Məhkəmə qərarları › İş №2(003)-17/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-17/2020

04.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-17/2020 04.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin dəyərinin miras kütləyə daxil edilməsi və həmin fərdi yaşayış evinin dəyərinin müəyyən edilməklə ½ hissəsinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin dəyərinin miras kütləyə daxil edilməsi və həmin fərdi yaşayış evinin dəyərinin müəyyən edilməklə ½ hissəsinin cavabdehdən onun xeyrinə tutulması tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yeriəşən 0,0753 ha torpaq sahəsində mərhum atası X14 tərəfindən inşa edilmiş ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinin miras kütləyə daxil edilməsi; onun atası X4 vərəsəsi olaraq həmin tikilinin 1/2 hissəsinə vərəsəlik hüququnun müəyyən edilməklə, mülkiyyət hüququnun tanınması; onun ünvan 1 ünvanında yerləşən 0,15033 ha torpaq sahəsində mərhum atası X14 tərəfindən inşa edilmiş ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək ünvan 10 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində mərhum atası X14 tərəfindən 2002-ci ildə inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinin dəyərinin miras kütləyə daxil edilməsi, həmin fərdi yaşayış evinin dəyərinin müəyyən edilməklə, onun dəyərinin 1\2 hissəsinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək ünvan 10 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində mərhum atası X14 tərəfindən 2002-ci ildə inşa edilmiş ümumi sahəsi 298,8 kv.m olmaqla, 137,6 kv.m yaşayış və 161,2 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 146000 manat xərcin miras kütləyə daxil edilməklə, vərəsə olaraq həmin məbləğin 1\2 hissəsinə onun hüququnun tanınması, həmin fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 146000 manat xərcin 1\2 hissəsinin, yəni 73000 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 63,8 kv.m ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi iddiaçının X23na məxsus olmuş, X23 30.12.1985-ci ildə öləndən sonra həmin miras qalmış əmlakı faktiki olaraq atası X14 qəbul edərək, həmin evdə yaşamağa davam etmiş, hətta, atası Tofiq Nəbiyev həmin torpaq sahəsində öz vəsaiti hesabına iki mərtəbəli daha bir yaşayış evi tikmişdir. X23 öləndən sonra atası Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəsə də, atası X14 vərəsəlik işi açıldıqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almadan 19.02.2017-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05.06.2017-ci il tarixli qətnaməsi ilə həmin əmlaka ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin vərəsəlik üzrə pay hüququ müəyyən edilmiş, həmin qətnamə icra olunaraq, hər ikisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qalmış əmlak üzərində paylarına uyğun mülkiyyət hüququ təsdiqləyən reyestrdən çıxarış verilmişdir və hazırda ümumi paylı mülkiyyətlərində 0,0753 ha torpaq sahəsi vardır. Lakin buna baxmayaraq Cavabdeh atası Tofiq Nəbiyev tərəfindən inşa edilmiş iki mərtəbəli yaşayış evinin açarlarını özündə saxlayaraq iddiaçının həmin yaşayış evindən istifadə etməyinə maneə yaradır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və izahatına əlavə olaraq bildirmişdir ki, mübahisəli ev onun mərhum atası tərəfindən tikilmiş və təmir edilmişdir. Həmin mübahisəli evin yerləşdiyi torpaq sahəsi onun babasına məxsus olmuşdur.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2711/2017 saylı, 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən 63,8 m2 ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş, Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş, 2V-104 reyestdə qeydə alınmış 25 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilmiş, ünvan 4 ünvanında yerləşən 63,8 m2 ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə 1/2 hissədə onun və 1/2 hissədə Cavabdeh payı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 3 ünvanında yerləşən 63,8 kv.m ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi iddiaçının X23na məxsus olmuş, X23 30.12.1985-ci ildə öləndən sonra həmin miras qalmış əmlakı faktiki olaraq atası X14 qəbul edərək, həmin evdə yaşamağa davam etmiş, X23 öləndən sonra atası Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəsə də, atası X14 vərəsəlik işi açıldıqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almadan 19.02.2017-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05.06.2017-ci il tarixli qətnaməsi ilə həmin əmlaka ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin vərəsəlik üzrə pay hüququ müəyyən edilmiş, həmin qətnamə icra olunaraq, hər ikisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qalmış əmlak üzərində paylarına uyğun mülkiyyət hüququ təsdiqləyən reyestrdən çıxarış verilmişdir və hazırda ümumi paylı mülkiyyətlərində 0,0753 ha torpaq sahəsi vardır. Lakin buna baxmayaraq Cavabdeh atası Tofiq Nəbiyev tərəfindən inşa edilmiş iki mərtəbəli yaşayış evinin açarlarını özündə saxlayaraq iddiaçının həmin yaşayış evindən istifadə etməyinə maneə yaradır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X24 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən X20 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, ünvan 5 ünvanında yerləşən 68,3 kv.m yaşayış evi və 0,15033 ha torpaq sahəsi X23na məxsusdur. Həmin daşınmaz əmlak ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriiyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehin X23 30.12.1985–ci ildə rəhmətə getmiş, miras qalmış əmlak heç bir yerdə qeydiyyata alınmamışdır. 07.12.2016-cı il tarixində dövlət və vəkil xərclərini cavabdeh özü çəkərək miras qalmış əmlakı dövlət reyestrində qeydiyyata aldırmışdır. Həmin vaxt cavabdehin atası X14 xəstə olduğu üçün bütün xəstəxana və digər xərclərini cavabdeh özü çəkmişdir. Cavabdehin atası Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, həmin əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsini istəmişdir. Lakin, atası X4 adına vərəsəlik işi açıldıqdan sonra, vərəsəlik hüququ haqqında şəhadətnatmə almadan 19.02.2017–ci il tarixdə vəfat etmişdir. Atası birinci ailəsindən 1976-cı ildə ayrılmış və nikah pozulmuşdur. Ayrılarkən, iddiaçıya halhazırda yaşadığı mənzili alıb bağışlamışdır. O vaxtdan bu günə qədər iddiaçının atası ilə heç bir əlaqəsi olmamışdır. 1982–ci ildə cavabdehin atası anası ilə, yəni X8 ilə nikaha girmiş və ikinci ailə həyatı qurmuşdur. Bu nikahdan 1983–cü ildə bacısı X9 və 1985–ci ildə o, X15 anadan olmuşdur. Cavabdehin atası, birinci nikahdan ayrıldıqdan 26 il sonra 2002– ci ildə ünvan 6 ünvanında yerləşən 63,8 m2 ev və 0,15033 ha torpaq sahəsindən ibarət olan torpaqda ev tikmiş, həmin tikdiyi evi 25.03.2016–cı il tarixində vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. İddiaçı bu günə qədər həmin evdə yaşamamış və bir gün də olsa birgə təsərrüfat idarə etməmişdir. 1976-cı ildən bu vaxta kimi iddiaçının atası ilə heç bir münasibəti olmayıb, dəfələrlə xəstəxanalarda yatmağına baxmayaraq o, heç vaxt atasına baş çəkməyib. Atası vəfat edəndən sonra dəfn mərasimi və bütün digər xərclərini cavabdeh çəkmiş və Təranə bu işlərlə əlaqədar heç vaxt heç nə ilə maraqlanmayıb. Qeyd olunanlara əsasən Xəzər rayonu Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi ev 4 “C” ünvanında tikilimiş evin rəsmi dövlət qeydiyyatına alınmadığını, iddiaçının həmin ünvanda heç vaxt yaşamadığını, ikinci nikah dövründə tikildiyi, cavabdehin himayəsində azyaşlı uşaqlarının olmasını, Bakı şəhəri ərazisindən başqa yaşayış yerinin olmamasını, vəsiyyətnamə ilə ona verilməsini, 2009-cu ildən bu günə qədər orada yaşadığını, birgə təsərrüfat idarə etdiyini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 7 ünvanda ümumiyyətlə yaşamamış İddiaçı Bakı şəhəri, Xəzər rayon Məhkəməsində cavabdehə qarşı iddia ərizəsinə etirazını bildirmişdir. Bildirmişdir ki, iddiaçı bu barədə əvvəl mənə qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldırmış, sonradan iddia tələbini dəyişmişdir. Hər iki halda iddiaçının tələbi əsassızdır. Belə ki, ünvan 9 ünvanında yerləşən 63,8 m2 yaşayış evi və 0,15033 ha ibarət olan torpaq sahəsi babam Əlican Nəbi oğluna məxsusdur. Həmin daşınmaz əmlak ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriiyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehin X23 30.12.1985–ci ildə rəhmətə getmiş, miras qalmış əmlak heç bir yerdə qeydiyyata alınmamışdır. 07.12.2016-cı il tarixində dövlət və vəkil xərclərini cavabdeh özü çəkərək miras qalmış əmlakı dövlət reyestrində qeydiyyata aldırmışdır. Həmin vaxt cavabdehin atası X14 xəstə olduğu üçün bütün xəstəxana və digər xərclərini cavabdeh özü çəkmişdir. Cavabdehin atası Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, həmin əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsini istəmişdir. Lakin, atası X4 adına vərəsəlik işi açıldıqdan sonra, vərəsəlik hüququ haqqında şəhadətnatmə almadan 19.02.2017–ci il tarixdə vəfat etmişdir. Atası birinci ailəsindən 1976-cı ildə ayrılmış və nikah pozulmuşdur. Ayrılarkən, iddiaçıya halhazırda yaşadığı mənzili alıb bağışlamışdır. O vaxtdan bu günə qədər iddiaçının atası ilə heç bir əlaqəsi olmamışdır. 1982–ci ildə cavabdehin atası anası ilə, yəni X8 ilə nikaha girmiş və ikinci ailə həyatı qurmuşdur. Bu nikahdan 1983–cü ildə bacısı X9 və 1985–ci ildə o, X15 anadan olmuşdur. Cavabdehin atası, birinci nikahdan ayrıldıqdan 26 il sonra 2002– ci ildə ünvan 6 ünvanında yerləşən 63,8 m2 ev və 0,15033 ha torpaq sahəsindən ibarət olan torpaqda ev tikmiş, həmin tikdiyi evi 25.03.2016–cı il tarixində vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Həmin ev rəsmi dövlət qeydiyyatından keçməmişdir. Atasının ikinci nikah dövründə tikdirdiyi həmin ev cehiz payı olaraq cavabdehə verilmiş, 2009-cu ildə cavabdeh ailə həyatı qurandan sonra həmin evdə yaşamış və özünə məxsus olan bütün cehiz əşyaları həmin evdədir. Bütün tikinti və təmir işlərini cavabdeh həyat yoldaşı ilə birlikdə etmişdir. 2014-cü ildə cavabdehin anası Nərgiz Namazova vəfat etdikdən sonra atası Tofiq Namazov cavabdehlə birlikdə həmin mübahisəli evdə yaşamışdır. X16 25 mart 2016-cı ildə yazdığı vəsiyyətnaməyə əsasən bütün daşınar və daşınmaz əmlakını cavabdehə vəsiyyət etmişdir. 2017-ci ildə atası vəfat etdikdən sonra həmin ev cavabdehin faktiki sahibliyində və istifadəsindədir. Onun həmin evdən başqa yaşayış yeri yoxdur. Bütün kommunal ödənişlər, anasının və onun adınadır. Bunu qonşular yazdıqları ərizələrlə bir daha təsdiq edirlər. İddiaçı bu günə qədər həmin evdə yaşamamış və bir gün də olsa birgə təsərrüfat idarə etməmişdir. 1976-cı ildən bu vaxta kimi iddiaçının atası ilə heç bir münasibəti olmayıb, dəfələrlə xəstəxanalarda yatmağına baxmayaraq o, heç vaxt atasına baş çəkməyib. Atası vəfat edəndən sonra dəfn mərasimi və bütün digər xərclərini cavabdeh çəkmiş və Təranə bu işlərlə əlaqədar heç vaxt heç nə ilə maraqlanmayıb. İddiaçının mübahisəli evin dəyərinin 1/2 hissəsinin onun xeyrinə tutulmasına dair tələbinə etiraz edərək onu da qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, mübahisə predmeti olan ev cavabdehin atası ilə mərhum anasının birgə nikah dövründə tikildiyindən cavabdehin anası vəfat etməsəydi, payı sözügedən evdə qanunvericiliklə ümumi mülkiyyətin dəyərinin yarısı olmalı idi. Lakin cavabdehin anası dünyasını dəyişdiyinə görə və digər varislər cavabdehin xeyrinə mülkiyyətdən imtina etdiklərinə görə cavabdehin anasına çatası mirasın yeganə hüquqi varisi cavabdehdir. Eyni zamanda, cavabdehin mərhum atasının mülkündə bərabər pay sahibi olan anası da dünyasını dəyişdiyindən anasına çatası payın 50% qanun üzrə vərəsə olaraq cavabdehə çatmalıdır. Bundan başqa mülkiyyətin dəyərinin yerdə qalan 50%-də də cavabdehin anasının payı olduğundan, qalan 50% də 3 hissəyə bölünməlidir. Bu 3 hissənin 1 payı cavabdehin mərhum anasına çatası pay olduğuna görə bu pay da qanunun tələbinə görə cavabdehə çatmalıdır. ünvan 10 ünvanında yerləşən evin ümumi dəyərinin 50%-nin və yerdə qalan 50%-in 1/3 hissəsinin cavabdehin mərhum anasının payı olduğu və cavabdehin də anasının yeganə varisi olduğu üçün cavabdehə çatmalıdır. Mübahisəli evin ümumi dəyərinin 50%-nin, eləcə də yerdə qalan 50%–in l/3–nin cavabdehin mərhum anasına çatası pay və cavabdehin də bu paya yeganə qanuni vərəsə olduğunu, eləcə də bölünən 50%-in digər l/3–i cavabdehə çatası pay olduğundan mübahisə predmeti olan evin ümümi dəyərinin 50%-i və qalan 50%–in də 2/3 hissəsinin cavabdehə çatası pay kimi qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, mübahisəli evi o, briqadası ilə birlikdə təmir etmişdir. Həmin evdə 6-7 ay təmir işləri aparmışlar. Anar Namazov təmirlə bağlı ona müraciət etmiş, təmir xərcləri onun tərəfindən ödənilmişdir. Həmin evdə suvaq və rəng işləri görülmüş, döşəməni vurmuşlar. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 27 noyabr 2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində 0,15033 ha torpaq sahəsində yerləşən 63,8 m2 ümumi sahədən ibarət 4C saylı sahə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin planı əks etdirilmişdir. İş materiallarında olan X16 tərəfindən 25 mart 2016-cı ildə verilmiş, 1 saylı Bakı "Asan xidmət" mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X16 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlkını Cavabdeh vəsiyyət edir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 868704 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 19 fevral 2017-ci il tarixdə ölmüşdür.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı ünvan 12 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2711/2017 saylı, 05 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, vərəsə kimi tanınma və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 63,8 m2 ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş, Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş, 2V-104 reyestdə qeydə alınmış 25 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 63,8 m2 ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5619/2017 saylı, 28 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 7 saylı Notariat kontoruna qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan X18 və X13 tərəfindən yazılmış ərizələrdən görünür ki, Cavabdeh onların oğlu X10 arvadı, onların gəlinidir. Tofiqənin atası X14 mübahisəli evi qızı Tofiqəyə onun toy ərəfəsində hədiyyə vermiş, həmin vaxt evin tikintisi tamamlanmamışdır. Ərizəçinin oğlu X21 evin təmiri üçün tikinti və usta xərclərini ödəyərək evi təmir etdirmişdir. İş materiallarında olan X19 tərəfindən yazılmış ərizədən görünür ki, mübahisəli evdə təmir işləri aparılan zaman o, orada usta kimi işləmiş, evin təmiri üçün tikinti və usta xərcləri X21 tərəfindən ödənilmişdir. İş materiallarında olan X1 tərəfindən yazılmış ərizədən görünür ki, mübahisəli evin təmir işləri iş icraçısı kimi onun nəzarəti altında aparılmış, evin təmiri üçün tikinti və usta xərcləri X21 tərəfindən ödənilmişdir. İş üzrə keçirilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi ekspertizasının 26 dekabr 2018-ci il tarixli Ç-1395 №-li qiymətləndirilmə hesabatı ilə müəyyən edilmişdir ki, ünvan 1 saylı sahədə yerləşən 2 mərtəbəli, 298,8 kv.m ümumi, 137,6 kv.m yaşayış , 161,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar qiymətləri əsasında ilkin satış qiyməti 150000 manat; həmin evin tikintisinə 84000 manat və təmirinə 62000 manat olmaqla, ümumilikdə çəkilən xərclər 146000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 19 dekabr 2019-cu i ltarixli 10078 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, tədqiq olunan yaşayış evinin 2002–ci ildə inşa edildiyini, həmin evin inşa olunmasına dair layihə-smeta və qaimə sənədlərinin təqdim edilmədiyini (bu barədə 19.04.2019-cu il tarixli vəsatət verilmişdir), eləcə də 2002-ci ildə mövcud olmuş tikinti materiallarının dəyəri barədə məlumat bazası olmadığını, həmçinin yaşayış evinin bəzi konstruktiv elementlərinin texniki göstəricilərinin baxış zamanı müəyyən edilmədiyini nəzərə alaraq, ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinin inşa olunmasına və təmir edilməsinə çəkilmiş xərcləri müəyyən etmək mümkün olmadı. Məhkəmə müəyyən edilmiş həmin hallara aşağıdakı hüquq normalarını tətbiq edib iddianın qismən əsaslı olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsinin sözügedən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində yenidən mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş üzrə keçirilmiş ekspertiza əsasında ekspert tərəfindən verilmiş rəyə əsasən, mübahisəli evin tikintisinə 84000 manat və təmirinə isə 62000 manat olmaqla, ümumilikdə 146000 manat xərc çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, mübahisəli evin tikintisinə 84000 manat və təmirinə isə 62000 manat olmaqla, ümumilikdə 146000 manat xərc çəkilməsini işin hallarına uyğun sayır. Məhkəmə iclasında işin müəyyən edilmiş hallarından göürünür ki, iddiaçının atası Tofiq Nəbiyev ilə anası arasındakı nikah münasibətləri 1976-cı ildə ildə pozulmuşdur. Mübahisəli əmlak iddiaçının atası ilə onun ikinci nikahdan olan arvadının birgə nikahı dövründə 2002-ci ildə tikilmişdir. Mübahisəli evi iddiaçının və cavabdehin atası Tofiq Nəbiyev iş üzrə Cavabdeh, ailə qurduğu zaman cehiz kimi vermişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, mübahisəli ev Cavabdeh toyu ərəfəsində verildiyi vaxt təmirsiz olmuş və həmin evi cavabdehin əri və Tofiqə birlikdə təmir etdirmiş və ora köçərək orada yaşamışlar. 05 iyun 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən 63,8 m2 ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payı müəyyən olunmuşdur. İş üzrə keçirilmiş ekspertiza əsasında ekspert tərəfindən verilmiş rəyə əsasən, mübahisəli evin tikintisinə 84000 manat və təmirinə isə 62000 manat olmaqla, ümumilikdə 146000 manat xərc çəkilməsi müəyyən edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, mübahisləndirilən tikili qanunla müəyyən edilmiş qaydada rəsmi reystrdə dövlət qeydiyyatına alınmasa da, onun yerləşdiyi torpaq sahəsi hazırki iş üzrə tərəflərin atası Tofqin atası Əlicanın adına mülkiyyət kimi qeydə alınmaqla müliyyətində olmuş və eyni zamanda həmin torpaq sahəsində 63 kv metrlik evdə mövcud olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına əsasən Tofiq öz atasının adına qanuni əsaslarla mülkiyyət kimi mövcud olan torpaq sahəsində əlavə olaraq yeni ev tikmişdir. Yəni hazırki halda tərəflərin arasında çəkilmiş xərcin vərəsəlik qaydasında bölünməsi mübahisələndirilən tikilini tikmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin tikili dövlət reyestrində mülkiyyət kimi qeydə alınmasa da qanuni əsaslarla mülkiyyət kimi qeydiyyatda olmuş torpaq sahəsində tikilmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından isə özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması qaydası nəzərdə tutulmuş, bunun əsası kimi isə tikinti aparılmış torpaq sahəsinin mülkiyyətdə olması göstərilmişdir. Qeyd edilməlidir ki, həmin torpaq sahəsi birbaşa olaraq sənədlərə əsasən mərhum Tofiq Nəbiyevin mülkiyyətində olmasa da, atasından qalan miras əmlakın Mülki Məcəllənin tələblərinə əsasən mirasın faktiki qəbulu qaydasında miras kütlə kimi mülkiyyəti hesab edilmişdir. Hazırda da həmin torpaq sahəsi iş üzrə tərəflər arasında, yəni Tofiqin övladları arasında ½ hissədə bölünməklə reyestrdə ½ payları qeydiyyata alınmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla hesab edir ki, mülkiyyətdə olan torpaq sahəsində tikilən mübahisəli ev özbaşına tikili olsa belə, həmin mənzilin tikintisinə çəkilmiş xərclər (tikinti materialları daş, qum, sement və s.) Tofiq Nəbiyevin əmlakı hesab edildiyindən və hazırki halda həmin evin məhz qeydiyyata alınmaması səbəbindən vərəsələri arasında bölünməsi mümkün olmadığından, evə çəkilmiş xərclər miras kütlə hesab edilməlidir. Yəni məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras kütləyə qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakın naturada bölünməsi və s. mümkün olmadıqda bu əmlakın dəyərinin daxil edilməsi mükündür. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə qeyd edir ki, Tofiq Nəbiyev mübahisəli evi tikdirdiyi zaman cavabdehin anası ilə nikahda olmuş, cavabdehin anası Nərgiz Nəbiyeva 2014-cü ildə, atası Tofiq Nəbiyev isə 2017-ci ildə ölmüşdür. Məhkəmə yuxarıda qeyd edildiyi kimi, əmlakın dəyərinin miras kütləyə daxil edilməsinin mümkünlüyünü göstərdiyindən hesab edir ki, həmin əmlaka çəkilmiş xərc də birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və cavabdehin anası Tofiq Nəbiyevdən daha öncə öldüyündən həmin çəkilmiş xərcin yarısının mirasın qanun üzrə vərəsəlik qaydasında bölünməsi prinsipi nəzərə alınmaqla həmin əmlaka çəkilən xərclərin yarısının əri Tofiq Nəbiyevə düşməsi, digər hissənin isə Tofiq və həmin nikahdan olan digər övladları Cavabdeh və Kamilə Nəbiyeva arasında bölünməlidir. Belə ki, Tofiq Nəbiyev arvadı olan Nərgizin ölməsi vaxtında Tofiq və qızları həmin əmlakı faktiki olaraq qəbul etmişlər. Lakin sonradan Kamilə notarial qaydada ərizə verməklə payından bacısı Cavabdeh xeyrinə imtina etmişdir. Beləliklə, mübahisəli ev sonuncuların birgə nikah dövründə tikildiyindən həmin tikintiyə çəkilmiş xərclər 84000/2=42000 manat Tofiq Nəbiyevin, qalan 42000/3=14000 manat Tofiq Nəbiyevin, Cavabdeh və cavabdehin bacısı Kamilə Nəbiyevanın payları müəyyən olunur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Tofiq Nəbiyevin mübahisəli evin tikintisində miras payı 56000 manat (42000+14000) müəyyən edilməlidir. Miras paydan iddiaçının qardaşı iddiaçının xeyrinə və cavabdehin bacısı isə cavabdehin xeyrinə imtina etdiyindən, ünvan 10 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində X14 tərəfindən 2002-ci ildə inşa edilmiş ümumi sahəsi 298,8 kv.m olmaqla, 137,6 kv.m yaşayış və 161,2 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş 56000 manat pul vəsaiti miras kütləyə daxil edilməli və tikintiyə çəkilmiş 56000 manat xərcin 1/2 hissəsi, yəni 28000 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Lakin iddia tələbinin mübahisəli evin qiymətləndirilməsinə dair işdə olan 26 dekabr 2018-ci il tarixli rəyinə əsasən təmirinə çəkilmiş xərc kimi müəyyən edilən 62000 manat xərcin miras kütləyə daxil edilməklə tərəflər arasında bölünməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə qanuni və əsaslı hesab edilməməklə təmin edilə bilməz. Belə ki, məhkəmədə işin araşdırılmış faktiki hallarından, yəni iş materialları, iş üzrə dindirilmiş şahid və işin digər halları ilə müəyyən ediliyi kimi, həmin ev daha öncə mərhum Tofiq Nəbiyev tərəfindən təmir edilsə də, sonradan iş üzrə cavabdehin əri tərəfindən əsaslıtəmir edilmişdir. Belə olan halda həmin məbləğ mərhum Tofiq Nəbiyevin əmlakı hesab edilməklə tərəflər arasında miras əmlak kimi bölünə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat pulun 80 %-i, yəni 80 manatı iddiaçıya aid edilməli, qalan 20 %-i, yəni 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinəəsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklələ, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə ünvan 10 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində X14 tərəfindən 2002-ci ildə inşa edilmiş ümumi sahəsi 298,8 kv.m olmaqla, 137,6 kv.m yaşayış və 161,2 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin 56000 manatı miras kütləyə daxil edilməli və tikintiyə çəkilmiş 56000 manat xərcin 1/2 hissəsi, yəni 28000 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253-cü maddələrinirəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 10 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində X14 tərəfindən 2002-ci ildə inşa edilmiş ümumi sahəsi 298,8 kv.m olmaqla, 137,6 kv.m yaşayış və 161,2 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin 56000 manatı miras kütləyə daxil edilsin və tikintiyə çəkilmiş 56000 manat xərcin 1/2 hissəsi, yəni 28000 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərcinin 80 (səksən) manatı İddiaçı və 20 (iyirmi) manatı Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar