Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-172/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehnın iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 34 sot torpaq sahəsində yerləşən ünvan 1 ünvanında olan bağ evini almışdır. Bu barədə ona xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Onun alğı-satqı yolu ilə aldığı bağ torpaq sahəsinin 0,12 hektarı və orada yerləşən ev cavabdeh tərəfindən zəbt edilmişdir. Müraciətlərinə baxmayaraq zəbt etdiyi sahədən və evdən çıxmaq istəmir. Cavabdehin həmin sahənin və evin zəbt etməsi bir mülkiyyətçi kimi onun torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnu pozur. İş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iş üzrə cavabdeh mahiyyəti üzrə işə baxılmasını tələb etdiyindən məhkəmə, iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ümumilikdə 34 sotdan ibarətdir. Həmin torpaq sahəsini, orada olan tikililərlə birlikdə Səyyarə Rəhmanovadan almışdır. Hazırda torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirmişdir ki, torpaq sahəsinin 12 sotunun sənədi olduğundan iddiaçı rəsmiləşdirə bilmiş, digər hissənin isə sənədi olmadığına görə sənədləşdirə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, torpaq sahəsi ümumilikdə atasına məxsus olmuşdur. O, orada doğulmuş və hazırda da orada yaşayır. Atasının sağlığında bağ sahəsinin 12 sotunu qohumları Səyyarə Rəhmanovaya verilmişdir. Səyyarə Rəhmanova özünə ayrılmış torpaq sahəsində ev tikib yaşamış, sonra isə iddiaçıya satmışdır. Həmin torpaq sahəsinə onun heç bir aidiyyəti yoxdur. O, özünə aid torpaq sahəsində və evdə yaşayır. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi ümumilikdə 25 sot olmuş, 12 sotu Səyyarəyə satılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən bağ evini və 0,12 ha torpaq sahəsini 120000 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və bağ evi İddiaçı məxsusdur. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160A nömrəli bağ evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,13 ha torpaq sahəsi və bağ evi Cavabdeh Bahadır oğluna məxsusdur. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160 nömrəli bağ evi Cavabdeh Bahadır oğlunun mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh **********79 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi ev 160 ünvanında olan 0.12 ha torpaq sahəsi ilə **********64-11301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları üstüstə düşmür. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/4275 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh **********79 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi ev 160 ünvanında olan 0.12 ha torpaq sahəsi ilə **********64- 11301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyi müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi və ev cavabdehin mülkiyyətində olan torpaq sahəsi və bağ evindən ibarətdir (Dövlət reyestrindən verilmiş çıxarışa əsasən). Bununla da iddiaçıya məxsus torpaq sahəsinin və evin cavabdeh tərəfindən zəbt olunması halı müəyyən edilmir. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi ev 160 ünvanında olan 0.12 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları üstüstə düşmür. Odur ki, məhkəmə, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına, mülkiyyət toxunulmazlığına və dövlət tərəfindən müdafiə olunmasına əsaslanaraq iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən cavabdehin zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 160a ünvanında yerləşən cavabdehin zəbt etdiyi torpaq sahəsindən və evdən çıxarılmasına dair iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-172/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-172/2022
18.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver