Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-128/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “açlmış qapının sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna açılan qapının tam bağlanması, sökülmüş hasarın cavabdehlərin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası 2-ci dünya müharibəsi iştirakçısı olduğu üçün 1988-ci il tarixdə keçmiş Bakı Sovetliyi tərəfindən Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən bağ sahələrindən verilmiş 0,20 ha torpaq sahəsi qeyd olunan ildən istifadələrndədir. Təxminən 4 il əvvəl səhhətiində olan problemlə bağlı əməliyyat olunacağı üçün məcbur olaraq həmin torpaq sahəsindən ilkin olaraq 0,7 ha hissəsini Cavabdeh1 (faktiki istifadəçi Cavabdeh2) satdı. Daha sonra sonuncunun xahişi ilə azlıq etdiyi üçün həmin torpaq sahəsindən daha 0,02 ha sahəni satmışdır. Həmin torpaq sahəsini satan zaman, həm gediş-gəliş olması üçün özünə məxsus olan torpaq sahəsindən təxminən 0,025 hissəsini yola dalan kimi istifadə olunması üçün ayırmışdır. Bir neçə il öncə qonşusu X3 aldığı torpaq sahəsindən digər tərəfə olan yol ilə yük maşını gedib gələ bilmədiyindən, sahədə olan zibilləri atmaq üçün ona məxsus dalana müvəqqəti olaraq qapı açmasını və istifadə etməsini xahiş etmiş, o də buna razılıq vermişdir. Bundan sonra o, 15 gün sonra sökdüyü hasarı yenidən bərpa etmişdir. X1 torpaq sahəsini alan Cavabdeh2 razılıq almadan torpaq sahəsinin hasarının tikilmiş hissəsini sökərək dalana qanunsuz qapı açmışdır. O cavabdehə aldığı torpaq sahəsinin plan və cizgisinə uyğun olaraq yolunun digər tərəfdə olmasına məhəl qoymamış və torpaq sahəsində tikintisini davam etdirmişdir. Xəzər rayon Polis İdarəsinə bununla bağlı müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmiş, 18 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarda Cavabdeh2 öz ifadəsində göstərmişdir ki, 2219 K və 2222 saylı bağ sahələri ona məxsusdur. Həmin torpaq sahələrindən sahəsi 0, 07 ha olan 2219 K saylı torpaq sahəsi, sahəsi 0,07 ha olan 2222 saylı torpaq sahəsi almış və müvafiq çıxarışları vardır. 2219 K saylı bağ sahəsini aldıqdan sonra azlıq etdiyi üçün onunla razılaşaraq 0,02 ha. sahəni alaraq öz həyətinə qatmışdır. Həmin torpaq sahəsinin gedişgəliş yolu isə onun tərəfindən razılıq yolu ilə verilmiş dalandır. 2222 saylı torpaq sahəsini isə X3 adlı şəxsdən almış və alan zaman isə sonuncu yolunun həmin dalana olduğunu göstərmişdir. Bu səbədəndə hazırda həmin yoldan istifadə edir. Cavabdehin istifadəsindən də görünür ki, 2222 saylı torpaq sahəsindən yolunun həmin dalana olması məhz X5 göstərimişdir. Bu dalandan çıxan yoldan istifadə etməsinə o razılıq verməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən tələbi dəqiqləşdirərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapının tam bağlanması, sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh əsl cavabdedehlə əvəz edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsl cavabdeh X7 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izhat verərək, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26.087.2018-ci il tarixdə verilmiş seriya RX ******* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 19 iyul 2018-ci il tarixli A 268230 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsi 950,0 m2 torpaq sahəsindən ibarətdir. İş materiallarında olan 07.04.2020-ci ilı tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ona məxsus olan 2219 saylı bağ torpaq sahəsinin 0,02 ha. hissəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20.05.2020-ci il tarixdə verilmiş seriya ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2222 saylı bağ sahəsi X6 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 aprel 2021-ci il tarixli 21092060 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, ümumi ərazi (sözügedən gediş-gəliş yolu daxil olmaqla) ********** ərizə ilə kadastr planı əsasında 0,19 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Sonradan qeyd olunan 0,19 ha torpaq sahəsinin hissələrə bölünməsinə dair notarial təsdiq edilmiş bölgü eskizində mülkiyyətdə olan sahənin hüdudları daxilində özlərinə məxsus keçid yolu kimi nəzərə alınmışdır. Cavabdeh X6 mülkiyyətində olan 2222 saylı bağ evinin yolu isə sənədlərə əsasən öz sahəsinin qərbində nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1824 saylı 27.05.201-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən ümumi ərazi (sözügedən gediş-gəliş yolu daxil olmaqla) ********** ərizə ilə kadastr planına əsasınasında 0.19 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır Sonradan qeyd olunan 0,19 ha torpaq sahəsinin hissələrə bölünməsinə dar natorial təsdiq edilmiş bölgü eskizində mülkiyyətdə olan sahənin hüdudları daxilində özlərinə məxsus keçid yolu kımi nəzərə alınmışdır. Cavabdeh X6 mülkiyyətində olan 2222 saytı baş evinin yolu isə sənədlərə əsasən öz sahəsinin qərbində nəzərdə tutulmuşdur. Mütəxəssis rəyində iddia olunan gediş-gəliş yolunun 26.07.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X9 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 2219 nömrəli bağ sahəsinin hüdudları daxılındə yerləşib-yerləşməməsi məsələsinə münasibət bildirilmədiyindən, həmin yolun 26.07.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 2219 nömrəli bağ sahəsinin hüdudları daxilində yerləşəbyerrləşməməsini müəyyən etmək mümkün olmadı. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütxəsislərinin iştirakı ilə mütəxəssis rəyi üzrə keçirilən yerli baxış zamanı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 2219 nömrəli bağ sahəsinin 716 m2 torpaq sahəsi və təxminən 0,25 ha torpaq sahəsinin yola dalan kimi istifadədə olması üçün ayrılmış torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş plan ölçü sənədinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsi 950,0 m2 torpaq sahəsindən ibarətdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2222 saylı bağ sahəsi X6 mülkiyyətindədir. Eyni zamanda mütəxəssis və ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, ümumi ərazi (sözügedən gediş-gəliş yolu daxil olmaqla) ********** ərizə ilə kadastr planı əsasında 0,19 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Sonradan qeyd olunan 0,19 ha torpaq sahəsinin hissələrə bölünməsinə dair notarial təsdiq edilmiş bölgü eskizində mülkiyyətdə olan sahənin hüdudları daxilində özlərinə məxsus keçid yolu kimi nəzərə alınmışdır. Cavabdeh X6 mülkiyyətində olan 2222 saylı bağ evinin yolu isə sənədlərə əsasən öz sahəsinin qərbində nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütxəsislərinin iştirakı ilə mütəxəssis rəyi üzrə keçirilən yerli baxış zamanı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 2219 nömrəli bağ sahəsinin 716 m2 torpaq sahəsi və təxminən 0,25 ha torpaq sahəsinin yola dalan kimi istifadədə olması üçün ayrılmış torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İgöründüyü kimi işin faktiki halları ilə müəyyən edilir ki, cavadeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən gediş gəliş yoluna mülkiyyətçinin icazəsi olmadan qapı açmaqla qansuz istfadə etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Halbuki ekspert rəti ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinə gediş gəliş yolu topağın qərb hissəsindən nəzərdə tutlmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh X6 hesabına Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapı tam bağlanmalı və sökülmüş hasar bərpa edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X4 tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 95 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 50 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 95 manat cavabdeh X4 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 2219 saylı bağ sahəsinin dalanının gediş-gəliş yoluna acılan qapı cavabdeh X6 hesabına tam bağlanılsın və sökülmüş hasar cavabdeh X6 hesabına bərpa edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh X4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 95 manat məbləğində pul cavabdeh X4 tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" ASC-nin Xətai filialı, Kod: 200071, VÖEN: (bank) **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********, hesab N: AZ23AİİB******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-128/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-128/2021
18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver