Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-113/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şinçi b/y-nin 67 saylı bağ sahəsindən cavabdehə məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şinçi b/y-nin 66 saylı bağ sahəsinə xaric etməklə iddiaçının əmlakı üzərində haqlarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh hal-hazırda yaşadığı ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şinçi bağ yeri 67 ünvanında yerləşən bağ yerindən xaric edilməsinə, onun həmin bağ yerində təsərrüfat fəaliyyətinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus olan ünvan 2ndə yerləşən tikilini zəbt edib, onun bağ yerində ondan icazəsiz təsərrüfat işləri ilə məşğul olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 1989-cu ildən etibarən o, ev tikməyə başlamışdır. Evi tikmək üçün onun atası kömək etmişdir. Həmin ərazidə ev hələ də tam tikilməmişdir. Atası, anası və bacısı da həmin evdə yaşamışdır. Bacısının öz evi və bağ sahəsi olmuşdur. Ev hazır olmadığına görə evə sənəd almamışdır. Bacısı həmin evdə yaşayır. 1992-1994-cü illərdə müharibədən sonra evi tikə-tikə orada yaşamışdır. Torpaq sahəsi püşk atmaq yolu ilə ona verilmişdir. Onun atası 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh atasının tikdiyi və öz adına olan evdə yaşayır. İddiaçının evi ilə cavabdehin evi ayrıdır. İddia tələbi formal xarakter daşıyır. İddia tələbi mülahizələrə əsaslanır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatın dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında sahəsi 0,10 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyev xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün xx.xx.2024-cü il tarixli ekspert vəsatətində tədqiqat obyektinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Lakin, vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2023-cü il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında 2 mərtəbəli ev və yarım tikililər vardır, cavabdeh həmin evdə yaşayır, həmin fərdi ev qardaşı Əhlimanın torpaq sahəsinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında sahəsi 0,12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Lakin, əraziyə keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin ərazidə cavabdeh tərəfindən 66 saylı bağ sahəsi cavabdehin mülkiyyətindədir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin daxilində tikili cavabdeh tərəfindən tikilmişdir. Həmin tikilidə cavabdeh yaşadığından torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdeh çıxarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 2ndən və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh iddiaçıya məxsus ünvan 2ndən və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılsın. Dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-113/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-113/2024
27.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver