Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1048/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "evdən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "evdən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun qızı olan Eynalova Xədicənin onun ünvanından istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, qeyd etdiyi ünvandakı evin sahibidir. xx.xx.2023-cü il tarixdən etibarən o, evin sahibidir. O, atasından qalan evi öz adına keçirmiş və onun bacısı Cavabdeh buna notariat qaydasında razılıq vermiş, yəni ata payından könüllü şəkildə imtina etmişdir. Onun bacısı Cavabdeh 2019-cu ildə ailə həyatı qurmuş və həyat yoldaşının evində yaşamışdır. Onun bacısının Eynalova Xədicə adlanan bir qız övladı var. Onun bacısı ilə onun bacısının həyat yoldaşı olan şəxs Eynalov Vidadi hal-hazırda faktiki və hüquqi nikah münasibətlərindədirlər. Onların öz şəxsi evləri var. Amma onun bacısı həyat yoldaşının evinəı qeydiyyata düşməmişdir. Onun bacısı öz ata evində qeydiyyatdadır. Onun atası və anası 2020-ci ildə vəfat etmişlər və bundan sonra o, tək yaşamışdır. Onun bacısı Səfiyyə onun evi satdığını eşitmiş və onun evi sata bilməməsi üçün həmin evə gəlib orada qalmağa başlamışdır. Onun bacısı evi satmağa razılıq verməyir və onun evi satdığını bildiyi üçün onunla yaşayır. Onun bacısının bütün mebeli və cehizləri ərinin evindədir. Onun bacısı və bacısının əri onlaırn münasibətlərinin yaxşı olmamasını və bu səbəbdən bacısının onun yanında qalmasını əsas gətirərək onu aldadırlar. Onun bacısı həyat yoldaşından ayrılmaq üçün ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iclasına 1 gün qalmış ərizəsini geri götürmüşdür. Onun bacısı və bacısının əri məhkəmə iclası keçirilən günə qədər onun evi satacağını düşünsələr də, o, evi satmamış və bacısından ərizəsini geri götürməsinin səbəbini soruşmuşdur. Onun bacısı ona həmin evi satanda bacısına paş düşməsi üçşün qaldığını və həyat yoldaşı tərəfindən həmin evə ata payına sahib çıxmaq üçün göndərildiyini, onların boşanmayacaqlarını, ev satılacağı halda pulun yarı bölünəcəyini bildirmişdir. O bacısına bacısının ata payından imtina etdiyini, bacısı isə ona həmin evdə qeydiyyatda olduğunu və evin bacısından icazəsiz satıla bilməyəcəyini bildirmişdir. Onun bacısı 8 aydır ki, onun yanında qalır. Onun bacııs evi yığışdırmır və evi pis gündə saxlayır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh doğulduğu andan həmin evdə yaşamış, sonra ərə getmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdıdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyt etmişdir ki, iddiaçının dedikləri yalandır. O, 24 il həmin evdı yaşamış, sonra ərə getmişdir. O, 2022-ci ildə həmin evə qayıtmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan: İş materiallarında olan Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh ünvan 1-da qeydiyyatdadırlar. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 512-2xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı və Cavabdeh ev təsərrüfatı kitabına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, ev 10 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Hazırda həmin evdə İddiaçı, Cavabdeh qeydiyyatdadırlar və həmin evdə İddiaçı, Cavabdeh və xx.xx.2020-ci il təvəllüdlü X2 yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə hesab edir ki, Cavabdeh başqa yaşayış yeri olmadığına görə və İddiaçı ailə üzvü olduğuna görə İddiaçı mülkiyyətində olan evdən istifadə hüququna malikdir. Cavabdeh qızı - xx.xx.2020-ci il təvəllüdlü X1 yaşayış yeri qanunvericiliklə valideyninin yaşayış yeri sayıldığına görə o, da həmin evdən valideyni ilə birlikdə istifadə hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğuna görə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "evdən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1048/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1048/2024
15.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver