeh orqanın müraciətinə 27 may 2021-ci il tarixli 6-**********1314 126 saylı məktubda qeyd edilir ki, “Xəzər rayonu, Zirə bağlarında yerləşən bağ evinin ərazisindən keçən yüksək gərginlikli hava xəttinin ərazidən çıxarılması barədə müraciətə (xx.xx.2021-ci il, Ə-14403) Cavabdeh ASC də baxılmışdır. Məlumat üçün bildiririk ki, müraciətiniz əsasında "xxxx" ASC-nin əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin ərazisindən yüksək gərginlikli hava xətti keçir. Həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.” Ona məxsus bağ sahəsinə yüksək gərginlikli hava xəttləri əmlak onun sahibliyində və istifadəsində olduğu vaxt çəkilib. Yəni cavabdeh orqan ona məxsus bağ sahəsinə icazə olmadan daxil olaraq həmin xəttləri çəkilməsi işlərini icra etməklə onun mülkiyyətinə bir başa müdaxilə edib. Bundan əlavə bağ sahəsindən keçən yüksək gərginlikli hava xəttləri ailəsi üçün potensial təhlükə mənbəyidir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın əsassız olduöundan rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsi İddiaçı müəlkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA 629194 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinə dair plan cizgi tərtib edilmiş və dövlət reyestrinə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 602/06/Ə- 387/2408 nömrəli məktubda qeyd edilmişdir ki, 6kV-luq YS “Zirə”-KTM 246 budaqlanma KTM 767 hava xətti 1998-ci ildə yeni trassa ilə çəkilmişdir. Xəttin yerinin dəyişdirilməsi üçün “ASAN Kommunal” Xidmətinə müraciətiniz əsasında ödəniş etməklə yerinə yetirilməsi mümkündür. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 02/11/Ə- 144/2/2123 nömrəli məktubda qeyd edilmişdir ki, əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur bağ sahəsinin ərazisində yüksək gərginlikli hava xətti keçir.. Həmin hava xəttinin köçürülməsi üçün cari ildə müvafiq tədbirlər hayata keçrilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1770 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsindən 6 kVluq gərginlikli elektrik hava xətti keçir, qeyd olunan 6 kV-luq gərginlikli elektrik hava xəttinin Elektrik qurğularının quraşdırılması qaydasının və Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının tələblərini təmin etməklə 280 saylı bağ sahəsinin yanından keçən avtomobil yollunun kənarı ilə çəkməklə köçürülməsi mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsindən 6 kV-luq gərginlikli elektrik hava xətti keçir, qeyd olunan 6 kV-luq gərginlikli elektrik hava xəttinin Elektrik qurğularının quraşdırılması qaydasının və Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının tələblərini təmin etməklə 280 saylı bağ sahəsinin yanından keçən avtomobil yollunun kənarı ilə çəkməklə köçürülməsi mümkündür. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xəttlərinin çıxarılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdeh "xxxx" ASC tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 280 saylı bağ sahəsinin ərazisindən keçən yüksək gərginlikli hava xəttlərinin çıxarılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar