Məhkəmə qərarları › İş №2(003)-1799/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1799/2020

10.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1799/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sərdliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakıilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tələbin borclunun əmlakına yönəldilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında yerləşən əmlakın üzərində onun mülkiyyət hüququnun tanınması və Cavabdeh1 Faiq qızının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında yerləşən və X3 məxsus olmuş mülk sonuncunun atası X7 miras kimi qalmışdır. Mülkiyyətçinin övladları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, dalan 3, ev 2 ünvanında yaşayırlar. Həmin ünvanda bir-birindən ayrı iki mülk yerləşir və mülkiyyətçi Quliyevanın övladları orada yaşayırlar. Onlardan ikisi, yəni 3-cü şəxslər Cavabdeh2 və Cavabdeh3 orada həm də pasport qeydiyyatındadır, biri isə, yəni Cavabdeh1 Faiq qızı digər evdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında pasport qeydiyyatındadır və pasport qeydiyyatından çıxmaq istəyib-istəmədiyi barədə məlumatı yoxdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-893/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin 2(003)-893/2010 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi ilə borclu X1 onun xeyrinə 12 000 ABŞ dolları tutulmalı idi. Quliyeva Seyrabanının pensiyasından 3921,13 manat tutulmuşdur. xx.xx.2016-cı ildə Quliyeva Seyrabanı vəfat etmişdir. Bu günkü tarixə qədər heç kim Quliyeva Seyrabanının varisi olaraq tanınmamışdır. Yalnız X3 məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında yerləşən mülkü qalmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə qalan borc X3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında yerləşən mülkiyyətə yönəldilmiş və əmlakın üzərinə həbs qoyulmuşdur. xx.xx.2018-ci ildə həmin mülkiyyətin qiymətləndirilməsi keçirilmiş və mülkiyyətə 15 000 manat qiymət qoyulmuşdur. xx.xx.2018-ci ildə “İcra haqqında” Qanunun tələblərinə əsasən mülkiyyət hərracdan əvvəl kreditora, yəni ona təklif edilmişdir və o, təklifi qəbul etmiş. Lakin hərrac keçirilmədən daşınmaz əmlakın tələbkara satılması proseduru qanunvericiliklə nəzərdə tutulmadığından, alqı-satqı həyata keçirmək mümkün olmamışdır. Məsələ ilə bağlı o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə müraciət etmişdir. Baş idarənin x xxxxxx 2020-ci il tarixli 03/11-302 nömrəli cavab məktubuna əsasən, bu prosedur məhkəmə qərarı ilə həyata keçirilməlidir. Təklifi qəbul etdikdən sonra təklif edilmiş əmlak üzərində mülkiyyət hüququnun tanınması üçün və pasport qeydiyyatından borclunun qızının çıxarılması üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında yerləşən əmlakın üzərində onun mülkiyyət hüququnun tanınması və Cavabdeh1 Faiq qızının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının tələb etdiyi əmlak onun yeganə evidir. O, evini itirmək istəmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxx” MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 9A saylı arayışdan görünür ki, İddiaçı Günəşli qəsəbəsi, massiz “D” y/s ev № 11, mənzil 113 ünvanında yaşayır və qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanına dair Nağıyev X12 və X3 şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid tarixli pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 X2 şəxsi mülkiyyəti olaraq qeydiyyata alınıb. İş materiallarından görünür ki, X6 ilə İddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7-də yerləşən evin alqı-satqısına dair xx xxxxxx 2005-ci il tarixli ilkin müqavilə bağlanmış, müqavilənin 2-ci bəndində göstərilmişdir ki, ilkin müqavilə əsas müqavilənin (yəni alqı-satqı müqaviləsinin) alıcının adına rəsmiləşdirilib, forma 1 və forma 2 arayışlar alınana qədər qüvvədədir. İş materiallarına əlavə edilmiş İlkin müqavilənin müddətinin uzadılması haqqında xx xxxxxx 2006-cı il tarixli sazişin notarial qaydada təsdiq edilmiş dublikatından görünür ki, X6 ilə İddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7-də yerləşən evə dair icarə müqaviləsinin müddətinin xx xxxxxx 2009-cu ilədək uzadılması qərara almışlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)- 343/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, ev 6 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinin İddiaçı Qasım qızının adına rəsmiləşdirilməsinə dair xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İddia tələbindən və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-893/2010 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən, X1 hazırki iş üzrə İddiaçı Əbdül qızının xeyrinə 12 000 ABŞ dolları tutulmalıdır. Qeyd olunan icra sənədi üzrə borclunun pensiyasından 3921,13 manat tutulmuş, xx.xx.2016-cı ildə borclu Quliyeva Seyrabanı vəfat etmişdir. Həmin tarixdən etibarən heç kim Quliyeva Seyrabanının varisi olaraq tanınmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, mərhum Quliyeva Seyrabanının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 7, 6 saylı evin üzərində mülkiyyət hüququnun tanınması və Cavabdeh1 həmin ünvandan qeydiyyatdan çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.1-ci maddəsinə istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MM-in qeyd olunan maddəsindən əvvəl 203.3-cü maddəsinə nəzər salmaq lazımdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Qanunvericiliyin qeyd olunan normasından görünür ki, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslarlar yol verilir. Yəni mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi hər bir əsas üzrə (məs, tələbkarın iddiası üzrə) deyil, yalnız qanunvericilikdə müəyyən edilmiş əsas üzrə həyata keçirilə bilər. Qanunvericilikdə müəyyən edilmiş əsas isə belədir: əgər mülkiyyətçinin öhdəlikləri məhkəmə qətnaməsi ilə təsdiq olunubsa, (məsələn, pul tutulması barədə qətnamə) mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi icra məmuru tərəfindən həyata keçirilir. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu zaman “icra məmuru tərəfindən” deyiləndə icra məmurunun təşəbbüsü (müraciəti) əsasında qəbul edilən məhkəmə qərarından söhbət gedir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, mülkiyyətçinin məhkəmə qətnaməsindən irəli gələn öhdəlikləri üzrə tutmanın onun əmlakına yönəldilməsi yalnız icra məmurunun müraciəti əsasında, məhkəmə qərarı ilə həyata keçirilə bilər. Məhkəmə icra məmurunun müraciəti əsasında belə qərar qəbul edərkən, qərarın hüquqi əsası kimi Azərbaycan Respublikasının MM-in 205-ci maddəsinə istinad edəcəkdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mübahisəli evin mülkiyyətçsi öldükdən sonra onun hüquqi varisi müəyyən edilməli və tələbkarla borclu arasında məsələnin həlli üçün icra məmuru müvafiq tədbir görərək məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə iddia tələbinin qeyd olunan hissədə əsassız olduğunu hesab edir. Eyni zamanda, iddia tələbinin Cavabdeh1 mübahisəli evdən qeydiyyatdan çıxarılması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçınınhəmin tələbinə qiymət vermək üçün ilk öncə onunbu barədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisəli evə dair mülkiyyət hüququnun tanınması barədə iddia tələbinin təmin edilməsi əsassızdır. Bu səbəbdən də, iddiaçı mübahisəli evə dair Cavabdeh1 istifadə hüququnu mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Bundan əlavə, şəxsin müəyyən ünvandan qeydiyyatdan çıxarılması məhkəmənin deyil, müvafiq orqanın səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tələbin borclunun əmlakına yönəldilməsi və qeydiyyatdan çıxarılmaya dair iddia tələbi rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tələbin borclunun əmlakına yönəldilməsi və qeydiyyatdan çıxarılmaya dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar