Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1785/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilidən çıxarma və həmin tikiliyə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özbaşına tikilidən çıxarma və həmin tikiliyə köçürmə tələbinə dairdair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçüliik Sovxozundakı 0.04 ha torpaq sahəsindən və üzərində inşa edilmiş 3 otaqlı tikilidən çıxarılması, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda ona ayrılmış 0,04 ha torpaq sahəsində inşa edilmiş 3 otaqlı maşına tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda xx.xx.2000-ci il tarixli əmr əsasında İddiaçı 0.04 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 3 otaqlı ev inşa olunmuşdur. xx xxxxxxx 2005-ci il tarixdə iddiaçının oğlu Aqil Səfərov Cavabdeh ilə nikaha daxil olmuş və həmin özbaşına tikiliyə gəlin gəlmişdir. Birgə nikahdan 3 uşaq anadan olmuşdur. 2018-ci ilin fevral ayından Cavabdeh mübahisəli evi tərk etmiş və uşaqlar atanın yanında qalmışdır. Bundan sonra Aqil Səfərov məhkəməyə müraciət edərək nikahın pozulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının oğlu Aqil Səfərovla cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh 2018-ci ilin fevral ayından tərk etdiyi mübahisəli evi 2020-ci ilin mart ayından özbaşına daxil olaraq zəbt etmişdir. Cavabdeh 2018-ci ildən bu yana ötən müddət ərzində evlə və torpaq sahəsi ilə hər hansı bağlılığı olmamış, bu müddətə həmin evdə yaşamamışdır. Onun evdə heç bir əşyası qalmamışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəmə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı (cavabdehin yaşadığı) evdən (özbaşına tikilidən) çıxarılmasını, onun həmin evə (özbaşına tikiliyə) köçürülməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizənin məzmununa uyğun izahat verdi. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, həmin evi qayınatasıgil tikib, o 2015-ci il iddiaçının oğlu ilə ailə qurduqdan həmin evə köçmüşdür. Hazırda aralarında nikah pozulmuşdur. 2018-ci il tarixdə ailədə baş vermiş söz-söhbətlərə görə evdən çıxıb getmiş, daha sonra 8 ay əvvəl həmin evə qayıtmışdır. İddiaçının oğlu başqa şəxslə ailə qurub hamımız orada yaşayırıq. 3 otaqdfan ibarət bir mərtəbəli evdir 1 otağı onun istifadəsindədir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışdan görünür ki, həmin çıxarış Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 005 saylı sərəncəmı, Hövsan X1 Komissiyasının və Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli 01 saylı protokoluna əsasən sovxozda fəhlə işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ehiyacı olan qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0.04 ha torpaq sahəsinin ayrılması haqqında verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və Cavabdeh ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin 07 ayının 11 günündə 199 nömrə ilə qeyd edilmişdir. Mübahisə özbaşına tikinti obyekti ilə bağlıdır. Həmin tikili yaşayış sahəsi kimi istifadə olunur. Özbaşına tikinti obyekti iddiaçının sahibliyində və istifadəsində olan fərdi ev tikmək üçün ona ayrılmış 0.04 ha torpaq sahəsinndə yerləşir və işin mübahisələndirilməyən halına əsasən sonuncunun əri və özü tərəfindən tikilmişdir. Cavabdeh tərəfindən iddiaçının oğlu ilə evli olduqları vaxtda da orada hər hansı iş görüməmişdir. İddiaçının oğlu ilə cavabdehin münasibəti pisləşdiyindən o, evi tərk etmiş, lakin sonradan evə gəlmiş. Araşdırma zamanı müəyyən olunur ki, özbaşına tikilidə hazırda Cavabdeh və keçmiş əri, yəni iddiaçının oğlu yeni ailəsi ilə birlikdə yaşayır. Cavabdeh bunu inkar etməmişdir. Göründüyü kimi, xx.xx.2000-ci il tarixli 01 saylı əmrdən çıxarışdan aydın olur ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 005 saylı sərəncəmı ilə Hövsan X1 Komissiyasının və Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli 01 saylı protokoluna əsasən sovxozda fəhlə işləyən özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ehiyacı olan qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0.04 ha torpaq sahəsinin ayrılmışdır. İddiaçı onun oğlu ilə münasibət pozulduğundan öz sahibliyində olan torpaq sahəsində tikilmiş mübahisəli evdən Cavabdeh çıxarılmasını özünün həmin evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Məhkəmə qeyd edir ki, hazırki halda məhz fərdi yaşayış evinin tikintisi üçün özünə ayrılmış torpaq sahində inşa etdikləri özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş iddiaçının həmin əmlakı 3-cü şəxslərdən tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının özbaşına tikilini əmlak kimi üzrində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ (hazırda sübyektiv hüquqla əhatə olunmayan maraqları) olduğundan iddia həmin tikilidən cavabdehin çıxarılması və iddiaçının həmin evə köçürülməsi barədə iddiası təmin edilməlidir. Tikintinin hazırda torpaqla birlikdə dövlət qeydiyyatına alınmaması, iddiaçıya qanunla ayrılmış olan torpaq sahəsində və orada tərəfindən inşa edilmiş və sahibliyində olan evdə digər şəxsin sahibinin iradəsi ziddinə orada yaşamasını təmin etmək qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə olaraq məhkəmə həmin torpaq sahəsində olan evə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. mülki qanunvericiliyin normaları baxımından da həmin əmlaka öz əmlakı kimi sahiblik edən şəxs kimi mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququ da təmin edilir. Beləliklə, məhkəməhesabedirki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı (cavabdehin yaşadığı) evdən (özbaşına tikilidən) çıxarılmalı, İddiaçı isə həmin evə (özbaşına tikiliyə) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı (cavabdehin yaşadığı) evdən (özbaşına tikilidən) çıxarılsın. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu 0.04 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı (cavabdehin yaşadığı) evə (özbaşına tikiliyə) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1785/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1785/2020
15.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver