Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-107/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X5 və nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, X5 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair ilkin; Cavabdeh X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanından istifadə hüququna xitam verilməsi və Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanındakı bağ evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanında qeydiyyatda olan Cavabdeh (satıcı) ilə, Tovuz rayonu, Yanıqlı kəndində qeydiyyatda olan İddiaçı (Alıcı) arasında 04 mart 2022-ci ildə 0,01549 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi. Bağ evi 610 ünvanında yerləşən ümumi sahəsi 189,84 kv.m olan bağ evinin alqı-satqısı barədə Müqavilə bağlanmışdır. Müqavilənin 4-cü bəndində deyilir: Satıcı daşınmaz əmlakı 65000 manata satdı, alıcı X2 Cavabdeh satdığı tam hissəni (189,84 k.m) 65000 manata (altmış beş min) aldı. Həmin Müqavilənin 13-cü bəndində deyilir ki, satıcı Cavabdeh xx.xx.2022-ci il tarixindən qeydiyyatdan çıxamağı öhdəsinə götürür. Həmin Müqavilənin 16-cı bəndində deyilir: Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəlilərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ evi 610 mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu barədə mənim adıma Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Lakin bu günə kimi 1 ildən artıq vaxt keçməsinə və dəfələrlə müraciət etməyimə baxmayaraq Satıcı Cavabdeh qeydiyyatdan çıxmamış və bağ evini boşaltmamışdır. Cavabdeh X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X17 arasında Bakı şəhəri, Şüvəlan qəsəbəsi, bağ 610 ünvanda yerləşən daşınmaz əmlakm alqı-satqısına dair ünvan mart 2023-cü il tarixdə rəsmiləşdirilmiş “daşınmaz əmlakm alqısatqı” müqaviləsi və həmin müqavilə əsasmda üçüncü şəxs Daşınmaz Əmlakm Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı adma verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı (ilkin iddia üzrə iddiaçı) mən - Cavabdeh qızma qarşı “istifadə hüququna xitam verilməsi, bağ evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Bakı şəhəri Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanından istifadə hüququna xilam verilməsi və həmin bağ evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Adı çəkilən iddia hazırda Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və işin məhkəmədə baxılmağa hazırlanması mərhələsidədir. İddia tələbinin əsası kimi, iddia tələbin yönəldiyi Bakı şəhəri Şüvəlan qəsəbəsi Bağ 610 ünvanda yerləşən yaşayış evi hazırda mülkiyyət hüququ əsasında ona məxsusdur. Güya həmin evi 65.000 manata ondan satın-almaqla əldə etmişdir. Bununla bağlı aralarında xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır və mülkiyyət hüququna dair adına reyestrdən çıxarış almışdır. Həmin müqavilənin şərtinə görə xx.xx.2022-ci il tarixdə geydiyyatdan çıxmağı barədə öhdəçilik götürmüş, lakin 1 il keçməsinə baxımayaraq bu öhdəliyi yerinə yetirməmişdir və s. nəticədə özünə sərf edilən həqiqəti əks etdirməyən, aşkar şəkildə məntiqə uyğun olmayan formal mülahizələrə istinad edilmişdir. Lakin cavabdeh adı çəkilən 610 saylı ev, həmçinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və orada qeyd edilmiş 65.000 manat məbləğlə mövcud əmlaklarla bağlı həqiqi halları göstərməmişlər. Əslində cavabdeh İddiaçı ilə aralarında 65000 manatla bağlı münasibətlər adı çəkilən evin faktiki alqı-satqısı deyil, tamam başqa şərtlərdən irəli gəlmişdir. Həmin alqı-satqı müqaviləsi onun tərəfindən verilmiş 65000 manat borcun, təminatı olaraq rəsmiləşdirilmişdir. Belə ki, X23 kommersiya məqsədi üçün pul lazım olduğundan, tanışı Şəbinə Sadıqovadan ona borca pul tapmasını xahiş etmiş, sonuncu da onu cavabdeh İddiaçı ilə tanış etmişdir. Rafael ona 65.000 manat borcu faizə verəcəyinə razılaşmış və pulun qarantı üçün də tələbi belə olub ki, ev girov olaraq onun adına rəsmiləşdirilsin, pulu qaytarandan sonra da müqaviləyə xitam verəcəkdir. Burada qeyd etmək istəyir ki, ona evə dair girov müqaviləsi bağlanılacağı bildirilmişdir. Girov deyil alqı-satqı müqaviləsinin bağlandığını iddia ərizəsini alandan sonra məlum olmuşdur. Razılaşdıqları gün oğlu - Elvin, tanışı Şəbinə, iddiaçı Rafael və onun oğlu onlara gəlmişlər. Danışıqlar zamanı evi 65.000 manat borca qarşı girov qoyulacağı bildirildi. Ailəlikcən buna razılıq vermişlər və girovu rəsmiləşdirmək üçün səhərisi gün notariat kontoruna yığışmışdırlar. Adı çəkilən evin ünvanında qeydiyyatda olan ailə üzvlərinin nortariat razılıqları alınmış, ona müqavilə və bir sıra sənədlərə imza etdirəndən sonra Rafael 65.000 manat pulu notarius vasitəsi ilə Elvinə vermişdir. Yəni pulu notariusun depozit hesabına qoymuş, oradan götürülmüşdür. Çünki əmlakla bağlı notariat rəsmiləşdirməsi üçün bu prosedur tələb olunur. Son danışıqlar da onun üstündə qaldı ki, borc 3 ay müddətində qaytarılsın. Borc da qaytarılan kimi müqaviləyə xitam verilməlidir. Müqavilədən sonra bir müddət oğlu hissə-hissə olaraq borcdan cəmi 14.150 manat İddiaçı qaytarmışdır. Lakin sonradan biznesləri ilə bağlı bəzi problemlər ortaya çıxdığından və daha sonra da oğlunun ayağı sındığından, 3 aydan çox xəstə yataqda qalmış, borcun qaytarılması üçün razılaşdıqları vaxtdan bir-neçə ay ötmüşdür. Oğlu Elvin sağalan kimi də borcu tam şəkildə toparlayıb cavabdeh İddiaçı aparmış, Rafael isə ondan borcun üstünə faiz gəldiyini deyib, 130.000 manat tələb etmiş, əks təqdirdə evi əllərindən alacağı ilə hədələmiş, ona apardığı 55.000 manatı götürməmişdir. Göründüyü kimi. cavabdeh İddiaçı oğlu Elvinə verdiyi 65.000 manat borcun əvəzində, faktiki girov qismində razılaşdığı evimə dair girov müqaviləsi yerinə alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, daha sonra da həmin müqaviləni təqdim edib adına reystrdən çıxarış almaqla, əvvəlcədən məqsədli şəkildə hərəkət etmişdir. Nəticədə adı çəkilən 610 saylı evə mülkiyyət hüququna dair çıxarışı, aldatma yolu ilə əldə etməyə nail olmuşdur. Yəni mülkiyyətçi olaraq iradəsinə uyğun razılaşdığı evin 65.000 manat məbləğə qarşı girov edilməsi əvəzinə, iradəsinə zidd alqısatqı müqaviləsi rəsmiləşdirilmişdir. Cavabdeh əmlakını ələ keçirmək məqəsdi ilə həm onu aldatmaq və həm də girov müqaviləsini pərdələməklə alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Ortada oğlu Elvin olduğundan imzaladığı müqavilə və sənədlərin məzmununa varmadan imza etmişdir. Digər cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisində də müqavilənin alqı-satqı müqaviləsi olduğuna dair ona izah edilməmişdir. Ona təqdim edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsini, girov müqaviləsi düşüncəsi ilə imzalamışdır. Hesab edir ki, cavabdehlə aralarında bağlanmış mübahisələndirilən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmçinin həmin alqı-satqı müqaviləsindən sonra yaranmış hüquqlar o cümlədən cavabdehin adına verilmiş mülkiyyət sənədi olan reyestrdən çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbində xahiş etdim hissəsində xx.xx.2022-ci ilin əvəzinə texniki səhv olaraq 2023-cü il tarix qeyd edilmişdir. xx.xx.2023-cü il tarixin xx.xx.2022-ci il tarix kimi oxunması və xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini ləğv kimi oxunsun. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, mübahisəli mənzili alqı-satqı qaydasında əldə etmişdir. Elvinlə həqiqətən aralarında telefon danışıqları olmuş, məhkəməyə təqdim edilmiş səs yazısı ona məxsusdur. Elvin ona planlı şəkildə oyun qurduğu üçün, əsəbi olub ona ele cavablar vermişdir. Qeyd etdiyi evi qanuni qaydada 65000 manat pul ödəməklə cavabdehdən almışdır. Həmçinin 90.000 manat cavabdehin oğlu Elvinə borc vermişdir. Elvində həmin borcundan 14150 manat qaytarmışdır. Ona qaytarılmış 14150,0 manat pul Elvinin ona olan 90000 manat borcuna görə qaytardığı puldur. İddiası tamamilə əsaslıdır və təmin edilməlidir. Qarşılıqlı iddianın isə heç bir hüquqi əsası yoxdur. Qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxs Rəfael Mahmudova mübahisəli mənzili alqı-satqı qaydasında Cavabdeh almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman qanunvericliyin tələbləri pozulmamışdır. İlkin iddia tamamilə əsaslıdır. Qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, iddia tamamilə heç bir sübuta əsaslanmadan irəli sürülmüşdür. Həmin iddia üzrə iddia müddəti ötürülmüşdür. Buna görə də, qarşılıqlı iddiaya iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsini xahiş etdi. Bundan başqa ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil2 “iddia müddətinin tətbiqi barədə” ərizə ilə müraciət edərək, 2(003)-107/2024 saylı iş üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarma” və Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılmasr” tələbinə dair mülki iş vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəflər arasında mart 2022-ci ildə bağlanmış-alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız sayılmasının xahiş etdi. Qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. Əsas kimi Mülki Məcəllənin 337, 339-cu maddələrinə istinad edilir. Bu tələb üzrə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də, qarşılıqlı iddiaya iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin tələbin rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Eyni zamandan ilkin iddiaya qarşı etirazla müraciət edərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi, bağ evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Bakı şəhəri Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanından istifadə hüququna xitam verilməsi və həmin bağ evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, cavabdeh mülkiyyətində olan Bakı şəhəri Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanında yerləşən evini ona 65.000 manata satmış, bununla bağlı aralarında xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır və mülkiyyət hüququna dair adına reyestrdən çıxarış almışdır. Həmin müqavilənin şərtinə görə xx.xx.2022-ci il tarixdə geydiyyatdan çıxmağını cavabdeh öhdəsinə götürmüş, lakin 1 il keçməsinə baxımayaraq bu öhdəliyi yerinə yetirməmişdir. Əslində iddiaçı ilə cavabdeh arasında 65.000 manatla bağlı münasibətlər adı çəkilən evin faktiki alqı-satqısı deyil, tamam başqa şərtlərdən irəli gəlmişdir. Həmin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən verilmiş 65.000 manat borcun, təminatı olaraq rəsmiləşdirilmişdir və cavabdeh bunu aşağıdakı dəlillərlə belə izah edir: 1. X23 kommersiya məqəsdi üçün pul lazım olduğundan, tanışı Səbinə Sadıqovadan ona borca pul tapmasını xaihş etmiş, sonuncu da onu İddiaçı ilə tanış etmişdir. 2. Rafael ona 65.000 manat borc verəcəyinə razılaşmış və pulun qarantı üçün də tələbi belə olub ki, ev onun adına alqı-satqı ilə rasmiləşdirilsin, pulu qaytarandan sonra da alqı-satqı müqaviləsinə xitam verəcəkdir. 3. Razılaşdıqları gün oğlu - Elvin, tanışı Səbinə, iddiaçı Rafael və onun oğlu bizə gəlmişlər. Danışıqlar zamanı evi 65.000 manat borca qarşı girov qoyulacağı bildirildi. Ailəlikcən buna razılıq vermişlər və girovu rəsmiləşdirmək üçün səhərisi gün notariat kontoruna yığışmışlar. 4. Notariatda qeydiyyatda olan ailə üzvlərinin razılıqları alınmış, ona müqavilə və bir sıra sənədlərə imza etdirəndən sonra Fafael 65.000 manat pulu notarius vasitəsi ilə Elvinə vermişdir. Yəni pulu notariusun depozit hesabına qoymuş, oradan götürülmüşdür. Çünki əmlakla bağlı notariat rəsmiləşdirməsi üçün bu prosedur tələb olunmuşdur. Son danışıqlar da onun üstündə qaldı ki, borc 3 ay müddətində qaytarılsın. 5. Müqavilədən sonra bir müddət oğlu hisə-hisə olaraq borcdan cəmi 14.150 manat Rafaelə qaytarmışdır. Lakin sonradan biznesləri pozulduğundan ziyan etdikləri üçün borcu vaxtında qaytara bilmədi. Daha sonra da oğlunun ayağı sındı və 3 aydan çox xəstə yataqda qalıb, yeriyə bilmədiyindən, borcun qaytarılması üçün razılaşdıqları vaxtdan bir-neçə ay keçmişdir. 6. Oğlu sağalan kimi də borcu tam şəkildə toparlayıb ona apardı. Lakin Rafael ondan borcun üstünə faiz gəldiyini deyib, 130.000 manat tələb etmiş, əks təqdirdə evi əllərindən alacağı ilə hədələmiş, ona apardığı 55.000 manatı götürməmişdir. Göründüyü kimi iddiaçı cavabdehin oğluna verdiyi 65.000 manat borcun əvəzində, cavabdehin faktiki girov qismində razılaşdığı evinə dair girov müqaviləsi yerinə alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, daha sonra da həmin müqaviləni təqdim edib adına reystrdən çıxarış almaqla, əvvəlcədən məqsədli şəkildə hərəkət etmişdir. Daha sonra da ona qaytarılmalı olan borcdan qalmış məbləği qəbul etməyib, iki dəfə artıq məbləğdə pul tələb etməklə qəsdən mübahisə yaratmış, əmlakı ələ keçirmək niyətinə nail olmaqdan ötrü də evi boşaldılması ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı götürülmüş 65.000 manat borcdan yerdə qalan məbləğin götürülməsi, borcla bağlı faktiki girov kimi razılaşdıqları, lakin alqı-satqı müqaviləsi kimi rəsmiləşdirilmiş müqavilənin ləğv edilməsi təklifi ilə iddiaçıya prenteziya verilmişdir. Əgər İddiaçı tərələr arasında faktiki razılaşmaya uyğun hərəkət etməyib, verdiyi 65.000 manat borcun əvəzində cavabdehin 300.000 manat məbləğində olan əmlakını ələ keçirmək niyətində israr edərsə, qarşılıqlı iddia üçün müəyyən edilmiş prosessual müddət hazırkı iş üçün keçdiyi baxımından, həmin müqavilənin və adına verilmiş çıxarışın ləğv barədə ayrıca iddia ilə məhkəməyə müraciət olunacaqdır. Belə ki, evin alqı-satqısı müqaviləsi faktiki olaraq verilmiş 65.000 manat borca qarşılıq rəsmiləşdirildiyinə dair yetərincə dəlillər mövcuddur və götürülmüş pulun israf edilməsi ilə bağlı cinayət işinin araşdırılmasında da bu faklar müəyyən edilmişdir. Ona görə də iş üzrə qətnamə qəbul edilərkən, qeyd edilənlərin də nəzərə alınmasını, İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri Şüvəlan qəsəbəsi, Bağ 610 ünvanından istifadə hüququna xitam verilməsi və həmin bağ evindən çıxarılması barədə iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən bağ evi mülkiyyət növü Dövlətə mənsub olan, istifadə üçün verilmiş, 194,24 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın mülkiyyət növü daşınmaz əmlak üzərində hüquq növü xüsusi mülkiyyət olan bağ evi X6 65000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən bağ evi mülkiyyət növü Dövlətə mənsub olan, istifadə üçün verilmiş, 194,24 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın mülkiyyət növü daşınmaz əmlak üzərində hüquq növü xüsusi mülkiyyət olan bağ evi X5 adına xx.xx.20222-ci ildə daşınmaz əmlakın dövlət reyestrində **********49-11301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6688, 9/6749 nömrəli rəyindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki ora bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 220,000.00 manat (190.24 kv.m x 1151 manat) məbləğində müəyyən olunur. (Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir). Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, tərəfləri uzun illərdi tanıyır. Onlarla heç bir qohumluq münasibətləri yoxdur. Həmçinin tərəflərlə aralarında ədavət yoxdur. Tərəfələr arasında yaranmış münasibətlərin təşkilatçısı olmuş, onları bir-birləri ilə tanış etmişdir. Belə ki, Cavabdeh oğlunun sahibkarlıq məsələləri ilə bağlı borcu yaranmış və xeyli miqdarda pula ehtiyacı yaranmışdır. Elvin ona borca pul tapmasını xahiş etmişdir. İddiaçı Rəfael Mahmudova ilə uzun illər münasibətləri olduğu üçün Rəfael ilə Elvini tanış etmiş və Elvin ondan 65000 manat borc pul istəmişdir. Rəfael isə həmin pulu girov müqabilində verə biləcəyini bildirmişdir. Elvində evini girov qoya biləcəyini bildirmişdir. Onlar aralarında razılığa gəlmiş və notariusa getmişlər. Lakin sənədləşmə zamanı problem yaranmış və evi alqı-satqı etmək məcburiyyətində qalmışdırlar. Rəfael Elvinə 3 ay müddətinə 7 faizlə ödəmək şərti ilə 65000 manat borc vermişdir. Həmin puldan Elvin Rəfaelə 14150 manat qaytarmışdır. Hazırda onlar arasında münasibətlər pisləşmişdir. Onu xüsusi olaraq qeyd edir ki, X18 65000 manat borc vermiş, həmin borcu almaqdan ötrü Elvin anasının mülkiyyətində olan evi Rəfaelə girov qoymuş, Elvin 3 ay müddətinə 14150 manat Rəfaelə pul vermişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş X8 ilə Cavabdeh Tahir qızının oğlu Elvin Əliyev arasında aparılmış telefon danışıqlarının qeyd alınması barədə “səs yazıları” və “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmalar məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və məhkəmə tərəfindən sübut növü kimi qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən bağ evini 65000 manata X1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən bağ evi X5 adına xx.xx.20222-ci ildə daşınmaz əmlakın dövlət reyestrində **********49-11301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. Məhkəmə ilkin və qarşılıqlı iddialara ayrı-ayrılıqda hüquqi qiymət verərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məqsədə müvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki: “işə baxan məhkəmələr N.Əsədovanın iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alqı-satqı müqaviləsi formal tələblərə əməl edilməklə bağlanmış, ərizəçinin mənzilində qeydiyyatda olan ailə üzvləri mənzilin satılmasına razılıq ifadə edən yazılı ərizələri imzalamış və həmin ərizələr notariat orqanı tərəfindən təsdiq edilmişdir. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıb-bağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir. İlk dəfə kassasiya qaydasında işə baxarkən Ali Məhkəmənin Mülki Kollegiyası 26 noyabr 2019-cu il tarixli qərarı ilə N.Əsədovanın kassasiya şikayətini qismən təmin edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2019cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün həmin məhkəməyə göndərərkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübut olunmaması qənaətinə gəlsə də, iş üçün əhəmiyyətli olan bir sıra halları aydınlaşdırmamış, işdə olan bəzi sübutları öyrənməmişdir. Belə ki, N.Əsədova telefon danışıqları barədə diski mülki işə əlavə etsə də, həmin diskin sübut kimi qəbul edilib-edilməməsi müzakirə olunmamış, diskdə olan məlumatların hazırkı iş üçün əhəmiyyətli olub-olmaması öyrənilməmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin işə apellyasiya qaydasında yenidən baxılarkən işdə olan ekspert rəylərinə əsasən dəyəri 100 000 manat olan mübahisəli mənzilin 60 000 manata satılması faktına qiymət verilməsinə dair göstəriş vermişdir. Lakin işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 12 fevral 2020-ci il tarixli qətnaməsində N.Əsədova tərəfindən təqdim olunmuş fotoşəkil və telefon danışığı yazısı (qeydləri) olan diskə qiymət verərək belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından bu sübutlar qanunu pozmaqla əldə edilmiş və onların istifadəsinə yol verilmir, disk sübut qismində qəbul olunsa belə, diskdə əks olunan məlumatlarda mübahisəli alqısatqı müqaviləsinin etibarsızlığına dair hər hansı bir əsas mövcud deyil. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun “kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olduğu halda həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir” kimi formalaşdırdığı hüquqi mövqeyinə zidd olaraq qəbul edilmişdir. Buna baxmayaraq Ali Məhkəmənin Mülki Kollegiyası 5 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin qanuni göstərişlərinə əməl olunmamaqla qəbul edilmiş qətnaməsini dəyişdirmədən saxlamışdır. Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir”. Mülki Məcəllənin alqı-satqı müqaviləsi haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra dəyərini ödəməlidir. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3cü maddələri). Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Məhkəmə tərəfindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş X8 ilə Cavabdeh Tahir qızının oğlu Elvin Əliyev arasında aparılmış telefon danışıqlarını qeyd alınması barədə “səs yazıları” və “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmalar tərəflərin iştirakı ilə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Rəfael Mahmudova ilə Cavabdeh oğlu Elvin Əliyev arasında borc mübahisələri olmuş, səs yazısı zamanı X19 Əliyevə bildirmişdir ki, “ona ev lazım deyil, heç kimin evində gözü yoxdur. Ödədiyi 14150 manatı geri qaytarır”. Bundan başqa onlar arasında “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmalar zamanıda Rəfael Mahmudova ilə Elvin Əliyev arasında həqiqətən borc münasibətlərinin yaranması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı iddia tələbinə qiymət verilərkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən bağ evi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuşdur. Lakin tərəflərin əqdin bağlanmasından əvvəlki və sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, iddiaçı Rəfael Mahmudova ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanıldıqda iddiaçının əsl niyyəti mənzilin satılması olmamış, onun əsl niyyəti cavabdeh və başqa şəxslər arasında yaranmış borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Çünki mübahisəli mənzilə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanıldıqda formal baxımından bütün tələblərə əməl olunmuşdur. Lakin bu fakt, yəni mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin formal tələblərinin gözlənilməsi işin həqiqi hallarına uyğun deyildir. Həmin müqavilənin başqa əqdi pərdələmək üçün bağlandığı təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6688, 9/6749 nömrəli rəyi ilə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 610 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) hazırki ora bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 220,000.00 manat (190.24 kv.m x 1151 manat) məbləğində müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin (torpaq sahəsi il birlikdə) orta bazar qiyməti 220 000 manat məbləğindədir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/6688, 9/6749 nömrəli rəyinə əsasən 220 000 manat civarında olan mübahisəli fərdi yaşayış evinin (torpaq sahəsi il birlikdə) cavabdehə cəmi 65000 manat qiymətləndirilməklə alqı-satqı müqaviləsinin bağlanmasının ağlabatan və inandırıcı olmaması qənaətinə gəlir. Qeyd olunan hallar isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin əslində formal olaraq bağlanması barədə Cavabdeh dəlillərinin inandırıcı olmasına dəlatət edir. Bundan başqa hazırkı iş üzrə telefon danışıqlarını əks etdirən USB flaş kartı sübut qismində qiymətləndirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. İş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhz bu baxımdan məhkəmə qeyd edir ki, bağ evinin satılmasına səbəb olmuş borc mübahisəsinin İddiaçı ilə Elvin (Cavabdeh oğlu) arasında aparılmış telefon danışıqlarını əks etdirən USB flaş kartda olan səs yazıları hazırki iş üzrə tərəflərin iştirakı ilə məhkəmə iclasında araşdırılmışdır. İddiaçı Rəfael Mahmudova həmin səsin ona məxsus olmasını təsdiq etmişdir. Göründüyü kimi, Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməsinə kifayət qədər əsaslar mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarından görünür ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olubolmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi Cavabdeh oğlu X3 öhdəliklərini pərdələmək məqsədilə formal olaraq bağlanmışdır. Bu hal tərəflərin məhkəmə iclasında verdikləri izahatları, şahid ifadəsi, tədqiq olunmuş səs, ekspert rəyi və “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmalar ilə tam şəkildə sübuta yetirilmişdir. Göstərilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə X17 arasında Bakı şəhəri, Şüvəlan qəsəbəsi, bağ 610 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqısına dair ünvan mart 2022-ci il tarixdə rəsmiləşdirilmiş “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi etibarsız hesab edilməli, İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bundan başqa iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini münasibətdə məhkəmə hesab edir ki, etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının müqavilənin etibarsızlığı ilə bağlı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi edilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-cimaddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Müraciətdə göstərilən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçı X5 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair iddiasına münasibətdə qeyd edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız olduğundan iddiaçı X5 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə X5 mənzilə dair mülkiyyət hüquqları tanınmamış və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X5 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilərək, İddiaçı ilə X17 arasında Bakı şəhəri, Şüvəlan qəsəbəsi, bağ 610 ünvanda yerləşən daşınmaz əmlakm alqı-satqısına dair ünvan mart 2022-ci il tarixdə rəsmiləşdirilmiş “daşınmaz əmlakın alqısatqı” müqaviləsi və həmin müqavilə əsasında üçüncü şəxs Daşınmaz Əmlakm Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Bundan başqa məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci X4 tutulub X9, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: X5 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Cavabdeh X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı ilə X17 arasında Bakı şəhəri, Şüvəlan qəsəbəsi, bağ 610 ünvanda yerləşən daşınmaz əmlakın alqı-satqısına dair ünvan mart 2022-ci il tarixdə rəsmiləşdirilmiş “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi etibarsız hesab edilsin. İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat məbləğində ekspertiza xərci X4 tutularaq X9, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-107/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-107/2024
11.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver