Məhkəmə qərarları › İş №2(003)-105/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-105/2025

01.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-105/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 658 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınan **********45-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,041 ha torpaq sahəsinin paylara uyğun ½ hissədə naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında 0,041 ha torpaq sahəsi Cavabdeh ilə onun paylı mülkiyyətindədir. Hər birinin həmin torpaqda ½ pay hüququ var. Lakin cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur.Belə ki, cavabdeh ona məlumat vermədən torpaq sahəsinin ½ hissəsindən çox hissəsini zəbt etmişdir.O buna etiraz etsə də cavabdeh əhəmiyyət verməmiş, mişar daşı ilə hasar çəkmişdir. Qeyd olunan torpaq sahəsi onlara babalarından qalmışdır. Cavabdeh onun qaynının oğludur. Torpaq sahəsində bir tikili var, lakin giriş-çıxışları ayrıdır. Hər biri ayrı yaşayır. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun olaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, ekspertin rəyində torpaq sahəsinin naturada bölünməsinin mümkün olmadığı qeyd edilmişdir. İddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,041 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı,1/2 hissəsi Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,041 ha torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 90-cı Mərdəkan küçəsi, ev 69 ünvanında 0,041 ha torpaq sahəsinin 1/2 hissəsi İddiaçı,1/2 hissəsi Cavabdeh adınadır. İddiaçı paylarının naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etsə də, ekspert rəyindən görünür ki, sözügedən torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbi əsassız hesab olunaraq rədd edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tikinti-texniki obyektlərin tədqiqi növündə ekspertizanın keçirilməsinin dəyəri 100 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Məhkəmə hesab edir ki, 100 manat məbləğində ekspertiza xərci İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilsin. İddiaçı 100 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********) hesabına (AZ34CTRE********************) tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar