Məhkəmə qərarları › İş №2(003)-1619/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1619/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1619/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi-mənəvi ziyanın, ümumilikdə 3170 manat (200 manat poçt rabitəsi xərclərinə görə, 950 manat hasarın hörülməsi xərclərinə görə, 1020 manat illik (2 il keçdiyindən) infiliyasiyaya görə və 1000 manat mənəvi ziyana görə) və dövlət rüsmu ilə əlaqədar ödədiyi 51,70 + 51,70=103,40 manat məbləğində pul vəsaitlərinin cavabdeh (təqsirləndirilən şəxs) Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdr ki, Abşeron Rayon Məhkəməsinin 1(012)- 126/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə etdiyi dələduzluq əməllərinə görə təqsirləndirilən şəxs Cavabdeh 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-490/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Müvafiq məhkəmə qərarlarında mülki iddiaçı kimi tanınmamış və həmin qərarlarda ona tövsiyə edilmişdir ki, mülki iş həddindən artıq vaxt aparılması tələb etdiyindən şikayətinə mülki məhkəmə icraatında baxılması qənaətinə gəlinmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün cavabdehin qeydiyyatda olduğu müvafiq məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, Abşeron rayon Hökməli Bələdiyəsi tərəfindən Cavabdeh ayrılmış Hökməli ərazisində yerləşən 0.05 ha torpaq sahəsini (əslində skan edilmiş bəldiyyə aktları imiş) adına rəsmiləşdirmək üçün ümumilikdə 10.200 manat məbləğində nəğd pul vəsaiti təqsirləndirilən şəxslərə vermişdir. (Cavabdeh Bakı şəhəri 31 saylı Notariat konturunda Notarius xərcləri üçün 200 manat, X2 9.600 manat, Qürbətin azyaşlı oğluna 400 manat məbləğində pul vəsaiti tərəfindən şəxsən verilmişdir). Həmçinin, həmin torpağı hasarlamaq və qısa müddət ərzində qohum-əqrəba ilə birləşib ev tikmək qərarına gəldiyindən, 2020-ci ilin sentyabr ayının sonlarında torpağı hasarlamaq məqsədilə bir yük maşını mişar daşı, sement gətizdirib və usta, fəhlə tutaraq cəmi 950 manat məbləğində pul vəsaiti xərcləmişdir. Torpaq sahəsi sürüşmə yerinə yaxın olduğuna görə ikiqat hasar hördürmüşdür (həmin torpaq sahəsinə baxış keçirəndə görmək mümkundür). Təqsirləndirilən şəxslərin ona şahidlərin yanında imzaladıqları öhdəlik aktında 11.150 manat məbləğində ziyanın qısa müddət ərizində verəcəklərini imza edərək etiraf etmişlər. 13 may 2023-cü ildə təqsirləndirilən şəxs X4 tərəfindən cinayət işinin ittiham aktında göstərilmiş 10200 manat məbləğində ziyan tam şəkildə ona ödənilmişdir. Bu səbəbdən də Qürbət Bayramovla barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Qürbət Bayramov həmin pulu təkbaşına düzəldib ona vermişdir. Onun dediyinə görə digər təqsirləndirilən şəxs Cavabdeh nə qədər təklif etsə də Fəzail“mən bir qəpikdə olsun pul vermək niyyətində deyiləm və onsuzda içəridə yatıram, pul verən deyiləm” ifadələrini işlədərək bir daha onu deməyə əsas verir ki, Cavabdeh törətdiyi əməllərdən dərs çıxarmamış, cəza almağa layiqdir. Nəzərə alınmalıdır ki, 2021-ci ilin iyun ayından etibarən inzibati orqanlarla poçt rabitəsi vasitəsilə çoxsaylı yazışmaları (xəbərnaməli məktublar və.s) olmuş onlara görə də 200 manatdan çox xərci çıxmışdır. Eyni zamanda 2020-ci ildə təqsirləndirilən şəxslərə 10200 manat nağd pul vəsaiti verməsi nəzərə alınıb hər il (2 il ərzində) 5 faizlik infilyasiya dərəcəsinin olduğu, yəni pulun dəyəri itirildiyindən hesab edir ki, 1020 manat (10200 manat x 5 faiz : 100= 510 manat x 2 il = 1020 manat) vəsaiti təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona verilməlidir. Digər tərəfdən əmlakın təqsirləndirilən şəxslər tərəfindən mənimsədildiyindən və bu səbəbdən uzun müddət onu get-gələ saldığından ona dəymiş mənəvi ziyana görə də 1000 manat dəyərində pul vəsaitinin Cavabdeh tutulmasını ədalətli hesab edir. Mülki iddia ərizəsinin verilməsinə görə məhkəmə rüsumu kimi 51,70 manat məbləğində və mülki iddiaçı kimi Abşeron Rayon Məhkəməsinə ödədiyi 51.70 manat məbləğində pul vəsaiti də təqsirləndirilən şəxs hazırda Cavabdeh tutularaq ona verilməlidir. Beləliklə, bütün bu xüsusatlar nəzərə alınaraq, Cavabdeh xeyrinə ümumilikdə 3170 manat + dövlət rüsmuna dair 103,40 manat məbləğində pul vəsaitinin tutularaq verilməsi, ona vurduqları ziyanın qısa müddət ərzində geri qaytarmaları son dərəcədə zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qanuni qüvvəsini almış hökmə əsasən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən onun etibardan sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq edilmişdir. Nəticədə ona maddi ziyanla yanaşı mənəvi ziyan da dəymişdir. X5 tərəfindən ona dəymiş ziyan ödənildiydən ona qarşı hər hansı şikayəti olmamış, lakin Cavabdeh onunla barışığa gəlməmiş və vurulmuş zərər sonuncu tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(012)-126/2023 saylı hökmündən görünür ki, Cavabdeh (xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı olmaqla cəmi 08 ay 25 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbsdən azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Həmin hökmlə eyni zamanda X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmış, lakin hökmün ona aid hissəsindən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. Qeyd olunan hökmdən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-490/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə təmin edilməyərək, X5 və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(012)-126/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 23 mart 2021-ci il tarixli ərizədən görünür ki, X9 Ağayevlə birlikdə Abşeron rayonu, Hökməli bələdiyyəsi tərəfindən verilmiş 5 sot torpaq sahəsindən 4 sotunu 10000 manat qarşılığında İddiaçı satmışlar. Daha sonra məlum olmuşdur ki, İddiaçı müxtəlif səbəblərdən müvafiq torpaq sahəsində müxtəlif səbəblərdən ev tikintisini həyata keçirə bilməmişdir. Ona görə də 30 may 2021-ci il tarixdə torpaq sahəsinə görə alınmış 10000 manat və divar tikintisinə görə 950 manat olmaqla ümumlikdə 10950 manatı Cavabdeh və Qurbət Bayramov tərəfindən qeyd-şərtsiz ödəniləcəkdir. Qeyd olunan ərizə X5 və Cavabdeh ilə yanaşı şahidlər tərəfindən də imzalanmışdır. Bundan başqa iş materiallarında olan müxtəlif orqanlardan iddiaçı tərəfindən yazılmış müraciətlərə cavab məktubları göndərilmişdir. Eləcə də iddiaçı tərəfindən qeyd olunan müraciətlərin göndərilməsinə dair poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, X5 tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Cavabdeh ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı ev tikmək üçün torpaq sahəsi satacağını vəd verib, X3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini Cavabdeh satmaq istədiyi torpaq sahəsi kimi təqdim edərək, 2020-ci ilin sentyabr ayında həmin torpaq sahəsində İddiaçı 10200 manat pulunu ələ keçirib, ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bununla yanaşı müəyyən edilmişdir ki, cinayət nəticəsində dəymiş ziyan təqsirləndirilən şəxs X5 tərəfindən 10200 manat pul zərərçəkmiş şəxs İddiaçı ödənilmişdir. Hazırda İddiaçı ona dəymiş maddi-mənəvi ziyanın, ümumilikdə 3170 manat (200 poçt rabitəsi xərclərinə görə, 950 manat hasarın hörülməsi xərclərinə görə, 1020 manat illik (2 il keçdiyindən) infiliyasiyaya görə və 1000 manat mənəvi ziyana görə) və dövlət rüsmu ilə əlaqədar ödədiyi 51,70 + 51,70=103,40 manat məbləğində pul vəsaitlərinin cavabdeh (təqsirləndirilən şəxs) Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddia tələbi - maddi ziyanın tutulması hissəsində qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan əlyazma üsulu ilə yazılmış ərizədən görünür ki, X5 ilə yanaşı Cavabdeh 30 may 2021-ci il tarixdə torpaq sahəsinə görə alınmış 10000 manat və divar tikintisinə görə 950 manat olmaqla ümumlikdə 10950 manatı qeyd-şərtsiz iddiaçıya ödəmələri barədə öhdəlik götürmüşlər. Lakin iş materialları ilə iddiaçı tərəfindən torpaq sahəsində aparılan işlərə görə (hasar çəkilməsi) cavabdeh öhdəsinə götürdüyü 950 manat vəsait iddiaçıya qaytarılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 950 manat vəsait iddiaçıya qaytarılmadığından iddiaçı həmin vəsaitin onun xeyrinə tutulmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən iddiaçı poçt xərclərinə görə tələb etdiyi məbləğin sübut edilməsi üçün poçt xəbəramələrini, eləcə də müxtəlif orqanlardan onun müraciətlərinə əsasən verilmiş cavab məktublarını təqdim etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün müxtəlif orqanlara tərəfindən müraciətlər edilmiş, həmin müraciətlərə də cavab mətktubları göndərilmişdir. Bu halın mövcudluğu isə tələbin həmin hissəsinin mahiyyəti üzrə əsaslı olmasına gəlinməsi üçün əsas verir. Bununla belə təqdim edilmiş poçt xəbərnamələrin qiymətləri adi riyazi hesablama ilə 146.46 manat olması müəyyən edilmişdir. İddiaçı isə poçt göndərişlərinə görə tərəfindən məhz 200 manat xərclənməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən hasar tikintisi üçün xərclənmiş 950 manat vəsait və poçt göndərişlərinə görə çəkilmiş 146.46 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən iddiaçı tələbində iddia ərizəsinin verilməsinə görə Abşeron rayon Məhkəməsinə ödədəyi 51.70 manat dövlət rüsumunun, eləcə də hazırki iddia ilə məhkəməyə ödədiyi 51.70 manat dövlət rüsmunun da əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən əsaslı olmuşdur, belə ki, iş materiallarından görünür ki, İddiaçı təqsirləndirilən şəxs Cavabdeh qarşı törədilmiş cinayət nəticəsində 200 manat poçt rabitəsi xərclərinə görə, 950 manat hasarın hörülməsi xərclərinə görə, 1020 manat illik (2 il keçdiyindən) infiliyasiyaya görə və 1000 manat mənəvi ziyana görə və dövlət rüsmu ilə əlaqədar ödədiyi 52 manat məbləğində pul vəsaitini əsas gətirərək, ona dəymiş maddi və mənəvi ziyanın ümumilikdə 3170 manat manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması barədə cinayət prosesində mülki iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(012)-126/2023 saylı hökmü ilə cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan cinayət işi üzrə mülki iddia ilə məhkəməyə müraciət edən zaman ödədiyi dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Hazırki iddia üzrə ödədiyi rüsumun əvəzinin geri qaytarılması hissəsində tələb əsaslıdır. İddiaçı tələbində həmçinin 2020-ci ildə təqsirləndirilən şəxslərə 10200 manat nağd pul vəsaiti verməsinin nəzərə alınıb hər il (2 il ərzində) 5 faizlik infilyasiya dərəcəsinin olduğu, yəni pulun dəyəri itirildiyindən 1020 manat (10200 manat x 5 faiz : 100= 510 manat x 2 il = 1020 manat) vəsaitin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əssən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh A.Azayev iddiaçıya vurulmuş ziyanın ödənilməsini 23 mart 2021-ci il tarixli ərizə ilə üzərinə götürsə də, ərizədə qeyd olunan vəsaiti iddiaçıya qyatramamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borcun tutulması barədə iddiası əsaslı olmuşdur. Belə olan halda məhkəmə iddia tələbini qeyd olunan hissəsində belə nəticəyə gəlir ki, 10200 manat vəsaitin illik 5 faizi olan 510 manat (10200 manat x 5 : 100 = 510 manat) iki ilə münasibətdə isə cəmi 1020 manat (510 manat x 2 =1020 manat) cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuş, ona zərər vurulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi ziyanın əvəzi olaraq 146.46 manat poçt rabitəsi xərclərinə görə, 950 manat hasarın hörülməsi xərclərinə görə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1020 manat və 500 manat mənəvi ziyana görə və məhkəməyə müraciət edən zaman ödədiyi dövlət rüsumunun məbləği 51,70 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 2668.16 manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 146.46 (yüz qırx altı manat, qırx altı qəpik) manat poçt rabitəsi xərclərinə görə, 950 (doqquz yüz əlli) manat hasarın hörülməsi xərclərinə görə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1020 (min iyirmi) manat və 500 (beş yüz) manat mənəvi ziyana görə və ödənilmiş 51,70 (əlli bir manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 2668.16 (iki min altı yüz altmış səkkiz manat, on altı) manat tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar