Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1646/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC-dən əsas borc olaraq 550 (beş yüz əlli) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 (iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı1, cavabdeh “X5” MMC-dən əsas borc olaraq 800 (səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 (iki yüz) manat məbləğində pulun X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə X2 arasında xx.xx.2021-ci il tarixli və İddiaçı1 arasında xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Tərəfindən cavabdehə müqavilələr üzrə 550 və 800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Müqavilə uşaqları Camal Bayramlının fiziki və psixi inkişafı, sağlamlığının qorunması və nitq qabiliyyətinin formalaşmasına xidmət edəcək seanslara cəlb edilməsi bağlı olmuşdur. Müqavilə bağlanarkən cavabdeh uşaqların səlist, qüsursuz nitqini təmin etmək üçün Mərkəzdə ixtisaslı loqoped və digər ixtisaslı mütəxəssislərin olmasını göstərmiş və qısa müddət ərzində uşağın nitqində irəliləyiş olacağını öhdələrinə götürmüşdülər. Lakin cavabdeh tərəfindən heç bir əməli xidmət göstərilməmiş, müqavilə üzrə öhdəliklərinə səhlənkar yanaşmışdır. Müqavilə bağlanarkən Mərkəzin uşaqların səlist, qüsursuz nitqini təmin etmək məqsədilə ixtisaslı loqoped və digər ixtisaslı mütəxəssislərin olması göstərilsə də, həmin pedaqoq və həkimlər olmamışdır. Həmçinin onu qeyd edək ki, müqavilələr üzrə bütün seanslar keçirilməmiş, sonuncu ayın ortasında uşağın xəstəliyi bəhanəsi ilə seansdan uzaqlaşdırılmışdır. Qüsurlu xidmət göstərmələrinə baxmayaraq, onun aradan qaldırılmasına təşəbbüş göstərməmiş, nəticədə ailəmizə həm maddi, həm də mənəvi zərər vurmuşdu. Psixolofi mərkəz adı altında fəaliyyət göstərən “X7” MMC istehlakçıları aldatmaqla məşğuldur. Psixolofi mərkəzlərin işinə nəzarət olmadığından uşaqların gələcək taleyi ilə oynayırlar. Onun da xüsusilə vurğulmaq istəyirik ki, bu mövzuda həssas valideynlər uşaqlarını bağçaya deyil, məhz belə mərkəzlərə yerləşdirməyi üstün tuturlar ki, cavabdeh eyni ad altında ("X10" MMC (VÖEN **********)) bağça xidməti ilə yanaşı psixoloji mərkəz adı altında “fəaliyyət” göstərməkdədir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, psixoloq, pedaqoq, laqoped xidmətinin göstərilməsi ilə bağlı 550 manat pul ödənilmişdir. İş materiallarında olan İddiaçı2 ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bütün seanslar ilə bağlı 800 manat pul ödənilmişdir. İş materiallarında olan “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin predmetlərindən görünür ki, “Burotino inkişaf mərkəzi” ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründə intektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığın qorunması, estetik tərbiyəsini, təbiətə və insanlara həsas münasibətinin formalaşdırlmasını təmin edir. Həmin müqavilələrin 3.2-ci bəndində qeyd edilir ki, uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə dair öhdəlik götürür. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin məhkəməyə ünvanladığı **********0 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirşlərində müəssisənin “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr olan dövrdə müəssisədə 3 laqoped, 5 psixoloq, 2 psixopedaqoq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış olan müqaviləyə üzrə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyi uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsi olmuşdur. İddiaçı müqavilə bağlanarkən cavabdeh uşaqların səlist, qüsursuz nitqini təmin etmək üçün Mərkəzdə ixtisaslı laqoped və digər ixtisaslı mütəxəssislərin olmasını göstərildiyi və qısa müddət ərzində uşağın nitqində irələyiş olacağı barədə öhdəlik götürmüş olduqlarını, lakin müəssisənin pedaqoq və həkimlərinin olmadığını iddia etsə də, tərəflər arasında bağlanmış olan müqavilədə bu hal aşakar edilməmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin məlumatlarında göründüyü kimi müəsssisə ilə pedaqoq və laqoped olaraq işçilər işə götürülmüş və onlarla əmək müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, hazırkı halda tərəflər arasında müqavilənin olması və müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Müqavilədə isə iddiaçının iddia etdiyi öhdəliklərin mövcudluğu halı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçıların iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə də, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, «mənəvi zərər» anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərlə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçıların iddia tələbinin vəkilin hüquqi yardım göstərilməsi ilə bağlı ümumilkdə 400 manat pulun cavabdehdən tutulması hissəsinə münasibtdə də, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda iddia rədd edildiyindən iddiaçıların vəkilin hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş olan 400 (dörd yüz) manat pul iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1646/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1646/2022
02.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver