Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-107/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh X9, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə cavabdehlər X2, X10, X12 və X15 qarşı “pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “çəkilmiş xərclərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş mülkiyyət hüququnun bərpa edilərək Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 250 saylı, 0,03 hektar ölçüdə olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 250 saylı, 0,03 hektar ölçüdə olan torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Bir neçə müddət əvvəl qardaşı Bəxtiyar Əliyevin qudası olan Cavabdeh ona bildirdi ki, onun mülkiyyətində olan torpaq sahəsini almaq istəyir. Lakin nəğd ödəniş etməyə pulu yoxdur. O da torpaq sahəsini satmaq istədiyinə görə onunla razılığa gəlmişdir. Razılaşmalarına əsasən o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 250 saylı, 0,03 hektar ölçüdə torpaq sahəsini 4000 manata Cavabdeh satmaq üçün Cavabdeh 4000 manat pulu ona aylıq 400-500 manat olmaqla hissə-hissə ödəməli, ödəniş tam edildikdən sonra isə həmin torpaq sahəsini onun adına sənədləşdirməli idi. Bu razılaşmadan sonra Cavabdeh həmin torpaq sahəsində olan, ona məxsus vaqona köçərək orada yaşamağa başladı. Həmin vaxtdan indiyə kimi o, ona heç bir ödəniş etməmişdir. O da qardaşına görə səbr edib gözləyirdi ki, bəlkə ödəniş edir. Lakin dəfələrlə Cavabdeh 4000 manat ödəniş etməsini tələb etsə də, o hər dəfə ona yalan vədlər verərək pulunu ödəyəcəyi barədə söz versə də, lakin son vaxtlar həmin pulu ödəməkdən ümumiyyətlə imtina etmişdir. Belə olan halda pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi və cavabdehin qanunsuz sahibliyində olan əmlakından onun çıxarılması üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 250 saylı, 0,03 ha ölçüdə olan torpaq sahəsinin alınmasına görə verilmiş 7500 manat pulun və orada yaşayış şəraiti qurulması üçün apardığı tikinti-abadlıq işlərinə, kommunal şəraitin qurulmasına və sair işlərə çəkdiyi 12500 manat pulun, cəmi 20000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz ərizəsini və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2016-cı il tarixdə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 250 saylı, 0,03 ha ölçüdə torpaq sahəsində yerləşən 250 saylı, 0,03 ha torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, İddiaçı ilə razılaşaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 250 saylı, 0,03 ha ölçüdə olan torpaq sahəsi üçün şahidlərin yanında 7500 manat pul ödəyərək həmin torpaq sahəsini ondan almışdır. Bununla bağlı xx.xx.2016-cı il tarixdə İddiaçı ona Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda satdığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 250 saylı, 0,03 ha ölçüdə olan torpaq sahəsi üçün 50 il müddətinə etibarnamə vermişdir. Bununla da İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 250 saylı, 0,03 ha ölçüdə olan torpaq sahəsi ilə bağlı ona bütün hüquqları, o cümlədən torpaq üzərində sərəncam vermək hüququnu, torpaq sahəsini bağışlamaq, satmaq kimi hüquqları vermişdir. Bununla da İddiaçı torpağı tamamilə onun sərəncamına vermişdir. Həmin razılaşmaya əsasən İddiaçı torpaq sahəsini ona təhvil vermiş, o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 250 saylı, 0,03 ha ölçüdə olan torpaq sahəsində yerləşən vaqonda məskunlaşmış, öz adına işıq, qaz və su xəttləri çəkdirərək sayğac qoydurmuşdur. Torpaq sahəsini daş hasara alaraq orada tikinti-abadlıq işləri görmüş, yaşamaq üçün şərait qurmuşdur. O, torpaq sahəsini daş hasara almış, sanitar qovşaq inşa etdirmiş, su quyusu qazdırmış, digər tikinti işləri aparmışdır. Tikinti işləri üçün üçün ümumilikdə 6000 ədəddən çox daş istifadə edilmişdir. Ümumilikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 250 saylı, 0,03 ha ölçüdə olan torpaq sahəsində tikintiabadlıq işlərinə, kommunal sistemin qurulmasına və sair işlərə 12500 manat pul xərcləmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pozulmuş mülkiyyət hüququnun bərpa edilərək Cavabdeh, X1, X8, X9 və X13 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 250 saylı, 0,03 hektar ölçüdə olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məhkəmə iclasında məlum olmuşdur ki, Cavabdeh mübahisəli bağ evində arvadı X5, qızları X16 və X21, oğlu X23 ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh X21 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, onlar həmin ərazini etibarnamə əsasında İddiaçı almış və orada 8-9 il yaşamışlar və hazırda da yaşayırlar. Böyükağa onun ərinin qardaşıdır, onun iddiası sadəcə qisas xarakteri daşır. Atası Cavabdeh həmin ərazinin abadlaşdırılması üçün xərc çəkmişdir. Həmin ərazinin alınması üçün İddiaçı 7500 manat məbləğində pul verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh X5 ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, İddiaçı onlara qarşı haqsızlıq edir, torpaq sahəsinə görə onlar İddiaçı 7.500 manat pul vermişlər ki, o, da, bunun əvəzində onlara etibarnamə vermişdir. Bundan əlavə, həmin yerdə yaşamaq üçün onlar orada abadlıq işləri həyata keçirib əlavə xərc çəkmişlər. Hazırda qızının ailəsində problemlər var, qızı və uşaqları evsiz eşiksiz qalıblar bunların yanında. İddiaçı isə qızının ərinin qardaşıdır, o, bu vəziyyətdən istifadə edib çoxdankı kinini həyata keçirmək üçün bu iddianı qaldırıb. Onun iddiası əsassızdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, İddiaçı 1990-cı illərdən onun qonşusu olmuşdur. O, İddiaçı həmin ərazidə 12 ha torpaq sahəsinə malik olmasının şahididir. İddiaçı torpaq sahəsini hissələrə bölərək satmışdır. Onun zənninə görə İddiaçı torpaq sahəsini satmasının səbəbi imkansızlıq olmuşdur. Hal-hazırda həmin evdə onun qardaşı yaşayır, o, həmin evə bəzən qonaq kimi gedir. Onun özü atasının evində yaşayır. Cavabdeh şəxsən tanımasa da, həmin ərazidə görmüşdür. Torpaq sahəsinə həmin ərazi İddiaçı sahibliyində olan zaman daxil olmuşdur. Orada butka var idi. Onun zənninə görə sonradan sağ hissədə taxtadan yarıtikili sanitar qovşaq tikilmişdir. Daha sonra torpaq sahəsi 5, 4, 3 ha olmaqla 3 hissəyə bölünərək satılmışdır. Torpaq sahəsinin 3 ha olan hissəsi Cavabdeh verilmişdir. Həmin hissədə butka və yarıtkili taxtadan sanitar qovşaq yerləşirdi. Həyətin içinə girmədiyi üçün butkada olan dəyişiklik barədə məlumatı yoxdur. Həmin butka maşın butkasına və konteynerə bənzəyirdi. Həmin ərazidə tikinti işlərinin aparılmasının şahidi olmuşdur. Usta əslən Şamaxılı olmuşdur. Zirə qəsəbəsində 15000 əhali yaşadığı üçün orada hamı bir-birini tanıyır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 21 yaşı var. İddiaçı uşaqlıqdan, Cavabdeh isə sonradan tanımışdır. Həmin ərazidə onun torpaq sahəsi var. Arada həmin əraziyə gedib-gəlir. Cavabdeh İddiaçı yanında gördükdən sonra tanımışdır. Torpaq sahəsində butka və taxtadan sanitar qovşaq kimi yarıtikili, dairəvi yarımçıq hasar olmuşdur. Cavabdeh həmin əraziyə köçdükdən sonra torpaq sahəsində baş vermiş dəyişikliklər haqqında məlumatı yoxdur. Həmin ərazidə olan qaz, işıq və su xətti Cavabdeh yaşadığı dövrdə çəkilmişdir. Su sayğacı da sonradan yəni Cavabdeh vaxtında quraşdırılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, onların idarələri Zirə kəndindədir. İddiaçı da Zirədə yaşayır. Onlar orada tanış olmuşlar. İddiaçı qardaşları və əmisi oğlanları ilə daha yaxın münasibəti olmuşdur. İddiaçı ilə onların vasitəsi ilə tanış olmuşdur. Təxminən 10 il əvvəl onun evində çalışmışdır. O, daş ustasıdır. Divar tikintisi ilə məşğuldur. Torpaq sahəsində sadəcə butka görmüşdür. İddiaçı orada yoldaşı və uşağı ilə birlikdə yaşayırdı. O, orada hasar tikmişdir. Həyətdə üzüm ağacı və çardaq olmuşdur. O, işinə görə daşın sayına uyğun olaraq bir daş 30 qəpik hesablanmaqla 500-600 manat əmək haqqı almışdır. Tikinti zamanı ona heç kim nəzarət etməmişdir. O, tikinti işini aparan zaman İddiaçı yoldaşı onlara yemək və çay vermişdir. Tikinti işləri təxminən 1 həftə davam etmişdir. Həmin yerdə tikinti işi aparan zaman onun kürəkəni yanında fəhlə kimi işləmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X22 bildirmişdir ki, Cavabdehun iş yoldaşıdır. İddiaçı isə tanımır. Həmin ərazidə hasar yarımçıq olmuşdur. Hasarın təxminən 5-6 cərgə olan üzərini o, Cavabdeh ilə birgə inşa etmişlər. Onlar həmçinin ayaqyolu, hamam və 1 otaq tikmişlər. Həmin ərazidə şambo qazmış və üstünə beton tökmüşlər. Həmin evin ətrafını əhatə edən hasarın hündürlüyü təxminən 10-12 daş, yəni 2 metrdir. Cavabdeh tikinti zamanı sərf etdiyi əmək üçün ona hörmət etmişdir. Cavabdeh tikinti üçün təxminən 3000-4000 manat xərc çəkmiş olardı. Cavabdeh özü də onunla birlikdə tikinti işlərinin aparılmasında iştirak etmişdir. Hamam və tualetin tikintisi zamanı betondan da istifadə etmişlər və həmin vaxt Cavabdeh yoldaşı və uşaqları da ona kömək etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X7 bildirmişdir ki, Cavabdeh onun kasıb qardaşıdır. Atası müharibə əlilidir. 1941-1945-ci ildə olan müharibədə hər iki ayağını itirmişdir. İddiaçı da, həmin şəxsin ailəsini də yaxşı tanıyır. İddiaçı gözəl və mehriban ailəsi var. İddiaçı onun qohumudur. Onun qardaşı Cavabdeh qızı İddiaçı Elbrus adlı qardaşına ərə getmişdir. Hazırda Böyükağanın qardaşı ilə Qabilin qızı ayrılıb aralarındakı münasibət yaxşı deyil, hesab edir ki, ona görə də Böyükağa bu iddianı qaldırıb. Əvvəl onun qardaşı yataqxanada qalırdı. O, qardaşını yataqxanaya gətirib işə düzəltmişdi. İddiaçı Fəxrəddin adlı qardaşı onun qonşusu olmuşdur. Onlar bir ailə kimi olmuşlar. Onun qardaşının arvadı ona qızının yaşadığı yerin yaxınlığında torpaq sahəsi almaq istədiklərini demişdir. Təxminən 8-9 il əvvəl o, bacıları ilə birlikdə Cavabdeh həmin torpaq sahəsini almaq üçün 7.500 manat pul vermişlər. Həmin torpaq sahəsinin bir hissəsini İddiaçı qonşularına satmış, bir hissəsini də Cavabdeh satmışdır. İddiaçı həmin torpaq sahəsini onun qardaşıgilə notarius vasitəsi ilə etibarnamə əsasında satmışdır. Etibarnamə 50 illik verilmişdir. Cavabdeh həmin ərazini alan vaxt orada bir vaqon və koridor olmuşdur. Həmin yerdə göy palatka da olmuşdur. Sonradan onun qardaşıgil həmin yerdə daşdan hamam və tualet tikdirmiş, şambo, qaz, su, işıq çəkdirmiş və həmin ərazini bir az abadlaşdırmışlar. Onlar qardaşlarına İddiaçı ödəmək üçün həmin torpaq sahəsinin pulunu yığıb vermişlər. Onun qardaşı və qardaşının ailəsi 8 ildir ki, həmin yerdə yaşayır. Torpaq sahəsinə görə qardaşı pul verməsə idi İddiaçı onun qardaşına həmin yerdə yaşamağa bir gün də imkan verməzdi üstəlik də həmin torpaqla bağlı sərəncam vermək hüququnu da etibarnamə ilə verməzdi. Heç kəs heç kəsə bir qarış torpağı havayı verməz. Cavabdehlər X11 və X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan ünvanında yerləşən və 0,03 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Hüquq sahibinin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixidir. AR-İ seriyalı, 367495 nömrəli, xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Əliyev X3 Qabil Vəlican oğluna Bakı şəhəri, Zirə qəsəbəsinin şimal hissəsində 250 №-li sahədə yerləşən 800 kv. m. torpaq sahəsindən 350 kv. m. torpaq sahəsinə aid müəyyən hərəkətlər etməyi etibar etmişdir. Etibarnamədə qüvvədə olma müddətinin xx.xx.2060-cı il tarixədək olması göstərilmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə iş üzrə ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7913 nömrəli, 17 mart 2023-cü il tarixli rəyindən görünür ki, baxış zamanı Cavabdeh tərəfindən təqdim olunan işlərin və tikinti materiallarının dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 5021 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən ünvan ünvanında yerləşən və 0,03 ha ölçüdə olan torpaq sahəsinə baxış keçirilən zamanı həmin ərazinin giriş hissəsindən daxil olarkən sağ tərəfdə 1 vaqonun, vaqonun sol tərəfində balaca koridorun sağ tərəfində isə yarımçıq tikilmiş 1 otaq aşkar edilmişdir. Həmin ərazinin giriş hissəsindən daxil olarkən sol tərəfdə olan koridorla irəli keçərkən koridorun sonunda sol tərəfdə daşdan hörülmüş, betonlanmış və üstü damla örtülmüş hamam tualet aşkar edilmiş, bundan əlavə, müəyyən edilmişdir ki, həyətdə şambo qazılmış, sayğaclar quraşdırılmışdır. Həyətdə üzüm və digər ağaclar müəyyən edilmiş, hasarın 11-12 daş hündürlüyündə hörülməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi 2021-ci il tarixdə verilmiş çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir. Həmin ərazidə əvvəldən 1 vaqon və taxtadan yarıtikili sanitar qovşaq və yarımçıq tikilmiş hasar mövcud olmuşdur. Torpaq sahəsi İddiaçı məxsus olduğu vaxt ilkin iddia üzrə cavabdehlərin sahibliyinə keçmiş və iddiaçı cavabdehə 2016-cı il tarixdə torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ daxil olmaqla 50 illik etibarnamə vermiş, cavabdeh tərəf 8- 9 il ərzində həmin yerdə yaşamış hazırda da orada yaşayır, cavabdeh tərəf orada hasarı qaldırmış, daşdan hamam tualet tikdirmiş və üstünü betonlatdırmış və damla örtmüş, orada sambo qazdırmış, sayğac, su, qaz, işıq çəkmişdir. Hazırda iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehi ailəsi ilə birlikdə çıxarılmasını xahiş etmiş, cavabdeh isə qarşılıqlı iddia ilə müraciət edərək, evə çəkdiyi xərclərin əvəzi olaraq 12.500 manat pulun və evin alınmasına görə iddiaçıya verdiyi 7.500 manat pulun qaytarılmasını xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ilkin iddiaçı 2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətçidir. Ona görə də onun hazırki iddiası əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, cavabdeh qeyd edir ki, o, həmin ərazini 7500 manata almışdır, lakin həmin məbləğin verilməsinə dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə bu hissədə məhkəmə cavabdehin qarşılıqlı iddiası üzrə tələbini əsassız hesab edərək, qarşılılqı iddianın bu hissədə təmin edilməməsini düzgün hesab edir. Bununla belə iş üzrə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək hüququ daxil olmaqla 50 illik etibarnamə verilmiş, belə olan halda isə məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının müvəqqəti (qanuni) sahibliyinə verildiyi işin hallarına uyğun sayılır. Bundan əlavə, iddiaçı iddia ərizəsində, cavabdeh tərəfindən 4000 manat məbləğinin hissə hissə verilməklə torpaq sahəsinin cavabdehin mülkiyyətinə veriləcəyi şərti ilə cavabdehin sahibliyinə və istifadəsinə verildiyini qeyd etmişdir ki, bu da torpaq sahəsinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətinə keçənədək İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin iradə ifadəsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və ilkin iddia üzrə cavabdehlərin müvəqqəti sahibliyinə keçdiyini və bu sahibliyin qanuni olduğunu təsdiq edir. Bundan əlavə, cavabdeh tərəf qarşılıqlı iddiasında evə çəkilmiş xərclərə görə 12.500 manat pul tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş üzrə şahid ifadələri, yerli baxış, iş materialları ilə müəyyən olunur ki, həqiqətən cavabdeh tərəf həmin ərazidə yaşayaraq orada abadlıq işləri hayata keçirmiş, lakin, qarşılıqlı iddiaçı eyni zamanda mübahisəli torpaq sahəsində yaxşılaşdırma işlərinə 12500 manat məbləğində xərc çəkdiyini iddia etsə də, həmin məbləğin təsdiqi üçün əsaslı sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış məhkəmə mühəndis-texniki ekspertizasının 10/7913 saylı, 17 mart 2023-cü il tarixli rəyi ilə mübahisəli torpaq sahəsində aparılmış yaxşılaşdırma işlərinin dəyərinin təqribən 5021 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddiaçının tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün hər hansı sübut təqdim etmədiyini, rəyi vermiş ekspertin isə qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli torpaq sahəsində 5021 manat dəyərində yaxşılaşdırma işləri aparmasını işin hallarına uyğun sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının MM-nin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının MM-in 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə ilkin iddia üzrə belə nəticəyə gəlir ki, ilkin iddiaçının mübahisəli torpaq sahəsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və ilkin iddia üzrə cavabdehlərin sahibliyinə yol verməmək səlahiyyəti olduğundan və onun bu hərəkəti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və ilkin iddia üzrə cavabdehlərin hüquqlarının pozulmasına səbəb olmadığından, eləcə də hüquqdan sui-istifadə olmadığından ilkin iddia təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdehlər ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə məxsus torpaq sahəsindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə qarşılıqlı iddia üzrə belə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apardığı və ayrılması mümkün olmayan yaxşılaşdırmalar üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan məhkəmə tikinti-texniki ekspertizasının rəyinə uyğun olaraq yaxşılaşdırma xərclərinin əvəzi hesabına 5021 manat pul vəsaiti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının torpaq sahəsini satın alması və bunun üçün 7500 məbləğində pul ödəməsi halı təsdiq edilmədiyindən qarşılıqlı iddia qalan hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ekspertiza xərcinin 12,55 manatı İddiaçı, 37,45 manatı isə Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə eyni zamanda belə hesab edir ki, proses iştirakçılarının qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə, eləcə də onları hazırkı qətnamənin icrasında intizamlandırmaq üçün ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının və ilkin iddia üzrə cavabdehlərin torpaq sahəsindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və yaxşılaşdırma xərclərinin əvəzi hesabına 5021 manat pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi eyni vaxtda icra olunmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İlkin iddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********13 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan ünvanında yerləşən və 0,03 ha ölçüdə olan torpaq sahəsindən Cavabdeh, X5, X16, X21 və X23 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılsınlar. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan ünvanında yerləşən və 0,03 ha ölçüdə olan torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzi olan 5021 (beş min iyirmi bir) manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********13 reyestr nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən ünvan ünvanında yerləşən və 0,03 ha ölçüdə olan torpaq sahəsindən Cavabdeh, X1, X8, X9 və X13 məcburi qaydada əşyaları ilə birlikdə çıxarılması və ünvan ünvanında yerləşən və 0,03 ha ölçüdə olan torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzi olan 5021 (beş min iyirmi bir) manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi eyni vaxtda icra edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 12,55 (on iki manat, əlli beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 37,45 (otuz yeddi manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-107/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-107/2023
20.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver