Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-112/2020 02.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 43 ünvanında yerləşən yaşayış evinin və həmin evin həyətyanı torpaq sahəsinin cavabdehlə onun arasında ¼ hissə payına uyğun olaraq evə və həyətyanı sahəyə ayrıca giriş təmin olunmaqla bölünməsilə həmin sahənin o, İddiaçı1 istifadəsinə verilməsinə və iddiaçıların ayrılmış sahəyə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində yerləşən 43 saylı evin 1/4 hissəsi o, İddiaçı1 məxsus olmaqla, 1/4 hissəsi də Cavabdeh xüsusi mülkiyyətindədir. Belə ki, Bakı şəhəri xəzər Rayon Məhkəməsinin 2(003)-3914/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı miras payın müəyyən edilməsinə dair iddiası rədd edilmişdir. Sonradan həmin məhkəmə qətnaməsindən verdiyi apelyasiya şikayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində baxılaraq, məhkəmənin 2(103)-395/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, iş üzrə Xəzər Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmişdir və mərhumə anası X1 miras qalmış Bakı şəhəri Xəzər rayonu R.Axundov küçəsində yerləşən 43 saylı evin 1/4 hissəsi Cavabdeh ilə onun arasında bərabər şəkildə bölünmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2787/16 saylı xx xxxx 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən sözügedən daşınmaz əmlaka dair RX seriyalı ******* saylı Çıxarış tərtib edilmişdir. Sözügedən çıxarışa əsasən, evin ¼ hissəsi onun, digər ¼ hissəsi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Evin digər 1/2 hissəsi onun xalasının qızı X2 xüsusi mülkiyyətindədir. Yeganənin mülkiyyətində olan hissə hazırda natura qaydasında ayrılmışdır. Ona qarşı bölgüdə heç bir etirazı yoxdur. Lakin Cavabdeh ilə onun arasında paylar natura qaydasında bölünməmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birgə oradan istifadə edə bilmir və həmin payın natura qaydasında bölünərək, evə köçürülməklərini məhkəmə qaydasında tələb edir. Sözügedən paylı mülkiyyətdə olan ev iki mərtəbəli tikilidən ibarətdir. Evin həyətyanı sahəsi 1400 kv.m. ərazini əhatə edir. Həyətyanı sahədə hovuz, tövlə və sanitar qovşaq vardır. Həyətyanı sahəyə ümumi giriş evin ortasında yerləşən dalandandır. Hazırda həmin evin və həyətyanı sahənin cavabdehlə onun arasında ayrıca giriş qapıları ayrılmaqla bölünməsi texniki cəhətdən tamamilə mümkündür. Qeyd olunanlara əsasən, ünvan 2 43 ünvanında yerləşən yaşayış evinin və həmin evin həyətyanı torpaq sahəsinin cavabdehlə onun arasında ¼ hissə payına uyğun olaraq evə və həyətyanı shəyə ayrıca giriş təmin olunmaqla bölünməsilə həmin sahənin o, İddiaçı1 istifadəsinə verilməsinə və iddiaçıların ayrılmış sahəyə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə bacı-qardaşdırlar. Mübahisəli ev nənəsinin adınadır. Nənəsi vəfat etdikdən sonra həmin ev anası ilə dayısına qalmışdır. Anası öz payını ona verib, o, 20 ildir ki, orada yaşayır.Orada bölünəsi yer yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, ş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(003)-3914/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı miras payın müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-395/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(003)-3914/2015 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmış, X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 43 nömrəli evin 1/2 hissəsi İddiaçı1 və Cavabdeh hər birinin hissədə payları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, ünvan 1 ünvanı ½ hissədə olmaqla X2, ¼ hissədə olmaqla İddiaçı1 və Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin ətraflı və ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxx 2020ci il tarixli 26115 №-li ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evinin iddiaçı və cavabdehin paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ünvan 2 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evinin iddiaçı və cavabdehin paylarına uyğun şəklində iki hissəyə bölünməsi mümkün olmadığından, iş üzrə hazırki evə köçürmə və paylı mülkiyyətin natura qaydasında bölünməsi iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4. maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4 və 220.5-ci maddələrinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iclasında tədqiq olunanlara və qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd olunmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində məhkəmə xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlak payının naturada bölünməsinə dair iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, ekspertizaxərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,HesabAZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-112/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-112/2020
02.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver