Məhkəmə qərarları › İş №2(003)-1253/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1253/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1253/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhəməyə müraciət edərək, “MAZDA CX-9” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3650 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 3680,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “VAZ 21070” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “MAZDA CX-9” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan carə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Xəzər rayonu DYPŞ-nin inzibati tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixli “xxxx” MMC-nin yekun defekt aktına əsasən “MAZDA CX-9” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə 3650 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 047078 saylı sığorta aktına əsasən İddiaçı” Sığorta Şirkəti 3650 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edilmişdir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 3650 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, “MAZDA CX-9” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3650 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 3680,40 manat cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, Cavabdeh3 avtomobilin son sahibidir. O, könüllü olaraq avtomobili Nizaminin istifadəsinə vermişdir. Odur ki, ondan da həmin ziyanın tutulmasını tələb edirlər. Məhkəmə iclasında Cavabdeh3 oğlu izahatında bildirdi ki, “VAZ 21070” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Qəza baş verən günü Ələkbər dükana getmək üçün avtomobili ondan istəmiş və o, da icazə vermişdir. Həmin vaxt qəza törətmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbni etiraf etməyərək izahatında bildirdi ki, “VAZ 21070” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona etibarnamə verilmişdir. Avtomobili Ələkbərin atası Nizami almışdır və mülkiyyətçisi də odur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak eməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TYP 122499 saylı xx.xx.2017ci il tarixliqərarının surətindən görünür ki, Cavabdeh1 Şağan qəsəbəsi, A.Məmmədbəyli küçəsində hərəkət surətini və yol şəraitini nəzərə almamış qarşıdan gələn Mazda CX 9 markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin Məcəllənin 114 və 327.1-ci maddələrinə əsaəsn 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 047078 saylı sığorta aktından görünür ki, sığortalanmış VAZ 21070 markalı 57BV 905 dövlət qeydiyyat nişanlı avtomobil Mazda markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta məbləği 5500 manat olduğundan X3 ödəniləcək məbləğ 3650 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş yekun defekt aktından görünür ki, 2012-ci il buraxılışı olan Mazda CX-9 markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanının məbləği 3650 manat müəyyən edilmişdir. İs materiallarında olan nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21070» markalı, 57BV 905 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İs materiallarından görünür ki, VAZ 21070 markalı 57BV 905 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh3 (xx.xx.2017-ci il tarixdən -xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən-xx.xx.2019-cu il tarixinədək), Cavabdeh2 (xx.xx.2017-ci il tarixindən-xx.xx.2018-ci il tarixinədək) etibarnamə verilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehlərə ünvanlanmış pretenziyaların surətindən görünür ki, onlara 3650 manat məbləğində pulun 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci (1108.1 və 1108.2) maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 hadisə törədilən zaman VAZ 21070 markalı 57BV 905 dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmamış, bununla da, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Cavabdeh1 hadisə törədilən zaman VAZ 21070 markalı 57BV 905 dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmasa da, avtomobilin mülkiyyəçisi X2 tərəfindən Cavabdeh3 xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Cavabdeh3 avtomobilin yol nəqliyyat hadisəsinin baş verdiyi zaman Cavabdeh1 tərəfindən onun icazəsi ilə götürməsini etiraf etdiyi üçün yüksək təhlükə mənbəyini idarə edənlə bərabər məsuliyyət daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığı deyil, əksinə özünün şüurlu surətdə razılığı əsasında digər şəxsin faktiki sahibliyinə keçməsi işin araşdırılmış halları ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslasahiblik edən, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə digər Cavabdeh2 mülki məsuliyyəti nəzərdən keçirərək hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, ona VAZ 21070 markalı 57BV 905 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə etibarnamə verilsə də, hadisə avtomobil onun sahibliyində və istifadəsində olmamışdır. Belə olan halda həmin yol nəqliyyat hadisəsi zamanı yaranmış, zərərində subrasiya qaydasında ondan tutulması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, ona dair hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiatələbininödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 xidmət haqqının da cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 oğlundan müştərək qaydada 3650 manat avtomobilə dəymiş zərər, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 3680.4 (üç min altı yüz səksən manat qırx qəpik) manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar