Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1589/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı Əliyevanın, Cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə dair payların naturada bölgüsünə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu Şüvəlan qəsəbəsi, 226 saylı bağ evinə aid olan payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 09663396 saylı, 25.11.2016-cı il tarixli qeydiyyat nömrəsi olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi 226 saylı bağ evinə onun və cavabdehlərin aşağıdakı payda mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Sözügedən çıxarışdan göründüyü kimi Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi 226 saylı bağ evinə onun adına 2 otaq cavabdehlər X2 adına 6/10 hissədə, Cavabdeh2 adına 1/10 hissədə, Cavabdeh3 adına isə 1/10 hissədə mülkiyyət hüquqları tanınmışdır. X1 adına da 2/10 pay hissəsi açıq saxlanılmışdır. X9 isə 18.06.2014-cü ildə vəfat etmişdir. Bununla əlaqədar olaraq sözügedən evin ona və cavabdehlərə aid olan pay hissələri bir-birindən tam təcrid olunmuş və naturada bölgüsünün maneəsiz həyata keçirilməsi tam mümkündür. Sözügedən fərdi yaşayış evi paylarına uyğun olaraq naturada bölünməli və onun adına yeni hüquqların qeydiyyatına dair çıxarış verilməlidir. Qeyd olunanlara əsasən, ünvan 1nə aid olan payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul edərək, bildirmişdir ki, ünvan 1 ünvanında iddiaçı və cavabdehlər ayrı-ayrılıqda yaşayır. Çıxarışları düzgün verilməmişdir, uyğunsuzluq vardır. Hazırda mütəxəssis cəlb olunub əmlakın naturada bölünməsi məsələsi həll olunmalıdır. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdehin izahatına uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 digər cavabdehlərin izahatına uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı 06.05.2006-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində istifadədə olan 0.13 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88.73 kv.m. yaşayış, - kv.m qeyri-yaşayış, 37.13 kv.m. köməkçi sahədən ibarət 226 nömrəli bağ evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 2 otaq, X6 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı 13.07.2006-cı il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində 0.1026 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanına verilmiş texniki pasport əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 2 otaq olmaqla 06.05.2006-cı il tarixdə İddiaçı adına, 25.11.2016-cı il tarixdə 6/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2fəz qızının, 1/10 hissədə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinin tələbinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin ətraflı və ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 avqust 2021-ci il tarixli 10/2025 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 226 saylı bağ evi iddiaçı və cavabdehlər arasında faktiki vəziyyətdə təcrid şəkildə bölünmüşdür. Bölgü zamanı torpaq sahəsinin yol ilə həmsərhəd olan hasarından perpendikulyar olaraq yerləşən və “İİ” literli tikiliyə birləşən sərhəd hasarı çəkilmişdir. “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikili bütövlükdə İddiaçı istifadəsində, “B” literli yaşayış evi X8 və ailə üzvlərinin istifadəsində qalmışdır. Faktiki vəziyyətdə olan bölgünün təcrid şəkildə olmasını, bağ evinin iki ayrı-ayrı yaşayış evlərindən ibarət olmasını, tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolunun olmasını, bağ evinin yerləşdiyi torpaq sahəsinin təcrid şəkildə iki hissəyə bölünməsini nəzərə alaraq faktiki vəziyyətdə olan bölgünün “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9. bəndlərində göstərilən tələblərə uyğun olduğu müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür, bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ünvan 1nin “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilidən ibarət olmaqla hasara alınmış hissəsi İddiaçı verilməklə naturada bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.4. maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1nin “A” literli yaşayış evi və “İİ” literli köməkçi tikilidən ibarət olmaqla hasara alınmış hissəsi İddiaçı verilməklə naturada bölünsün. Cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1589/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1589/2021
10.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver