Məhkəmə qərarları › İş №2(003)-1122/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1122/2023

02.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1122/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Kiçik müəssisəsinə qarşı qeyriyaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırımış planının verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Kiçik müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün tələb olunan plandan çıxarışın verilməsinin "xxxx" kiçik müəssissi tərəfindən təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 "xxxx" kiçik müəssisəsi ilə 29 dekabr 2009-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasında 60 m2 qeyri-yaşayış sahəsinin, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasında 165 m2 qeyri-yaşayış sahəsinin alınması haqqında, İddiaçı2 "xxxx" kiçik müəssisəsi ilə bağlanmış xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın alınması haqqında müqavilə bağlamışdır. Göstərilən əmlakların dəyərinin ödənilməsi haqqında müəssisə tərəfindən maliyyə arayışı verilmişdir. Həmin əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün “ASAN xidmət” mətkəzinə müraciət etdikdə İddiaçı1 və İddiaçı2 bildirmişlər ki, çıxarışların verilməsi üçün plandan çıxarış təqdim edilməlidir. Bununla bağlı "xxxx" kiçik müəssisəsinə müraciət olunmuş, lakin cavabdeh tərəfindən həmin sənədlərin verilməsi təmin olunmamışdır. Daha sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə müraciət edilmişdir. Mərkəzin təqdim etdiyi rəsmi cavabda göstərilmişdir ki, Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən sxem və mülkiyyəti təsdiq edən sənəd aşkar edilməmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilən müraciətə rəsmi cavab olaraq bildirilmişdir ki, müraciətdə müvafiq hüquqmüəyyənedici sənədlər (maliyyə arayışı, protokoldan çıxarış, müqavilə və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış mərtəbəlik planı) təqdim edilməmiş və telefon nömrəsi qeyd olunmamışdır, buna görə də sözügedən məsələnin araşdırılması mümkün olmamışdır. Halbuki hüquqi şəxsə ünvanlanan müraciətdə tələb olunan sənədlər və telefon nömrəsi təqdim edilmişdir. Həmin imtinaları inzibati icraat qaydasında mübahisələndirsək də, birinci məhkəmə iclasında məlum olmuşdur ki, onlara lazım olan sənədi yalnız daşınmaz əmlakları aldıqları müəssisə təqdim etməlidir və həmin sənəd təqdim olunduqdan sonra adı çəkilən dövlət idarələri ilə hər hansı mübahisələri olmayacaqdır. Hətta Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi tərəfindən verilmiş etirazda qeyd olunmuşdur. Bu səbəbdən ərizə ilə Bakı İnzibati Məhkəməsində qaldırdıqları iddia ərizəsini geri götürmüşlər. Hazırda göstərilən məsələ ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş və məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasında 60 m2 qeyriyaşayış sahəsinin, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasında 165 m2 qeyri-yaşayış sahəsinin İddiaçı1 adına və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın İddiaçı2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi üçün tələb olunan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "razılaşdırılmış ştamplı" binanın mərtəbəlilik üzrə planının verilməsinin cavabdeh "xxxx" kiçik müəssisəsi tərəfindən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin baxılması zamanı iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş və məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasında 60 m2 qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasında 165 m2 qeyri-yaşayış sahəsinin İddiaçı1 adına və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın İddiaçı2 adına mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi üçün tələb olunan qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış planının verilməsinin cavabdeh "xxxx" kiçik müəssisəsi tərəfindən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçılar qeyri-yaşayış sahələrini cavabdeh kiçik müəssisədən almışlar və həmin sahələrinin dəyərləri tam ödənilmişdir. Qeyri-yaşayış sahələri hazırda iddiaçıların sahibliyində və istifadələrindədir. Buna baxmayaraq iddiaçılar həmin qeyri yaşayış sahələrini rəsmiləşdirmək istəyəndə onlardan həmin sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış planı tələb edilmişdir. Bununla bağlı cavabdeh müəssisəyə iddiaçılar tərəfindən müraciət olunmuş, lakin həmin sənəd iddiaçılara təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" Kiçik müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" kiçik müəssisəsi ilə payçı İddiaçı2 arasında bağlanmış yaşayış binada qaraj tikintisi haqqında xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş "xxxx" KM-nin tikilməkdə olan binanın 5-ci blokunda (girişində) olan 10000 manat dəyərində qaraj sahəsini payçıya verməyi payçı isə həmin qaraj sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin xx.xx.2012-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın ümumi pay dəyəri İddiaçı2 tərəfindən tam ödənilmiş və onun KM-yə borcu yoxdur. İş materiallarında olan "xxxx" kiçik müəssisəsi ilə payçı İddiaçı1 arasında bağlanmış yaşayış binada qaraj tikintisi haqqında xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş "xxxx" KM-nin tikilməkdə olan binanın 5-ci blokunda (girişində) olan 10000 manat dəyərində qaraj sahəsini payçıya verməyi payçı isə həmin qaraj sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin xx.xx.2012-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qarajın ümumi pay dəyəri İddiaçı1 tərəfindən tam ödənilmiş və onun KM-yə borcu yoxdur. İş materiallarında olan "xxxx" kiçik müəssisəsi ilə alıcı İddiaçı1 arasında bağlanmış yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş "xxxx" KM-nin tikilməkdə olan binanın 5-ci blokunda (girişində) 60 m2 sahəsi olan, 67500 ABŞ dolları dəyərində qeyriyaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən 60 m2 qeyriyaşayış sahəsinin ümumi pay dəyəri İddiaçı1 tərəfindən tam ödənilmiş və onun KM-yə borcu yoxdur. İş materiallarında olan "xxxx" kiçik müəssisəsi ilə alıcı İddiaçı1 arasında bağlanmış yaşayış binasında qeyri yaşayış sahəsinin tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş "xxxx" KM-nin tikilməkdə olan binanın 5-ci blokunda (girişində) 165 m2 sahəsi olan, 156750 manat dəyərində qeyriyaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" kiçik müəssisəsinin xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən 165 kv.metr qeyri-yaşayış sahəsinin ümumi pay dəyəri İddiaçı1 tərəfindən tam ödənilmiş və onun KMyə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsaalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzinin iddiaçıların vəkili və nümayəndələrin ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, sonuncunun Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində olan qeyri-yaşayış sahələrinə dair mülkiyyəti hüququnu təsdiq edən müvafiq çıxarışın alınması üçün "xxxx" kiçik müəssisəsinin inşa etdiyi binanın ümumi sxemindən çıxarışın və müvafiq mülkiyyəti təsdiq edn sənədin verilməsi barədə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd etdiyini sxem və mülkiyyəti təsdiq edən sənəd aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün zəruri sənədlərin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (maliyyə arayışı, protokoldan çıxarış, müqavilə və qeyriyaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış mərtəbəlik planı) tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi və Qeyri-yaşayış sahələrinə dair tələb olunan sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2100/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə və "xxxx" Kiçik Müəssisəsinə qarşı çıxarışın verilməsi təlbinə dair iddia ərizəsinin geri qaytarılması və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan iddiaçıların nümayəndəsi və vəkili Vəkil "xxxx" Kiçik müəssisəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 07/22 və 08/22 saylı məktublarının surətlərindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən İddiaçı1 və İddiaçı2 məxsus olan qarajlara və İddiaçı1 məxsus 60 kv.m və 165 kv.m olan qeyri yaşayış sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışların alınması üçün binanın ümumi sxemindən çıxarışın təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən "xxxx" Kiçik Müəssisəsinə məxsus yaşayış binasının xx.xx.2020-ci il tarixdə istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçılar ilə cavabdeh "xxxx" Kiçik müəssisəsi arasında bağlanmış müqavilələr əsasında cavabdeh müəssisə tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən sahəsi 60 m2 və 165 m2 qeyriyaşayış sahələri, həmçinin qaraj dəyərləri ödənilməklə İddiaçı1, həmin yerdə yerləşən digər qaraj isə dəyəri ödənilməklə İddiaçı2 verilmişdir. Həmin qeyri-yaşayış sahələri hazırda iddiaçıların sahibliyində və istifadələrindədir. İş üzrə iddiaçılar tərəfindən "xxxx" Kiçik müəssisəsi tərəfindən dəyərləri ödənilməklə onlara verilmiş həmin qeyri-yaşayış sahələrinin öz adlarına Dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət olunmuş, lakin onlara həmin qeyri yaşayış sahələrinin yerləşdiyi binanın mərtəbəlilik planının təqdim edilməsi tələb edilmiş, iddiaçılar isə öz növbələrində həmin sahələri bu sənədləri onlara vermiş müəssisədən (cavabdehdən) tələb etmişlər. Lakin, iş üzrə cavabdeh müəssisə tələb olunan sənədləri onlara verməmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçıların əldə etdikləri qeyri-yaşayış sahələri cavabdeh "xxxx" Kiçik müəssisəsi tərəfindən inşa olunmuş binada yerləşməklə və dəyəri ödənilməklə həmin müəssisə tərəfindən müqavilələr əsasında iddiaçılara verildiyindən hazırda cavabdeh "xxxx" Kiçik müəssisəsi tərəfindən inşa olunmuş binada həmin qeyri-yaşayış sahələrinin yerləşdikləri mərtəbənin mərtəbəlik planın iddiaçılara verilməməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən 60 m2 qeyri-yaşayış sahəsinə, 165 m2 qeyri-yaşayış sahəsinə və qaraja dair mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınması üçün tələb olunan qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış planı İddiaçı1 və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qaraja dair mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınması üçün tələb olunan qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış planı İddiaçı2 cavabdeh "xxxx" kiçik müəssisəsi tərəfindən verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən 60 m2 qeyri-yaşayış sahəsinə, 165 m2 qeyri-yaşayış sahəsinə və qaraja dair mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydə alınması üçün tələb olunan qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış planı İddiaçı1 və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 5-ci girişində yerləşən qaraja dair mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınması üçün tələb olunan qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbənin razılaşdırılmış planı İddiaçı2 cavabdeh "xxxx" kiçik müəssisəsi tərəfindən verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar