Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-115/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X30 oğlunun iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Xəzər Rayon İcra Hakimiyyətinə qarşı qanunsuz zəbtin və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 və Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X19 və X10 tərəfindən ona məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında tikilən qanunsuz tikililərin (hasar və evi) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 2017-ci ildə Bakı şəhəri, Çöl Şüvəlanda 55 saylı bağ sahəsini almış və orada özünə bağ evi tikmişdir. Lakin bağ evi tikdikdən sonra ümumi istifadə olan yüksək gərginlikli elektrik xəttin və yolun mühafizə zonasına düşən torpağın yeganə giriş-çıxışı olan torpaq sahəsini Gülümov Rafiq qanunsuz zəbt edərək hasarlamışdır. Bununla bağlı dəfələrlə Xəzər RPİ şikayət etmiş, sonra Xəzər Rayon Prokurorluğu tərəfindən ********* saylı cinayət işi başlanmışdır. Belə ki, Gülümov Rafiq ona məxsus torpaq sahəsinin qarşısını zəbt edərək hasarlamışdır, yəni qanunsuz və özbaşınalıqla heç bir müvafiq icra hakimiyyətin razılığı olmadan ev tikməyə başlamış və yeganə giriş-çıxışı bağlayaraq ümumi istifadədə olan torpaq sahəsini zəbt etməklə torpaqdan istifadəni qeyri-mümkünsüz etmişdir. Sözügedən torpaq sahəsinin dörd bir tərəfi digər mülkiyyətçilərin torpaq sahələri ilə əhatə olduğundan, ona məxsus torpaq sahəsindən yeganə giriş-çıxışı yalnız Gülümov Rafiq tərəfindən zəbt olunmuş torpaq sahəsindən keçərək mümkündür. Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi 55 saylı bağ sahəsinin planı və ölçülərindən də görünür ki, sağ və sol tərəfləri qonşularla, qabaq və arxası ilə yol ilə sərhəddir. Həmçinin, bağ sahəsinin arxa hissəsindən 365 kv.metr hissəsi 50 saylı notariat kontorunda 03 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi (reyestr nömrəsi 4Ə-865) ilə X1. Beləliklə, ona məxsus torpaq sahəsindən yeganə giriş-çıxışın məhz Gülümov Rafiq tərəfindən zəbt olunması, istintaqda verdiyi izahatlarla sübuta yetir, zəbt olunan torpaq sahəsinin ümumi istifadədə olması çıxarışlarla və eləcə də DƏDRX-in verdiyi mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən, X28 və X10 tərəfindən ona məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında tikilən qanunsuz tikililərin (hasar və evi) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iş materiallarında olan çıxarışlardan, tərəflərin verdiyi izahatlardan və eləcə də istintaq materiallarından müəyyən olunur ki, 02.02.2018-ci il tarixdə alqı satqı müqaviləsi əsasında ümumi sahəsi 0,1156 hektar olan ünvan ünvanda yerləşən torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi alınan zaman torpaq sahəsinin sağ və sol tərəfi qonşu torpaq sahələri, yuxarı (yüksək gərginlikli elektrik xətləri tərəf) və aşağı (dəmir yol tərəf) tərəfdən isə yol ilə sərhəddir. Həmin torpaq sahəsində şəxsi istifadəsi üçün ev tikmək məqsədi ilə 0.1156 hektar torpaq sahəsinin və orada tikiləcək olan tikililərin X11 tərəfindən layihəsi çəkdirilmiş, həmin layihə Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin layihədən də göründüyü kimi torpaq sahəsinin yuxarısı və aşağısı yol olaraq qeyd olunmuşdur, yəni faktiki olaraq torpaq sahəsinin iki istiqamətdə çıxışı olmuşdur. 03.09.2018-ci il tarixdə İddiaçı1 mülkiyyətində olan 0.1156 hektar torpaq sahəsinin 0.0356 hektar hissəsini X2, alqı-satqı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən bölgü sxem təsdiq olunmuş, həmin bölgü sxem əsasən torpaq sahəsi 0.08 hektar və 0.0356 hektar olmaqla iki ayrı və bir-birinə əks istiqamətli çıxışlar verilmişdir. Bununla da ümumi sahəsi 0.0356 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 55 K saylı bağ sahəsi (Seriya RX №1487273, qeydiyyat nömrəsi **********) və 0.08 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 55 saylı bağ sahəsi (Seriya RX №1486079, qeydiyyat nömrəsi **********) olmaqla iki torpaq sahəsinə bölünmüşdür. Torpaq sahəsi satıldıqdan sonra torpaq sahələri ortadan hasarla qeyri-bərabər şəkildə bölünmüşdür. Bundan sonra X21 mülkiyyətçi İddiaçı1 ümumi istifadədə olan torpaq sahəsinin öz torpaq sahəsi kimi təqdim etməyə çalışmış, həmin torpaq sahəsini 30000 manata almayacağı təqdirdə ona mülkiyyətində olan torpaq sahəsinin girişini bağlamaqla hədələmişdir. Ümumi istifadə üçün nəzərdə tutulan, yol kimi nəzərdə tutulan və yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə daxil olan torpaq sahəsini almaqdan imtina etdiyi üçün X3 Elçin Eyni oğlunun torpaq sahəsinin qarşısında olan torpaq sahəsini 2020-ci ilin avqust ayında hasara almaqla zəbt etməklə onun torpaqdan yegən girişçıxışını bağlamışdır. Bununla əlaqədar olaraq İddiaçı1 tərəfindən ərizə ilə Xəzər RPİ-nə müraciət edilmiş, təxminən 07.09.2020-ci il tarixdə X21 zəbt etdiyi torpaq sahəsinin daş hasarlarını sökməklə, istintaq orqanını pozuntunun aradan qaldırılmasına inandırmışdır, nəticə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərar çıxarıldıqdan qısa müddət sonra yenidən həmin torpaq sahəsini zəbt etmiş, bununla da kifayətlənməyərək iddiaçıya məxsus torpaq sahəsinin qapısının qarşısında hətta bitişik ev tikmişdir. Bundan sonra yenidən Xəzər RPİ-nə müraciət edilmiş, bununla əlaqədar fakta görə AR CM-nin 188.2ci maddəsi ilə cinayət işi başlanmışdır. X21 istintaq verdiyi ifadə də həmin torpaq sahəsinin qardaşının həyat yoldaşı Gülümova Esmiraldaya məxsus olduğunu bildirmişdir. Cinayət işi üzrə zəruri ifadələr və sübutlar toplandıqdan sonra cinayət işinə xitam verilmişdir. İş üzrə cavabdeh X13 iş üzrə məhkəməyə izahat verərək bildirmişdir ki, Gülümov Rafiqin istifadəsində olan torpaq sahəsi onun xarici ölkədə yaşayan bibisi Cavabdeh3 məxsusdur, həmin torpaqla bağlı lazımi işlərin görülməsini ona tapşırmış və həmin torpaq sahəsindən istifadə etmək üçün X15 vermişdir. İddiaçının çıxışı başqa tərəfdən olduğu halda çıxışı olan hissəni sataraq “onlara məxsus torpaqdan” özünə qapı qoymuşdur. İş üzrə cavabdeh X21 torpaq sahəsinin onun dədə-baba torpağı olmasını bildirməklə yanaşı, torpaq sahəsinin ona məxsus olması səbəbi ilə hasarladığını bildirmiş və eyni zamanda X7 bildirdiklərini təsdiq etmişdir. İş üzrə üçüncü şəxs qismindən cəlb edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə də izahat verərək bildirmişdir ki, X15, X8 və eləcə də Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, həmçinin onların mülkiyyətində olmayan torpaq sahəsində tikinti işlərinin aparılmasına dair hər hansı bir razılıq icazə verilməmiş, cavabdehlər tərəfindən aparılan tikinti işləri qanunsuzdur, tikililər isə qanunsuz tikilidir. X14 məhkəmədə verdiyi izahatla və eləcə də istintaq orqanına verdiyi ifadəyə diqqət yetirilməlidir. Belə ki, X6 RPİ-yə verdiyi ifadəsində torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpağa dair sənədləşmənin qardaşı arvadı Gülümova Esmiraldanın adına rəsmiləşdirdiyini və bununla əlaqədar olaraq Gülümova Esmiraldanın adına olan order təqdim etmişdir. Məhkəmədə verdiyi ifadəsində həmin torpaq sahəsinin Cavabdeh3 adına rəsmiləşdirildiyini və sonuncu tərəfindən onun istifadəsinə verildiyini bildirməklə Cavabdeh3 məxsus orderi təqdim etmişdir. İş üzrə sonradan cavabdeh qismində cəlb edilən Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı və cavabdehləri tanımadığını, heç vaxt Bakı şəhərində olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdehlər bir-birinə zidd izahatlar verməklə yanaşı, eyni zamanda bir torpaq sahəsinə dair iki order təqdim etmişlər ki, həmin orderlərdən biri və ya hər ikisi ya saxtadır ya da ki bu torpaq sahəsinə aid deyil. Məhkəmənin verdiyi sorğu əsasında Xəzər RPİ-nin təqdim etdiyi 055-2186- 1222 saylı cavabında göndərilən cinayət işi materiallarından göründüyü kimi Fövqaladə Hallar Nazirliyi X26 Xidmətinin 37/k-00681 saylı məktubunda onlar tərəfindən qeyd olunan faktlar öz təsdiqini tapdığı bildirilmiş, bununla bağlı aidiyyatı üzrə Xəzər RİH-nə 37/24-00997saylı 10 dekabr 2020-ci il tarixli məktub ünvanlandığı qeyd olunmuşdur. İddiaçı1 tərəfindən ərizədə qeyd olunmuşdur ki, “Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 55 saylı bağ sahəsinin qarşısında zəbt olunan torpaq sahəsi 110 kv-lıq yüksək gərginlikli elektrik xəttinin 37 və 38-ci işıq dirəklərinin mühafizə zonasını düşür. Mühafizə zonasında qanunsuz yaşayış sahəsinin tikilməsi, həmin elektrik xətləri və eləcə də qanunsuz tikilidi yaşayacaq şəxslər, onların qonşuları üçün təhlükəlidir. Bundan başqa, zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yolun darlaşmasına səbəb olmaqla, fövqəladə vəziyyətlə (yanğın, elektrik xəttinin qırılması, onun təmiri vəs) mübarizənin qarşısını almağı qeyri-mümkün edəcək. Belə ki, Gülümov Rafiq və İskəndərov Rafiq ümumi istifadə də olan yol sahəsi o qədər zəbt olunmuşdur ki, həmin ərazidən yanğın söndürmə avtomobillərinin keçməsi mümkün deyildir”. 26 aprel 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi sahəsi elektrik xəttindən 4.10 metr aralıda yerləşməklə “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə zonasında yerləşir. Yəni göstərilən sübutlara əsasən məhkəmə tərəfindən o qənaətə gəlinməlidir ki, İddiaçı1 məxsus torpaq sahəsinin qarşısında yerləşən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə aid torpaq sahəsidir. Həmçinin mühafizə zonasına düşən torpaq sahələri dövlətin mülkiyyətindədir, başqa şəxsin mülkiyyətində ola bilməz həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ mövcud deyil. İş materiallarına əlavə edilmiş ümumi sahəsi 0.0356 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 55 K saylı bağ sahəsi (Seriya RX №1487273, qeydiyyat nömrəsi **********) və 0.08 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 55 saylı bağ sahəsinə (Seriya RX №1486079, qeydiyyat nömrəsi **********) dair çıxarışlardan, 26 aprel 2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin 3-cü suala cavabından, mütəxəssis rəyi hesab olunan 24 may 2022-ci il tarixli rəyin tədqiqat hissəsində göstərilənlərdən, “Google Earth” proqramı vasitəsi ilə torpaq sahəsinin müxtəlif illərdə (2017, 2018, 2019, 2020 və s) təqdim olunun ortofoto görüntülərindən, eləcə də diskdə təqdim olunmuş video və foto görüntülərdən görünür ki, cavabdehlər tərəfindən zəbt olunan torpaq sahəsi boş sahədir. İş materiallarına əlavə edilmiş ümumi sahəsi 0.08 hektar olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 55 saylı bağ sahəsinə (Seriya RX №1486079, qeydiyyat nömrəsi **********) dair çıxarışdan, X27 Elçin arasında bağlanmış alqı-satqı müqaviləsi və DƏDRX tərəfindən təsdiq olunmuş bölgü sxemdən, 24 may 2022-ci il tarixli X12 tərəfindən verilmiş rəydən, “Google Earth” proqramı vasitəsi ilə əldə edilmiş ortofoto görüntülərdən və eləcə də ümumi sahəsi 0.1156 hektar olan ünvan (satılmamışdan öncə) bağ sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməsinə dair Xəzər RİH tərəfindən təsdiq olunmuş layihədən görünür ki, torpaq sahəsi bölünməmişdən öncə iddiaçının torpağı yuxarı və aşağı tərəfləri yoldur, yəni hər iki tərəfdən çıxış aça bilər. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, yol yazılan hissələrə çıxış açılmalıdır. Cavabdehlər ilk növbədə qeyd edirlər ki, onların faktiki istifadəsində olan torpaq sahəsi ilə hər hansı bir bağlılıqları yoxdur, yəni dolayı yolla iddiaçının subyektiv hüququnun olmamasını əsaslandırmaq istəyirlər. Bununla əlaqadar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 152-ci maddəsindən göründüyü kimi mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Hazır ki, iş üzrə cavabdehlərin qanunsuz tikililəri mülkiyyətçinin torpaq sahəsindən istifadə (torpaq sahəsinə girib-çıxa, yaşaya bilmir) və sahiblik (torpaq sahəsinə nəzarəti həyata keçirə bilmir) hüquqları pozulmuşdur. Belə olan halda mülkiyyət hüququnun elementlərindən birinin pozulması iddiaçının məhkəməyə müraciət etmək hüququnu yaradır. İkincisi, iddianı qəbul etməyərək bildirirlər ki, İddiaçı1 torpaq sahəsindən çıxışı arxadan yəni dəmiryol tərəfdən olmuş, sonradan qəsdən torpaq sahəsindən çıxış olan hissəni başqa adamın adına rəsmiləşdirmiş, faktiki olaraq özündədir, hətta özündə olmasa da satmaqla özüözünü çıxışdan məhrum etmişdir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 152-ci maddəsinin elementlərindən biri sərəncam vermək hüququdur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və Mülki Məcəllənin 140-cı və Mülki- Prosessual Məcəllənin 81-ci maddələrindən görünür ki, mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyətçi öz əmlakı barədə sərəncam vermək (satmaq, bağışlamaq, miras qoymaq və s şəkildə özgəninkiləşdirmək, yüklü etmək) hüququ vardır. Mülkiyyətçi öz əmlakına sərəncam verməsi, mülkiyyət hüququndan istifadə etməsi onun əleyhinə şərh edilə bilməz. Bundan başqa Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu iki maddənin qarşılıqlı şərhindən aydın olur ki, DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən hallar başqa hallarla sübuta yetirilə bilməz. Yəni satılan torpaq sahəsi məhkəmə tərəfindən qəbul edilməlidir ki, faktiki və hüquqi olaraq Miriyev Azada məxsusdur, həmin torpaq sahəsindən çıxışın verilməsi digər şəxsin mülkiyyət hüququnun pozulmasıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq 1986-cı ildən onun mülkiyyəti olub. 1990-1991-ci ildə Bağlar İdarəsi sənəd vermirdi, o, sənədini başqa adamın adına almışdır. Bu torpaq onun ata-baba torpağıdır.Tikilini də özü tikib, çünki onun torpağıdır. Orada qapı olmayıb, işıq dirəyi də 1996-cı ildə çəkilib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, torpaq onun dayısı arvadı Cavabdeh3 adına 1992-ci ildə ayrılıb.1996-cı ildə işıq xətti çəkilib. Dayısı 1991-1992-ci ildə xaricə gedəndə, Qızılgül həmin torpağın sənədini Rafikə vermişdir. Tikilini Rafiklə birlikdə tikiblər. Bu, onların torpağıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X23 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir, həmçinin torpaq sahəsində tikinti işlərinin aparılmasına dair hər hansı bir razılıq icazə verilməmiş, cavabdehlər tərəfindən aparılan tikinti işləri qanunsuzdur, tikililər isə qanunsuz tikilidir. Rayon İcra Hakimiyyətinin torpaq sahələrinin icarəyə verilməsinə səlahiyyəti yoxdur. Torpaq sahəsinin icarəyə verilməsinə Bakı şəhər İcra Hakimiyyəti səlahiyyətlidir. İş üzrə iddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin surətinə əsasən, İddiaçı1 ünvan bağ sahəsinin 0.0356 ha olan hissəsini X20 03.09.2018-ci il tarixdə satmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 26.02.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, ünvan bağ sahəsinə dair İddiaçı1 verilmiş Daşınmaz Əmlakın Dövlət reyestrindən torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi boş sahə kimi nəzərdə tutulmuşdur. 10.09.2021-ci il tarixdə məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X16 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən evlərə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin sağ, sol və arxa tərəfi qonşu torpaq sahələri ilə əhatə olunmuş, torpaq sahəsində bir mərtəbəli yarımtikili ev vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Çöl Şüvəlan bağlar sahəsindəki 190 nömrəli kooperativin 52 nömrəli orderinin surətindən görünür ki, Cavabdeh3 0.12 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məhkəmə bildirişi ona göndərilmiş, lakin o, tərəfləri tanımır, hazırkı işlə heç bir əlaqəsi yoxdur. İş üzrə alınmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli 10/6382 saylı rəyindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin plan ölçü sənədinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi boş sahə kimi nəzərdə tutulmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi elektrik xəttindən 4.10 metr aralıda yerləşməklə, “gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarına əsasən elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Tədqiq edilən ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə dair yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlər olmadığı təqdirdə həmin tikililərin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. “X12” MMC tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli 55 saylı rəyindən görünür ki, təqdim olunmuş sənədləri (çıxarışlar, torpaq sahələrinin planı və ölçüsü, eskiz layihəsi, bölgü sxemi, məhkəmə ekspertizası mərkəzinin ekspert rəyi və s.) və “Google Yer” proqramının ortofoto (müxtəlif illərdə aparılmış aerokosmik çəkilişlər) görüntüləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanında yerləşən, İddiaçı1 xüsusi mülkiyyətində olan 55 saylı 0.08 ha bağ torpaq sahəsinin giriş-çıxış yolunun bağ torpaq sahəsinin şimal-şərq tərəfdən (ortofoto görüntülərinə istinadən şimal-şərq tərəfdən yol istiqamətində hasara alınmış və tikinti aparılmış qonşu torpaq sahəsi mövcuddur) nəzərdə tutulduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş video görüntülərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan ünvanında İddiaçı1 mülkiyyətində olan 55 saylı bağ torpaq sahəsinin yola baxan və darvaza qoyulmuş hissəsinin qarşısı olan boş ərazi tamamilə hasarlanaraq tikinti işləri aparılır. “Google Earth” proqramı vasitəsi ilə torpaq sahəsinin müxtəlif illərdə (2017, 2018, 2019, 2020 və s) təqdim olunan ortofoto görüntülərindən görünür ki, cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi boş sahədir. 2017-ci ildə orada tikili və hasar mövcud olmayıb. İş materiallarında olan ümumi sahəsi 0,1156 hektar olan ünvan ünvanında yerləşən torpaq sahəsinin X11 tərəfindən çəkilmiş layihəsindən görünür ki, torpaq sahəsi alınan zaman torpaq sahəsinin sağ və sol tərəfi qonşu torpaq sahələri, yuxarı (yüksək gərginlikli elektrik xətləri tərəf) və aşağı (dəmir yol tərəf) tərəfdən isə yol ilə sərhəddir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı1 02.02.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında ümumi sahəsi 0,1156 hektar olan ünvan ünvanda yerləşən torpaq sahəsini almış, layihə sənədlərinə əsasən, həmin torpaq sahəsinin yuxarısı və aşağısı yol olaraq qeyd olunmuş, yəni torpaq sahəsinin iki istiqamətdə çıxışı olmuşdur. 03.09.2018-ci il tarixdə İddiaçı1 mülkiyyətində olan 0.1156 hektar torpaq sahəsinin 0.0356 hektar hissəsini X5, alqı-satqı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən təsdiq olunmuş bölgü sxemə əsasən torpaq sahəsinə 0.08 hektar və 0.0356 hektar olmaqla iki ayrı və bir-birinə əks istiqamətli çıxışlar verilmişdir. Həmin torpaq sahələrinin sağ və sol tərəfi qonşu torpaq sahələri ilə sərhəd olmaqla, X17 mülkiyyətinə keçən hissənin giriş-çıxışı aşağı dəmir yol tərəfdən, İddiaçı1 mülkiyyətindəki hissənin giriş-çıxışı isə yuxarı yüksək gərginlikli elektrik xətləri tərəfdən nəzərdə tutulmuşdur. Hazırda həmin torpaq sahəsinin yeganə girişçıxış yolu olan yuxarı hissənin qarşısı tamamilə hasarlanaraq tikinti işləri aparılır. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin yeganə giriş-çıxış sahəsi olan və boş sahə olaraq nəzərdə tutulmuş yolunun cavabdehlər X28 və X10 tərəfindən hasar və ev ilə zəbt edildiyini əsas gətirərək, həmin tikililərin (hasar və ev) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlar ilə razılaşdırılması Qaydalarından görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıqplanlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Hazırda iddiaçı pozulmuş hüquqlarının bərpası üçün öz subyektiv hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Mübahisəli ünvanda cavabdehlər tərəfindən tikinti işlərinin aparıldığı torpaq sahəsinə dair sonuncuların mülkiyyət hüququnu təsdiq edən, eləcə də həmin tikinti işlərinin qanuniliyini göstərən hər hansı sənəd məhkəməyə təqdim olunmamış, məhkəmə araşdırılması zamanı da müəyyən olunmamışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin cinayət işi materiallarından görünür ki, Fövqaladə Hallar Nazirliyi X26 Xidməti tərəfindən İddiaçı1 Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan-55 ünvanında normativ tələblərin pozulması barədə şikayəti araşdırılmış və qeyd olunan faktların öz təsdiqini tapdığı bildirilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 55 saylı bağ sahəsinin qarşısında zəbt olunan torpaq sahəsi 110 kv-lıq yüksək gərginlikli elektrik xəttinin 37 və 38-ci işıq dirəklərinin mühafizə zonasına düşür. Mühafizə zonasında yaşayış sahəsinin tikilməsi, həmin elektrik xətləri və eləcə də həmin tikilidə yaşayacaq şəxslər, onların qonşuları üçün təhlükəlidir. Bundan başqa, zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yolun darlaşmasına səbəb olmaqla, fövqaladə vəziyyətlə (yanğın, elektrik xəttinin qırılması, onun təmiri və s) mübarizənin qarşısını almağı qeyrimümkün edəcək. Belə ki, Gülümov Rafiq və İskəndərov Sərxan ümumi istifadədə olan yol sahəsi o qədər zəbt olunmuşdur ki, həmin ərazidən yanğın söndürmə avtomobillərinin keçməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəydə iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, ekspertizanın rəyindən, torpaq sahələrinə dair çıxarışlardan, həmçinin “Google Earth” proqramı vasitəsi ilə torpaq sahəsinin müxtəlif illərdə (2017, 2018, 2019, 2020 və s) təqdim olunan ortofoto görüntülərindən görünür ki, cavabdehlər tərəfindən zəbt olunmuş sahə boş sahə olaraq nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, cavabdehlər qanunvericiliyin tələblərini pozmaqla hasar və tikili inşa etmiş, iddiaçının öz əmlakına yeganə giriş-çıxış yolunu zəbt etmişlər. Bununla da iddiaçı öz əmlakına dair mülkiyyət hüququnu həyata keçirmək imkanından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı öz qanuni mülkiyyətində olan evin yeganə giriş-çıxış yolunu zəbt edən tikilinin sökülməsini məhkəmədən tələb etməyə haqlı olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin inşa edilməsinə cavabdehlərin hüququ olmamışdır, həmin tikili iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehlərin vəsaiti hesabına sökülməlidir. Həmçinin, həmin ünvanda giriş-çıxış yolunda hər hansı tikilinin inşa olunmasının qanunsuz olduğu və tikililərin sökülməli olduğu müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin ərazidə tikinti işlərinin aparılması və torpağın zəbt olunması cavabdehlər və digər şəxslərə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında Cavabdeh1 və X10 tərəfindən tikilən tikililər (hasar və ev) cavabdehlərin vəsaiti hesabına sökülsün. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin giriş-çıxış yolunun qarşısında tikinti işlərinin aparılması və torpağın zəbt olunması cavabdehlər və digər şəxslərə qadağan edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdehlər X28 və X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-115/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-115/2022
27.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver