Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1730/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Nümayəndə, İddiaçı1 nümayəndəsi X7, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə əldən çıxmış faydaya görə 08 sentyabr 2021-ci ildən yekun məhkəmə qərarı icra edildiyi günədək hər ay üçün 400 manat məbləğində pulun, vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun tutularaq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin 16 saylı mənzili 21 noyabr 2018-ci il tarixində daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən iddiaçı: İddiaçı2 oğlu tərəfindən öz adına alınmış və onun öz adına da Daşınmaz əmlakın dövət reyestrindən mənzilə çıxarış verilmişdir. 25 fevral 2021ci il tarixdə İddiaçı2 qeyd edilən mənzili 4 saylı Bakı "Asan Xidmət' Mərkəzində bağışlama müqaviləsi əsasında oğlu İddiaçı1 bağışlamış və bu barədə İddiaçı1 adına qeyd olunan mənzilə elektron çıxarış alınmışdır. Sonradan 27 yanvar 2022-ci il tarixində 4 saylı Bakı “Asan Xidmət" Mərkəzində 25 fevral 2021-ci il tarixli bağışlama müqaviləsi ləğv edilərək, həmin mənzil 31 yanvar 2022-ci il tarixində İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bunun əsasında mənzilə dair İddiaçı2 adına yeni elektron çıxarış verilmişdir. Bir neçə ildir ki, cavabdehlər Cavabdeh və qızı X3 yuxarıda qeyd olunduğu kimi müvəqqəti olaraq, İddiaçı1 məxsus olmuş, hazırda iddiaçı: İddiaçı2 məxsus olar qeyd olunan mənzildə müvəqqəti yaşayırlar. İddiaçılar cavabdehlər Cavabdeh və X1 evdən çıxmalarını tələb etsələr də cavabdehlər çıxmaqdan imtina etmişlər. Bu səbəbdən də, İddiaçı1 2021-ci ilin sentyabr ayında cavabdehlərin mənzildən məhkəmə qaydasında çıxarılmaları üçün məhkəmədə mülki iddia qaldırmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 16 noyabr 2022-cı il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(007)-3916/2021 sayi qətnaməsindən apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında 2015-ci ildən qeyri-rəsmi nikah münasibətləri vardır. Mübahisəli mənzilin alınması üçün cavabdeh 2018-ci ildə iddiaçıya 60.000 manat pulvermiş, İddiaçı1 da həmin pulun üzərinə cəmi 8 000 manat əlavə edərək mənzili almışdır. Bundan sonra, cavabdeh əvvəl yaşadığı evdə özünə məxsus mebel və məişət əşyalarını mübahisəli mənzilə yerləşdirmiş əlavə olaraq da kondisioner, televizor və s, çatışmayan məişət əşyalarını cavabdeh öz vəsaiti hesabına almışdır. İddiaçı mənzili əvvəl atasının adına almış, sonra öz adına rəsmi rəsmiləşdirmişdir. Onlar rəsmi nikahda olmasalar da, 2021-ci ilin iyun ayınadək faktiki ər-arvad münasibətində olmuşlar, birgə təsərrüfat aparmışlar, ona əri kimi etibar edib,illərlə ev almaq üçün topladığı 60.000 manat pulu borc müqaviləsi bağlamadan vermiş, əlavə olaraq da öz puluna çatışmayan əşyaları alıb mənzilə yerləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1750/2022 saylı 09 mart 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Məhkəmə cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri həqiqətə uyğun deyildir. Cavabdeh İddiaçı1 mübahisəli mənzilin alınması üçün 60000 manat pul verməmişdir. Cavabdhein şikayəti üzrə polisdə aparılmış araşdırma zamanı bu hal, yəni məhkəmənin qətnaməsində göstərdikləri bütün hallar öz təsdiqini tapmamışlar. Həmin vaxtı Cavabdeh polisdə yazmış olduğu izahatında İddiaçı1 cəmi 3500 manat pul verməsini bildirmişdir. Araşdırma müəyyən etmişdir ki, cavabdehin məqsədi İddiaçı1 hədə-qorxu gəlməklə mübahisəli mənzili ələ keçirmək olmuş, lakin cavabdehin niyyəti baş tutmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, İddiaçı1 rəsmi nikahdan həyat yoldaşı vardır və cavabdehlə faktiki ər-arvad münasibətləri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili, İddiaçı1 vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, əlavə etdi ki, tərəflər arasında kirayə müqaviləsi olmayıb. Cavabdehin mübahisəli evdən çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilmiş, həmin qətnamə apellyasiya instansiyasında da qüvvədə qalmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə icra olunmuş, cavabdeh evdən çıxarılmışdır. Cavabdehin məqsədi İddiaçı1 Byram oğluna hədə-qorxu gəlməklə mübahisəli mənzili ələ keçirmək olmuş, lakin niyyətibaş tutmamışdır. İddiaçı1 rəsmi nikahdan həyat yoldaşı vardır və cvabdehlə faktiki ər-arvad münasibəti yoxdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olarq bildirdi ki, cavabdehin mübahisəli mənzildə qalması nəticəsində iddaçıya maddi ziyan dəymişdir. Belə ki, iddiaçı qeyd olunan mənzili kirayə vrə bilərdi ki, həmin məzilin yerlişdəyi ərazidə oxşar mənzillərin kirayə haqqı təxminən aylıq 350-400 manat civarındadır. İddiaçı da həmin mənzili kirayə verə bilərdi ki, cavabdehin həmin mənzildən qanunsız çıxmaması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, o, İddiaçı1 ilə faktiki nikah münasibətlərində olmaqla, mübahisəli ünvanda ailə münasibətlərində yaşamışlar. Onun həmin evdə yaşaması hansısa şərtlə olmamış, o, evə zorla girməmişdir. İddiaçı ilə onun arasında 2015-ci ildən qeyri-rəsmi münasibətlər yaranmış, mübahisəli evin 2018-ci ildə alınması üçün o, 60.000 manat məbləği iddiaçıya vermiş, İddiaçı1 isə həmin məbləğə 8000 manat əlavə edərək evi almışdır. Arif evi gah atasının adına, gah öz adına rəsmiləşdirmişdir. O, evdə zorla qalmamış, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da həmin mənzildən özü çıxmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(007)-3916/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 iddiası təmin edilərək, Cavabdeh, onunla birlikdə X2 şəxsi əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin 16 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh X3 ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan akı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin 16 saylı mənzilində yaşamışlar, lakin sonradan iddiaçı ilə münasibətləri pozulduğundan iddiaçı evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(103)-1760/2022 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(007)-3916/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 70 saylı evin 16 saylı mənzili xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən 68000 manata İddiaçı2 satılmış və xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixdə həmin mənzili daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən oğlu İddiaçı1 hədiyyə etmiş və xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmış, lakin bağışlama müqaviləsi qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixdə notarial qaydada ləğv olunmuş, mənzil xx.xx.2022-ci il tarixdə yenidən mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydiyyata alınmışdır. İddia tələbindən görünür ki, iddiaçılar, cavabdehin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etdiyi 08 sentyabr 2021-ci il tarixindən məhkəmə qərarının icra edildiyi günədək hər ay üçün 400 manat pulun sonuncudan tutulmasını xahiş etmiş, öz tələbini cavabdehin əmlakı zəbt etməsi səbəbindən əmlakından istifadə edə bilmədiyi üçün maddi gəlirlərindən məhrum olması ilə əsaslandırmışdır. İddiaçı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “zərər” və “delikt”ə dair maddələrinə istinad etməklə cavabdehin məhkəməyə verildikdən sonra evi tərk etməməklə bağlı davranışını ona ziyan vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu kimi, aylıq 400 manat pul vəsaitini əldən çıxmış fayda kimi qiymətləndirmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü qızı X3 ilə birlikdə təqribən 2018-ci ildən sonra mübahisli mənzildə yaşamışlar. Onlar arasında münasibətlər pozulduqdan sonra İddiaçı1 evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddiası təmin olunmuş, yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra cavabdeh icra qaydasında evdən çıxarılmışdır. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə qanununsuz daxil olması müəyyən edilməmişdir. Əksinə iş materiallarından da müəyyən olunur ki, cavabdehin iddiaçılardan İddiaçı1lə münasibəti olmuş və sonuncu onun razılığı əsasında həmin mənzildə yaşamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli evdə cavabdeh İddiaçı1 razılığına əsasən yaşamış, bununla da iddiaçıların hər hansı hüququnu pozmamaqla maddi zərər vurmamışdır. Cavabdehin mübahisəli mənzildən çıxarılmalı olması yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin qətnamənin icrası qaydasında da cavabdeh həmin mənzildən çıxarılmışdır. Məhkəmə mübahisələri gedən zaman cavabdehin həmin evdən çıxmaması iddiaçıların mülkiyyət hüquqlarını pozmamaqla bu hal əsas götürülməklə ondan zərər kimi pul tələb edilməsi də qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən sonrakı dövrdə həmin əmlakdan istifadə etməmiş qətnamənin icrasına maneçilik törətməməklə mübahisəli mənzili qanunsuz sahibliyində saxlamamışdır. İddiaçıları zərər kimi tələb hüququ yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən sonrakı dövrü əhatə edə bilərdi ki, belə bir halda məhkəmə araşdrması zamanı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh məhkəmə iddiası qaldırıldıqdan sonra evi tərk etməməsi, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməsi və məhkəmə çəkişmələri bitənədək gözləməsi hüquq pozuntusu hesab edilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin, iddiaçıların onlara vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, onlar tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və iş hallarına uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi də təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1730/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1730/2022
15.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver