Məhkəmə qərarları › İş №2(003)-1708/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1708/2025

25.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1708/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı "mənzildən istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-dən istifadə hüquqlarının itirlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə göstərdi ki, sözügedən mənzil 2022-ci ildən vərəsəlik əsasından iddiaçının atasından iddiaçıya keçmişdir. Cavabdeh3 və Cavabdeh4 iddiaçının qardaşlarıdır. Cavabdeh2 iddiaçının qardaşı . Cavabdeh3 həyət yoldaşıdır. Cavabdeh5 və Cavabdeh1 iddiaçının qardaşı uşaqlarıdır. Cavabdeh3 və ailə üzvləri 1998-ci ildən, Cavabdeh4 isə 2012-ci ildən sözügedən mənzildə yaşamır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkili, şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri araşdırmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan DƏDRX çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Səyahəddin Dadaşov küçəsi, ev 8, mənzil 22 xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 155 saylı Mənzil-Komunnal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Səyahəddin Dadaşov küçəsi, ev 8, mənzil 22-də qeydiyyatdadır və orada yaşayır. X1 və X8 qeydiyyatdadır və orada yaşayırlar. Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və X5 qeydiyyatdadır və orada yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçının təxminən 15 illik qonşusudur və cavabdehləri görməyib, eşitdiyinə görə onlar 15 ildən çoxdur ki, buradan Buzovna qəsəbəsinə köçüblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, özü 1995-ci ildə bura gəlin köçmüş və o vaxtdan iddiaçı ilə qonşudur. Cavabdehlərin adını eşidib, lakin onları görməyib və onların harada yaşadığını bilmir. Mülki məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmədə müəyyən olundu ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-də qeydiyyatda olsalar da faktiki olaraq xeyli müddətdir ki orada yaşamır və təsərrüfat aparmırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, ev 8, mənzil 22-dən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar