Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1324/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Qarşılıqlı iddia üzrə Cavabdeh2, İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh X7 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 Cavabdeh1 qarşı (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X10, X8, X17, Cavabdeh2 qarşı “Zirə qəsəbəsi, Qoşaqışlaq sahəsində yerləşən evdə yaşama hüququnun tanınması və sair ” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X12 Cavabdeh1 qarşı (X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayon, Zirə qəsəbəsində, Qoşaqışlaq Massivində ona ayrılmış Zirə Bələdiyyəsindən 1200 kv.m torpaq sahəsində etibarnamə ilə Cavabdeh1 Elxan qızı özbaşınalıq edərək, şəriki ilə birlikdə birmərtəbəli ev tikmişlər, onun razılığı əsasında şifahi danışığı pozaraq, onun maraqlarına toxunmuşdu. Verdiyi etibarnamə üzrə xx.xx.2022-ci ildə onun səlahiyyətini idarə etmək üçün, sənəddən istifadə edərək bütün kommunal vasitələri, yəni su sayğacı, işıq sayğacı, telefon xəttini də öz adına rəsmləşdirmişdir. Əlavə olaraq, bələdiyyədən ayrılmış torpaq sahəsinin vergi pulunu da öz adına rəsmiləşdirmişdir. Bunu o xəbər tutaraq, xx.xx.2022-ci ildə 7 saylı notariusda verdiyi etibarnamənin səlahiyyətlərinə xitam verilməsi üçün ərizə ilə müraciət etdi. Bugünə kimi Cavabdeh1 qanunsuz hərəkətlərindən əl çəkməyərək onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Cavabdeh1 onunla tanış edən keçmiş dostu X14 olmuşdur. X3 Nur Elxan qızını biznes üçün tikinti işləri aparmaqla gələcəkdə sahibkar fəaliyyətinə başlanğıc məqsədi ilə onun qapısına gətirmişdir. O, torpaqdan başqa, əlində pulun olmadığını bildirmişdir. Cavabdeh1 pula ehtiyacının olmadığını bildirmişdir. Evi satdıqdan sonra onunla görüşəcəyini bildirmişdir. Onun razılıq verəcəyi təqdirdə ona məxsus olan torpaqda birmərtəbəli, təxminən 80-90 kv. m-lik ev tikib satmaqla pul qazanacaqlarını bildirmişdir. Bu, 3 yoldaş arasında bölünməli idi. İddiaçı da onun sözünə inanaraq 7 saylı notariusda etibarnamə verib işə başlamağa xeyr-dua vermişdir. Lakin, Cavabdeh1 məqsədi onu aldadaraq torpaq sahəsinə öz hiyləgər məqsədini qurmaq üçün onu aldatmışdır. Torpağın sənədlərini ona bu günə kimi qaytarmamışdır, hətta bu haqda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Lakin nəticəsi olmayıb. Hal-hazırda ona məxsus olan torpağın sənədləri vətəndaş Cavabdeh1dır. Yuxarıda göstərilənləri nəzərə alıb onun etibarnaməsi əsasında Cavabdeh1 "xxxx" ASC-də, "xxxx" ASC-də və "xxxx" MMC-də əldə etdiyi xidmətlərin ləğv olunması və onun torpaq sənədinin geri qaytarılması, torpaq sahəsindən əşyaları ilə birgə boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək göstərmişdir ki, iddia ərizəsində göstərilmiş torpaq sahəsində birmərtəbəli natamam fərdi yaşayış üçün tikilmiş tikintinin yəni, üç ədəd ağ plastmasdan pəncərə, bir ədəd onlardan kiçik həcmdə olan pəncərə, üzərində qoruyucu dəmir reşotka, bir ədəd sanuzelə aid ağ plastmasdan fortuçka, giriş qapısı 90x2.10 dəmir qapısı, elektrik işi görülmüş, daxili suvağı çəkilmiş, dam örtüyü bir tərəfə axını olan tamamlanmış iş, daxili otaqlarda alçipan işi tamamlanmış, 8x10 tikilmiş çöl divarı, 40 sm-lıq daş hörgüsü, daxili bölgüləri 20 sm-lıq daş hörgüsü olmaqla, yuxarda göstərdiyi kimi, natamam evin bu işləri görülmüşdür. İddiaçı tərəfdən humanistlik edib görülmüş tikintinin 8.700 manat pul ödəmək üçün üzərinə öhdəlik götürə bilər. Çəkilmiş xərclərlə bağlı ziyanla üzləşməsinlər. Yuxarda göstərilənləri nəzərə alıb, cavabdehin torpaq sahəsindən əşyaları ilə birgə boşaldılmasına və onun tərəfdən cavabdehə 8700 manat məbləğində konpensasiya ödəmək üçün qərar qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X10, X8, X17 və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, qoşaqışlaq sahəsində yerləşən ona məxsus, qeydiyyatsız yaşadığı evə ona yaşamaq hüququ verilməsi barəsində və İsgəndərov Pərvin və şahidlərin şər böhtanlarına görə cərimə edilməsi barədə və ödədiyi dövlət rüsumu 100 manatın X5 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bir qrup dələduzların tələsinə düşmüşdür. Adı çəkilən bu insanlar planlı şəkildə onu küçədə qoymaq istəyirlər. Belə ki, X30 Salmanova anası və uşağı ilə yaşadığı evi, etibarından sui istifadə edərək güya ki, satıb və pulunu mənimsəyib. 2022-ci ilin avqust ayinda anası ilə və uşağı ilə yaşadığı evi notarius vasitəsilə 60000 manat dəyərində olan evi 25000 manata sataraq pulu mənimsəyib. Vuqarla İlkin onu aldadıb ona kağızda yazdırdılar ki, 25000 manatı alıb və notariusda təsdiq edəndə pulun nağd şəkildə olmadığını demişdir. Ona deyilmişdir ki, pul onun kartına göndəriləcək və onlar həmin yazdığı kağızı notariusda təsdiq edəcəklər. Lakin Vüqar onun kartına 101 manat pul atdığına görə o, notariusa getməmiş və kağızı təsdiqləməmişdir. Sonradan ona zəng edəndə yoldaşı Rahidə Salmanova dedi ki, pulu sayıb İlkinə veriblər. Cavabdeh2 ilə heç bir tanışlığı olmamış, onunla ilk dəfə işləri polisdə olanda 26 saylı xəstəxananın önündə qarşılaşdı və anası ilə ona hədə-qorxu gəlmişdir. Bu insan dələduz və cinayətkardır. Ona şər və böhtan atır. Bu insanın torpağla bağlı məhkəmədə çox cinayət işi olmuşdur. İddiaçı adlı şəxsi tanımır və onunla torpaq haqqında heç vaxt söhbəti olmayıb. O, bu torpağı Məmmədov İlkindən 7000 manata almışdır və ev tikib oğlu ilə yaşayır. Heç vaxt heç bir bizneslə məşğul olmayıb. O, evi Cavabdeh1 maşınının puluna, (**-NL-*** dövlət qeydiyyat nişanlı, “Kia” markalı), "xxxx" ASC-dən və "xxxx" ASC-dən kart şəklində kredit götürmüş, lombarddan pul götürmüş və maaşının hesabına tikmişdir ki, övladı ilə orada yaşasın. Bu insanlar məhkəməni aldadaraq Zirə bələdiyyəsinin sənədlə onlara torpaq ayırdığını demişlər. Əslində Pərvinə heç bir torpaq ayrılmamışdır. Məmmədov İlkin heç yerdə işləmir və onun hər yerə borcu var. Lizinqdə olan maşının da 3000 manatını Nur ödəmişdir. Bu haqda öz ərizəsi var. Pulu qaytaracağını desə də, qaytarmamışdır. İzahatında Cavabdeh1 pulu könüllü olaraq ödəyəcəyini yazsa da, bu yalandır. Onun qızının kurs xərclərini Cavabdeh1 qarşılayıb. Yetkinlik yaşına çatmayan oğlu yay-qış maşın yuma məntəqəsində işləyir. İlkin Məmmədov yaşadığı evi tam tikib şəraitini düzəldə və qardaşı Məmmədov Elçinin borclarını verə bilməmişdir. Hal-hazırda qardaşına cinayət işi açılıb. Bu insanın narkotikdən əziyyət çəkdiyi haqda sənədi var. 2022-ci ilin may ayında X15 ona Qoşa-qışlaq ərazisində 7000 manata torpaq satmışdır. Həmin vaxt **-NL-*** nömrəli, “KİA morning” markalı maşınını 13500 manata satıb torpağın pulunu İlkin Məmmədova verib. Bu barədə səs yazısı var. Bundan başqa 15000 manata yaxın pul "xxxx" ASC-dən və "xxxx" ASC-dən həm nağd, həm də kart şəklində pul götürərək İlkinə tikinti işləri üçün pul vermişdir. Hətta qızıllarını da lombarda qoymuşdur. Həmin evə işıq çəkmək üçün İlkin 1200 manat pul almışdır. Vətən müharibəsi veteranı olan qardaşının və anasının ona tikdiyi evi də onun etibarından suiistifadə edərək satmışdır. Həmin evin də pulunu mənimsəmişdir. Evi alan adamlar X21 və Salmanova Raidə özləri səs yazısında da demişlər ki, pulu sayıb İlkinə vermişlər. Bu haqda heç yerə şikayət etməmələri bir daha onu sübut edir ki, bu insanlar əlbirdir. Qoşaqışlaq qəsəbəsində evi tikdirməyə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən nümayəndə gələn zaman icazə vermirdilər. X1 həm Daxili İşlər Nazirliyinə, həm də Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, tikintiyə icazə verilməsin. O, xəstə uşaq böyütdüyünü və Vətən müharibəsi veteranının bacısı olduğunu dedikdə məhz qardaşına və övladına görə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti icazə vermişdir. Həmin torpağın heç bir sənədi yoxdur. Zəbt olunmuş torpaqdır. İlkin, Pərvin və digərlərin adindan istifadə edərək zəbt elədiyi torpaqlarda evin hasar olmadığı halda Zirə bələdiyyəsində hasara alınmış evlər kimi qeydiyyata alıb. İlkində çoxlu saxta bələdiyyə kağızları var. Ev hazır olduqdan sonra İlkin həmin torpağın sənədini gətirəcəyinə söz vermişdir. İlkin ona bir etibarnamə və 1 ədəd saxta kağız gətirmişdi. Sənədlərin saxta olduğunu görəndən sonra başa düşdü ki İlkin onu aldadıb. İlkin bir çox yerləri zəbt edib və onun kimi bir neçə qadinları aldadaraq evlər tiktirib və sonradan o qadınları qovmuşdur. Üstünə şər atmaq məqsədi evi əlindən almaq, mənimsəmək və qardaşının evinə X22 və ailəsini verməkdir. Anasının da üstünə şər ataraq məhkəməyə vermişdir. Guya anası onun maşınına 2300 manat dəyərində ziyan vurub. Bu insanlar qərəzlidir. Hər yerdə tanışları olduğunu deyib onları əzməyə çalışırlar. İlkin və əmisi Cavabdeh2 onlara hədə qorxu gəlirlər. İlkinin qardaşı 500000 manat pul atdığı üçün axtarışdadır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli ev Pərvinə məxsusdur. İlkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbininin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh X14 ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X23 bildirmişdir ki, Cavabdeh1 ilə qonşudur. O, 2014-cü ildən həmin ərazidə yaşamışdır. O, həmin ərazidə Musa müəllimin bağının qarovulunu çəkmişdir. Cavabdeh1 pandemiya ərəfəsindən başlayaraq həmin ərazidə yaşayır. O, ustalarla birlikdə həmin ərazidə tikinti işləri aparmışdır. O, həmin əraziyə uşağı ilə birlikdə yaşamağa gəlmişdir. O, ümumiyyətlə X9 tanımır və qeyd edilən ərazidə həmin şəxsi görməmişdir. Məhkəmə iclasında şahid X19 göstərmişdir ki, Cavabdeh1 tanıyır. 1990-cı ildən onlar həmin əraziyə köçmüşlər. X9 tanımır. X11 tanıyır. X2 həmin ərazidə torpaq sahəsi alıb tikinti işləri aparmışdır. X14 həmin əraziyə təxminən 2013-cü ildən gəlmişdir. O, infarkt keçirmişdir. 2023-cü ildə o, həmin əraziyə qayıdan zaman həmin ərazidə hasar tikildiyini görmüşdür. O, həmin hasarı traktor vasitəsi ilə sökmək istəmiş, lakin X14 onun qabağına uşaq və qadınla çıxmış, tikinti apardığı torpaq sahəsini aldığını söyləmişdir. X14 onun evinin də özünə məxsus olduğunu, onun evini satacağını demişdir. Cavabdeh1 həmin ərazidə 2023-cü ildən daimi yaşayır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddialar əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Zirə Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli əmrinin sürətindən görünür ki, xx.xx.2022-ci il tarixində Zirə qəsəbə i.ə.d üzrə nümayəndəlik tərəfindən vətəndaş Cavabdeh1, asan kommunal xidmətə təqdim etmək üçün verilmiş arayış və yerin koordinatlarını əks etdirən cizgi etibarsız sayılmışdır və əsas kimi 1) "xxxx" ASC-nin ərazi üzrə əməkdaşının təqdim etdiyi cizgidəki qanuna uyğunsuzluq. 2) Zirə qəsəbəsində yerləşən həmin ərazinin istifadəçisi kimi özünü təqdim edən vətəndaş X4 ərizəsi hesab edilmişdir. İş materiallarında olan ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Zirə bələdiyyəsinin xx.xx.2022-ci il tarixli şəhadətnaməsinin sürətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsinin vergi ödəyicisi Cavabdeh1dır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Zirə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunun sürətindən görünür ki, Cavabdeh1 İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamə əsasında bələdiyyəyə müraciət etmiş, 15 manat əmlak vergisi və 90 manat torpaq vergisi ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 343 saylı xx.xx.2023-vü il tarixli arayışından görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən evdə Cavabdeh1 oğlu X29 ilə qeydiyyatsız yaşayır. İş materiallarında olan komunal xərclərin ödənilməsi haqqında qəbzlərdən görünür ki, həmin xidmətlər Cavabdeh1 tərəfindən ödənilib. İş materiallarında olan tədiyə bildirişindən görünür ki, həmin bildiriş Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən evdə yaşayan Cavabdeh1 göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qoşaqışlar sahəsində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin memarlıq və planlaşdırma layihəsinin sifarişçisi Cavabdeh1 olmuşdur. İş materiallarında olan "xxxx" ASC ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Cavabdeh1 müxtəlif vaxtlarda kartdan pul çıxartmışdır. İş materiallarında olan “cinayət işinin başladılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, mübahisəli torpağın və evin hüquq müəyyənedici sənədi yoxdur. İlkin iddiaçı cavabdeh tərəfindən kompensasiya müqabilində torpaq sahəsini boşaldaraq ona təhvil verilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə onun qeydiyyatsız yaşadığı evə ona yaşamaq hüququ verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ilk növbədə hər iki tərəfin iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının ona qaytarılmasını tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında yaşayış sahəsindən çıxarma tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə iddiaçının mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinin fərdi ev tikilməsi üçün ona ayrılmasına dair izahatına münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə ona Zirə bələdiyyəsi tərəfindən etibarnamə əsasında torpağın ona ayrılmış olmasını desə də həmin sənədin əslini və ayrılmış torpaq sahəsinin harada yerləşməsinə dair çizgi planını təqdim etməmişdir. Yəni həmin torpaq sahəsinin Qoşaqışlar sahəsinin hansı hissəsində ayrılması barədə də məhkəməyə sübut təqdim olunmamışdır. İşin hallarından görünür ki, ilkin iddiaçı cavabdehin kompensasiya müqabilində torpaq sahəsini boşaldaraq ona təhvil verilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə onun qeydiyyatsız yaşadığı evə ona yaşamaq hüququ verilməsini xahiş etmişdir. Lakin mübahisəli ünvana dair onların hər hansı hüququnun olması iş üzrə təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, yaşamaq hüququ deyildikdə daşınmaz əmlakdan istifadə hüququ başa düşülür. Halbuki istifadə hüququ yalnız rəsmi qaydada qeydiyyata alınmış və şəxsin mülkiyyətində olan daşınmaz əmlaka dair müəyyən oluna bilər. Torpağın və evin rəsmi qaydada qeydiyyata alınması və mülkiyyətdə olmasına dair heç bir əsaslı dəlil təqdim edilməmişdir. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbləri əsassızdır və buna görə də iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 iddiası təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1324/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1324/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver