Məhkəmə qərarları › İş №2(003)-1559/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1559/2023

07.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1559/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X1, Cavabdeh X5 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilməklə həmin ünvanda olan B tikilisinin və həyətyanı torpaq sahəsinin yarısının İddiaçı istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər onların arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili X4 bildirdi ki, onlar mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmışdır. Tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X9 məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmışdır. Tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı, Cavabdeh və X9 arasında bağlanmış xx.xx.2023-cü tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:

1. Sazişə əlavə edilmiş cizgiyə (çertyoja) uyğun olaraq ümumi istifadədə olan torpaq sahəsinin bölgüsü.

2. Ümumi istifadədə olan dəmir darvaza Cavabdeh verilir.

3. Tərəflər bir-birlərinə özlərinə məxsus hissədən istifadədə maneə yaratmır.

4. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır və son imzanın atıldığı gündən qüvvəyə minir.

5. Tərəflərin və onları təmsil edən şəxslərin sənədləri işə əlavə edilir.

6. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur.

7. Saziş 4 (dörd) nüsxərə tərtib edilir, biri məhkəməyə qalanları tərəflərə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 252.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı: İddiaçı, Cavabdeh və X9 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Sazişə əlavə edilmiş cizgiyə (çertyoja) uyğun olaraq ümumi istifadədə olan torpaq sahəsinin bölgüsü.

2. Ümumi istifadədə olan dəmir darvaza Cavabdeh verilir.

3. Tərəflər bir-birlərinə özlərinə məxsus hissədən istifadədə maneə yaratmır.

4. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır və son imzanın atıldığı gündən qüvvəyə minir.

5. Tərəflərin və onları təmsil edən şəxslərin sənədləri işə əlavə edilir.

6. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur.

7. Saziş 4 (dörd) nüsxədə tərtib edilir, biri məhkəməyə qalanları tərəflərə təqdim edilir. İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar