Məhkəmə qərarları › İş №2(003)-181/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-181/2022

02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-181/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı 1 Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinə gedən yolda ümumi istifadadə olan yolun açılması, qanunsuz qoyulmuş darvazanın və hasarın sökülməsi və cavabdehin özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.245093 ha ölçüdə 1083 saylı bağ sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 274 nömrəli reyestr kitabının 25564 nömrəli vərəqində onun adına qeydiyyata alınmışdır. Həmin topraq sahəsi ona miras olaraq keçmişdir. Əfsuslar olsun torpaq sahəsinə giriş çıxış yolu yoxdur. Bağ sahəsinə giriş yolu qonşusu tərəfindən zəbt edilərək dəmir darvaza qoyulmaqla yolu bağlanmışdır. O, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Məcbur qalıb bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu da onun qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır ki, sərbəst olaraq öz əmlakı barədə müəyyən hüquqları- xüsusən də istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş iddia tələbini qəbul etmədiyini bildirirərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı bütün hərəkətləri məntiqsizdir. 01 aprel 2021-ci il tarixdə İddiaçı Xəzər Polis İdarəsinə müraciət edib ki, kənar şəxs tərəfindən 1083 №li bağ sahəsinə yol zəbt edilib və həmin şəxsi müəyyən etməyi Polisdən xahiş edib. Bir neçə gün sonra (aprelin 6-sı), həmin ərizə “əsasında” (əsas olmayaraq), Xəzər rayon Polis İdarəsinin nümayəndəsi və İddiaçı vəkili Vəkil heç bir təsdiq və sübutu olmadan, onun 1092 №li bağ sahəsinin qapısını döyüb, ona deyiblər ki, o, 1083 №li bağın yolunu zəbt etmişdir. Ondan izahat tələb ediblər. O izahatı yazıb, baxmayaraq ki, heç kimin maraqlarına toxunmamışdır, lakin bütün tarixi və faktları bilir, onu aldatmaq mümkün deyil hər halda. İddiaçı onun xalası nəvəsidir və onu uşaqlıqdan yaxşı tanıyır və onun bağı 1083 №li sahəsi ilə qonşu olduğunu yaxşı bilir. Onların ailəsi 1092 №li bağ sahəsinə 1947 ildən və şəxsən o, 1968-cı ildən baxır. Xəzər Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları İddiaçı Polisə ərizəsinin mahiyyətini və qanuni olduğunu yoxlamaq üçün, İddiaçı tərəfindən təşəbbüs etdiyi cinayət işini əlavə araşdırmaya göndəriblər. Polis əməkdaşları yerində baxış keçiriblər, onun sahəyə aid təqdim olunmuş sənədləri müstəntiqlər tərəfindən yoxlanılıb. Xəzər Rayon Polis İdarəsi tərəfindən 12 iyun 2021 il tarixli Qərar çıxarılıb, qərarda qeyd olunur ki, Cavabdeh heç kimin şəxsi mülkiyyətinin hüquqlarını pozmayıb, yolunu bağlamayıb, heç kimin şəxsi mülkiyyətində olan sahəsini zəbt etməyib. Qeyd etmək lazımdır ki, İddiaçı özünün polisə təqdim olunmuş ərizəsi ilə bağlı heç bir sübut təqdim etməmiş və Polis İdarəsinə özü gəlməmişdir. Bundan sonra, İddiaçı məhkəməyə müraciət edib ki, Cavabdeh onun mülkiyyət hüququ pozur, amma əslində indi aydındır ki, onlar Cavabdeh mülkiyyət hüququnu pozmaq niyyətindədilər. Hesab edir ki, ona qarşı iddia ərizəsi əsassızdır. Daha bir faktlar barədə açıqlama verir ki, hərəkətlərin məntiqsiz, əsassız, ədalətsiz olduğunu iddiaçı özü başa düşməlidir. İddiaçı 2010 il tarixli 1083 №li sahənin mülkiyyəti ilə bağlı Çıxarışı aldıqdan on il keçdikdən sonra iyun ayında 2020 ildə etibarnaməni öz vəkilinə verib və yetkinlik yaşından bəri birinci dəfə bağla, bağın yolu ilə maraqlanıb və 1083 №li bağ sahəsinin yolunu zəbt edənin şəxsiyyətini müəyyən etmək üçün Polisə müraciət edir və daha sonra heç bir sübutu olmadan, nədənsə onu məhkəməyə verir. Maraqlı fakt odur ki, öz adına sahəni keçirdərək (icarə müqaviləsi, sonra mülkiyyət) İddiaçı həmin 1083 №li sahəyə qanuni giriş yolunun hardan olub-olmaması barədə o vaxtı sual vermirdi və indi də əsl qanuni yolun harda olduğunu gizdədir, lakin özü bilir yol hardan zəbt olunub. O tərəfə ki, yolu zəbt edib, gücü çatmır, ona gücü çatır və Polis və məhkəməni aldatmaq istəyirlər indi. Ondan, yaşlı xəstə adamdan, sadəcə olaraq istifadə etmək istəyirlər ki, qanunsuz yollarla 1083 №li bağ sahəsi maklerlər vasitəsilə satsınlar. Belə ki, 1990-cı illərdən 2021-ci ilə qədər heç bağla maraqlanmayıb və baxmayıb, yolun harda olub-olmamasını ilə bağlı İddiaçı 2021-ci ilə qədər nə rəsmi, nə də qeyri-rəsmi qaydada maraqlanmayıb. Qeyd edir ki, o, öz bağ sahəsini başqaları kimi, çoxdan sata bilərdi. Bu halda, İddiaçı kimə qarşı iddia qaldırardı? O, həmişə öz bağında qalırdı, öz bağına baxırdı və qonşu xalası Qumru Qafarovanın vəfatından sonra onun bağını da 40 ildir ki, istər istəməz nəzarət altında saxlayırdı ki, təmiz olsun. Bunları o, öz elmi işçi maaşı ilə edib. Amma İddiaçı yadına da düşmür ki, o torpağa qayğı göstərmirdi, nə qanuni giriş yolundan, nə də ümumiyyətlə sahədən, bağın vəziyyəti ilə də heç vaxt maraqlanmırdı, bir dəfə də soruşmurdu “sahədə nə baş verir?”. İndi satmaq istəyir və hər bir vasitəyə əl atır ki, sənədləşdirib, qanuni tələbləri və hüquqları pozmaqla, bir yerdən yol açılsın, satsın. O, istəsəydi, bu 40 il ərzində həmin nəzarətsiz sahəni öz adına sənədləşdirərdi, sonra satardı. O bunu heç vaxt eləməzdi və etməyib. Hesab edir ki, qanunla mümkün olsa da, mənəvi tərəfdən bu düzgün deyil. O, orada olmasaydı, qonşulardan biri çoxdan öz adına sənədləşdirərdi, İddiaçı heç bilməzdi. O, axırıncı dəfə İddiaçı hardasa 1994-cü ildə qanuni giriş yolun olduğu mərkəzi şosse, qanuni yol ilə öz ata qohumları ilə əncir üçün gəlməsini xatırlayır, həmin mərkəzi şosse ilə 1082 №li bağın ev arxasında olan yola girib, 1083 №li sahəyə keçib (o vaxt İddiaçı 11-12 yaşında idi və həmin qanuni yolu yaxşı tanıyırdı). O vaxt İddiaçı ona bildirib ki, mərkəzi şossedən baxanda 1083 №li bağı tut ağacını görəndə tanıyıb, həmin əsas şossedən də bağa girib. O vaxt şosseyə baxan bağ (1082 №li) hələki (qanuni yol ilə birlikdə) satılmamışdır və 1083 bağ sahəsinə gedən yol açıq idi (hələ zəbt olunmamışdır). Təxminən 30 dəqiqə orada olub getmişlər. Onun 1092 №li bağ sahəsinə bütün lazımi sənədlər əsasında 4 metrlik giriş yolu var və həmin bağa o və iki yetkinlik yaşına çatmış uşaqları baxırlar. Daha sonra Cavabdeh ərizə (çıxış) ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi sübutsuzdur. 1083 saylı sahəyə həmişə giriş yolu əsas mərkəzi şossedən 1082 saylı bağ evin arxasında olurdu, həmin qanuni giriş-çıxış yolunu əks etdirən cizgi texniki plan məhkəmədən gizlədilir. Onun 1092 №li sahəsindən 1083 №li sahəyə giriş-çıxış yolu olmamışdır və hazırda da yoxdur. Bu da İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş İddiaçı və Əmlak Komitəsinin aprel 2021-ci tarixli məktublarından da görünür (Əmlak Komitəsi və İddiaçı 1083 №li bağa yolu “müəyyən” etmək istəyirlər, yəni yol axtarırlar). Qeyd edir ki, 1083 №li bağ 1947-ci ildə onun xalası Qumru Qafarova (İddiaçı ana tərəfindən nənəsi) adına sənədləşdirilmişdir və sahəsi 0, 56 (təxminən) hektar idi (yəni 1083 №li və 1082 №li sahələr birlikdə, bir böyük bağ idi). Bağa giriş və evinə gədər gedən yol 1947-ci ildən mərkəzi asfaltdan gəlirdi (təqdim olunan sxemdə Yol №li 1). Yol №li 1 Qumru Qafarovanın evinin arxasından keçir, onun 1092 №li bağından, qarajacan uzanırdı (Yol N İİ) və bu dövlət kadastrın Planına uyğun idi. 1963-cü ildə hökümət tərəfindən göstəriş oldu ki, hər adama 0,25 hektar verilə bilər və Qumru Qafarova mərkəzi şosse tərəfindən olan hissəni kiçik bacısının ailəsinə ayırdı və həmin sahə kiçik bacısının yoldaşının adına sənədləşdirildi (oldu Bağ N 1082 Səfərəliyev Tofiqin adına). Qafarova Qumrunun 1083 №li bağ sahəsinə şossedən gedən ümumi istifadəsində olan qanuni Yol 1 açıq qalırdı (təbil ki, həmin yol 1082 №li bagin sahəsinin özünə daxil ola bilməzdi. Plan ilə yol idi və indi də yoldur. Qumru Qafarova da, onların ailəsi də həmin ümumi yoldan istifadə edirdilər. Qumru Qafarova və 1092 №li bağın sahibi olan onun anası, Qafar-zadə Məhbubə, 1-ci yolu 1947-ci ildə onlara bağ sahələri veriləndə tikmişdirlər. Qafarovanın evinin arxasından keçən və onların bağa gedən yol cavabdehin ailəsi tərəfindən tikilmişdir və ümumi plana daxil idi (o yol sxemdə qeyd olunub). 1976-78-ci ilərdə 1084 №li bağ sahibi 1092 №li onların bağa gedən yolu daş ilə bağladı. Səbəb isə o idiki, Q. Qafarovanın evinin araxından keçən Yol onun bağ sahəsinə baxır və bağını satmaq fikrinə düşüb. Özü o yola, yanında olan qonşuların etirazı olmadan, heç kimin maraqlarına, sahiblik hüququna ziyan vurmayaraq, 1092 №li bağ üçün mümkün yeganə alternativ tapmış və ona görə mübarizə aparmamışdır. Onun 1092 №li sahəsininin arxa tərəfi qumluq olan dar bir (4 metr) dalana çıxırdı, yəni bağın həmin uzun dalanın ən axırında “tupikdə” yerləşir, dalan (“tupik”) bağının sahəsinə dirənir. Sxemdə 1092 №li bağın İİİ Yol kimi göstərilib. O illərdə 1090 №li və 1091 №li (1091 №li bağ hal hazırda satılıb) bağların sahibləri və onlar, yəni cavabdeh o hökümət balansında olan qumluğu, dar dalanı özləri abad edib, təmizləyib, öz hesablarına daş düzmüşdür ki, maşın keçə bilsin. Həmin dalanın sonu, yəni dalanın başı — yalnız onların 1032 №li bağına dirənir. 1090 və 1091 №li bağların qapları dalanın yan tərəfindədirlər. Dalan bir başa onların 1092 №li bağ sahəsinə dirənir (sxemdən görünür) və həmin dalanın 1083 №li sahə ilə (giriş-çıxış yol nöqteyi nəzərdən) heç bir aidiyyəti yoxdur, 1083 №li sahəyə giriş-çıxış üçün ümumi koordinatları yoxdur. 1083 №li bağın sərhədi və onun sərhəd boyunca torpaq sahəsi 1947-ci ildən icarə və sonra mülkiyyət hüququna əsasən anasına, atasına və ona məxsusdur. Həmin dalanın 1083 №li bağın sahəsinə giriş-çıxış kimi göstərilməsi mümkün deyil (dalanın 1083 №li bağın sərhədi ilə əlaqəsi yoxdur) və belə bir texniki sənəd-plan İddiaçı və Əmlak Komitəsi tərəfindən qanunla təqdim oluna bilməz də, belə ki 1947-ci ildən 1083 №li bağa aid olan mərkəzi asfaltdan, şossedən gələn və planda olan Yol 1 istifadə üçün acıq idi (1995-ci ilədək, Səfərəliyev bağını satan günə qədər) və indi də açıq olmalıdır. Yol № 3 (dalan) birbaşa 1083 №li bağın sahəsinə heç bir tərəfdən keçmir və heç bir vaxt onların 1092 №li bağın sahəsindən ümumi yol yox idi. Yol № 1 isə 1083 №li bağ üçün 1995-96-cı illərədək açıq olub. Lakin, 1963-70-ci illərdə, Səfərəliyev Tofiq 1032 №li bağını sənədləşdirəndən sonra, Qumru Qafarovanın bağına və evinə gedən 1 №li yolun kənarında, şimal tərəfdən, özünə ev tikmişdir (sxemdə bilinir) və bir azdan Qumru Qafarovanın mərkəzi şossedən gələn qanuni yolunu, şıltaqlıq edib, sahəsinə qoşmaq niyyəti ilə, ona təklif etdi ki, yolunu dəyiş, onun evinin arxasından keçir. Yolunu cənub tərəfdən tik (yəni İV №li Yolu tik!) ya da yolunu dalandan sal, 1092 №li bağdan keç”. Qumru Qafarova haqqlı olaraq, bu təkliflərə razı olmadı, lakin T.Səfərəliyev mübahisəni davam edirdi və X1 İdarəsinə şikayət yazdı. O vaxt, 1980-cı ildə, Qumru Qafarovanın şikayəti əsasında, Bağlar İdarəsindən Komissiya gəldi və Qumru Qafarovaya rəsmi cavab verdilər ki, Qumru Qafarovanın 1083 №li bağın yolu (Yolu 1) Tofiq Səfərəliyevin evinin arxasından şimal tərəfindən keçir və Sizin istifadənizdə olub və bu günə qədər qalır (sənəd №li 1, əlavə olunur, 1980 ci ilin 08 apreldə verilib, №644). Qumru Qəfarova vəfat edəndən sonra (1982 ildə), onun həyat yoldaşı Ağaşeyxəli Dadaşev, 1083 №li bağı öz adına keçirtdi. Səfərəliyev Tofiq isə öz ideyasından əl çəkməyib məhkəmələrə düşdü. O, A.Dadaşevi və Bağ İdarəsini Məhkəməyə verib o məqsədlə ki, yol 1 (sxemdə) onun 1082 №li bağ sahəsinə birləşsin və 1083 №li bağa gedən Yol 1 ləğv olunsun. Uzun məhkəmə proseslərindən sonra, sonda nəhayət, 1993-cü ildə Bakı şəhər Məhkəməsində Səfərəliyev Tofiq öz iddia ərizəsindən imtina etdi və onu geri götürdü. Beləliklə, 1083 №li bağa gedən Yol 1 açıq qaldı, Bunu təqdim olunan ərizəyə Bakı Şəhər Məhkəməsinin Qətnaməsini və o vaxt qonşuların adından yazılan R. Məlikovun şahidnaməsini əlavə edir, harda ki, o bir şahid kimi təsdiq edir ki, 1083 №li bağın yolu həmişə, Səfərəliyev Tofiq oralarda olmamışdan əvvəl də, mərkəzi şossedən gəlib və heç vaxt dar qumlu dalandan keçməyib. A.Dadaşev özü də bu məsələni ədalətli həll edilməsi üçün məhkəmələrdə çıxış edirdi, onun 1083 №li bağa olan şossedən gələn yolun toxunulmazlığını məhkəmədən tələb edirdi. Səfərəliyev Tofiqin tütün digər təklifləri ədalətsiz və əsassız hesab edildi. 1082 №li bağın sahibi A.Dadaşev 1994-cü ildə vəfat etdi, 11 yaşlı İddiaçı atasının qohumları ilə həmin yol ilə gəlib əncir dərib, həmin Yol 1 ilə getdilər. A.Dadaşev rəhmətə gedəndən sonra, Səfərəliyev Tofiq bağın satıb və 1 №li yolu 1023 №li bağa mərkəzi şossedən gedən və onun evinin arxasından şimal tərəfdən keçən qanuni yolu daş hasar ilə bağlayıb. Beləliklə, sxemdən və yuxarıdakı izahatlardan bir mənali aydın olur ki, 1022 №li bağın yolunu Səfərəliyev Tofiq qeyri-qanuni olaraq bağlayıb, Səfərəliyev Tofiq hətta hasarı belə tikib ki, 1032 №li sahədə bir az çox sahə olsun ki, o zəbt olunmuş Yol 1, zəruri ölçülər aparılanda, onun sahəsi kimi hesablansın. Beləliklə, 1032 №li bağ satılana qədər, yol 1 istifadə üçün açıq idi. Bağ idarəsinin mühəndisləri alqısatqını sənədləşdirəndə T.Səfərəliyevin bütün hərəkətlərinə ya fikir vermədilər, ya da səhlənkarlıq ediblər. Amma 1033 №li sahəni qanuni yoldan məhrum ediblər və T.Səfərəliyev bağını satandan sonra 1033 №li bağ izolyasiyada qalıb və o sahədə 1982-ci ildən bu günə kimi heç kim qalmır, baxmır (Qumru Qafarova rəhmətə gedəndən sonra). O, özü nəzarət edirdi, hətta sahəni təmizlətdirirdi. Hökümət icazə verdikdən sonra ki, bağ sahələrini özəlləşdirmək olar, o, 2006-cı ildə onun 1092 №li sahəsinə özəlləşməyə ald sənədləri hazırlayıb, müvafiq dövlət orqanlarına ərizə ilə müraciət edib və bütün lazımi instansiyalardan keçib, qanunvericiliyin tələblərinə uyğun, beş dəfə ölçülər aparılandan sonra (Əmlak Komitəsi, bələdiyyə, Arxitektura və Şəhərsalma kadastr Komitəsi, Torpaq Komitəsi, İcra hakimiyyəti) Texniki Pasport, Bağının planı və bütün hökümət kassalarında ödəmələrini təqdim edtikdən sonra, nəhayət, iki ildən sonra, 2008-ci ildə mülkiyyət hüququ təsdiqlənmiş və Əmlak Komitəsindən Çıxarışı almışdır. İddiaçı tərəfindən, onun babası 1994-cü ildə rəhmətə gedəndən sonra, 1083 №li səhəyə giriş-çıxış yolunun Səfərəliyev Tofiq tərəfindən zəbt edilməsi (satması) vaxtında və daha sonra 30 ilə yaxın nə İddiaçı, nə onun qanuni nümayəndəsi (qəyyumu) həmin qanuni yolun açıq qalması üçün heç bir tədbir etmədilər, yerində heç bir ölçü təşkil etmədilər, öz qanuni yolunun bərpası üçün və onun bağlanmaması üçün 1994-cü ildən başlayaraq heç bir dövlət təşkilatına şikayət etmədilər. Beləliklə, 1994-cü ildən başlayaraq bir neçə il ərzində İddiaçı qanuni nümayəndəsi və daha sonra özü (2000-ci ildə yetki№lik yaşına çatanda) heç bir etiraz etmədiklərinə görə qanuni 1083 №li sahəyə gedən yolun zəbt edilməsinə imkan yaratdılar. Şikayət, mübarizə və etirazlar yalnız əvvəlki idarəçilər Qumru Qafarova və Ağaşeyxəli Dadaşev tərəfindən olub. Bu cür uzun müddətli hərəkətsizlik (özbaşına hərəkətlər kimi interpritasiya kimi olunmalı) o deməkdir ki, İddiaçı qanuni nümayəndəsi və daha sonra özü (2000-ci ildə yetki№lik yaşına çatanda) mövcud olan qanuni yolun ləğv edilməsinə açıq şəkildə yol verdilər, demək olar ki, özləri mövcud olan yolu ləğv ediblər, indi isə 2021-ci ildə 1083 №li sahəyə yol axtarırlar, satmaq məgsədi ilə. Öz hüquqlarını qorumaq və 1083 №li yolun zəbt etməməsinə imkan yaratmamaq, icarəçilərin borcu, öhdəliyi idi və heç kim onların öz öhdəliklərini yerinə yetirməməsinə görə, cavab verə bilməz. Nə qohumlar, nə qonşular buna görə cavabdeh deyirlər. Artıq mövcud olan əlaqə xəttləri (yol) barədə, əgər 1083 №li sahəyə heç bir zaman yol mövcud olmasaydı, onda bu bir başqa faktlar əsasında iddia olardı. İddiaçı 2010-cu ildə çıxarışı alıb, 2021-ci ildə polisə, Əmlak Komitəsinə və Məhkəməyə 10 ildən sonra müraciət edir ki, giriş yolu müəyyən olunsun. İddiaçı hansı səbəbələrə görə 30 ilə yaxın gözləməli idi, o da bir sualdır (bax maddə 178.5 MM). İddiaçı və Əmlak Komitəsi yolun “müəyyən” olunmasını, ölçülərin yerdə aparılmasını 30 ilə yaxın təxirə saldı (bax maddə 175.3 MM), naturada ölçünün aparılması qanuni tələblərinə baxmayaraq mülkiyyət hüququ ölçülər, zəruri yol koordinatları yerində yoxlanılmamış qeydə alındı (65 və 68 Torpaq Məcəlləsi), çıxarışın alınmasında səhv varsa, həmin səhv bu cür hərəkətlərlə, başqalarına ziyan vurmaqla gizlənmir. Həmin çıxarış və Əmlak Komitəsinin 19 aprel 2021-ci tarixli cavabı etibarsızdır, ona görə ki, çıxarış ölçüsüz, 1083 №li bağın sahibləri (qanuni nümayəndələri, icarəçi, mülkiyyətçi) və Əmlak Komitəsi tərəfindən qanuni mövcud yol bərpa olunmadan verilib, 30 ilə yaxın ərzində nə özü, nə onun qanuni nümayəndəsi giriş-çıxış yoldan maraqlanmayıb, Əmlak Komitəsinin də borcudur ki, 1083 №li bağın bütün mövcud olan sahə sxemləri, qanuni yolu əks etdirən planları hüquq qeydə alınanda yerində yoxlasınlar. Əgər 1083 №li bağla bağlı ölçülər və sxem yerdə naturada təşkil olunub, son 20 ildən çox, onda hansı yoldan İddiaçı və Əmlak Komitəsi istifadə edirdi ki, ölçülər aparılsın və əsas koordinatlar müəyyən olunsun? T.Səfərəliyev Yol 1-i satandan sonra 1083 №li bağ tam izolyasiyadadır, qanuni yol 1 bağlanıb. İddiaçı heç olmasa 2000-ci ildən başlayaraq borcu idi ki, Əmlak Komitəsindən və ya məhkəmədən yolun bərpasını tələb etsin. X2 və A.Dadaşev rəhmətə gedəndən sonra, 1083 №li sahəsinin növbəti icarəçisi, mülkiyyətçisi özbaşına hərəkətləri ilə özü öz qanunu yolunu bərba etmək istəmədi, Onun 1092 №li bağına dalandan gələn 4 metrlik olan yol və 4 metr olan darvazası heç zaman heç bir qonşunun etirazına səbəb olmayıb. Artıq 40 ildən çoxdur. O dalandan gələn Yol 3 bir başa onun sahəsinə gəlir, yəni onun şəxsi mülkiyyəti olan sahəyə. Həmin sahəyə 40 ildən çoxdur ki, o, əvvəllər icarəçi qismində, daha sonra mülkiyyətçi kimi sahiblik də edir. Bütün sənədlər əlavə olunur. Gələcəkdə onun iki balası və nəvələri onun 1092 №li sahəyə sahib duracaqlar. 4 metrlik yoldan altıncı adam keçə bilməz. Onun evinə, yəni açıq balkonuna əsas giriş və 1083 №li sahə arası ümumi məsafə yoxdur, o cavabdehin, yəni Cavabdeh açıq balkonuna, evinə girişdir və heç vaxt yol kimi istifadə olunmayıb (sxemdən bilinir). Yenə də, ailəsi 1092 №li bağda 1947-ci ildən, və şəxsən o özü o bağda 1968-ci ildən sahiblik edir. Bağ evinin planı, sahiblik etdiyi sahəsi dəyişilməyib o vaxtdan. İddiaçı özü və ya nümayəndəsi (yetkinlik yaşına çatana qədər) qanuni giriş-çıxış yol ilə maraqlanmayıb və şikayət etmirdi ki, yol bərpa olunsun. 1995-96-cı ilərdən bu günə kimi T.Səfərəliyev tərəfindən qanuni yolun zəbt olunmasına imkan yaradılıb. Bu qanunsuz hərəkətlər (və hərəkətsizlik) illər boyu həm 1083 №li bağın icarəçi-mülkiyyətçi və Əmlak Komitəsi tərəfindən baş verib və həmin mərkəzi şossedən 1947-ci ildən gələn qanunu yolun dəyişməsinə qanuni əsas yoxdur. Tofiq Səfərəliyev öz iddiasından imtina edib. Bütün sənədlər əlavə olunur. Ona görə, ədalətli çıxış odur ki, Əmlak Komitəsi tərəfindən həmin 1083 №li sahəyə kifayət qədər uzun şossedən (30 metrdən uzun) keçid bərpa olunsun. Göstərdiklərini nəzərə alaraq, bütün digər iddialar, tələblər ədalətsizdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağ sahəsi, 1083 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubda deyilir: “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinin giriş-çıxış yolunun müəyyənləşdirilməsi ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən qeyd olunan bağ sahəsinin yolu şimal-şərq tərəfdən nəzərdə tutulmalıdır.” İş materiallarına əlavə olunmuş Xəzər RPİ–nin İŞ-nin müstəntiqi, polis kapitanı Cəlal Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd olunur:” icraatınızda olan 2(003)-181/2022, 2(003)-3877/2022 nömrəli iş üzrə tədqiqat obyektinə baxışda mütəxəssisin iştirakının təmin edilməsi barədə bildiririk ki, müraciətdə qeyd edilən tarixdə keçirilməsi nəzərdə tutulan baxışda cavabdehin iştirak etməməsi səbəbindən tədqiqat obyektinə baxışın keçirilməsi və müvafiq münasibət bildirilməsi mümkün olmamışdır. Tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə məlumat daxil olacağı, iş üzrə texniki və hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə tədqiqat obyektinə baxışda iştirak edərək müvafiq münasibət bildiriləcək.” İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən iddiaçı ona məxsus olan bağ sahəsinə giriş çıxış yolunun olmamasını həmin bağ sahəsinə giriş yolunun cavabdeh tərəfindən zəbt edilərək dəmir darvaza qoyulmaqla yolu bağlanması ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1083 saylı bağ sahəsinə gedən yolda ümumi istifadadə olan yolun açılması, qanunsuz qoyulmuş darvazanın və hasarın sökülməsi və cavabdehin özbaşına hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmin halın, yəni bağ sahəsinə giriş-çıxış yolunun hazırda məhz cavabdehin isifadəsində olan bağ sahəsindən olduğuna və iş üzrə cavabdehin məhz Cavabdeh olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə sübutlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunun cavabdehin hazırda isifadəsində olan bağ sahəsindən olması halı təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus bağ sahəsinə girişçıxış yolunun cavabdehin hazırda isifadəsində olan bağ sahəsindən olması halı təsdiq edilmədiyindən, iddia tələbi təmin edilə bilməz, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar