Məhkəmə qərarları › İş №2(003)-163/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-163/2021

24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-163/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evdən və 0,12319 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hər birinə 15 000 manat cəmi 30 000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evdən və 0,12319 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 öz əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 84,5 kv.m ümumi sahəsi olan, 3 saylı evin 0,12319 ha torpaq sahəsindən və bu torpaq sahəsi üzərində inşa olunmuş, hüquqmüəyyənedici sənədləri olmayan, özbaşına tikili sayılan 2 mərtəbəli, tikintialtı sahəsi 117,5 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1. Cavabdeh2 öz əşyaları ilə birlikdə çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2346/2020 saylı qərardadı ilə iş üzrə icraata Cavabdeh4 aid hissədə xitam verilmiş, eyni zamanda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işin icraatı Cavabdeh1 İddiaçı qarşı mülkiyyət hüququnun ləğv edilməsi tələbinə dair 2(003)-2023/2020 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçı olan ataları İddiaçı xx.xx.2020-ci il tarixdə öldüyünü bildirməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 146256 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı öldüyündən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar