Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1578/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsinin bölünməsi və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1-də yerləşən 19 saylı fərdi yaşayış evi üzrə mövcud istifadə qaydalarına uyğun olaraq real bölgü aparmaqla “A” tikilisində sahələri 16,43 kv.m və 12,9 kv.m olan 2 yaşayış otaqlarının, “B” tikilisində yaşayış sahəsi 14,8 kv.m olan 1 yaşayış otağının və sahəsi 21,5 kv.m olan qarajın və onun qarşısındakı həyətyanı torpaq sahəsinin, həmçinin arxa tərəfdə sahəsi 19,5 kv.m olan hin və onun yerləşdiyi torpaq sahəsinin və yardımçı sahələrin onun istifadəsində, “A” tikilisində sahələri 18,5 kv.m, 24,5 kv.m və 17,5 kv.m olan 3 yaşayış otaqlarının və yardımçı sahələrin, o cümlədən həmin yaşayış otaqlarının və yardımçı sahələrin qarşısındakı həyətyanı torpaq sahəsinin Cavabdeh1 istifadəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili, Cavabdeh2 vəkili Vəkil şifahi vəsatət verərək hazırki mülki işin Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “paylı mülkiyyətdə olan evin naturada bölünməsinə dair” iddia tələbi üzrə olan 2(003)-1380/2023 saylı işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, şifahi vəsatət təmin edilməli və mülki işlər bir icraatda birləşdirilməklə bir icraatda baxılmalıdır. Belə ki, işin baxılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə Cavabdeh1 X2 qarşı 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “paylı mülkiyyətdə olan evin naturada bölünməsinə dair” iddia tələbi ilə bağlı digər iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 19 saylı evin paylara uyğun olaraq (yəni ½ hissəsi-onun, ½ hissəsi cavabdeh X1 olmaqla) natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş 2(003)-1380/2023 nömrəsi ilə məhkəmə icraatındadır və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsinin bölünməsi və s.” tələbinə dair 2(003)-1578/2023 saylı mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “paylı mülkiyyətdə olan evin naturada bölünməsinə dair” iddia tələbinə dair 2(003)-1380/2023 saylı mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsini daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, hər iki mülki iş üzrə tərəflər arasında mübahisə predmeti ünvan 1-də yerləşən 19 saylı fərdi yaşayış evinin bölgüsü ilə bağlı olduğundan həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir. Eyni zamanda 2(003)-1380/2023 saylı mülki iş ilkin olaraq icraata qəbul edildiyindən 2(003)-1578/2023 saylı mülki iş həmin işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan yaşayış sahəsinin bölünməsi və sair” tələbinə dair 2(003)-1578/2023 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı, 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “paylı mülkiyyətdə olan evin naturada bölünməsinə dair” iddia tələbinə dair 2(003)-1380/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə 2(003)-1380/2023 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1578/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1578/2023
19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver