Məhkəmə qərarları › İş №2(003)-1369/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1369/2021

02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1369/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan mənə məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən - 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında 10 iyul 2018-ci il tarixli Y-714 saylı yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddia ərizəsi icraata götürülmüş, müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə iclasları təyin edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatəti ilə Bakı şəhəri Cavabdeh1 cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatət verərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon İcra Şöhəsinin iş üzrə cavabdehlər siyahısından çıxarılmasını məhkəmədən xahiş edlmişdir. Eyni zamanda “İnternet Vergi İdarəsi” saytının Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən müəyyən edilmişdir ki, “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 1n məhkəmədən, İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatətə uyöun izahat verərk, vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X2 vəsatətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına cəmiyyətin nümayəndəsi gəlməmişdir. Məhkəmə işə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki mülki iş ərazi aidyyəti üzrə Bakı şəhəri Səabil Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumat haqqında reyestrdən çıxarışdan görünür ki, mülki iş üzrə cavabdeh “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2kasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə cavavdehlərdən birinin hüquqi ünvanı Nəsimi rayonu, digərinin isə hüquqi ünvanı Səbail rayonudur. Mülki iş üzrə iddaçı seçim hüququndan isitfadə edərək, mülki işin cavabdehlərdən birinin olduğu ünvan üzrə göndərilə bilər. Hazırda isə iddiaçı bu hüququndan istifadə edərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Səabil Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səabil Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı ipoteka predmeti olan mənə məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən - 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında 10 iyul 2018-ci il tarixli Y-714 saylı yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair 2(003)-1369/2021 saylı mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səabil Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar