Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-150/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada paylara münasib bölünməsi” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada paylara münasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən onun payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, ünvan 2, 48 saylı mənzilinə cavabdehin payı ½ hissədə, ona isə ½ hissədə müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1386/2018 saylı 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və birinci instansiya məhkəməsinin 2(003)-6235/2016 saylı 29 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3361/2018 saylı 15 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1386/2018 saylı 17 yanvar 2018-ci il tarixli qətnmaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda yaşayış yerimin olmaması səbəbindən mübahisəli mənzilin tərəflərin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda, açıq hərracdan satılaraq tərəflərin payına uyğun olaraq pulunun bölünməsinə ehtiyac vardır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh və X3 arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ә-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilinə dair X2 adına verilmiş xx.xx.2015ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində Cavabdeh payının 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilindən X2 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin alınması üçün 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləğ təşkil edən həmin mənzilə dair kooperativ paya Cavabdeh payının 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1386/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı, cavabdehlər X3 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməyərək hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-6235/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-3361/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh və vəkili Cəfərov Fərman Dəmir oğlunun kassasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1386/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. -Daşınmaz Әmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikası ӘMDK yanında DӘDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət əsasında ********** saylı qeydiyyat nömrəsi ilə paylı mülkiyyətçilər Cavabdeh ½ hissədə və İddiaçı da ½ hissədə məxsusdur. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7105 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada naturada paylara uyğun 2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. -Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Әgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmetinə daxil olan ünvan 3 ünvanında yerləşən mənzilə dair tərəflərin payları daha əvvəldən müəyyən edilmişdir. Hazırda İddiaçı həmin mənzildə ½ hissədə, Cavabdeh da ½ hissədə payları mövcuddur. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin naturada təcrid şəklində iki hissəyə bölünməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan əmlakın naturada iki hissəyə bölünüb-bölünməməsi məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan mənzilin iki naturada iki hissəyə bölünməsi mümkün olmadığından İddiaçı Cavabdeh qarşı “əmlakın naturada paylara münasib bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada paylara münasib bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Әdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-150/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-150/2024
31.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver