Məhkəmə qərarları › İş №2(003)-136/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-136/2022

21.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-136/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı payın naturada bölünməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli evin “D” tikilisinin naturada ayrılaraq həmin tikilinin müülkiyyət hüququ barədə ayrı çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 avqust 2008-cı il tarixdə Bakı şəhəri 7 nömrəli dövlət notariat kontorunda Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli evin — A tikintisi ümumi sahəsi 861,8 kv.m, yaşayış sahəsi 166,4 kv.m, köməkçi sahəsi 623,4 kv.m olan 5 (beş) otaqdan ibarət olan Q tikinti: ümumi sahəsi 16,5 kv.m yaşayış sahəsi, 16.70 kv.m köməkçi sahəsi kv.m olan 1 (bir) otaqdan ibarət olan: D tikinti: ümumi sahəsi 84 kv.m, yaşayış sahəsi 40 kv.m, köməkçi sahəsi 44 kv.m olan 2 (iki) otaqdan ibarət olan X1 məxsus olan “D” tikintisinə AN İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən AR ƏMDK yanında DƏDRX-dən 02.09.2008-ci il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli çıxarış almışdır. Həmin vaxtdan o yuxarıda qeyd edilmiş ünvanında yerləşən “D” tikintinin mülkiyyətçisidir. Onunla birlikdə A və Q tikilisinin 1/2 hissəsi cavabdeh X2 və A və Q tikilisinin 1/2 hissəsi Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsusdur. Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli ev paylı mülkiyyətdə üçünə məxsusdur. Hazırda ümumi mülkiyyətlərində olan evində öz payını ayrılmaq istəyir. Bu səbəbə görə, daşınmaz əmlak dövlət reystr xidmətindən evinin ayrı sənəd (çıxarış) almaq istəyir. Bununla əlaqədar, o cavabdehlərlə ümumi mülkiyyətlərində olan evin naturada bölünməsi və hər tikilisinin ayrı çıxarışın alınması təklifi ilə yazılı şəklində müraciət etmiş, lakin cavabdehlər onun təklifinə cavab verməmişlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin “D” tikilisi İddiaçı naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir, məhkəmə mülki işə Cavabdeh1 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində istifadədə olan 0,13556 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 2 mətrəbəli 8 otaqlı 222,9 m2 yaşayış, 667,4 m2 köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı D tikilisi, Cavabdeh1 A və Q tikilisinin ½ hissəsi adlarına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrə ilə reyestr kitabında 3058 nömrəli vərəqində qeydyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2022-ci il tarixli 10/5510 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov kuçəsəndə yerləşən 22 nömrəli ünvanda "D” literli fərdi yaşayış evinin planlı yerləşməsini, faktiki vəziyyətdə digər tikililərdən təcrid şəkildə ayrı olmasını, yaşayış və yardımçı tikililərdən ibarət olmasını ayrıca giriş-çıxışının mövcud olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud sərhəd hasarı ilə təcrid şəkildə ayrılmasının “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydalarının 2.08.01.89 və 2.9 bəndlərin tələblərinə uyğun olaraq texniki baxımdan mümkün olduğu müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində istifadədə olan 0,13556 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 2 mətrəbəli 8 otaqlı 222,9 m2 yaşayış, 667,4 m2 köməkçi sahədən ibarət 22 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı D tikilisinin mülkiyyətçisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov kuçəsəndə yerləşən 22 nömrəli ünvanda "D” literli fərdi yaşayış evinin planlı yerləşməsini, faktiki vəziyyətdə digər tikililərdən təcrid şəkildə ayrı olmasını, yaşayış və yardımçı tikililərdən ibarət olmasını ayrıca giriş-çıxışının mövcud olmasını nəzərə alaraq, həmin fərdi yaşayış evinin faktiki vəziyyətdə mövcud sərhəd hasarı ilə təcrid şəkildə ayrılmasının “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydalarının 2.08.01.89 və 2.9 bəndlərin tələblərinə uyğun olaraq texniki baxımdan mümkündür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin “D” tikilisinin naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olduğundan, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evinin “D” tikilisi İddiaçı naturada ayrılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar