Məhkəmə qərarları › İş №2(003)-1574/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1574/2021

23.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1574/2021 23.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X15 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabadehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyətində olan qeyri-yaşayış binasının boşaldılaraq ona qaytarılması tələbinə dair iddiası üzrə mülki işlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabadehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyriyaşayış binasına ayrı ünvan ünvan 3tərilməklə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və onun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala- Pirallahı yolu 40/2 ünvanında 0.1026 ha torpaq sahəsində yerləşən 956 kv.m ümumi, 956 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (tədarük anbarı) tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu qeyri-yaşayış binası 28 aprel 2006-cı ildə alqı-satqı müqaviləsi ilə X1 almışdır. Müqavilə Bakı şəhəri 22 saylı DNK-da rəsmiləşdirilmiş və adına 18 may 2006-cı il tarixdə ********* qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sonradan ona məlum olmuşdur ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsi 30.12.2015-ci ildə başqa ünvan - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu, 3-cü km, 3 ünvanı göstərilməklə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına reyestrdən çıxarış verilibdir. Belə bir vəziyyətdə həm onun tərəfdən, həm də Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X15 tərəfindən Xəzər Rayon Polis İdarəsinə qarşılıqlı şikayətlər verilmişdir. Xəzər RPİ-nin İŞ-nin 21.11.2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Xəzər Yolçuyevin Bakı şəhərəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanında, yerləşən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı ******* nömrəli, 09.06.2020-ci il tarixli sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.08.2020-ci il tarixli **********35 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, .... X3 əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və Forma -1 arayışı əsasında Bakı şəhəri 22 saylı DNK-da 4-Ə-1359 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçı alqı-satqı müqaviləsi əsasında idarəyə müraciət etmiş və reyestrdə qeydiyyata alınmışdır. Eyni 956.0 kv/m qeyri-yaşayış binası ayarı-ayrı ünvan göstərilməklə reyestr kitabı və MQS-də ayrı-ayrı kitab səhifələri və reyestr nömrələri göstərilməklə həm X6 adına, həm də İddiaçı adına qevdiyyat aparılmışdır. X11 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 3-cü km, 3 ümumi sahəsi 956 kv.m qeyriyaşayış binasını satdığı halda 21.04.2015-ci il tarixli Yasamal rayon İcra şöbəsinin məktubu, hərrac protokolu və digər sənədləri təqdim etməklə ********* qeydiyyat nömrəli ərizə əsasında Cavabdeh1 adına keçmişdir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən isə Cavabdeh1 adına 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi, qeyri-yaşayış binasının (tədarük anbarının) onun adında 18.05.2006-cı il tarixdən qeydiyyatda olduğu halda, Cavabdeh1 adına reyestrdən çıxarış verilmişdir. Qeyri-yaşayış binasının (tədarük anbarının) onun adında 18 may 2006-cı il tarixdən qeydiyyatda olması, Bakı şəhər 21 saylı notariusun 09.10.2020-cı il tarixli “Mülkiyyətçilər haqqında məlumat” sənədində də öz təsdiqini tapmışdır. Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə cavabdehə ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqanın 03.02.2021-ci il tarixli imtina məktubunda göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23 və 24-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda göstərilən bütün bu hallar onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırda mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binasına ayrı ünvan kimi ünvan 6ı göstərilməklə keçirilmiş 18.02.2015-ci il tarixli 16/02 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və həmin hərracın nəticəsində Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı-yolu 3-cü km, 3 ünvanında yerləşən qeyri-yaşayış binası (tədarük anbarı və platforma) onun xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış binası hərracda satışa çıxarılmış və onun tərəfindən şəxsi vəsaiti hesabına alınmışdır. Həmin qeyri-yaşayış binası barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.12.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə ona daşınmaz əmlak üzərində mülkiyyət hüququ təsdiq edən çıxarış verilmişdir. Eləcə də, qeyri-yaşayış binasının həmin vaxta olan vəziyyətə əsasən texniki pasportu hazırlanaraq təsdiq olunmuş vəziyyətdə ona verilmişdir. Cavabdeh İddiaçı mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış binasınından çıxmır və həmin yeri icarəyə verərək gəlir əldə edir. Bu da, onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh könüllü olaraq mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış binasınından çıxmamışdır. Məhkəmə iclasında iddaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini, Cavabdeh1 ona qarşı olan iddasının isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X15 bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı-yolu 3-cü km, 3 ünvanında yerləşən qeyri-yaşayış binası (tədarük anbarı və platforma) onun xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış binası hərracda satışa çıxarılmış və onun tərəfindən şəxsi vəsaiti hesabına alınmışdır. Həmin qeyriyaşayış binası barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.12.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə ona daşınmaz əmlak üzərində mülkiyyət hüququ təsdiq edən çıxarış verilmişdir. Həmçinin İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edəilən zaman ona məlum olmuşdur ki, onun hərrac yolu ilə almış olduğu qeyri-yaşayış sahəsi eyni zamanda Mirafərimin mülkiyyətindədir. Həmin mülkiyyətə dair kecirilmiş olan hərrac zamanı ona qarşı dələduzluq əməli törədilərək, digər şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı-yolu 3-cü km, 3 ünvanı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanının eyni ünvan olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı-yolu 3-cü km, 3 ünvanı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanının eyni ünvan olması işin mübahisəsiz halıdır. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmasını etiraf edirik, lakin həmin qeyri-yaşayış sahəsi hərracın keçirilməsi yolu ilə Cavabdeh1 mülkiyyət hüququ tanınmış və dövlət reyestrində qeydə alınmışdır. Lakin işin faktiki hallarından görünüdüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğu halda həmin əmlak onlara hərracda satılması nəticəsində Cavabdeh1 hüquqları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi və "xxxx" MMC məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin və "xxxx" MMC-in nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı cavabadehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddası təmin edilməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyətində olan qeyriyaşayış binasının boşaldılaraq ona qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Xəzər RPİ-nin İŞ-nə ünvanladığı 25.08.2020-ci il tarixli **********35 nömrəli məktubda qeyd edilmişdir ki, X9 Bakı şəhər Əzizbəyov rayon Qala qəsəbəsində ümumi sahəsi 956.0 kv.m qeyri-yaşayış binası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000459 qeydiyyat nömrəli 03.04.2006-cı il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə əsasında qeyri-yaşayış binasına aid 01 reyestr kitabı 35-ci səhifədə qeydiyyat aparmaqla ********* qeydiyyat nömrəli ərizə əsasında 12.04.2006cı il tarixində X7 Forma-1 arayışı verilmişdir. X2 Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə və Forma-1 arayışı əsasında Bakı şəhər 22 saylı DNK-da 4- Ə1/59 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçı alqı-satqı müqaviləsi əsasında idarəyə müraciət etmişdir və reyestrdə qeydiyyata alınmışdır. Eyni 956.0 kv.m qeyri-yaşayış binası ayrı-ayrı ünvan göstərilməklə reyestr kitabı və MQS-də ayrı-ayrı kitab səhifələri və reyestr nömrələri göstərilməklə həm X5 adına, həm də İddiaçı adına qeydiyyat aparılmışdır. X9 Bakı şəhər Əzizbəyov rayon Qala qəsəbəsi Qala Pirallahı yolu 3-cü km, 3 ümumi sahəsi 956.0 kv.m qeyri yaşayış binası satdığı halda 21.04.2015-ci il tarixli Yasamal rayon İcra şöbəsinin məktubu, hərrac protokolu və digər sənədləri təqdim etməklə ********** qeydiyyat nömrəli ərizə əsasında Cavabdeh1 adına keçmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli 28.04.2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Qala qəsəbəsində yerləşən qeyri-yaşayış binası (tədarük anbarı) X11 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya MH ******* nömrəli 18.05.2006-cı il tarixli çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanda istifadədə olan 0.1026 ha torpaq sahəsində yerləşən 956 kv.m ümumi, 956 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (tədarük anbarı) tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin açıq hərracın nəticələri haqqında 16/02 nömrəli protokol əsasında X11 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən sahəsi 956 kv/metr qeyri-yaşayış binası Cavabdeh1 satılmışdır. İş materiallarında olan 18.02.2015-ci il tarixli hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X8 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən sahəsi 956 kv/metr qeyri-yaşayış binasının satılması ilə bağlı "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli 30.12.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı-yolu 3-cü km, 3 ünvanında yerləşən 956,0 m2 qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətindədir. İşin mübahisəsiz hallarndan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı-yolu 3-cü km, 3 ünvanı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanının eyni ünvandır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Qala qəsəbəsində yerləşən qeyri-yaşayış binası (tədarük anbarı) 28.04.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən İddiaçı satılmış və həmin qeyri-yaşayış sahəsinə sonuncunun mülkiyyət hüququ 18.05.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə həmçinin müəyyən etdi ki, "xxxx" MMC-nin açıq hərracın nəticələri haqqında 18.02.2015-ci il tarixli 16/02 nömrəli protokol əsasında X11 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən sahəsi 956 kv/metr qeyri-yaşayış binası Cavabdeh1 satılmış, hərrac mərkəzi ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və sonuncunun da mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Görünüdüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olduğu halda, həmn əmlak hərraca çıxarılmış və hərrac keçirilməsi yolu ilə Cavabdeh1 satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. İşin faktiki hallarından göründüyü kimi İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ 18.05.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyri-yaşayış sahəsinə sonuncunun mülkiyyət hüququna xitam verilməmişdir və hal hazırda da mülkiyyətində olmala qalır. Mülkiyyət hüququ qanunla qorunan və müdafiə olunan hüquq olduğundan məhkəmə hesab edir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırda Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən sahəsi 956 kv/metr qeyri-yaşayış binasına dair sonuncunun mülkiyyət hüququna xitam verilmədən hər hansı bir alqı-satqının (hazırkı halda hərracın) predmeti olması İddiaçı mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə araşdıması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binası (ayrı ünvan kimi ünvan 6 göstərilməklə) keçirilmiş 18.02.2015-ci il tarixli 16/02 nömrəli hərracın nəticəsində Cavabdeh1 satılmışdır və hazırda mülki iş üzrə İddiaçı hərracın nəticələrini mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binası (ayrı ünvan kimi ünvan 6 göstərilməklə) keçirilmiş 18.02.2015-ci il tarixli 16/02 nömrəli hərracın nəticəsi etibarsız hesab edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə eyni zamanda iddianın mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, iş üzrə baş məsələ olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən törəndiyindən, daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə etibarsız hesab edilməli olduğundan, mübahisəli daşınmaz əmlaka dair Cavabdeh1 adına verilmiş 30.12.2015ci il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir. Həmçinin mülki işin materiallarından görünüdüyü kimi iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş 18.02.2015-ci il tarixli 16/02 nömrəli hərracın nəticələri məhkəmə tərəfindən etibarsız hesab edildiyindən iddiaçı Cavabdeh1 iddası təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binası ayrı ünvan kimi ünvan 6 göstərilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında keçirilmiş 18.02.2015-ci il tarixli 16/02 nömrəli hərracın nəticəsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahıyolu 3-cü km, 3 ünvanında yerləşən 956,0 m2 qeyri-yaşayış binasına dair Cavabdeh1 adına verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı ******* nömrəli 30.12.2015-ci il tarixli çıxarış ləğv edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar