Məhkəmə qərarları › İş №2(003)-1542/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1542/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1542/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin bir otağında yerləşdirilən Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına məxsus olan əmlakın götürülüb Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına verilməsi baradə qətnamə qəbul edilmısini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də qeydiyyatda olmaqla oğlu X8 və oğlunun azyaşlı oğlu X11 ilə yaşayır. Oğlu X15 cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızı ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. İlkin vaxtlar onlarda ailə münasibətləri yaxşı olsa da, sonradan aralarında münasibətlər pozulmuşdur. Cavabdeh israrla ailə münasibətlərinin pis olmasını bəhanə gətirməklə nikahın pozulmasını tələb edirdi. Onların birgə nikah münasibətindən xx.xx.2006-cı il təvəlllüdlü Quranov Sadiq və xx.xx.2012-ci il təvəllüdlü X10 adlı iki uşaqları olmuşdur. O və həyat yoldaşı dəfələrlə gəlinilə söhbət edərək bu fikirdən daşınmağını xahiş etməklə iki azyaşlı uşağı atasız böyüməməsini xatırlatmışlar. Lakin aparılan söhbətlərin heç bir nəticəsi olmadı. Dəfələrlə cavabdehin valideynləri ilə də söhbət etsələr də, heç bir əhəmiyyəti olmadı. Cavabdeh 2019-ci ilin fevral ayının 6-da azyaşlı qızı Nigarla valideynlərinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evinə getdi. 2021-ci ilin yanvar ayında onların ünvana Xəzər rayon məhkəməsindən bildiriş daxil olanda ona məlum oldu ki, keşmiş gəlini, yəni cavabdeh nikahın pozulması və aliment tələbi ilə Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlardan biri Qurbanov Sadiq atasının himayəsinə, Qurbanova Nigar isə anasının himayəsinə verildiyi üçün alimentin tutulması rədd edilmişdir. Nikahın pozulmasına baxmayaraq, o, yenə də keşmiş gəlininin evdə qalmasını istəyirdi. Cavabdehin qoyduğu şərt bu oldu ki, oğlu bu evdən çıxıb getdiyi halda o gəlib yaşaya bilər. Cavabdehin bu yersiz tələblərinə görə o təklif etdi ki, bir halda ki, gəlmək istəmirsən cehiz əşyalarını evimdən çıxart. Cavabdeh bu təklifi rədd etmişdir. O, məcbur olaraq həmin əşyaların siyahısını tutmaqla bir otağa yığmışdır. Üç ildir ki, cavabdeh əşyalarını aparmır. Baxmayaraq ki, həmin əşyaların maneçilik törətdiyini cavabdehə və valideynlərinə demişdir. Cavabdehi yaşadığı evə qeydiyyata alsa da, yaşayış evinin mülkiyyətçiləri kimi nə o, nə də həyat yoldaşı oğlu və gəlinilə, yəni Qurbanova ( Şivəxanova) Dilrubə Elşad qızı ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ üzrə heç bir rəsmi müqavilə bağlamamışlar. Cavabdeh Qurbanova ( Şivəxanova) Dilrubə Elşad qızı qızı ilə aralarında nə elə bir razılaşma olmamış və nə də notariat qaydasında təsdiqlənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin xx.xx.2001ci il tarixli qərarında göstərilir:2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsində qaydalarına uyğun həll edilməlidir. cavabdeh ilə oğlu Abdullayev Rövşən arasında başlanmış faktiki ər-arvad münasibətləri isə xx.xx.2013-cü il tarixdən başlamış olduğundan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtlərindən söhbət ola bilməz. Ona görə də müvafiq qaydada məhkəməyə müraciət etməklə cavabdeh Qurbanova (Şivəxanova )Dilrubə Elşad qızına məxsus əmlakın ona məxsus evdən çıxarılması barədə iddia qaldırmışdır. Cehiz əmlakın saxlandığı bir otaq onun istifadəsində deyil. Əmlakın siyahısını iddia ərizəsinə əlavə edir. Yalnız qızıl-zinət əşyaları cavabdehin özündə saxlanılır. Cavabdeh və onun valideynləri isə o həqiqəti qəbul etməlidirlər ki, həmin əmlakın onun evində saxlanılmasının heç bir əsası yoxdur. Çünki nə o, nə də ailə üzvləri həmin otaqdan istifadə edə bilmədiyindən hüquqları pozulur. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında yerləşən cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına məxsus olan əşyalar: 6 ədəd rumka, 6 ağ rumka, 1 qrafın naboru 6 rumka, 2 ədəd göy salfet qabı, 4 ədəd yumuru göy çərəz qabı, 1 səbət çərəz qabı, 2 dəst 3 mərtəbəli çərəz qabı, çay servisi yarımçıq, 4 ədəd ağ çərəz qabı, 2 yumuru ağ çərəz qabı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 17 ədəd kabab nimçəsi, 15 ədəd salat nimçəsi, 23 ədəd aş nimçəsi, 15 ədəd sous nimçəsi, 5 ədəd böyük nimçə, 2 ədəd bulud, 14 ədəd keks qabı, 2 dəst tort qabı, 2 dəst çəngəl və qaşıq salafanda, 1 ədəd böyük çərəz qabı, 1 ədəd şirniyyat qabı qutuda, 1 ədəd böyük yumru şüşə şirniyyat qabı, 6 ədəd qənd qabı qutuda, 4 ədəd rangli qənd qabı, 1 ədəd tefal qazan, 1 ədəd şirəli tas və balaca şirəli qab, 2 ədəd kül qabı, 3 çaşka,, 3 ədəd plastmas stəkan, 4 döşək+ 1 yarımçıq, 6 yorğan+1 yorğan setkada, 2 ədəd adyal+ladyal setkada, 1 ədəd plastmas padnos, 2 ədəd şüşə çərəz qabı, balaca kasa(maskura), 1 ədəd samovar, 2 ədəd lotka konfet qabı, 6 ədəd nəlbəki qutuda, 6 ədəd armudu stəkan qutuda, 5 ədəd armudu stəkan qutuda, 3 ədəd çərəz qabı, 2 ədəd tava, 2 ədəd qazan, 1 ədəd tava, 1 ədəd iri nikelli tava, 1 ədəd iri qazan, 1 ədəd aliminium qazan, 38 ədəd xörək, 34 ədəd çay, 6 ədəd bulud, 6 ədəd şüşə salat qaşığı, 47 ədəd çəngəl, 8 ədəd limon çəngəli, 2 ədəd çömçə, 16 ədəd bıçaq, 10 ədəd şüşə kasa + 2 ədəd kasa, 1 ədəd tefal termos, 1 ədəd şirəli qazan, 1 ədəd şüşə çaynik, 1 ədəd nikkel çaynik, 4 ədəd çay, 4 ədəd su stəkanı, 1 ədəd yağ qabı, 1 ədəd çaşka nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd su naboru göy qrafinli 6 ədəd stəkan, 1 ədəd plasmas tas və podnos, 1 ədəd tava qapaqlı balaca, 1 ədəd balaca aş qazanı, 1 ədəd şirəli qazan, 1 ədəd göy tava qapaqlı, 1 ədəd aliminium aşsüzən, 1 ədəd plasmast aşsüzən, 1 ədəd plasmast qab qapaqlı, 1 ədəd nikkelli qab, 2 ədəd şüşə qrafin, 4 ədəd limon qabı, 1 ədəd barbi kasa, mətbəx naboru və kartof əzən, ədəd rumka, 3 ədəd plasmast stəkan, 1 ədəd qab sur, 6 ədəd yorğan, 1 ədəd yorğan setkada, 2 ədəd odeyal, 1 ədəd odeyal setkada, 5 ədəd döşəkcə, 3 ədəd uşaq odeyalı, 10 ədəd balış, 2 ədəd xalça 4x5,2x3, 2 ədəd balaca 1 ədəd mətbəx üçün, 1 ədəd ayaqaltı divan örtüyü, 3 ədəd pərdə, 1 ədəd çamadan, 1 ədəd dxovka, 1 ədəd tozsoran, 1 ədəd aliminium qazan, 1 ədəd yemək stolu, 3 ədəd oturacaq, 2 ədəd dəsmal, 6 ədəd balaca divan balışı üzü, 3 ədəd çay dəsmalı, 1 ədəd uşaq dəsmalı, 1 ədəd salfetka, 1 ədəd yorğan çexolu, 8 ədəd süfrə, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd ütü, 1 ədəd balaca örtük, 2 ədəd yorğan üzü, 4 ədəd prostina, 2 ədəd balış üzü, 2 ədəd qayım, 1 ədəd paltar, 1 ədəd lampa, saplar, iynələr, 1 qutu su naboru 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 ədəd iri alüminium tas, 1 ədəd iri alüminium aşsüzən adda əşyaların ona məxsus ünvan 2 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. O, etiraz ərizəsində göstərmişdir ki, iddianın faktiki əsası kimi ona istinad edilmişdir ki, iddiaçı oğlu Elşən və nəvəsi Sadiqlə birlikdə Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də yaşayır. X17 keçmiş arvadı cavabdeh X5 ilə nikahı pozulandan sonra 2019-cu ilin fevral ayının 6-sı azyaşlı uşağı Nigar ilə valideynlərinin evinə getmişdir. Lakin özünə məxsus əmlakı mənzildə qalmışdır. Dəfələrlə ondan mənzildən əşyalarının çıxarılmasını tələb etsə də müsbət nəticəsi olmadığından, əşyaları mənzilin bir otağına yığmışdır. Əşyaların götürülmədiyindən mənzildən sərbəst istifadəsinə maneçilik törətdiyini, cavabdehi yaşadığı mənzilə qeydiyyata alsa da, onunla nə özü nə də qalan ailə üzvləri arasında heç bir rəsmi müqavilənin olmadığını bildirmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əşyalarının mənzildən çıxarılması tələb olunmalıdır. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddəsinə istinad etmişdir. İlkin olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddia ərizəsində cavabdehin iddiaçının oğlu ilə nikahda olduğu, əşyalarını həmin mənzilə gətirdiyini, mənzilin ünvanına qeydiyyata alınması, həmin mənzildə yaşadığı sonradan nikahlarını pozulması və cavabdehin oğlu ilə birgə yaşamaq istəmədiyinə dair qeyd etdikləri doğrudur. Lakin digər göstərdikləri tam şəkildə yanlış və iftradır. Belə ki, cavabdeh X5 2005-ci ildə X8 ilə toyları olmuş və el adəti ilə mübahisəli Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-ə köçmüşlər və gəlin olaraq cehizləri həmin ünvana gəlmişdir. Gəlin gəldiyi vaxt həmin mənzil boş olmuş və orada kimsə yaşamamışdır. İddiaçı ailəsi ilə Binə qəsəbəsində özlərinin mülkiyyətində olan fərdi yaşayış evində yaşamışlar və hazırda da həmin evdə yaşayırlar. X8 ilə cavabdehin nikahları xx.xx.2006-ci tarixdə rəsmiləşdirilmişdir. Birgə nikah və birgə yaşayış müddətində xx.xx.2006-cı il tarixdə Qurbanov Sadiq və xx.xx.2012-ci il tarixdə Qurbanova Nigar adlı iki uşaqları olmuşdur. Son zamanlar yoldaşı Qurbanov Elşən tərəfindən davamlı şiddətə məruz qaldığından, nikahın pozulmasına müraciət etmiş və Xəzər rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahlarının pozulduğu zaman razılaşmaları belə olmuşdur ki, aliment məsələsi olmasın deyə qətnamə ilə hərəsinin yanında bir uşaq saxlanılsın. Zatən oğlan uşağı çox vaxtı nənəsinin (iş üzrə iddiaçının) yanında qalırdı və hazırda da onun yanındadır. Mübahisəli mənzildə cavabdeh qız uşağı ilə qalması, yoldaşı isə fərdi yaşayış evlərində anası ilə qalsın. Razılaşdıqları kimi də məsələlər həll olunmuşdur. Elşən Qurbanov fərdi yaşayış evində anası, qardaşı və oğlu ilə birgə, mübahisəli mənzildə də cavabdeh qız uşağı ilə birgə yaşamaqda davam etmişlər və bunun təsdiqinə dair rəsmi arayış təqdim edilir. Bir müddət sonra, təqribən bir il bundan əvvəl iddiaçı cavabdehə bildirmişdir ki, oğlanların heç biri işləmir. Maddi vəziyyətləri pisdir. Uşağa baxa bilmirlər. Mənzili kirayə versinlər və bir müddət anasının yanında qalsın. Cavabdeh də razılaşıb, mənzildə olan əmlaklarını bir otağa yığmış və qalan otaqları kirayəçiyə vermişlər və hazırda da mənzildə kirayəçilər qalır. Kirayəçini də iddiaçı tərəf tapmış və kirayə haqqını da özləri alırlar. Mənzilə dair hüquqa gəlincə, tərəflər bərabər hüquqludurlar və heç birinin üstünlük hüququ müəyyən edilmir. Belə ki, mənzil dövlət fonduna aid olmaqla əvəzsiz verilmişdir. Özəlləşdirilməyib və mənzilə hüquqular ailə üzvlərinin qeydiyyatı əsasında müəyyən edilir. Cavabdehin həmin mənzilə 2005-ci ildə gəlin köçməsi, ailə üzvü olaraq həmin ünvanda 2006-cı ildən qeydiyyata alındığı və həmin vaxtdan ailə üzvü kimi yaşaması baxımından mənzilin özəlləşdirilməsi zamanı mülkiyyətlə bağlı digər ailə üzvləri kimi gözlənti hüququna malikdir. Həmin mənzilin bir hissəsinin hazırda kirayəyə verilməsi və ya müvəqqəti olaraq cavabdehin öz anasının yanında qalması, qeyd olunan hüququn itirilməsinə səbəb olmur və onun əşyalarının mənzildən çıxarılmasına digər ailə üzvünə əlavə səlahiyyətlər vermir. Mənzildən əşyaların çıxarılması ilə bağlı tərəflər arasında mübahisə 2023-cü ildə yaransa da, cavabdeh uzun müddət (gəlin köçdüyü 2005-ci il vaxtdan) mübahisəli mənzilə köçüb, rəsmi qeydiyyata alınıb, yaşadığından tərəflərin ailə münasibətləri 2005-ci ildən yarandığı baxımından, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Qeyd olunan Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi İddiaçı Habulla qızının Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızına qarşı əmlakın mənzildən çıxarılması tələbinin heç bir hüquqi əsası yoxdur. Hüquqi əsası olmayan iddia tələbi təmin edilə bilməz Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-403/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə cavabdeh X8 arasında Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə 122 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 anası X1 yanında, xx.xx.2006-cı il təvəllüdlü X7 atası X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iş üzrə tərəflər İddiaçı və X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də qeydiyyatdadır. İşdə olan Abşeron kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 37, mənzil 15-də qeydiyyatdadır. Həmin mənzili İddiaçı 1984-cü ildə Abşeron donuz əti istehsalı birliyində fəhlə işləyərkən almışdır. Göstərilən mənzil hal-hazırda Abşeron k/t məhsulları istehsalı müəssisəsinin (keçmiş Abşeron donuz əti istehsalı müəssisəsi) balansındadır. İşin tədqiq olunan hallarından görünür ki, mübahisəli əmlak İddiaçı qanuni sahiblik və istifadəsindədir. Belə ki, o, həmin mənzili 1984-cü ildə Abşeron donuz əti istehsalı birliyində fəhlə işləyərkən almışdır. Cavabdeh Qurbanova (Şivəxanova) Dilrubə Elşad qızı onun gəlini olmaqla 2006-cı il tarixdə həmin evə köçmüşdür. Cavabdeh və iddiaçının oğlu arasında nikah Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, onlar arasında ailə münasibətlərinə xitam verilmişdir. . Cavabdeh Şivəxanova (Qurbanova) Dilrubə Elşad qızı nikah pozulduqdan sonra həmin mənzild yaşamır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının istifadəsində olan evdən çıxarılmasını xahiş edir. Beləliklə, cavabdehin özünün mübahisəli evə istifadə hüququ olmuş, lakin onun istifadə hüququna xitam verilmişdir. Çünki o, iddiaçının oğlu ilə boşandıqdan sonra mübahisəli evdə yaşamamış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, Şivəxanova (Qurbanova) Dilruba həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Odur ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, iddiaçının mübahisəli mənzildə istifadə hüququ yaranmış olsa belə, bu hüquqa xitam verilmişdir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda – həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının keçmiş ailə üzvü kimi nikah münasibətlərinə xitam verildikdən və mübahisəli evi tərk etdikdən sonra mübahisəli evə olan istifadə hüquqlarını itirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 159-cu maddəsindən görünür ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ olmadığından, ona məxsus əmlaklarının iddiaçıya məxsus evdə saxlanması, onun evə dair hüquqlarını pozduğundan, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı istifadə və sahibliyində olan Bakı şəhəri Xəzər rayonu ünvan 2-dən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına aid əşyalar çıxarılaraq cavabdehə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı istifadə və sahibliyində olan ünvan 2 ünvanında yerləşən cavabdeh Şivəxanova (Qurbanova) Dilruba Elşad qızına qızına məxsus olan əşyalar: 6 ədəd rumka, 6 ağ rumka, 1 qrafın naboru 6 rumka, 2 ədəd göy salfet qabı, 4 ədəd yumuru göy çərəz qabı, 1 səbət çərəz qabı, 2 dəst 3 mərtəbəli çərəz qabı, çay servisi yarımçıq, 4 ədəd ağ çərəz qabı, 2 yumuru ağ çərəz qabı, 3 ədəd meyvə qabı, 1 ədəd güldan, 17 ədəd kabab nimçəsi, 15 ədəd salat nimçəsi, 23 ədəd aş nimçəsi, 15 ədəd sous nimçəsi, 5 ədəd böyük nimçə, 2 ədəd bulud, 14 ədəd keks qabı, 2 dəst tort qabı, 2 dəst çəngəl və qaşıq salafanda, 1 ədəd böyük çərəz qabı, 1 ədəd şirniyyat qabı qutuda, 1 ədəd böyük yumru şüşə şirniyyat qabı, 6 ədəd qənd qabı qutuda, 4 ədəd rangli qənd qabı, 1 ədəd tefal qazan, 1 ədəd şirəli tas və balaca şirəli qab, 2 ədəd kül qabı, 3 çaşka,, 3 ədəd plastmas stəkan, 4 döşək+ 1 yarımçıq, 6 yorğan+1 yorğan setkada, 2 ədəd adyal+ladyal setkada, 1 ədəd plastmas padnos, 2 ədəd şüşə çərəz qabı, balaca kasa(maskura), 1 ədəd samovar, 2 ədəd lotka konfet qabı, 6 ədəd nəlbəki qutuda, 6 ədəd armudu stəkan qutuda, 5 ədəd armudu stəkan qutuda, 3 ədəd çərəz qabı, 2 ədəd tava, 2 ədəd qazan, 1 ədəd tava, 1 ədəd iri nikelli tava, 1 ədəd iri qazan, 1 ədəd aliminium qazan, 38 ədəd xörək, 34 ədəd çay, 6 ədəd bulud, 6 ədəd şüşə salat qaşığı, 47 ədəd çəngəl, 8 ədəd limon çəngəli, 2 ədəd çömçə, 16 ədəd bıçaq, 10 ədəd şüşə kasa + 2 ədəd kasa, 1 ədəd tefal termos, 1 ədəd şirəli qazan, 1 ədəd şüşə çaynik, 1 ədəd nikkel çaynik, 4 ədəd çay, 4 ədəd su stəkanı, 1 ədəd yağ qabı, 1 ədəd çaşka nəlbəki, 1 ədəd qənd qabı, 1 ədəd su naboru göy qrafinli 6 ədəd stəkan, 1 ədəd plasmas tas və podnos, 1 ədəd tava qapaqlı balaca, 1 ədəd balaca aş qazanı, 1 ədəd şirəli qazan, 1 ədəd göy tava qapaqlı, 1 ədəd aliminium aşsüzən, 1 ədəd plasmast aşsüzən, 1 ədəd plasmast qab qapaqlı, 1 ədəd nikkelli qab, 2 ədəd şüşə qrafin, 4 ədəd limon qabı, 1 ədəd barbi kasa, mətbəx naboru və kartof əzən, ədəd rumka, 3 ədəd plasmast stəkan, 1 ədəd qab sur, 6 ədəd yorğan, 1 ədəd yorğan setkada, 2 ədəd odeyal, 1 ədəd odeyal setkada, 5 ədəd döşəkcə, 3 ədəd uşaq odeyalı, 10 ədəd balış, 2 ədəd xalça 4x5,2x3, 2 ədəd balaca 1 ədəd mətbəx üçün, 1 ədəd ayaqaltı divan örtüyü, 3 ədəd pərdə, 1 ədəd çamadan, 1 ədəd dxovka, 1 ədəd tozsoran, 1 ədəd aliminium qazan, 1 ədəd yemək stolu, 3 ədəd oturacaq, 2 ədəd dəsmal, 6 ədəd balaca divan balışı üzü, 3 ədəd çay dəsmalı, 1 ədəd uşaq dəsmalı, 1 ədəd salfetka, 1 ədəd yorğan çexolu, 8 ədəd süfrə, 4 ədəd əl-üz dəsmalı, 1 ədəd ütü, 1 ədəd balaca örtük, 2 ədəd yorğan üzü, 4 ədəd prostina, 2 ədəd balış üzü, 2 ədəd qayım, 1 ədəd paltar, 1 ədəd lampa, saplar, iynələr, 1 qutu su naboru 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 qutu çay stəkanı 6 ədəd, 1 ədəd iri alüminium tas, 1 ədəd iri alüminium aşsüzən adda əşyalar çıxarılaraq cavabdehə təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar