Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1115/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, İddiaçı Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinə və əlavə tikililərə istifadə hüququn tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılması, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin tamamilə boşaldılması, əmlaklardan bütün növ ev heyvanlarının çıxarılması və giriş-çıxış açarları ilə birlikdə sadalanan əmlakların İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması barədə iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha. torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılmasına dair iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia ərizəsi üzrə Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0, 113454 ha. torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin tamamilə boşaldılması, əmlaklardan bütün növ ev heyvanlarının çıxarılması və giriş-çıxış açarları ilə birlikdə sadalanan əmlakların İddiaçı təhvil verilməsi barədə iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia ərizəsi üzrə İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılması, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması barədə iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha. torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılmasına dair iddia tələbinin rədd edilməsi, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha. torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin İddiaçı təhvil verilməsinə dair iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamənin çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0, 113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində olan ev heyvanlarının (dörd ədəd pişik) Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi İddiaçı məxsusdur. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış MA seriyalı ******* saylı Çıxarış verilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsini xx.xx.2010-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı 2011-ci ildə qeyd edilən torpaq sahəsi üzərində 1 mərtəbə zirzəmi olmaqla 3 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Həmçinin, iddiaçı həmin torpaq sahəsi üzərində əlavə tikililər — açıq çardaq, 4 otaqlı mətbəxt otaqları, həyət sanitar qovşağı və s. inşa etmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə ailə qurmuş və nikahları Yasamal rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il tarixdə Aynur adlı övladları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri 2021-ci ilin sonlarında pozulmuş, bu səbəbdən İddiaçı Cavabdehlə aralarında bağlanmış nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evi və əlavə tikililər Cavabdeh tərəfindən zəbt edilmişdir. Həmin əraziyə giriş-çıxış üçün nəzərdə tutulmuş darvazanın açarları, həmçinin fərdi yaşayış evinin və digər əlavə tikililərin açarları Cavabdeh dəfələrlə tələb edilməsinə baxmayaraq, sonuncu açarları təhvil verməmiş, həmin ərazini, evi və digər tikililəri boşaltmaqdan imtina etmişdir. Hətta, onun məlumat və razılığı olmadan Cavabdeh həmin ünvanda çoxlu sayda ev heyvanları (pişiklər) saxlayır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini, onun üzərindəki fərdi yaşayış evini və əlavə tikililəri qanunsuz olaraq zəbt etməklə, mülkiyyətçi kimi İddiaçı öz mülkiyyətindən sahiblik və istifadə etməsini tamamilə məhdudlaşdırmış, onun konstitusyon hüquqları kobud şəkildə pozmuşdur. Cavabdeh həmin sahədən, evdən və tikililərdən qanunsuz olaraq istifadə etməklə qəsdən İddiaçı mülkiyyətçisi olduğu bütün əmlaklara (evə, tikililərə, evdəki əşyalara və s.) ziyan vuracaq və onları yararsız hala salacaqdır. Qeyd edir ki, İddiaçı məxsus bir sıra əşyalar həmin torpaq sahəsindəki fərdi yaşayış evində saxlanılır. Həmin əşyalar çoxlu sayda yorğan-döşəklərdən, xalçalardan, müxtəlif ölçüdə və dəyərdə olan qab-qacaqlardan və s. digər məişət əşyalarından ibarətdir. İddiaçı dəfələrlə Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanındakı torpaq sahəsinin, onun üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılmasını, açarları ilə birlikdə təhvil verilməsini, saxladığı ev heyvanlarının (pişiklərin) oradan çıxarılmasını Cavabdeh tələb etsə də, sonuncu heç bir tədbir görməmiş, əksinə qanunsuz olaraq zəbt etdiyi İddiaçı mülkiyyətini istifadə etməkdə və yararsız hala salmaqda öz fəaliyyətini davam etdirmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında 2008-ci il tarixdə şifahi nikah müqaviləsi bağlanmışdır. Həmin şifahi müqaviləyə əsasən, tərəflər Cavabdeh və İddiaçı (Hacıyeva) 2008-ci il tarixdən başlayaraq birgə ailə həyatı yaşamağı, birgə yaşayış üçün ümumi, mülkiyyətdə olan əmlakın əldə edilməsi və yaradılmasını, rəsmi nikahın bağlanmasını, birgə nikahdan uşağın doğulmasını öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış şifahi müqavilə öhdəliyi iddiaçı Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Belə ki, onun məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, o, iddiaçı 2008-ci il tarixdə birinci həyat yoldaşı ilə boşanmışdır. Həmçinin, Cavabdeh 14 mart 2009-cu il tarixdə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində 36 ünvanında yerləşən ümumi sahəsi 131,2 kv.m olan qeyriyaşayış sahəsini 324000 (üç yüz iyirmi dörd min) manata satmışdır. Həmçinin, 2009-cu ildə iddiaçı Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildə təmirə başlamışdır. Mənzilin çürümüş taxta döşəmələrdən, köhnəlmiş alçıpan arakəsmələrdən, çürümüş taxta eyvan çərçivələrindən ilkin təmizlənməsi Ömər adlı usta tərəfindən aparılmışdır. Kərpic divarların hörülməsi və onların suvaqlanması Mail adlı usta tərəfindən həyata keçirilmişdir. Santexnika işləri usta Dilavər tərəfindən görülmüşdür. Taxta döşəmənin quraşdırılması işləri usta Mehman və köməkçisi Faiq tərəfindən aparılmışdır. Kafel çəkilişi və elektrik işləri usta Nadir tərəfindən həyata keçirilmişdir. Balkonların lambirlə üzlənməsi Mirağa və Teymur ustaları tərəfindən həyata keçirilmişdir. Balkonda şkaf və mətbəx şkafları Rəis usta tərəfindən hazırlanıb quraşdırılmışdır. Malyar işləri Famil və Amrax ustaları tərəfindən aparılmışdır. Parket işləri Arais usta tərəfindən aparılmışdır. Mənzilin təmirinin aparılması və əşyaların yerləşdirilməsi üç ilə yaxın davam etmişdir. Həmçinin, 2010-cu ilin avqust ayında iddiaçı Cavabdeh daşınmaz əmlak agenti X11 vasitəsi ilə Mərdəkan qəsəbəsinin girəcəyində (inzibati olaraq Qala qəsəbəsinə aiddir) torpaq sahəsini tapmışdır. Ümumi sahəsi 0.14 ha olan (o cümlədən 0.02 ha sənədsiz) torpaq sahəsi Sevindik Arazova, İsmayılov Məzahirə və Məmmədova Kifayətə ayrı-ayrı məxsus olub. Arazov Sevindik və Məmmədova Kifayət ümumi sahəsi 0.09 ha olan (o cümlədən 0.02 ha sənədsiz) torpaq sahələrini 30000 ABŞ dollar məbləğinə Cavabdeh satmaq barədə razılığa gəlmişlər. X45 müxtəlif bəhanələr qətirərək, ona məxsus 0.05 ha torpaq sahəsinin Cavabdeh satılması barəsində yekun cavab verməmişdir. 2010-cu ilin avqustun 27-də iddiaçı Cavabdeh daşınmaz əmlaka məxsus olan müxtəlif bir agentliklə 0.09 ha torpaq sahəsini 30000 ABŞ dolları və 1000 ABŞ dolları beh məbləğini ödəməklə almaq üçün ilkin müqavilə bağlamışdır. Cavabdeh tərəfindən İddiaçı adına məhz bu məqsədlə torpaq alınmışdır ki, gələcəkdə Cavabdeh birinci nikahından olan övladı əmlakın tələbinə dair heç bir iddia irəli sürməsin. Həmin vaxt başqa bir daşınmaz əmlak agentliyinin əməkdaşı X41 tərəfindən Cavabdeh yuxarıda qeyd olunan torpaq sahəsinin arxa tərəfində yerləşən 0.113454 ha torpaq sahəsi təklif olunmuşdur. Torpaq sahəsinin sahibi olan Quliyev Sabir, Cavabdeh sərfəli qiymətə 33000 dollara satmağa təklif irəli sürmüşdür. Həmin vaxt İsmayılov Məzahirin 0.05 ha torpaq sahəsini satıb-satmayacağı bəlli deyildi. Buna görə də iddiaçı Cavabdeh aşağıdakı plan üzrə hərəkət etməyinin qərarına gəlmişdir: Cavabdeh həm 0.09 ha, həm də 0.113454 ha torpaq sahələrini almaq niyyətində idi. İddiaçının fikiri ondan ibarət idi ki, əgər M.İsmayılov torpağını satarsa, o zaman Cavabdeh 0.14 ha. ərazidə fərdi yaşayış evi tikəcəkdir. Əgər M.İsmayılov torpağını satmazsa, o zaman Cavabdeh 0.113454 ha ərazidə fərdi yaşayış evini tikəcəkdir. İddiaçının Cavabdeh hətta fikrində var idi ki, daha sonra evin tikintisi üçün istifadə olunmamış torpaq sahəsini satsın. 01 sentyabr 2010-cu il tarixdə Cavabdeh daşınmaz əmlak agentliyi ilə (Vöen **********), 0,113454 ha torpaq sahəsini 33000 ARŞ dolları və 1000 ARŞ dollar beh məbləğini ödəməklə ilkin alqı-satqı müqaviləsini bağlamışdırlar. Cavabdehin adına hər hansı bir alqı-satqı hərəkətlərinin həyata keçirilməsi üçün, İddiaçı tərəfindən iddiaçı Cavabdeh adına Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu Vədətov N.Ə. tərəfindən xx.xx.2010-cu il tarixli, 4E/14-7243 reyestrli etibarnamə və 10-cu notariat kontorunun notariusu Hadıyev M.Q. tərəfindən xx.xx.2010-cu il tarixli, 7E/42-4660 reyestrli etibarnamə verilmişdir. 08 sentyabr 2010-cu il tarixdə Cavabdeh daşınmaz əmlak agentliyinin əməkdaşı Nazim Məmmədovun köməyi ilə Quliyev Sabirdən 0.113454 ha torpaq sahəsini almışdır: 33000 ABŞ dolları məbləğində pul vəsaitini ödəyərək həmin məbləğdən 1000 ABŞ dolları məbləğində beh kimi verilərək, 32000 ABŞ dolları (məzənnə 0,805 manat/dollar mübadilə ilə yenidən hesablanaraq 25760 manat təşkil edirdi) satıcının depozit hesabına mədaxil edilmişdir. Bundan başqa iddiaçı Cavabdeh tərəfindən daşınmaz əmlak agentliyinin əməkdaşına əlbəəl 500 ABŞ dolları alqı-satqı müqaviləsi cavabdeh Quliyeva (Hacıyeva) Könül Cümşüd qızının adından bağlanmışdır. 09 oktyabr 2010-cu il tarixdə Cavabdeh daşınmaz əmlak agentliyinin əməkdaşı Əbülfəz Hüseynovun köməyi ilə Kifayət Məmmədovadan 0.05 ha torpaq sahəsini və Sevindik Arazovdan 0.04 ha (0.02 ha sənədsiz) torpaq sahəsi alınmışdır. İddiaçı Cavabdeh 30000 ABŞ dolları məbləğində ödəməli idi. Həmin məbləğdən 1000 ABŞ dolları beh kimi verilmişdir, 16080 manat (20000 ABŞ dollar, məzənnə 0,804 manat/dollar olmaqla) Kifayət Məmmədovanun hesabına köçürülmüşdür, 4824 manat (6000 ABŞ dollar, məzənnə 0,804 manat/dollar olmaqla) Sevindik Arazovun hesabına köçürülmüşdür, 3000 ABŞ dolları məbləğində vəsait isə onda qalmışdır. Bundan başqa Cavabdeh tərəfindən daşınmaz əmlak agentliyinin əməkdaşı Əbülfəz Hüseynova 500 ABŞ dolları məbləğində əlbəəl pul vəsaitini vermişdir. 0,05 ha torpaq sahəsini 09 oktyabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsi əsasında cavabdeh İddiaçı (Hacıyeva) adına rəsmiləşdirilmişdir. 0,02 ha torpaq sahəsi isə 09 oktyabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. İsmayılov Məzair torpağını satmaqdan imtina etdiyi üçün M.Cavabdehİsmayılovun torpağı ilə onun adına aldığı torpaq sahəsi arasında hasar tikmişdir. Hasar tikildikdən sonra, 16 yanvar 2011-ci il tarixdə iddiaçı Cavabdeh yerdə qalan 3000 ABŞ dolları məbləğində pul vəsaitini Hüseynov Əbülfəzə ondan ötəri vermişdir ki, Hüseynov Əbülfəz tərəfindən Sevindik Arazova həmin pul məbləği çatdırılsın. Qeyd edir ki, həmin vaxt Sevindik Arazov Azərbaycan Respublikasında olmadığı üçün, Cavabdeh tərəfindən pul vəsaiti Əbülfəz Hüseynova verilmişdir. 2010-cu ilin oktyabr ayının sonunda Cavabdeh 0,113454 ha torpaq sahəsində bəzi hazırlıq işlərinə başlamaq qərarına gəlmişdir. Cavabdeh imzaladığı 26 oktyabr 2010-cu il tarixli 733424 nömrəli protokola əsasən 38282390 saylı üçfazalı sayğacın quraşdırılması üçün Bakı Elektrikşəbəkə ASC ilə müqavilə bağlanmışdır, Cavabdeh Azərsu ASC-ti ilə bağladığı 27 noyabr 2010-cu il tarixli ********** saylı müqaviləyə əsasən mexaniki sayğac quraşdırılmışdır. Məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, 2011-2014-cü illərdə iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin üzərində aşağıdakı göstərilən işləri görmüşdür, O cümlədən: torpağın ərazisinin daşlardan təmizlənməsi, torpağın hamarlanması, bir mərtəbəli evin və heyvanların (pişiklərin) saxlanılması üçün tikiliyə dair - bünövrəsi altında xəndəklərin qazılması, beton, hörgü, suvaq, dam örtüyü işləri, plastik qapı və pəncərələrin quraşdırılması, zirzəmisi və çardağı olan iki mərtəbəli ev üçün - kotiovanın qazılması, beton, hörgü, suvaq, dam örtüyü işlər, dəmir və plastik qapıları və pəncərələrin quraşdırılması, “qaban” kafel metlaxın vurulması: dəmir darvazalar quraşdırılması, münbit torpaqlar gətirilməsi və ağaclar əkilməsi və s. Həmin işləri traktorçu Ramil adlı şəxs, qaya kəsən traktorun sürücüsü Elşad adlı şəxs, ZİL yük nəqliyyatının idarə edən və özüboşalmasının sürücüsü Emil adlı şəxs, suvaqçı ustalar Sahil və Həbib adlı şəxslər köməkçiləri ilə birlikdə, pəncərələr usta Rövşən adlı şəxs, kafel ustalar Mirağa və Teymur adlı şəxslər, dəmir darvazalar və qapıların hazırlanması ustalar Mirzə və Sabit adlı şəxslər aparmışlar. Qum və əkilmə işləri üçün torpağı Murad adlı sürücü gətirmişdir. Qaz xəttinin verilməsi müfəttiş Balaş adlı şəxs həyata keçirmişdir. Məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, 2015-2021-ci illərdə iddiaçı Cavabdeh torpaq sahəsində aşağıdakı işləri görüb: bir mərtəbəli evin mətbəxində və hamamında santexnika və kafel quraşdırma işləri, taxta döşəmələrin quraşdırılması işləri, verandanın bir mərtəbəli evə uzadılması, o cümlədən beton işləri, daş divarların tikintisi, suvaq işi, metal tipli dam örtüyü, zirzəmisi və çardağı olan iki mərtəbəli ev üçün - daxili divarlarının suvaqlanması, koridorunda taxta döşəmələrin quraşdırılması: "şambo"nun betonlanması, yay mətbəxinin tikintisi, o cümlədən beton işləri, daş divarların tikintisi, suvaq işi, metai üpii dam örtüyü və taxta döşəmələrin quraşdırılması, yay "besedka" tikintisi üzərində işləri, hasarın suvaqlanması, heyvanlar üçün tikilinin ətrafında təmir işlərinin aparılması. İşləri ustalar Həbib, Teymur, Sahil, Elsəvər, Bəxşiş adlı ustalar köməkçiləri Elmar və Elvin adlı ustalar ilə birlikdə aparmışdırlar. Qum və “akcept” Samir adlı sürücü gətirmişdir. Halhazırda zirzəmili və çardaqlı iki mərtəbəli evin, eyvanlı bir mərtəbəli evin və bağ evinin tikintisi tam başa çatmayıb və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. 2015-ci il tarixdə Cavabdeh və İddiaçı nikahlarını rəsmləşdiriblər. Onlar iddiaçının atası ilə birlikdə ünvan 4 ünvanında iddiaçıya məxsus mənzildə təmir olunandan sonra yaşamağa başlayıblar. 2016-cı il tarixdə onların Aynur adlı övladları dünyaya gəlib. Göstərilənlərə və tərəflər arasında bağlanmış şifahi müqavləyə əsasən hesab edir ki, cavabdeh İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət - iddiaçı Cavabdeh və cavabdeh Könul Quliyevanın ümumi mülkiyyətidir və onların birgə istifadəsində olmuşdur. Lakin, 2022-ci ilin mart ayında cavabdeh İddiaçı tərəfindən nikahın pozulması və s. hallara dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş, sonra ona qarşı yuxarıda göstərilən ilkin iddia ərizəsi ilə iddia tələbi irəli sürmüşdür və onun istifadə hüququnu qadağan edir və bununla da öz öhdəliklərini pozmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilə üzrə müəyyən edilmiş hərəkətləri İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində onun istifadə hüququ yaranmışdır. Buna görə də İddiaçı ona qarşı əsassız ilkin iddiası rədd edilməlidir, onun şifahi müqavilə üzrə əldə etdiyi 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququ tanınmaqla və təmin edilməklə vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Daha sonra ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, 08 sentyabr 2010-cu il tarixdə Cavabdeh daşınmaz əmlak agentliyinin əməkdaşı Nazim Məmmədovun köməyi ilə Quliyev Sabirdən 0.113454 ha torpaq sahəsini almışdır. Cavabdeh 33000 ABŞ dolları məbləğində pul vəsaitini ödəyərək, həmin məbləğdən 1000 ABŞ dolları məbləğində beh kimi verilərək, 32000 ABŞ dolları (məzənnə 0,805 manat/dollar mübadilə ilə yenidən hesablanaraq 25760 manat təşkil edirdi) satıcının depozit hesabına mədaxil edilmişdir. Əlavə olaraq, Cavabdeh tərəfindən 52 manat təşkil edən əməliyyat məbləğinin 0,2%-i məbləğində bank komissiyası ödənilmişdir. Bundan başqa Cavabdeh tərəfindən daşınmaz əmlak agentliyinin əməkdaşına əlbəəl 500 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. 08 sentyabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsi iddiaçı Quliyeva (Hacıyeva) Könül Cümşüd qızının adından bağlanmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, 09 oktyabr 2010-cu il tarixdə Cavabdeh daşınmaz əmlak agentliyinin əməkdaşı Əbülfəz Hüseynovun köməyi ilə Kifayət Məmmədovadan 0.05 ha torpaq sahəsini və Sevindik Arazovdan 0.04 ha (0.02 ha sənədsiz) torpaq sahəsi alınmışdır. Cavabdeh 30000 ABŞ dolları məbləğində pul ödəməli idi. Həmin məbləğdən 1000 ABŞ dolları beh kimi verilmişdir, 16080 manat (20000 ABŞ dollar, məzənnə 0,804 manaf/dollar olmaqla) Kifayət Məmmədovanun hesabına köçürülmüşdür, 4824 manat (6000 ABŞ dollar, məzənnə 0,804 manat/dollar olmaqla) Sevindik Arazovun hesabına köçürülmüşdür, 3000 ABŞ dolları məbləğində vəsait isə onda qalmışdır. Əlavə olaraq cavabdeh 32 manat 20 qəpik və 9 manat 70 qəpik bank komissiyasını (0,296) ödəmişdir. Bundan başqa Cavabdeh tərəfindən daşınmaz əmlak agentliyinin əməkdaşı Əbülfəz Hüseynova 500 ABŞ dolları məbləğində əlbəəl pul vəsaitini vermişdir. 0.05 ha torpaq sahəsini 09 oktyabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsi əsasında İddiaçı (Hacıyeva) adına rəsmiləşdirilmişdir. 0.02 ha torpaq sahəsi isə 09 oktyabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. İsmayılov Məzair torpağını satmaqdan imtina etdiyi üçün cavabdeh M.Cavabdehİsmayılovun torpağı ilə onun adına aldığı torpaq sahəsi arasında hasar tikmişdir. Hasar tikildikdən sonra, 16 yanvar 2011-ci il tarixdə Cavabdeh yerdə qalan 3000 ABŞ dolları məbləğində pul vəsaitini Hüseynov Əbülfəzə ondan ötəri vermişdir ki, Hüseynov Əbülfəz tərəfindən Sevindik Arazova həmin pul məbləği çatdırılsın. Qeyd edir ki, həmin vaxt Sevindik Arazov Azərbaycan Respublikasında olmadığı üçün, Cavabdeh tərəfindən pul vəsaiti Əbülfəz Hüseynova verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sübuta yetirilir ki, hər üç torpaq sahəsi Cavabdeh şəxsi pul vəsaiti ilə alınmışdır. İki torpaq sahəsinin İddiaçı adına resmiləşdirilməsinin səbəbi də yuxarıda qeyd olunanlara əsasən sübuta yetir. 2010-cu ilin oktyabr ayının sonunda cavabdeh 0.113454 ha torpaq sahəsində bəzi hazırlıq işlərinə başlamaq qərarına gəlmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi materiallardan görünür ki, Cavabdeh imzaladığı 26 oktyabr 2010-cu il tarixli 733424 nömrəli protokola əsasən 38282390 saylı üçfazalı sayğacın quraşdırılması üçün Bakı Elektrikşəbəkə ASC-ti ilə müqavilə bağlanmışdır. Cavabdehin Azərsu ASC ilə bağladığı 27 noyabr 2010-cu il tarixli ********** saylı müqaviləyə əsasən mexaniki sayğac quraşdırılmışdır. Bu da qeyd edilir ki, Cavabdeh imzaladığı 04 mart 2014-cü il tarixli AS 056242 nömrəli akt əsasında Azərsu ASC mexaniki sayğacını 780317 saylı SSS-15 SMART sayğacı ilə əvəz etmişdir.2011-ci ildə Cavabdeh torpaq sahəsində aşağıdakı işləri görmüşdür: torpağın ərazisinin daşlardan təmizlənməsi, torpağın hamarlanması, bir mərtəbəli evin bünövrəsi altında xəndəklərin qazılması, heyvanların saxlanılması üçün tikilinin xəndəklərin qazılması, zirzəmisi və çardağı olan iki mərtəbəli ev üçün kotlovanın qazılması, ağac tinglərinin əkilməsi üçün xəndəklərin qazılması. İşi traktorçu Ramil adlı şəxs qaynatası ilə birgə, qaya kəsən traktorun sürücüsü Elşad adlı şəxs, ZİL yük nəqliyyatını idarə edən və özüboşalmasının sürücüsü Emil adlı şəxs həyata keçirmişdirlər. 2012-ci il tarixdə Cavabdeh tərəfindən torpaq sahəsində aşağıdakı işləri görülüb: ağaclar üçün münbit torpaqlar gətirildi, iki mərtəbəli ev üçün dəmir-beton monolit plitə şəklində bir təməl tikildi, bir mərtəbəli yaşayış binası və heyvanlar üçün tikiliyə bir ev üçün zolaq təməllər tikildi, bir mərtəbəli yaşayış binası tikilmiş, iki mərtəbəli evin iki mərtəbəsi tikilmişdir. İşi ustalar Sahil və Həbib adlı şəxslər köməkçiləri ilə birlikdə həyata keçirmişdirlər. 2013-cü il tarixdə Cavabdeh torpaq sahəsində aşağıdakı işləri görüb: bir mərtəbəli evdə plastik pəncərələr quraşdırılıb, heyvanlar üçün tikili tikildi, zirzəmisi və çardağı olan iki mərtəbəli ev tamamlandı, əlavə olaraq ağaclar üçün münbit torpaqlar gətirildi, ağaclar əkilmişdir. İşi ustalar Sahil və Həbib köməkçiləri ilə həyata keçiriblər. Pəncərələr usta Rövşən adlı şəxs tərəfindən hazırlanıb quraşdırılıb. Əkilmə işləri üçün torpağı Murad adlı sürücü gətirmişdir. 2014-cü il tarixdə Cavabdeh tərəfindən torpaq sahəsində aşağıdakı işlər görülmüşdür: İki mərtəbəli zirzəmili və mansarlı evdə dəmir darvazalar sifarişi və quraşdırılması, dəmir qapı və plastik pəncərələrin sifarişi və quraşdırılması, qaz xətti çəkilib, zirzəmisi və çardağı olan iki mərtəbəli evə “qaban” kafel metlaxın vurulması. Dəmir darvazalar və dəmir qapıların hazırlanması və quraşdırılması işləri Mirzə və Sabit adlı şəxslər tərəfindən həyata keçirilirdi. Plastik pəncərə və qapıların hazırlanması və quraşdırılması işləri Rövşən adlı usta tərəfindən həyata keçirilib. Qaz xəttinin verilməsini müfəttiş Balaş adlı şəxs həyata keçirmişdir. İkimərtəbəli evin metlaxını Mirağa, Teymur, Sahil və Həbib adlı ustalar həyata keçirib. 2015-2017-ci illərdə Cavabdeh torpaq sahəsində aşağıdakı işləri görüb: bir mərtəbəli evin methəxində və hamamında santexnika və kafel quraşdırma işləri, bir mərtəbəli evdə taxta döşəmələrin quraşdırılması işləri, zirzəmi və çardaq olan iki mərtəbəli evin daxili divarlarının suvaqlanması üzərində işləmək. İşi ustalar Həbib, Sahil və Teymur adlı şəxslər yerinə yetiriblər, 2020-2021-ci illərdə Cavabdeh torpaq sahəsində aşağıdakı işləri görüb: "şambo"nun betonlanması üzərində işləmək, verandanın bir mərtəbəli evə uzadılması, o cümlədən beton işləri, daş divarların tikintisi, suvaq işi, metal tipli dam örtüyü, yay "besedka" tikintisi üzərində işləmək, yay mətbəxinin tikintisi, o cümlədən beton işləri, daş divarların tikintisi, suvaq işi, metal tipli dam örtüyü və taxta döşəmələrin quraşdırılması, iki mərtəbəli evin koridorunda taxta döşəmələrin quraşdırılması, hasarın içəridən suvaqlanması, heyvanlar üçün tikilinin ətrafında təmir işlərinin aparılması. İşləri ustalar Sahil, Elsəvər, Bəxşiş adlı ustalar köməkçiləri Elmar və Elvin adlı ustalar ilə birlikdə aparmışdırlar. Hal-hazırda zirzəmili və çardaqlı iki mərtəbəli evin, eyvanlı bir mərtəbəli evin və bağ evinin tikintisi tam başa çatmayıb. Həmin evlərdə təmir aparılmayıb, qaz, işıq, su xətləri çəkilməyib, kanalizasiya xətti çəkilməyib. Həmin evlərin layihələri (memarlıq-tikinti və s.) tərtib olunmayıb. Bu evlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb, 2015-ci il tarixdə Cavabdeh və İddiaçı nikahlarını rəsmiləşdiriblər. Onlar iddiaçının atası ilə birlikdə ünvan 4 ünvanında iddiaçıya məxsus mənzildə təmir olunandan sonra yaşamağa başlayıblar. 2016-cı il tarixdə onların Aynur adlı övladları dünyaya gəlib. 2021-ci ilin noyabr ayında iddiaçı, cavabdehlə birlikdə yaşamaq istəmədiyini bildirdi. 2022-ci ilin mart ayında iddlaçı İddiaçı tərəfindən nikahın pozulması və s. hallara dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, 2010-2014-cü illərdə Cavabdeh iddiaçı ilə faktiki olaraq nikah münasibətində olub. Cavabdeh şəhərin mərkəzində ona məxsus olan bahalı daşınmaz əmlakı sataraq ve alqı-satqıdan əldə olunmuş pul vəsaitinə Qala qəsəbəsində 3 ədəd torpaq sahəsini, o cümlədən 0,113454 ha torpaq sahəsi əldə etmişdir. Cavabdeh və iddiaçı birlikdə yaşamaq niyyətində olduqları yaşayış binası şəklində ümumi əmlaka sahib olmağı planlaşdırırdılar. Cavabdehin birinci nikahdan olan övladı alınmış torpaq sahələrinə görə iddia qaldıra bilməməsi üçün, cavabdeh İddiaçı adına 2 ədəd torpaq sahəsini rəsmiləşdirmişdir. Cavabdeh öz vəsaiti hesabına həmin torpaq sahəsində ev və digər tikililər tikərək ustaların işə götürülməsində, tikinti materiallarının alınmasında, tikintinin layihələndirilməsində, tikinti işlərinin gedişinin nəzarətini özü şəxsən iştirak edibdir. Həmin torpaq sahəsində Cavabdeh tərəfindən heyvanlar üçün tikili həyata keçirilmişdir və 2013-cü ildən hal-hazıradək həmin tikilidə pişiklər məskunlaşıb. Cavabdeh həm də İddiaçı məxsus iki otaqlı mənzilin təmirini təşkil edib, layihələndirib, nəzarət edib və qismən ödəyib. 2015-ci ildə cavabdeh və iddiaçı rəsmi nikaha daxil olub, 2016-cı il tarixdə isə birgə nikahdan övladları dünyaya gəlibdir. 2015-ci ildən iddiaçı və cavabdeh iddiaçının təmirli mənzilində yaşayırlar. Bütün bu faktlar birmənalı olaraq bunu göstərir ki, 0,113454 ha torpaq sahəsi və onun üzərində tikilmiş evlər ümumi mülkiyyətdir. Cavabdeh 2 oktyabr 2014-cü il tarixdə X5 alqı-satqı müqaviləsi ilə torpağın bir hissəsini, yeni 0.02 ha torpaq sahəsini 13500 manata satmışdır (bax: “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi AN-İ No 0446840”). Yerdə qalan 0.02 ha torpaq sahəsi (sənədsiz) isə Cavabdeh tərəfindən İddiaçı məxsus 0.05 ha torpaq sahəsinə əlavə edilmişdir. 2015-ci ildən 2021-ci ilə qədər cavabdehin şəxsi vəsaiti və ər-arvadın ümumi əmlakı hesabına 0,113454 ha torpaq sahəsində yuxarıda göstərildiyi kimi, onun üzərində yerləşən tikililərin dəyərini xeyli artıran investisiyalar qoyulmuşdur. Daha sonra ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qarşılıqlı iddia tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh İddiaçı ilə 2008-ci ildə şifahi nikah müqaviləsi bağlamışlar, həmin şifahi nikah müqaviləsinə əsasən tərəflər birgə yaşamağı, birgə yaşayış üçün ümumi mülkiyyətdə olan əmlakın əldə edilməsini üzərlərinə götürmüşlər. Cavabdeh həmin şifahi müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, 2008-ci ildə birinci həyat yoldaşından rəsmi olaraq boşanmış, özünə məxsus qeyri-yaşayış sahəsini 324000 manata satmış, daha sonra İddiaçı məxsus Yasamal rayonu Ə.Ələkbərov küçəsindəki mənzildə təmirə başlamış, üç ilə yaxın mənzildə təmir işləri aparmışdır. Daha sonra, Cavabdeh 2010-cu ilin sentyabr ayında Xəzər rayonu Mərdəkan qəsəbəsinin (inzibati olaraq Qala qəsəbəsinə aiddir) girişində 0.113454 ha. torpaq sahəsini əldə etmişdir. Alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün İddiaçı Cavabdeh adına xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərində etibarnamə vermişdir. Sonradan İddiaçı adına 0.05 ha. torpaq sahəsi, Cavabdeh adına isə 0.02 ha. torpaq sahəsi rəsmiləşdirilmişdir. 2010-cu ilin oktyabr ayının sonundan Cavabdeh 0.113454 ha. torpaq sahəsində hazırlıq işlərinə başlamış, 2011-2021-ci illər ərzində həmin torpaq sahəsində tikililər inşa etmiş, müxtəlif təmir-inşaat-bəzək işləri həyata keçirmişdir. Tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2015-ci ildə İddiaçı və Cavabdeh nikahlarını rəsmiləşdirmişlər. Sonra İddiaçı məxsus Yasamal rayonu Ə.Ələkbərov küçəsindəki mənzildə yaşamağa başlamışlar. 2016-cı ildə tərəflərin Aynur adlı övladları doğulmuşdur. Cavabdeh hesab edir ki, Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, əlavə tikililər tərəflərin ümumi mülkiyyətidir və bu əmlaklar onların birgə istifadəsində olmuşdur, ona görə həmin əmlaklar üzərində onun istifadə hüququ yaranmışdır. Qarşılıqlı iddia tələbini qəbul etmir, aşağıdakılara əsasən əsassız hesab edir: İlk öncə qeyd edir ki, Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0.113454 ha. torpaq sahəsi tam payda İddiaçı məxsusdur. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2010-cu il tarixdə seriya MA ******* saylı çıxarış verilmişdir. İddiaçı (həmin dövrdə Hacıyeva olmuşdur) qeyd edilən torpaq sahəsini Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X22 əldə etmişdir. Bildirir ki, İddiaçı (həmin dövrdə Hacıyeva) alqı-satqı müqaviləsi imzalanan zaman subay olmuşdur. Nə Cavabdehlə, nə də ki qeyri bir şəxslə rəsmi və faktiki nikah münasibətlərində olmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsinə dair notariat işi sorğu verilib əldə edilmişdir. Notariat işindən də görünür ki, torpaq sahəsini 25760 manata Könül Hacıyeva tərəfindən satın alınmış, həmin məbləği K.Hacıyeva şəxsən xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-nin Əzizbəyov filialına ödəmiş və bu barədə mədaxil orderi də təqdim edilmişdir. Bundan başqa, İddiaçı (Hacıyeva) xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda bağlanmış AN-İ No ******* saylı alqı-satqı müqaviləsinə əsasən X12 (etibarnamə üzrə nümayəndəsindən) Qala qəsəbəsində sahəsi 0.05 ha. torpaq sahəsi də almışdır. Bu alqı-satqı müqaviləsi imzalanan zaman da İddiaçı (Hacıyeva) subay olmuşdur. Həmin 0.05 ha. torpaq sahəsini Könül Hacıyeva 16.080 manata satın almış, həmin məbləği K.Hacıyeva şəxsən xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-nin Suraxanı filialına ödəmiş və bununla bağlı mədaxil qəbzi də təqdim edilmişdir. Qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində yalnız 0.113454 ha. torpaq sahəsi ilə bağlı mübahisə qaldırmış, 0.05 ha. torpaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. İddiaçı (həmin dövrdə Hacıyeva) Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0.113454 ha. torpaq sahəsini əldə etdikdən sonra 2011-ci ildən 2013-cü ilin sonunadək həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi, həmçinin əlavə tikililər (çardaq, mətbəxt otaqları, sanitar qovşağı və s) inşa etmişdir. İddiaçı torpaq sahəsini əldə edərkən, həmçinin tikililəri inşa edərkən hər hansı şəxsdən, xüsusən Cavabdeh hər hansı məbləğdə vəsait almamış, yalnız şəxsi vəsaiti hesabına torpaq sahəsini almış, orada tikililəri inşa etmişdir. Cavabdehlə Könül Hacıyeva xx.xx.2015-ci il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahdan xx.xx.2016-cı il tarixdə Aynur adlı övladları doğulmuşdur. Rəsmi nikah bağlayanadək (xx.xx.2015) tərəflər arasında hər hansı ailə, ər-arvad münasibətləri olmamışdır. Cavabdeh sadəcə İddiaçı keçmiş iş yoldaşı olmuş, iş yoldaşı kimi bir-birlərini tanımışlar, Cavabdeh maddi cəhətdən problemləri olduğundan dəfələrlə İddiaçı bir neçə dəfə borc pul almış, özünü “işgüzar” şəxs kimi göstərərək, işi ilə bağlı İddiaçı çatdıra bilmədiyi işləri müəyyən haqq müqabilində görməyə razı olmuşdur. Bunları qeyd etməkdə məqsəd ondan ibarətdir ki, Könül Hacıyeva həmin ərəfədə keçmiş iş yoldaşı Cavabdeh xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərində etibarnaməni də o məqsədlə vermişdir ki, Cavabdeh alqı-satqı müqavilələrini DƏDRX-in Ərazi idarəsinə təqdim etsin və torpaq sahəsinə dair çıxarışı əldə edib Könül Hacıyevaya təqdim etsin. Etibarnamələrdə onların verilməsi səlahiyyəti xüsusi olaraq göstərilmiş, etibarnamələr başqa digər məqsəd üçün verilməmişdir. İddiaçı (Hacıyeva) işi ilə bağlı torpaq sahələrinə çıxarış ala bilmədiyindən, bu səlahiyyəti keçmiş iş yoldaşı Cavabdeh həvalə etmiş, buna görə də Cavabdeh həm çıxarışların pulunu, həm də əlavə olaraq xidmət haqqı da ödəmişdir. xx.xx.2010-cu il tarixdə Cavabdeh özü üçün də torpaq sahəsi əldə etmiş, hətta həmin torpaq sahəsi üçün Könül Hacıyevadan əlavə borc pul da almışdır. Cavabdeh özünə məxsus 0.02 ha. torpaq sahəsinə dair alqı-satqı müqaviləsində torpaq sahəsinin qiymətini bilərəkdən aşağı göstərmişdir. Həmin ərəfələrdə Cavabdeh özü üçün əldə etdiyi 0.02 ha. torpaq sahəsinə dair çıxarış alacağından, Könül Hacıyeva üçün çıxarış ala biləcəyini sonuncuya demişdir, K.Hacıyeva da köhnə iş yoldaşı kimi Cavabdeh tanıdığından, öz çıxarışlarının da alınması üçün müəyyən xidmət haqqı müqabilində Cavabdeh də etibarnamə vermişdir. Qeyd edir ki, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh 2010-cu ilin oktyabr ayında öz adına da torpaq sahəsi almışdır. Hərçənd ki, həmin torpaq sahəsinə görə pulun bir hissəsini Cavabdeh İddiaçı borc almışdır, bu fakt da təsdiq edir ki, əgər 0.113454 ha. torpaq sahəsi və sonradan 0.05 ha. torpaq sahəsi həqiqətən Cavabdeh tərəfindən satın alınsaydı, bu zaman alqı-satqı müqaviləsini digər 0.02 ha. torpaq sahəsində olduğu kimi, Cavabdeh özü imzalayar və 0.113454 ha. və 0.05 ha. torpaq sahəsini öz adına əldə edərdi. Bu fakt da təsdiq edir ki, 0.113454 ha. torpaq sahəsini İddiaçı özü şəxsi vəsaiti hesabına əldə etmişdir. Hətta, tərəflər arasında nikah münasibətlərinə faktiki xitam verildikdən sonra Cavabdeh İddiaçı məxsus qızıl-zinət əşyalarından bəzilərini, külli miqdarda pul vəsaitlərini evindən götürmüş, İddiaçı adına Gürcüstan Respublikasından açılmış bank hesabından sonuncuya faktiki aid olmayan külli miqdarda pul vəsaitini etibarnamə ləğv edildiyi və səlahiyyəti olmadığı halda, qanunsuz olaraq çıxarmışdır. Gürcüstan Respublikasından bankdan çıxardığı pul vəsaitini İddiaçı hüquq-mühafizə orqanlarına müraciətindən sonra Cavabdeh geri qaytarmış, lakin digər götürdüklərini qaytarmamışdır. Bunları göstərməkdə məqsədi odur ki, Cavabdeh özünün qeyd etdiyi kimi “kifayət qədər imkanlı şəxs” olsaydı, evdən gedərkən İddiaçı qızıllarını, pulunu özü ilə götürməz, Gürcüstan Respublikasından bankdan pul vəsaitini qanunsuz olaraq çıxarmazdı, görünür, Cavabdeh hələ də İddiaçı onun maddi cəhətdən təmin etməsinə, pullar almasına böyük ehtiyacı vardır. Mülki iş materiallarında Cavabdeh tərəfindən təqdim edilən sənədlər içərisində Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0.113454 ha. torpaq sahəsinin əldə edilməsi zamanı nə onun Könül Hacıyeva ilə faktiki nikah münasibətlərində olması, nə torpaq sahəsinin əldə edilməsi üçün Cavabdeh hər hansı məbləğdə pul vəsaiti xərcləməsi-ödəməsi barədə sübutlar mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh qarşılıqlı iddiasını əsaslandırarkən İddiaçı ilə aralarında şifahi nikah müqaviləsinin bağlandığını, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirdiyini, həmin öhdəliyə əsasən İddiaçı Yasamal rayonu ərazisindəki mənzilini təmir etdirdiyini, həmçinin sonuncunun adına 0.113454 ha. torpaq sahəsi aldığını və orada müxtəlif tikililər inşa etdiyini göstərmişdir. Qeyd edir ki, qüvvədə olan Ailə qanunvericiliyinə əsasən “şifahi nikah müqaviləsi” deyilən bir hüquqi anlayış yoxdur. Ailə Məcəlləsinin tələblərinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır (maddə 1.4), Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (maddə 2.3). Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir (maddə 38.3). Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur (maddə 39.3). Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir (maddə 39.2). Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər (maddə 38.4). Sadalanan normaların tələbləri onu deməyə əsas verir ki, Cavabdehlə İddiaçı arasında yalnız xx.xx.2015-ci il tarixdə bağlanmış nikah məhkəmə tərəfindən tanınmalıdır. Cavabdeh İddiaçı ilə guya ki, 2008-ci ildə faktiki nikah münasibətlərində olması barədə göstərdikləri hər hansı sübuta söykənməməklə yanaşı, Ailə Məcəlləsinin tələbləri baxımıdan da əsassızdır. Digər tərəfdən, qanunvericilik nikah müqaviləsinin yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq edilməsini müəyyən etdiyi halda, Cavabdeh İddiaçı ilə guya 2008-ci ildə “şifahi nikah müqaviləsi” bağlaması barədə qeyd etdikləri əsassız hesab edilməlidir. Bundan başqa, qeyd edir ki, nikah müqaviləsi ər-arvadın nikaha qədər və nikahdan sonrakı əmlaklarının qanuni rejimini müəyyən edir. Həmçinin, Ailə qanunvericiliyinə əsasən nikah müqaviləsi tərəflərin bir-birinin qarşılıqlı saxlanması, gəlirlərdə iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və əmlak münasibətlərinə dair digər müddəaları müəyyənləşdirmək məqsədi ilə bağlanır. Göründüyü kimi, nikah müqaviləsinə əsasən ər-arvad olmayan tərəflərin bir-birinin üzərinə hər hansı əmlakı digərinin adına almaq kimi öhdəlik qoyulması barədə şərtin olması və belə bir şərtlə nikah müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. 2015-ci ildə nikaha daxil olan tərəflərdən İddiaçı nikahdan beş il öncə əldə etdiyi əmlakının “şifahi nikah müqaviləsi”nə əsasən Cavabdeh “müqavilə üzrə öhdəliyini yerinə yetirməsi və əmlakı İddiaçı adına alması” kimi əsaslandırılması tamamilə absurd və gülüncdür. Beləliklə, işin hallarından müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında nə nikah münasibətlərinə daxil olanadək, nə də nikaha daxil olandan sonra aralarında yazılı-notariat qaydasında olan nikah müqaviləsi olmuşdur, nə də ki tərəflər arasında 2015-ci ilədək hər hansı nikah münasibətləri olmuşdur. Cavabdeh qarşılıqlı iddiasını həmçinin onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Guya ki, Cavabdeh mübahisəli 0.113454 ha torpaq sahəsində 2010-2021-ci illər ərzində əsaslı işlər görmüş, orada fərdi yaşayış evi və tikililər inşa etmiş, ona görə də bu torpaq sahəsi və tikililər ümumi birgə mülkiyyət sayılmalıdır, ümumi birgə mülkiyyət sayıldığına görə də onun istifadə hüququ da tanınmalıdır. İlk öncə qeyd edir ki, Mülki Məcəllənin 225.4-cü maddəsinin hazırki tərəflər arasındakı hüquq münasibətlərini tənzimləyən norma kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Çünki bu norma ər-arvadın hər birinin əmlakının birgə mülkiyyət hesab edilməsi qaydasını müəyyən edir. Məgər, 2010-cu ildə İddiaçı (həmin dövrdə Hacıyeva) mübahisə predmetini təşkil edən 0.113454 ha. torpaq sahəsini şəxsi vəsaiti hesabına əldə edərkən, həmin torpaq sahəsində tikililər inşa edərkən, Cavabdehlə ər-arvad münasibələrində olub ki? Cavabdehlə İddiaçı 2010-cu ildə “ər-arvad” olması və aralarında “ər-arvad münasibələrinin” olması nə ilə müəyyən olunur? Daha sonra, həm nikahdan əvvəl (2010-2015-ci illər), həm də nikaha daxil olduqdan (2015-ci ilin sentyabr ayından) sonra Cavabdeh şəxsi vəsaiti hesabına 0.113454 ha. torpaq sahəsində tikililərin inşası və sonra təmiri üçün pul vəsaiti qoyması-xərcləməsi nə ilə təsdiq olunur? Ümumiyyətlə, əgər Cavabdeh iddia etdiyi kimi “kifayət qədər şəxsi pulu-vəsaiti” var idisə, niyə İddiaçı məxsus iki otaqlı mənzildə 94 yaşlı qayınata ilə birlikdə qalırdı? Nə üçün, Cavabdeh özünə məxsus olan pullar hesabına 0.02 ha. torpaq sahəsini aldığı kimi, 0.113454 ha. torpaq sahəsini də öz adına almırdı və ya başqa torpaq sahəsi alıb tikili inşa etmirdi? Digər tərəfdən, məhkəmənin diqqətinə onu da çatdırır ki, mübahisə predmetini təşkil edən 0.113454 ha. torpaq sahəsinin və oradakı tikililərin ümumi birgə mülkiyyət hesab edilməsi barədə Cavabdeh tələb irəli sürməyib, bu əsasla onun həmin əmlaklardan istifadə hüququnun olmasını tələb etməsi əsassız və mənasızdır. Nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində İddiaçı adına tam payda xüsusi mülkiyyət kimi qeydə alınıb və həmin əmlakın ümumi birgə mülkiyyət hesab edilməsi barədə məhkəmə qərarı mövcud deyil, həmin əsasdan çıxış edərək Cavabdeh həmin daşınmaz əmlaklar üzərində istifadə hüququnu tələb etməsi qanunsuz və əsassızdır. Bildirir ki, yalnız Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanındakı 0.113454 ha. torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində inşa edilmiş heç bir tikili (fərdi yaşayış evi, əlavə tikililər) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, qeyd edilən ünvanda inşa edilmiş fərdi yaşayış evi tikilsə də, orada yaşayış üçün heç bir şərait yaradılmamışdır. Yaşayış üçün heç bir kommunal xidmət (işıq, su, qaz, istilik) çəkilməmiş-qoşulmamış, evdə hər hansı təmir işləri aparılmamışdır. Bu halı təqdim edilən fotoşəkillərdən və videogörüntülərdən də açıq-aşkar görmək mümkündür. Cavabdeh bir gün də olsun Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanındakı 0.113454 ha. torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşamamış, nə evdən, nə də oradakı digər əlavə tikililərdən bir gün də olsun istifadə etməmişdir. Fərdi yaşayış evinin daxilində olan əmlaklar tikinti materiallarının qalıqları, yararsız alət və avadanlıqlar, işlənmiş köhnə məişət və s. təyinatlı əşyalardır, hansı ki həmin əşyaları da vaxtı ilə İddiaçı artıq istifadə etmədiyinə görə yaşadığı ünvandan və iş yerindən özünə məxsus torpaq sahəsinə və tikiliyə gətirmişdir. Hazırda həmin torpaq sahəsində və tikililərdə olan əşyalar yararsız olsalar da belə, yalnız İddiaçı məxsusdur. Belə olduqda sual olunur, Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanındakı 0.113454 ha. torpaq sahəsindən, üzərində inşa edilmiş fərdi yaşayış evindən bir gün də olsun istifadə etməyən, orada yaşamayan, oradan fayda götürməyən bir şəxsin — Cavabdeh həmin əmlaklar üzərində istifadə hüququ hansı əsasla yarana bilər? İşin mübahisəsiz halıdır ki, Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanındakı 0,113454 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 178.1-ci maddəsinin tələblərinə əsasən də, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edir ki, İddiaçı mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin tələblərinə əsasən, İddiaçı mülkiyyətçi kimi əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Oxşar norma Torpaq Məcəlləsinin 49.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, İddiaçı torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Cavabdeh iddiasında mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar üzərində yalnız istifadə hüququnun tanınmasını tələb edir. Bu tələbin də hüququ əsasını tərəflər arasındakı “şifahi nikah müqaviləsinə” əsaslanmaqla ailə münasibətlərindən irəli gələrək həmin əmlakı (torpaq sahəsini) əldə etməsi və orada tikinti və s. yaxşılaşdırma işləri görməsi təşkil edir. Mülki Məcəllənin 139.1-ci maddəsində göstərildiyi kimi, istifadə hüququ Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunvericilikdə isə Cavabdeh yuxarıda qeyd edilən hallar üzrə daşınmaz əmlaklar — torpaq sahəsi və tikililər üzərində istifadə hüququnun yaranması və qeydə alınması əsası nəzərdə tutulmamışdır. X38 mövqeyinə uyğun olaraq qeyd edir ki, yaşayış sahəsindən (o cümlədən torpaq sahəsi və tikililər) istifadə etmək hüququnun yaranması əsaslarından biri notariat qaydasında təsdiq olunan müqavilənin olması, digəri isə tərəflər arasında ailə münasibətlərinin mövcudluğudur. Əvvəlcədən bildirir ki, tərəflər arasında istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiq olunan müqavilə heç bir zaman olmamışdır. Digər hüquqi əsas — İddiaçı 2010-cu ildə əldə etdiyi torpaq sahəsinə və orada inşa etdiyi tikililərlə bağlı Cavabdeh istifadə edə bilməsinə hüquqi əsas mülkiyyətçi ilə aralarında olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Bu hüququn yaranması isə ailə münasibətlərinin mövcudluğu ilə şərtlənir. Cavabdeh tələbində irəli sürdüyü mübahisəli torpaq sahəsinin əldə edilmə dövründə və sonradan orada tikililər inşa edildiyi dövrdə İddiaçı ilə aralarında hər hansı ailə münasibətləri olmamışdır. Qeyd edilən Plenum Qərarının mövqeyinə uyğun olaraq hesab edirik ki, Cavabdeh istifadə hüququnun yaranması üçün bu hüquqi əsas da (ailə münasibətlərinin mövcudluğu) olmamışdır. Mübahisə predmetini təşkil edən torpaq sahəsinin əldə edildiyi və orada tikililərin inşa edildiyi dövrdə ailə münasibətlərinin mövcud olmaması ilə yanaşı, Cavabdeh bir gün belə olsun mübahisəli tikililərdə yaşamamasını, onun ailə qanunvericiliyi əsasında İddiaçı ilə birlikdə yaşamaq və mülkiyyətçi olaraq özünün saxlanılmasını tələb etmək hüququnun olmamasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh mülkiyyətçinin yaşayış sahəsindən, o cümlədən torpaq sahəsindən və tikililərdən istifadə etmək səlahiyyəti də ola bilməz. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia ərizəsini müdafiə etmiş, qarşılıqlı iddia ərizəsini qəbul etməmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə etmiş, ilkin iddia tələbini qəbul etmədiyini bildirmiş və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. O, Cavabdeh torpaq sahəsində yerləşən 3 mərtəbəli evində 2021-ci ildə işləyib, yerin birinci səth betonlaşmasını edib, nə qədər pul aldığı yadında deyildir. Gördüyü işə görə pulu ona Cavabdeh vermişdir. Həmin evdə yaşayış yox idi, evin kimə məxsus olmasını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, o, ustadır. O, evin tikilməsi üçün bünövrənin hazırlanması ilə məşğul olur. Cavabdeh 2010- 2011-ci ildən tanıyır, həm də o, Cavabdeh ilə qonşuluqda yaşayıb. Belə ki, o, Cavabdeh torpaq sahəsində tikinti işərini həyata keçirdib. Evin bünövrəsinin hazırlanması zamanı traktorla qazma işlərini görmüşdür. Gördüyü işin müqabilində ona Cavabdeh pul versə də, həmin pulun məbləği onun yadında qalmayıb. Eyni zamanda bildirmişdir ki, Könül xanımı da Cavabdeh həyat yoldaşı kimi tikinti aparılan zaman orada görmüş, Könül xanım Cavabdehlə birlikdə tikintiyə baxmaq üçün gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, o özü ustadır, dam örtüyünün vurulması ilə məşğul olur. 2010-2011-ci illərdə Cavabdeh torpaq sahəsində tikinti işləri aparılan zaman onun evinin dam örtüyünün vurulması ilə bağlı ustalara məsləhət vermişdir. O, özü həmin tikintidə işləməmişdir. Həmçinin bildirmişdir ki, rəsmi evin kimin adına olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində bildirmişdir ki, o, evlərin və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olur. Cavabdeh 2010-cu ildən tanıyır. Belə ki, Cavabdeh onun ofisinə gələrək torpaq sahəsi almaq istədiyi bildirmişdir. Bir neçə torpaq sahəsi ona göstərmiş, Cavabdeh həmin torpaq sahələrini bəyənməyərək bildirmişdir ki, daha yaxşı torpaq sahəsi istəyir. Təxminən 10 gün sonra o, Cavabdehlə əlaqə saxlayaraq yeni torpaq sahəsinin olduğunu bildirmiş, Cavabdeh həmin torpaq sahəsinə baxmış, bəyənmiş və bir neçə gün sonra həyat yoldaşı olduğunu bildirdiyi xanımı onun ofisinə gətirərək həmin torpaq sahəsinə dair onunla alqı-satqı müqaviləsi bağlamışlar. Sözügedən alqı-satqı müqaviləsinin niyə məhz Cavabdehlə deyil, onun həyat yoldaşı ilə bağlandığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X50 ifadəsində bildirmişdir ki, Cavabdeh 2003-cü ildən tanıyır, özü maşın ustası olduğundan Cavabdeh avtomobilini təmir etdikdən sonra aralarında tanışlıq münasibəti yaranmışdır. Təxminən 2011-ci ildə Cavabdeh Qala qəsəbəsində torpaq sahəsi almaq istədiyini ona bildirmiş, o da Məmlini həmin ərazidə torpaq alqı-satqısı ilə məşğul olan Nazim adlı şəxslə tanış etmişdir, sonrada onlar öz aralarında razılığa gəliblər və Cavabdeh oradan torpaq sahəsi almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, Cavabdeh 2012-ci ildən tanıyır, Cavabdeh birmərtəbəli evi üçün qapı-pəncərə hazırlamışlar, daha sonra isə 2013-cü ildə isə ikimərtəbəli evi üçün qapı-pəncərə hazırlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, Cavabdeh 1999-cu ildən tanıyır, həmin vaxtda onun Montində (Metroparkın arxasında) yerləşən evində metlax vurmuş, mətbəx mebelini quraşdırmışdır. Özü elektik işi, santexnika işi ilə məşğuldur. Qala qəsəbəsində olan evin tikintisi ilə bağlı tikinti işlərinin aparılması üçün məsləhətlər vermişdir. Özü həmin tikintidə ona görə iştirak edə bilməmişdir ki, onun aşadığı evdən Qala qəsəbəsi çox uzaq məsafədə yerləşir, hər gün gəlib-getmək onun üçün rahat deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, 2008ci ildən Qala qəsəbəsində yaşayır. O, Cavabdeh 2011-ci ildən tanıyır, əvvəllər avtomobil təmiri ilə məşğul olduğu vaxt Cavabdeh avtomobilini təmir etdirmək üçün ona müraciət edirdi. Onunla söhbət zamanı ona məlum olmuşdur ki, Cavabdeh onların qonşuluğunda torpaq sahəsi almış, orada tikinti işləri aparır. Həmin həyətdə elektrik işlərinin necə quraşdırılması barədə ustalarla sxem çəkmiş, məsləhətlər vermiş, onun müqabilində Cavabdeh ona 100 manat pul vermişdir. Orada ancaq Cavabdeh, yalnız bir dəfə həyat yoldaşı Könül xanımı görmüşdür, evdə yaşayış yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Cavabdeh 2020-2021-ci ildən tanıyır. Könül xanım Cavabdeh həyat yoldaşı olub. O, Cavabdeh həyətində yerin betonlaşdırılmasında köməklik edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, Könül xanımı 2010-2011-ci illərdən tanıyır. Cavabdeh isə tanımır. Könül xanımın Qala qəsəbəsində yerləşən torpaq sahəsində evində təmir işlərini görüb. O əsasən hörgü, yerin qazılması, beton tökülməsi işlərində ustalıq edib. Gördüyü işin pulunu Könül xanımın yanında gələn sürücü verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 ifadəsində bildirmişdir ki, Könül xanımı 2010-2011-ci illərdən tanıyır. Cavabdeh isə tanımır. O, Rüstəmov Faiq ustanın köməkçisi olub. O, hörgü, yerin qazılması, beton tökülməsi işlərində Faiq ustaya köməklik etmişdir. Gördüyü işin pulunu Könül xanımın yanında gələn sürücü verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 ifadəsində bildirmişdir ki, Könül xanımı şəxsən tanımasa da, onun evində 2011-ci ildə tikinti işləri, hörgü işləri görmüşdür. Cavabdeh tanımır. Gördüyü işin pulunu Könül xanımın sürücüsü deyilən şəxs verirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1957-ci il tarixdə Türkmənistan, Aşxabad şəhərində doğulmuş Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri 7-ci dövlət notariat kontorunda bağlanmış AN-İ №0220698 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 saylı sahəni 25760 manata X43 X3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********4 qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 saylı sahə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, **********62 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 saylı sahə X18 adına qeydə alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X29 arasında olan nikah xx.xx.2008-ci ildə ləğv edilmişdir. İş materiallarında olan AN-İ ******* saylı “Qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi”nin surətindən aydın olur ki, Cavabdeh 14 mart 2009-cu il tarixdə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində 36 ünvanında yerləşən ümumi sahəsi 131,2 kv.m olan qeyri-yaşayış sahəsini 324000 (üç yüz iyirmi dörd min) manata X4. İş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X30 xx.xx.2006-cı ildə ünvan 8 sahədə yerləşən torpaq sahəsinin 0.05 ha hissəsini X1. İş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X30 xx.xx.2008-ci ildə ünvan 8 sahədə yerləşən torpaq sahəsinin 0.07 ha hissəsini X2. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat kontorunun notariusu Vədətov N.Ə. tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 4E/14-7243 reyestrli etibarnamənin surətindən görünür ki, Könül Quliyev Cavabdeh etibarnamə verilmişdir. İş materiallarında olan 10-cu notariat kontorunun notariusu Hadıyev M.Q. tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 7E/42-4660 reyestrli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh etibarnamə verilmişdir. İş materiallarında olan 08 sentyabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X10 Könül Cümşüd qızına ünvan 8 ünvanda yerləşən 0,113454 ha torpaq sahəsini 25760 manata satmışdır. İş materiallarında olan 09 dekabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X6 Könül Cümşüd qızına Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanda yerləşən 0,05 ha torpaq sahəsini 16080 manata satmışdır. İş materiallarında olan 09 dekabr 2010-cu il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X8 Məmli Əziz oğluna Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanda yerləşən 0,02 ha torpaq sahəsini 4824 manata satmışdır. İş materiallarında olan 02 oktyabr 2014-cü il tarixli AN-İ No ******* alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, Cavabdeh X7 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanda yerləşən 0,02 ha torpaq sahəsini 13500 manata satmışdır. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2010-cu ildə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha. torpaq sahəsini öz adıan almış, 2011-2012-ci illərdə həmin torpaq sahəsində ev tikilmişdir. 2015-ci ildə İddiaçı və Cavabdeh arasında rəsmi nikah bağlanmış, onların birgə nikahından 2016-cı ildə Aynur adlı uşaqları doğulmuşdur. Hazırda aralarındakı münasibət pisləşdiyindən nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət edmişlər. Bundan əlavə, müəyyən olunmuşdur ki, həmin evin təmiri tam yekunlaşmamış və orada yaşayış olmamışdır. Hazırda ilkin iddia üzrə İddiaçı ona məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılması, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evinin və əlavə tikililərin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh isə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə onun cavabdeh İddiaçı qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamənin çıxarılması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0, 113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ev heyvanlarının (dörd ədəd pişik) Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması xahiş etsə də, buna dair tələbini əsaslandıran sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından və işin hallarından bəlli olur ki, torpaq sahəsi və üzərində tikilən ev Cavabdeh və İddiaçı rəsmi nikahlarından əvvəl İddiaçı adına lınmış və tikilmişdir. Belə olan halda, burada birgə nikah dövründə əldə olunmuş əmlakdan söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə, mübahisəli əmlak birgə nikah dövrünə aid olmadığından, bundan əlavə, həmin əmlakda yaşayış olmadığı üçün və tərəflər hazırda və bundan öncə başqa evdə yaşadıqlarından Cavabdeh həmin əmlak üzərində istifadə hüququnun tanınmasından söhbət gedə bilməz. Bundan əalvə qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı adına alınmış və hazırda çıxarışla onun adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşdən bəlli olur ki, hazırda İddiaçı öz adına aldığı və mülkiyyətində olduğu əmlaka dair öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddiasını və ilkin iddiaya etirazını onunla əsaslandırır ki, mübahisəli torpaq sahəsini o, özü dəyərini ödəməklə almışdır. Məhkəmə qarşılıqlı iddiaçının dəlillərini doğru hesab etmir. Cavabdeh mübahisəli torpaq sahəsinin onun tərəfindən alınması halını sübut edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 sentyabr 2010-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, mübahisəli ünvan 8 ünvanda yerləşən 0,113454 ha torpaq sahəsinə dair X44 ilə X35 arasında müqavilə bağlanmış, X35 həmin torpaq sahəsini satın almış və bu torpaq sahəsinə dair hüquqlarını dövlət reyestrində qeydə aldırmışdır. Hazırda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********4 qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli çıxarışdan da görünür ki, mübahisəli torpaq sahəsi Hacıyeva (nikahdan əvvəlki soyadı) Könül Cümşüd qızının mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, nə qədər ki, həmin müqavilə və həmin müqavilənin əsasında aparılmış qeydiyyata görə torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir, Cavabdeh qeyd etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Mülkiyyət hüququ subyektin dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə bu yerdə qeyd edir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Hazırda mübahisəli torpaq sahəsi 08 sentyabr 2010-cu il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinə əsasən İddiaçı adına dövlət reyestrində qeydə alındığından və reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə eyni zamanda qeyd edir ki, yalnız mülkiyyətçinin ona mənsub əmlakdan istifadə etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etdiyi torpaq sahəsi və onun üzərindəki tikililərə mülkiyyətçi hüquqları olmadığından onun həmin torpaq sahəsi və onun üzərindəki tikililərə istifadə hüququnun tanınması tələbi təmin edilə bilməz və bu vəzifə olaraq cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “torpaq sahəsinin ona təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh həmin torpaq sahəsinə dair mülkiyyətçi hüququ olmadığından həmin torpaq sahəsini başqasının sahibliyindən, istifadəsindən geri tələb etmək hüququ olmadığından, eyni zamanda da həmin torpaq sahəsində və tikililərdə heyvanların olması, həmin heyvanların onun özünə məxsus olması halı təsdiq edilmədiyindən qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh qarşılıqlı iddiasını əsaslandırarkən İddiaçı ilə aralarında şifahi nikah müqaviləsinin bağlandığını bildirsə də, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla tərəflər arasında hər hansı formada nikah müqaviləsinin bağlanması halı təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli torpaq sahəsində tikintilərin onun tərəfindən onun vəsaiti hesabına aparılmasını iddia etsə də, həmin tikintilərin aparılması üçün zəruri qazanca malik olması barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin tikintilərin aparılması üçün zəruri qazanca malik olması halı təsdiq edilməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tikintilərin aparılması üçün zəruri qazanca malik olması halının təsdiq edilmədiyini nəzərə alaraq həmin tikintinin onun tərəfindən aparılmasına dair bildirdiklərini işin hallarına uyğun saymır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təərfindən dəvət edilmiş şahidlərin verikləri ifadələri inandırıcı saymır.Belə ki, həmin ifadələr qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh maraq və mənafeyinə uyğun verilməklə, yanaşı toplanmış hər hansı sübutla tamamlanmır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ona xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərində etibarnamələr verməsi ilə bağlı bildirdiklərinə dair qeyd edir ki, əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmadığından İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin əmlaka dair etibarnamə verməsi qarşılıqlı iddianın təmin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə ilkin iddia tələbinin “İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, torpaq sahəsi İddiaçı mülkiyyətində olduğundan, eyni zamanda onun mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikintilərə gözlənilən mülkiyyətçi hüququ olduğundan və mülkiyyətçinin onun mülkiyyətindən məhrum etməməklə törədilən maneələrin aradan qaldırılmasını qəsd edəndən dayandırılmasını tələb etmək hüququ olduğundan Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililərə edilmiş qəsd və maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilkin iddia tələbinin “İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililərdən Cavabdeh çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, mülkiyyətçinin öz əmlakına sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə bilmək və ona dair sərəncam verə bilmək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək hüququ olduğundan ilkin iddia üzrə Cavabdeh İddiaçı məxsus torpaq sahəsindən və onun üzərindəki tikililərdən çıxarılmalı, eyni zamanda mülkiyyətçi İddiaçı həmin əmlaklardan istifadə hüququ olduğundan həmin əmlaklar İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi əsaslı, qarşılıqlı iddia tələbi isə əsassızdır. Buna görə də ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulsun. İlkin iddia üzrə Cavabdeh İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evindən və əlavə tikililərdən çıxarılsın. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0,113454 ha torpaq sahəsinin, üzərindəki fərdi yaşayış evi və əlavə tikililər İddiaçı təhvil verilsin. Cavabdeh İddiaçı qarşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 148 ünvanında yerləşən 0,113454 ha. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində istifadə hüququnun tanınması və onun təmin edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması, həmin torpaq sahəsi və həmin torpaq sahəsində olan ev heyvanlarının (dörd ədəd pişik) Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1115/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1115/2022
15.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver