Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1754/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh5 Fəxəddin oğlunun, Cavabdeh3 Faxrəddin oğlunun və Cavabdeh16 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2009-cu il olan çıxarışa əsasən ona məxsus tam mülkiyyətimdə olan ünvan 2 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X20, X11, X12, X1, Cavabdeh5, Cavabdeh6, X13, X7, Həsənli ƏliHüseyn Bünyad oğlunun, Cavabdeh7, X2, Cavabdeh9, X14, Cavabdeh10, Cavabdeh11, X17, X24, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, X15, X21, Cavabdeh16, Cavabdeh17nin, Cavabdeh18, X18, X19, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X4, X8, Cavabdeh24, X3, Cavabdeh26, Cavabdeh27, X16, X9, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, X5, X6, İsmayılova Qənirə Cavabdeh32, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, X22 əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyət əsasında xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla onun adına rəsmiləşmişdir. Vəkil sorğusu əsasında verilmiş sorğuya cavabdan göründüyü kimi həmin 159 saylı bağ evində əksəriyyəti Şuşa rayonundan olan məcburi köçkünlər yaşamışlar. Həmin məcburi köçkünlər 12 ailədən olmaqla 55 nəfərdən ibarətdir. İş materiallarına əlavə edilən sənədlərdən göründüü kimi müxtəlif vaxtlarda məcburi köçkünlərin bağ sahəsindən çıxarılması üçün müxtəlif vaxtlarda, müxtəlif orqanlara müraciətlər edilmiş, lakin həmin dövrdə ölkə ərazisində torpaqların işğaldan azad olunmaması və həmin ailələrin digər evlərlə təmin olunmaması səbəbindən cavabdehlərin bağ sahəsindən çıxarılması mümkün olmamış və bunun üçün lazımı şəraitin yaranması gözlənilmişdir. Hazırda torpaqların işğaldan azad olunmuş və məcburi köçkünlərin də öz ata yurdlarına geri qayıtmağa başlanılmışdır. Lakin cavabdehlər bağ sahəsindən istifadə etməyə davam edirlər. Ödur ki, hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşam. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən etiraf etdi və bildirdi ki, iddianı qismən etiraf etdi və bildirdi ki, hazırda Şuşa rayonunda evləri tikilir və onlar o evlərin tikilməsini gözləyir, hazır olandan sonra evdən çıxacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 Fəxəddin oğlu iddianı qismən etiraf etdi və bildirdi ki, iddianı qismən etiraf etdi və bildirdi ki, onlar qaçqın düşən vaxtı həmin bağçaya bibisinin yanına gəldilər və o vaxtdan orada yaşadılar. Ordan çıxmağa razıdırlar, sadəcə evləri hazır olandan sonra. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Faxrəddin oğlu iddianı qismən etiraf etdi və bildirdi ki, onlar uşaq bağcasında yaşayır, lakin hazırda Şuşa rayonunda evləri tikilir və onlar o evlərin tikilməsini gözləyir, hazır olandan sonra evdən çıxacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh16 iddianı qismən etiraf etdi və bildirdi ki, xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -X10 ərizəsinin sürətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi H.Z. Tağıyev küçəsində yerləşən evinin həyətyanı sahəsi böyük olduğundan 10000 (on min) m2 torpaq sahəmdən öz ərizəsi ilə imtina edərək icra hakimiyyətinin balansına təhvil vermişdir. Mülkiyyətində qalan torpaq sahəsi və həmin torpaq sahəmdə yerləşən 159 saylı fərdi yaşayış evimdə qanunsuz yaşayan məcburi köçkünlər evində və torpaq sahəmdə qanunsuz hərəkətlər edirlər və təyinatına görə istifadə etmirlər. Evimin qeydiyyat vəsiqəsi, fərdi yaşayış evinin texniki pasportu, torpaq sahənin və evinin planları olduğu halda həmin şəxslərin qanunsuz hərəkətlərini dayandıra bilmir. Qanunsuz hərəkətləri dayandırmağı tələb etdikdə bildirirlər ki, buranın sərəncamı var. Həmin şəxslərin evindən və torpaq sahəsindən çıxmalarını deyil, onların qanunsuz hərəkətlərinin dayandırılması üçün ölçü götürməyini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri əzizbəyov RİH başçısının Mərdəkan qəsəbəsi nümayəndəliyinin xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, ev No 159 ünvanda müvəqqəti yaşayan Şuşa şəhər məcburi köçkünləri tərəfindən aparılan qeyri - qanuni tikintinin qarşısı alınmış və orada yaşayan vətəndaşlara ciddi xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı Hacıbalayevoçin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ev İddiaçı Hacıbalayevoçin mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinin əsasını cavabdehlərin ona məxsus fərdi yaşayış evindən çıxarılmaları təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Göründüyü kimi, məhəmə iclasında iştirak edən cavabdehlər onların ailə üzvləri ilə birlikdə mübahisə predmetinə aid olan ərazidə yaşamaları etiraf olunmuşdur. Lakin yaxın zamanda Şuşa rayonunda tikilən evlər təhvil verilən kimi onlar öz doğma rayonuna köçərək evi boşaldacaqlar. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, cavabdehlərin həmin evdə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 3 ünvanda yaşayırlar, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X20, X11, X12, X1, Cavabdeh5, Cavabdeh6, X13, X7, Həsənli ƏliHüseyn Bünyad oğlunun, Cavabdeh7, X2, Cavabdeh9, X14, Cavabdeh10, Cavabdeh11, X17, X24, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, X15, X21, Cavabdeh16, Cavabdeh17nin, Cavabdeh18, X18, X19, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X4, X8, Cavabdeh24, X3, Cavabdeh26, Cavabdeh27, X16, X9, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, X5, X6, İsmayılova Qənirə Cavabdeh32, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, X28 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təvil verilməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdehlər siyahısında 14 yaşına çatmamış və valideynləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan şəxslər vardır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, həmin azyaşlıların yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından cavabdehlər və onların 14 yaşına çatmamış uşaqları da fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X20, X11, X12, X1, Cavabdeh5, Cavabdeh6, X13, X7, Həsənli ƏliHüseyn Bünyad oğlunun, Cavabdeh7, X2, Cavabdeh9, X14, Cavabdeh10, Cavabdeh11, X17, X24, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, X15, X21, Cavabdeh16, Cavabdeh17nin, Cavabdeh18, X18, X19, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X4, X8, Cavabdeh24, X3, Cavabdeh26, Cavabdeh27, X16, X9, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, X5, X6, İsmayılova Qənirə Cavabdeh32, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, X28 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar və fərdi yaşayış evi boşaldılaraq sonra İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1754/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1754/2025
03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver