Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-164/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə paylı mülkiyyətdə olan Bakı şəhəri ünvan 1 ünvanında olan 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissə müəyyən edilmiş payın naturada ayrılması, ayrılmış payın qiymətləndirilməsi və satışa çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin ünvanına teleqram göndərərək mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus yarı payını qarşı tərəfə 15000 (on beş min) manata satdığını, bununla bağlı aralarında 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə AN-İN seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi bağlandığını nəzərə alaraq 2(003)-164/2023 saylı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək iddiaçı ilə aralarında razılıq əldə edildiyini və daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandığını və bu səbəbdən iş üzrə icraata xitam verilməsinə və ya ərizənin geri qaytarılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, işin icraatına xitam verilməsi əsaslarından olan iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi məhkəmə baxışına hazırlığın icraatının xitam edilməsi üçün əsas deyildir. Bu səbəbdən hazırkı məqamda iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş pul ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (xx.xx.2022-ci il tarixli ********* №-li qəbz) İddiaçı geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-164/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-164/2023
20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver