Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1171/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1, Üçünçü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçünçü şəxslər "xxxx" ASC və Xəzər rayon İcra və probasiya şöbəsi) qarşı icra qeydinin ləğv edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçünçü şəxslər "xxxx" ASC və Xəzər rayon İcra və probasiya şöbəsi) qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkcavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin 25.10.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 25056 manat məbləğində krediti 52 ay müddətinə almışdır. Kredit borcunun çox hissəsi onun tərəfindən ödənilmişdir. Lakin Bakı şəhəri 25 saylı notariat ofisinin 25.10.2019-cu il tarixli icra qeydinə əsasən ondan 14930,13 manat məbləğində pul tutulmalıdır. Onun banka olan borcu 14930,13 manat deyil, daha az 10.000 manat civarındadır. Ona görə də hesab edir ki, Bakı şəhəri 25 saylı notariat ofisinin 25.10.2019-cu il tarixli icra qeydi qanunsuz və əsassızdır. Belə ki, notarius tərəfindən kredit təşkilatı ilə aralarında borcun məbləği ilə bağlı mübahisənin olub-olmadığı yoxlanılmamış icra qeydinin verilməsi düzgün olmamışdır. Tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notariusun icra qeydində qeyd etdiyi məbləğ şişirdilmiş məbləğdir. Onun banka həmin məbləğdə borcu yoxdur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bank və notarius əlbir olaraq kredit borcunun məbləğini şişirtmiş və icra qeydi ilə ondan yüksək məbləğdə pul tələb edirlər. İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun banka həqiqətən icra qeydində qeyd olunan məbləğdə-14930,13 manat borcu vardır. Lakin, həmin borc kredit müqaviıləsi üzrə ona zanin durmuş İddiaçı2 tutulur. O, həmin borcu hissə-hissə özü ödəmək istəyir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Üçünçü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirmişdir ki, sözügedən icra qeydinin aparılması qanuni və əsaslı olmuşdur. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 25 saylı notariat kontoru məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, işin materiallarından görünür ki, "xxxx" ASC ilə 08 sentyabr 2016-cı il tarixdə İddiaçı1 arasında bağlanmış kredit sazişinə əsasən bank 25056 manat məbləğində krediti 52 ay müddətinə borcluya vermişdir. Həmçinin İddiaçı2 zamin qismində həmin müqaviləni imzalanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı hər ay banka 482 manat (sonuncu ay 474 manat) ödəniş etməli idi. İş materiallarında olan "xxxx" ASC 01 oktyabr 2019-cu il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı1 borcun ödənilməsi haqqında bildiriş göndərmiş və borcun 20 gün ərzində ödənilmədiyi halda “Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcun tutulması barədə notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 014221 saylı qaimədən görünür ki, "xxxx" ASC 01 oktyabr 2019-cu il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı1 borcun ödənilməsi haqqında bildiriş lakin ünvan bağlı olduğundan məktub geri qaytarılmışdır. İşin materiallarından görünür ki, "xxxx" ASC 01 oktyabr 2019-cu il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı1 borcun ödənilməsi haqqında bildiriş göndərərək borcun 20 gün müddətində ödənilmədiyi halda öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdar etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən 25.10.2019-cu il tarixdə icra qeydi aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilirki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən on ildən çox keçməmişsə, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox keçməmişsə. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət ərzində verilir. İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 08 sentyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 25056 manat məbləğində krediti 52 ay müddətinə almışdır. Həmçinin İddiaçı2 zamin qismində həmin müqaviləni imzalanmışdır. Həmin müqaviləyə əsasən tələbkarın pul tələbi ilə bağlı notariat orqanı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra qeydi aparılmışdır. Beləki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İşdən də, müəyyən edilsiyi kimi, "xxxx" ASC qanunun tələblərinə riayət etməklə 01 oktyabr 2019-cu il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı1 borcun ödənilməsi haqqında bildiriş göndərmiş, lakin ünvan bağlı olduğundan məktub geri qaytarılmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçünçü şəxslər "xxxx" ASC və Xəzər rayon İcra və probasiya şöbəsi) qarşı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin 25.10.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1171/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1171/2021
10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver