Məhkəmə qərarları › İş №2(003)-1470/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1470/2020

28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1470/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı Məhiyəddin oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Məhiyəddin oğlunun Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülkiişə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhiyəddin oğlu Cavabdeh qarşı Bakı şəhəri Mərədəkan qəsəbəsi Q.İlkin küçəsində yerləşən 19 saylı evin açıq hərracda satılması və satış pulunun Cavabdeh ilə paylarına münasib olaraq bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Məhiyəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar həll edildiyindən iddiadan imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının iddia tələbi üzrə icrata xitam verilməsinə etiraz etmədiyini bildirdi və buna dair məhkməyə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinəəsasən, iddiaçıiddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. HəminMəcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məhiyəddin oğlunun Cavabdeh qarşı Bakı şəhəri Mərədəkan qəsəbəsi Q.İlkin küçəsində yerləşən 19 saylı evin açıq hərracda satılması və satış pulunun Cavabdeh ilə paylarına münasib olaraq bölüşdürülməsi tələbinə dair iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar